TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə34/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   30   31   32   33   34   35   36   37   ...   141
DƏRSLİK

 
YENİDOĞULMUŞLARIN DAŞINMASI.
Bəzən vaxtından əvvəl doğulması və ya klinik vəziyyəti səbəbindən yenidoğulmuşa tələb olunan qayğının həcmi doğuşu 
keçirmiş xəstəxananın imkanları xaricində olur. Əgər körpənin doğulmasından əvvəl daha ixtisaslaşdırılmış tibbi qayğıya 
olan ehtiyac müəyyən edilərsə, o zaman imkan daxilində hamilənin neonatal intensiv terapiya imkanlarına malik daha 
ixtisaslaşdırılmış xəstəxanaya köçürülməsi təmin edilməlidir. Bu cür yanaşma yenidoğulmuşla bağlı klinik nəticələrin daha 
yaxşı olmasına xidmət edir.
Yenidoğulmuşun daşınması tələb olunduqda, o neonatal reanimasiya sahəsində yüksək təcrübə və bacarığa malik 
mütəxəssislərdən ibarət komandaya həvalə edilməlidir. Yenidoğulmuşun daşınması zamanı temperatura nəzarət xüsusi 
əhəmiyyət kəsb edir. Belə ki, hestasiyanın 29-cu həftəsindən əvvəl doğulmuş və ya çəkisi 1 kq-dan az olan körpələr xüsusi 


20 
polietilen plastik (qida məhsullarının bükülməsinə yararlı) materialla bükülməlidir. Plastik materiala bükülmüş körpənin 
bədən temperaturu tez-tez ölçülməlidir ki, həddən artıq isitmə baş verməsin. Bədən temperaturu ideal olaraq 36.5C 
olmalıdır.
Hestasiya yaşı 36 həftədən çox olan hipoksik-işemik ensefalopatiyası olan körpələrdə doğuşdan sonra 6 saat ərzində təyin 
edilmiş terapevtik hipotermiya ölüm və sağ qalmış körpələr arasında əlillik riskini azaltmış olur.
Körpənin daşınması zamanı qəbul edən tibb müəssisəsi ilə əvvəlcədən əlaqənin yaradılması və ilkin məlumatın ötürülməsi 
qayğının sürətli və effektiv təmin olunmasına xidmət edir. 
QEYD

Dəri örtüklərinin maserasiyası steril mühitdə (ana bətnində) və autolitik fermentlərin təsiri altında baş verir. Dəri 
örtüklərinin maserasiyası dərəcəsi dölün doğuşadək baş vermiş ölüm vaxtından asılıdır.

XÜLASƏ 
Az sayda körpənin reanimasiya tədbirlərinə ehtiyac duyacağına baxmayaraq, tibb işçilərinin daim hazırlıq vəziyyətində 
olması və müntəzəm olaraq praktik məşğələlərdə iştirak etməsi vacibdir. Reanimasiyaya ehtiyacı olan körpələrin çoxunu 
doğuşdan əvvəl təyin etmək mümkün olmur, çünki onlarda hər hansı risk faktorları müəyyən edilmir. Müsbət təzyiqli 
ventilyasiya əksər körpələrin reanimasiyası üçün yetərlidir. Oksimetriya (əlçatandırsa) reanimasiya zamanı oksigenin 
verilməsini tənzimləməyə və artıq oksigenin verilməsilə bağlı toksikliyin qarşısını almağa yardım göstərə bilər. Döş 
qəfəsinin kompressiyaları və dərmanların istifadəsi çox az sayda körpənin reanimasiyasında tələb olunur. Adrenalin 
venadaxili yeridildikdə daha effektivdir. Nalokson isə yalnız müsbət təzyiqli ventilyasiya müsbət nəticə vermədikdə, 
respirator çatışmazlığı olan və yaxınlarda narkotik preparatların təsirinə məruz qalmış körpələrə verilə bilər. Lakin narkotik 
preparatların xronik təsirinə (uzun müddətli) məruz qalan körpələrə naloksonun verilməsi məqsədəuyğun deyildir. Tənəffüs 
yollarının mekoniumdan təmizlənməsi məqsədilə intubasiya yalnız doğuşdan sonra qeyri-aktiv olan körpələrdə tətbiq 
edilir.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin