32
fiqurativ nöqtə iki fazalı S+B sahədə monovariant tarazlıq sahəsində solidusla hərəkət edəcəkdir.
İkinci
ərintini soyutduqda S
I
nöqtəsinə kimi 1 və 3-cü ərintilərlə olduğu kimi M+A sahəsində
sistem yerini dəyişəcəkdir, lakin S
I
nöqtəsinə A və B –in miqdarı S
birləşməsinin stexiometrik
tərkibinə uyğun miqdarda olduğundan maye və A komponenti birdən tamamilə S-ə çevrilir və
alınmış S birləşməsi təmiz halda kristallaşır. Fiqurativ nöqtə axıra kimi bir fazalı S birləşməsi SS
I
perpendikulyarı üzərində hərəkət edir və burada SS
I
xətti hal məkanıdır. Bu zaman maksimum vaxt
sərf olunacaq. Soyudulma əyrisi üzərində ən uzun müddətli dayanma alınacaq. Tamman
üçbucağının oturacağına endirilmiş ən böyük perpendikulyar əmələ gələcəkdir. Bəzən elə hal olur
ki, inkonqruent birləşmənin S tərkibi peritektik nöqtənin üzərinə düşür. Bu halda ərintidən
(mayedən) m- M birbaşa S birləşməsi kristallaşır. Bu diaqram Novikova
görə distektik konqruent
əriyən birləşmə əmələ gətirən diaqramla inkonqruent əriyən birləşmə əmələ gələn halların
diaqramlarının aralıq halını təşkil edir. Belə birləşmələr “ ötəri “ birləşmə adlanır.
Şəkildə qırıq xətlərlə sistemin metastabil sahəsi göstərilmişdir.Əgər S birləşməsinin
parçalanma nöqtəsindən yuxarı temperaturda qızdırmaq mümkün olsaydı, o zaman onun tərkibinə
uyğun S
II
maksimum nöqtəsi alınardı. Diaqramda bu hal RS
I
qırıq xətti ilə metastabil hal kimi
təsvir edilmişdir. Bu təcrübi olaraq alınmır.
Dostları ilə paylaş: