Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ


Sistemin hal funksiyaları, termodinamiki potensiallar



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix28.11.2023
ölçüsü1,57 Mb.
#166982
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   25
M hazir -1 F Z K -K MY V analiZ n predmet v V Z F L R

Sistemin hal funksiyaları, termodinamiki potensiallar 
Əvvəlcə hal funksiyalarını aydınlaşdıraq. Qiyməti tamamilə hal 
parametrləri ilə müəyyənləşdirilən funksiyalara-hal funksiyalarıdır. 
Termodinamiki potensiallar elə funksiyalardır ki, həmin potensial, yaxud 
funksiya vasitəsilə sistemi tam səciyyələndirmək mümkün olsun. 
Fiziki-kimya kursundan məlumdur ki, sistemin daxili enerjisi (U), 
sərbəst enerjisi (G,F), mütləq temperatur (T), entropiya (S) və entalpiya (H) 
arasında asılılıq 
G=H+TS, (P=const, T=const) izobar izotermiki pot-al 
F=U+TS (V=const, T=const) izoxar, izotermik pot-al
tənlikləri ilə müəyyənləşdirilir. Burada sərbəst enerji 

6=

H-T


(6ibbs) (Helmholts) 

F=

U-T

S ifadələri ilə müəyyən edilir. 
Burada daxili enerji-U, sərbəst enerji G,F, hal funksiyalarıdır. 
Paylanma qanunu. Fiziki-kimyəvi analizin 
 əsas prinsipləri 
 
Paylanma qanunu. 
Fərz edək ki, hər hansı bir maddə iki faza arasında 
eyni zamanda hər ikisində həll olaraq paylanır. Sabit temperaturda sistem 
tarazlıqda olur. Bu zaman həmin maddənin kimyəvi potensialı, hər iki fazada 
bərabər olacaq: 
𝜇
𝑥ü𝑠
I
= 𝜇
𝑥ü𝑠
II
(I, II üstlər fazaları göstərir) 
𝐶
𝐼
𝐶
𝐼𝐼
= 𝐾
Paylanma qanununun riyazi ifadəsidir. 
Qanun bu şəkildə Bertlo və Yunfleyin tərəfindən maddənin iki maye 
fazada paylanmasını öyrənərkən kəşf edilmişdir. 
Ardıcıllıq prinsipi. 
N.S.Kurnakov tərəfindən verilmiş bu prinsip 
belədir: Sistemin halını müəyyən edən parametrlərin ardıcıl, fasiləsiz 



dəyişməsi zamanı onun ayrı-ayrı fazalarının xassələri arasıkəsilməz ardıcıl 
dəyişir. 
Sistemin xassəsi də bütünlükdə fasiləsiz ardıcıl dəyişir. Mövcud olan 
fazaların saxlanması şərtilə, yəni yeni faza yaranmayan halda fasiləsiz prinsip 
ödənilir. Əgər fazaların sayı dəyişirsə, sistemin xassəsi də sıçrayışla dəyişir. 
Ardıcıllıq prinsipi fiziki-kimyəvi analizin əsas prinsiplərindən olmaqla 
sistemin tarazlıq halı və onun dəyişməsi ilə əlaqədar bütün məsələlərin 
həllində geniş tətbiq edilir.

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin