1
Mühazirə -1
FİZİKİ-KİMYƏVİ ANALİZİN PREDMET VƏ VƏZİFƏLƏRİ
Fiziki-kimyəvi analiz ümumi kimyanın
bir bölməsi olaraq
tarazlıqda olan sistemin halı, onun xassələri, tərkib ilə xassə arasında
əlaqəni müəyyənləşdirir və nəticədə tərkib-xassə diaqramlar qurulur.
Mahiyyəti.
Təbiət qanunu hesab edilən kimyəvi elementlərin dövri
qanununun D.İ.Mendeleyev tərəfindən kəşfi sayəsində kimyəvi
elementlər sistemləşdirildi və onların atom kütləsi ilə xassələri arasında
qarşılıqlı əlaqə olduğu müəyyən edildi.
Məlum oldu ki, elementlərin
fiziki xassələri onların atom kütləsi və daha doğrusu nüvənin yükündən
dövri surətdə asılıdır. Bu asılılıq mürəkkəb
maddələrdə də müşahidə
edilmiş
və
bir
sıra
xassələrin
tərkibdən
asılı
olduğu
müəyyənləşdirilmişdir. Beləliklə, tərkib xassə məsələləri araşdırılmağa
başladı. Tərkibdən asılı olaraq, xassənin dəyişməsi qanunauyğunluq
müəyyənləşdirməklə onların
biri məlum olduqda, digərini təyin etməyə
imkan yaradır.
Klassik sintez üsulundan fərqli olaraq, yeni fiziki-kimyəvi analiz
üsulu yarandı ki, onun da əsası 1913-cü ildə
böyük rus alimi akademik
N.G.Kurnakov tərəfindən qoyulmuş və elmə qəbul edilmişdir.
Fiziki-kimyəvi analizin əsas məqsədi kimyəvi tarazlıqda olan
sistemdə tərkib, temperatur və təzyiqi dəyişdikdə baş verən prosesləri
müəyyən etməkdir.
FİZİKİ-KİMYƏVİ ANALİZİN ƏSAS VƏZİFƏLƏRİ
1. Fiziki-kimyəvi analizin əsas vəzifəsi həndəsənin qanunlarına
əsasən tərkib-xassə arasındakı asılılığı müəyyən təzyiq və temperatur
şəraitində qrafiki olaraq hal diaqramı şəklində ifadə etməkdir. Diaqram
sistemdə gedən dəyişiklikləri-mexaniki qarışıq,
yeni birləşmə və ya
faza keçidləri yaranan halları həndəsi formada əks etdirir. Fiziki-
kimyəvi analizin əsas ifadə üsulu diaqramdır.
2
2. Tərkib-xassə diaqramlarının öyrənilməsinin yeni faza və
birləşmələrin sintezində böyük rolu vardır. Onun əsasında birləşmələrin
olduğu müəyyənləşdirilir və onlar fərdiləşdirilir.
Bu yol ilə müəyyən
xassəli metallik ərintilər, yarım və ifrat keçiricilər, keramik materiallar,
mikroelektironikada və enerji dəyişdiricilərində işlədilən bir çox
materiallar alınmışdır.
3. Hal diaqramlarını düzgün oxumaq və onları qurmaq, onların
təsvirlərini aydınlaşdırmaq, eləcə də üzərində təcrübi məqsədli müxtəlif
hesablamalar aparmağı bacarmaq, texnoloji proseslərin enerji və maddi
balansını hesablamaq və s. fiziki-kimyəvi analizin vəzifələrinə aiddir.
Tarixi məlumat.
Fiziki-kimyəvi analiz,
xüsusilə onun heterogen
tarazlığa aid hissəsi D.V.Gibbsin (1876-1884), V.B.Rozebomun (1888-1911),
F.Q.Vant-Hoffun (1897), D.P.Konovalovun (1884) işlərinə əsaslanır. Lakin
fiziki-kimyəvi analizin bir elm sahəsi kimi formalaşması N.S.Kurnakova aid
edilməlidir.