1918-ci il mart soyqırımı. Müsavatın sosial bazasını məhv
etmək, Azərbaycan milli hərəkatına divan tutmaq üçün bolşeviklər
milli qırğından istifadə etdilər. Bakı Sovetinin 1918-ci il martın 15-
də keçirilən iclasında S.Şaumyan azərbaycanlıların soyqırımına
235
göstəriş verdi. Şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina”
gəmisinin tərk-silah edilməsi milli qırğına başlamaq üçün bəhanə
oldu. Daşnaksütyun Partiyası və erməni milli şurası bolşeviklərin
tərəfinə keçdi. Müsəlmanlara ilk atəş 1918-ci il martın 30-da saat
16:00-da erməni kilsəsinin yanında açıldı. Müsəlmanların guya
İçərişəhərdə rusları qırması barədə ermənilərin fitvasına inanan rus
matrosları da azərbaycanlılara qarşı çıxaraq onları atəşə tutdular.
Martın 31-də “Kərpicxana”, “Məmmədli” və s. azərbaycanlı məhəl-
lələrinə bolşevik-erməni hərbi dəstələrinin hücumları başladı. -
Qeyri-bərabər döyüşdə soyqırıma məruz qalan müsəlmanlar martın
31-də müqaviməti dayandırdılar. Şəhərin dinc, silahsız müsəlman
əhalisinə qanlı divan tutuldu. Aprelin 2-də gecə keçənədək minlərlə
azərbaycanlı öldürüldü. Mart soyqırımında təkcə Bakıda 12 mindən
çox azərbaycanlı qətlə yetirildi (16, s. 173). Şamaxı, Quba, Kür-
dəmir, Salyan və Lənkəran qəzalarında azərbaycanlı əhaliyə qanlı
divan tutuldu. Şamaxıda 7 mindən çox azərbaycanlı qətlə yetirilmiş,
72 kənd dağıdılmışdı (31). Quba qəzasında 122 kənd yandırılmışdı
(96, v. 5-8). 1918-ci ilin sentyabrınadək Bakı quberniyasında 20
mindən çox azərbaycanlı öldürülmüşdü. Ümumiyyətlə bu soyqırım
zamanı Azərbaycanda 50 minə qədər azərbaycanlı qətlə yetiril-
mişdir.
3. Bakı Xalq Komissarları Soveti
və onun antiazərbaycan siyasəti
Mart soyqırımı Baki Sovetinin antiazərbaycan siyasətini xalqa
göstərdi. Mart faciəsindən sonra bolşeviklər Bakıda siyasi hakimiy-
yətlərini möhkəmləndirmək üçün:
1) azərbaycanlılara məxsus bütün qəzet və jurnalları bağla-
dılar;
2) şəhər təsərrüfatını Bakı Sovetinin-bolşeviklərin ixtiyarına
keçirdilər;
3) aprelin 20-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Bakı
şəhər Dumasını buraxdılar;
236
4) erməni milli şurasından başqa, bütün milli şuraların fəaliy-
yətini qadağan etdilər.
1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti
deyilən qurum yaradıldı. Əslində “Erməni sovet hökuməti” olan bu
qurumun tərkibində cəmi 3 azərbaycanlı var idi. XKS-ə S.Şaumyan
sədrlik edirdi. Bakı XKS-nin rəhbərliyi Azərbaycanı Sovet Rusi-
yasının ayrılmaz tərkib hissəsi hesab edir, muxtariyyət ideyasının
qəti əleyhinə çıxaraq bunu Azərbaycan millətçilərinin xam xəyalı
sayırdı. May ayında bütün köhnə hakimiyyət orqanları ləğv edildi.
Fəhlə-kəndli milisi, şəhər, qəza, mahal xalq məhkəmələri yaradıldı,
hərbi tribunal təsis olundu, fövqəladə komissiya yaradıldı. Bakı
XKS-i Sosialist tədbirləri adı altında neft sənayesini və Xəzər
Ticarət Donanmasını milliləşdirdi. Bolşeviklərin milliləşdirmə
siyasəti nəticəsində 1918-ci ilin avqust ayınadək “qardaşlıq yar-
dımı” adı ilə əvəzi ödənilmədən Azərbaycandan Sovet Rusiyasına 1
mln. 300 min ton neft və neft məhsulları göndərildi (74, s. 112-
113). Bakını hərbi cəhətdən möhkəmləndirmək məqsədilə V.İ.Le-
ninin göstərişi ilə şəhərə 4 zirehli avtomobil, 13 təyyarə və bir çox
hərbi dəstələr göndərildi. 1918-ci ildə Bakı XKS əsgərlərinin sayı
18 min nəfərə şatdırıldı ki, bunların da 13 min nəfəri erməni idi.
4. XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti.
Maarif və elm
XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti inkişaf
etməyə başladı. Azərbaycanın demokratik ictimaiyyəti “rus-tatar”
məktəbləri şəbəkəsini genişləndirmək uğrunda mübarizə aparırdı,
çarizmin məktəbləri ruslaşdırma siyasətinə qarşı çıxırdılar. Azər-
baycan qadınlarının dini xurafatın hakim olduğu bir şəraitdə sa-
vadlandırılması çox mühüm idi. 1901-ci ildə Bakıda H.Z.Tağıyev
öz hesabına “Bakı rus-müsəlman qadın məktəbini” açdı. Birsinifli
olan bu məktəb 1913-cü ildə ikisinifli, 1916-cı ildə isə ibtidai-ali
məktəb oldu. 1916-cı il yanvarın 1-də bu məktəbdə 104 qız təhsil
alırdı ki, onların 95 azərbaycanlı idi. 1902-ci ildə Gəncədə, bir
237
qədər sonra Ağdaşda, Qazax qəzasının Salahlı kəndində, Göyçay
qəzasının Zəyəlu kəndində, Şuşada, Şamaxıda, Karyagin qəzasında
və b. yerlərdə ilk qadın məktəbləri açıldı. Qız məktəblərində işləmiş
müəllimlərdən Hənifə xanım Məlikovanın, Xədicə xanım Ağaye-
vanın, Rəhilə xanım Hacıbəyovanın, Sara xanım Vəzirovanın, Şə-
fiqə xanım Əfəndiyevanın, Ayna Sultanovanın adlarını qeyd etmək
olar. Azərbaycan müəlliflərinin qarşısında duran ən mühüm
vəzifələrdən biri tədris-metodik vəsait hazırlayıb nəşr etmək idi. Bu
yolda Rəşid bəy Əfəndiyevin, S.S.Axundovun, F.Ağazadənin,
Abdulla Şaiqin, M.Mahmudbəyovun, A.Səhhətin, A.Əfəndiyevin,
Q.N.Nərimanbəyovun, M.Qəmərlinskinin, Ü.Hacıbəyovun,
Q.R.Mirzəzadənin, F.Köçərlinin rolu xüsusi qeyd olunmalıdır.
Azərbaycanda orta məktəblər, professional-texniki məktəblər də
açılmağa başlamışdı, bazar günləri fəaliyyət göstərdiyi üçün Bazar
məktəbləri adlanan məktəblərdə yaşlılar təhsil alırdılar. Azər-
baycanda xeyli mədəni-maarif idarələri: kitabxana, xalq evləri,
klublar və s. fəaliyyət göstərirdi. Bakıda 4 kitabxana, Şuşada,
Nuxada, Gəncədə, Qubada da açılmışdı. 1902-ci ildə Qara şəhərdə
və 1906-cı ildə Bayılda açılmış xalq evlərində-mədəni-maarif ocaq-
larında görkəmli mədəniyyət xadimləri mühazirələr oxuyurdular.
Bakıda yaranmış “Nicat” cəmiyyətinin ətrafında inqilabi-
demokratik ziyalılar toplaşmış, “Nəşr maarif” cəmiyyətinin başlıca
vəzifəsi əhali arasında savadsızlığı ləğv etmək idi. H.Z.Tağıyev və
M.Muxtarov bu cəmiyyətin fəxri üzvləri idilər. I dünya müharibəsi
illərində Quba, Ağdam, Şuşa və Gəncədə cəmiyyətin filialları açıldı.
1907-ci ildə Bakıda ruhanilərin yaratdıqları müsəlman mədəni-
maarif cəmiyyəti-“Səadət” qarşısına savad yaymağı qoymuşdu.
1910-cu ildə yaranmış müsəlman mədəni-maarif cəmiyyəti-
“Səfa”nın vəzifəsi kişi və qadın peşə məktəblərini açmaq idi. I rus
inqilabı illərində Bakıda 13 gizli partiya mətbəəsi fəaliyyət gös-
tərirdi. Gəncə və Şuşada da var idi. Bu dövrdə azərbaycanca
“Hümmət”, “Təkamül”, “Yoldaş” (1907), “Qudok” (1907-1908),
“Naşa jizn” (1914), “Bakı həyatı” (1912) qəzetləri, “Volna” (1909),
“Sovremennaya jizn” (1911) və s. jurnalları nəşr olunurdu. Bunlarla
238
yanaşı inqilabi-demokratik mətbuat orqanı olan “Molla Nəsrəddin”
jurnalı da çap olunurdu. Cəlil Məmmədquluzadənin redaktoru
olduğu bu jurnalın ətrafında M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Qəm-
küsar, Ə.Nəzmi və b. toplaşmışdı. Bu jurnalın ardınca “Bəhlul”
(1907), “Zənbur” (1909-1910), Bakıda uşaqlar üçün “Dəbistan”
(1906-1908), “Rəhbər” (1906-1907), “Məktəb” (1911-1917)
jurnalları çıxırdı. Bakıda burjuaziyanın “İrşad” (1905-1908), “Tə-
rəqqi” (1908-1909), “Füyuzat” və “Yeni füyuzat” jurnalları,
“Həyat” və “Təzə həyat” qəzetləri, “Raboçi listok”, “Trud”, “Ra-
boçi qolos” və s. qəzet və jurnalları çıxırdı. XX əsrin əvvəllərində
coğrafiya, təbii elmlər, ədəbiyyat sahəsində də müəyyən uğurlar
qazanıldı. Azərbaycanda tənqidi realizmin inqilabi-demokratik
ideyaların carçısı “Molla Nəsrəddin” (1906-1931) jurnalının naşiri
və redaktoru C.Məmmədquluzadə, onun əməkdaşı M.Ə.Sabir,
Ə.Haqverdiyev, Ə.Qəmküsar, Ə.Nəzmi, M.Ə.Möcüz, Y.V.Çəmən-
zəminli kimi görkəmli nümayəndələri var idi. İnqilabi-demokratik
publisistikanın fəal nümayəndələrindən biri Ü.Hacıbəyov idi.
Mədəni-maarif cəmiyyətlərinin, o cümlədən “Nicat”ın yaradılması
Azərbaycanın milli teatr sənətinin inkişafına təkan verdi: 1904-cü
ildə “Müsəlman artistləri cəmiyyəti” yaradılmışdı. H.Ərəblinskinin,
C.Zeynalovun, Hüseynqulu Sarabskinin, M.A.Əliyevin, Sidqi
Ruhullanın incəsənətə gəlmələri bu dövrə aiddir. 1909-cu ildə S.Ru-
hulla, C.Zeynalov və H.Ərəblinskinin köməyi ilə Təbrizdə teatr
təşkil olunmuş, teatr binası isə 1916-cı ildə tikilmişdi. 1916-cı ildə
yaradılmış H.Ərəblinski və H.Sarabskinin başçılıq etdiyi “Müsəl-
man dram cəmiyyəti”, Azərbaycan opera teatrı da teatr sənətinə
yeni təkan verdi. XX əsrin əvvəllərində Ü.Hacıbəyov, M.Maqo-
mayev, Z.Hacıbəyov, C.Qaryağdıoğlu, H.Sarabski, Q.Pirimov və b.
Azərbaycan musiqisinin inkişafında, xalqın müsiqi irsinin təbli-
ğində, xalq mahnı və muğamlarının yaradılmasında xüsusilə böyük
xidmət göstərmişlər. 1908-ci il yanvarın 12-də H.Z.Tağıyev teat-
rının binasında “Leyli və Məcnun” operasının ilk tamaşası qoyuldu.
1908-1915-ci illərdə Ü.Hacıbəyov “Şeyx Sənan”, “Rüstəm və
Söhrab”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid Banu”, “Harun və
239
Leyla” kimi bir sıra operalar yaratdı. İlk dəfə 1913-cü il oktyabrın
25-də milli musiqili teatr səhnəsində göstərilən “Arşın mal alan”
musiqili komediyası böyük müvəffəqiyyət qazandı. 1916-cı ildə
M.Maqomayev Azərbaycan opera sənətinin qızıl fonduna daxil
olmuş “Şah İsmayıl” operasını yaratdı. Azərbaycanda ilk film XİX
əsrin sonunda çəkilib. 1916-cı ildə isə “Neft və milyonlar səltə-
nətində” adlı Azərbaycan filmi çəkildi, həmin ildə “Ölülər” pyesi,
M.Maqomayevin “Şah İsmayıl” operası, Z.Hacıbəyovun “Aşıq
Qərib” operası tamaşaya qoyuldu. Rəssam Əzim Əzimzadə, Bəhruz
Kəngərli ilk azərbaycanlı rəssamlar idilər. Azərbaycan memarlıq
incəsənəti də inkişaf etmişdir. O zaman salınmış ictimai binalar içə-
risində İsmailiyyə (1910) (indiki Azərbaycan Elmlər Akade-
miyasının binası), Mayılov qardaşları teatrı (1911) (indiki
M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının binası) xüsusilə seçilirdi.
5. Cənubi Azərbaycanda Ş.M.Xiyabani başçılığı ilə
demokratik və milli-azadlıq hərəkatı
İran Məşrutə inqilabı məğlub edildikdən sonra, 1912-ci ilin
əvvəllərində imperialistlər 1907-ci il ingilis-rus sazişinin İran
hökuməti tərəfindən rəsmən qəbul edilməsinə nail oldular. Sazişə
əsasən İranın Qəsri-Şirin-İsfahan-Yəzd-Zülfüqar xəttindən şimal-
dakı 790 min kv. km sahəsi Rusiyanın nüfuz dairəsi, İranın Bəndər
Abbas-Kirman-Bircəd-Qazik xəttindən cənub-şərqindəki 355 min
kv. km hissəsi İngiltərənin, İranın bu xətlər arasındakı ərazisi isə
“bitərəf” zona elan edildi. I dünya müharibəsi başlayanda İranın
rəsmi surətdə öz bitərəfliyini kobudcasına pozaraq ərazisində hərbi
əməliyyatlıra başladılar. Cənubi Azərbaycan 1914-cü il dekabrın
axırlarında türk ordusu, 1915-ci il yanvarın 15-də Rusiya qoşunları
tərəfindən işğal edilərək hərb və zorakılıq meydanına çevrildi, yerli
əhalinin 15% həlak oldu (68, s. 63). Bu zaman İran Demokrat
partiyasının Təbriz təşkilatı xalq kütlələrinin mübarizəsinə başçılıq
edirdi. 1917-ci ildə Rusiyada baş verən fevral burjua-demokratik
240
inqilabının təsiri ilə İran Demokrat partiyası (İDP) və onun Azər-
baycan əyalət komitəsinin fəaliyyəti xeyli canlandı. Azərbaycan
demokratları ölkədə bir sıra dəyişikliklərin yerinə yetirilməsini, o
cümlədən məclisə seçkilər keçirilməsini, Azərbaycan əyalətinin
irticaçı valisi Sərdar Rəşidin işdən götürülməsini, xarici qoşunların
İrandan çıxarılmasını tələb edirdilər, Azərbaycana muxtariyyət
almaq uğrunda mübarizəyə çağırırdı. Təbrizdə “Azərbaycan himni”
yaradılmışdı. Müharibənin Cənubi Azərbaycanda yaratdığı qarışıq-
lıqdan istifadə edən erməni silahlı dəstələri aysorlarla birlikdə Xoy,
Salmas, Urmiya, Soucbulaq və s. başqa şəhərlərdə azərbaycanlı
əhaliyə qarşı görünməmiş vəhşiliklər etdilər. Yalnız türk ordusunun
bölgəyə daxil olması Azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə
yetirilməsinin qarşısını aldı. Lakin türk qoşunları bölgəni tərk
etdikdən sonra erməni, aysor və kurd hərbi dəstələri azərbaycanlıları
yenidən qırmağa başladılar. Bu qırğınlar rus hərbi hissələrinin
1918-ci ilin əvvəllərində İrandan çıxarıldığı vaxt daha faciəli şəkil
aldı. 1917-ci ilin mayından başlayaraq Cənubi Azərbaycan Əyalət
Komitəsi müstəqil hərəkət etməyi və bir partiya (İran Demokratik
Partiyası) halında birləşməyi qərara aldı, bunda “Təcəddüd”
qəzetinin mühüm rolu oldu. 1917-ci il avqust ayının 24-də Əyalət
Komitəsinin geniş konfransı oldu, Azərbaycan Demokratik Firqəsi
(ADF) müstəqil elan edildi və Şeyx Məhəmməd Xiyabani başda
olmaqla ADF-nin MK-sı seçildi, qətnamələr qəbul edildi. Rusiyada
oktyabr hadisələri İran dövlət müstəqilliyinə və suverenliyinə ciddi
dərəcədə ziyan vurdu. 1917-ci il dekabrın 15-də Brestdə Rusiya
hökuməti, Kayzer Almaniyası və onun müttəfiqləri arasında İrandan
xarici qoşunların çıxarılması barədə sülh müqaviləsi imzalanması
haqqında danışıqlar başlandı. 1918-ci il yanvarın 5-də rus qoşunl-
arının İrandan çıxarılması barədə proqram elan edildi. Bununla belə,
1918-ci ilin yayında ingilis hərbi hissələri Cənubi Azərbaycanın
Zəncan, Miyane, Urmiya və Xoy şəhərlərinə daxil oldu. Bu vaxt
Cənubi Azərbaycanın şimal-qərbində erməni, aysor və kürd quldur
dəstələri azərbaycanlılara qarşı əsl soyqırım törətdilər. Cənubi Azər-
baycanın çox hissəsi osmanlı Türkiyəsinin qoşunları tərəfindən
241
işğal edildi. ADF belə vəziyyətdə ingilis və türk qoşunlarına, yerli
irtica hökumətinə qarşı mübarizə aparırdı. ADF-nin rəhbərləri, o
cümlədən Xiyabani dinc yolla mübarizə taktikasının lazımi nəticə
verməyəcəyini yəqin edərək, silahlı üsyana başladılar. Şimaldakı
hadisələr cənubda da öz əks-sədasını tapmışdı. Təbriz, Urmiya və
Ərdəbildə dövlət məmurlarının özbaşınalığına qarşı çıxışlar baş
verirdi. Çıxışlara Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə İran
Demokratik Partiyasının (İDP) Azərbaycan Əyalət Komitəsi
istiqamət verirdi. 1917-ci ilin payızında Təbriz, Ərdəbil, Xoy, Ur-
miya, Sərab, Zəncan və b. şəhərlərdə keçirilən mitinqlərdə əhali
hökumətin istefa verməsini, İranda demokratik hökumət təşkil olun-
masını tələb edirdi. 1917-ci ilin sonunda Vüsuqüddövlə hökuməti
istefa verməyə məcbur oldu, lakin o, tezliklə ingilislərin köməyi ilə
hakimiyyətə gətirildi. 1919-cu il avqustun 9-da ingilislərin İran
hökuməti ilə imzaladıqları saziş İranı siyasi və iqtisadi cəhətdən
Böyük Britaniyadan asılı vəziyyətə salırdı. Bu, Cənubi Azər-
baycanda genişlənən milli-azadlıq hərəkatına yeni təkan verdi (12,
s. 109). İran hökuməti demokratik qüvvələrə qarşı şiddətli tədbirlərə
əl atdı. ADF gizli fəaliyyətə keçdi. Lakin, çıxışlar 1920-ci ilin
əvvəllərinədək davam etmişdi. Təbrizdəki ingilis komandanlığı
nümayişçilərin tələbi ilə hərbi hissələri Təbrizdən çıxarmalı olmuş-
du. 1920-ci ilin aprel ayının ilk günlərində ADF-nin üzvlərindən bir
neçəsinin həbs edilməsi dinc çıxışların üsyana çevrilməsinə təkan
verdi. 1920-ci il aprelin 7-də Təbrizdə üsyanın başlanması ilə
Cənubi Azərbaycan milli-azadlıq hərəkatı silahlı üsyan xarakteri
aldı. Üsyana rəhbərlik etmək üçün Xiyabaninin başçılığı ilə İctimai
İdarə Heyəti (İİH) təşkil olundu. 2 gün müddətində bütün dövlət
idarələrini ələ keçirdilər, polis dəstələri şəhəri tərk etməyə məcbur
oldular. Üsyan dinc yolla qələbə çaldı. Aprelin 7-də Xiyabani Təb-
riz əhalisi qarşısında söylədiyi nitqində bildirdi ki, “Azərbaycanın
adını Azadıstana dəyişərək, bu gündən bu adı rəsmi ad kimi elan
edirik” (12, s. 110). O, bu adın rəsmən tanınmasını İran dövlətindən
tələb etdi. Azərbaycan əyalətinə vali göndərilən və Təbrizə gəlməyə
cəsarət etməyən Eynüddövlə, İİH-nin 8 maddədən ibarət tələblərini
242
qəbul etdikdən sonra, ona Təbrizə daxil olmağa icazə verildi. O,
demokratlara qarşı qiyam təşkil etməyə çalışırdı. Lakin həmin planı
həyata keçirməyə çalışan şəxslər demokratlar tərəfindən həbs
edildilər. Xoy mahalında, Ərdəbildə, Astarada, Marağada, Əhərdə,
Zəncanda da üsyanlar baş verdi. 1920-ci ilin iyunun 23-də ADF İİH
əsasında Milli Hökumət (MH) yaratdı. MH–in tələbi ilə vali
Eynuddövlə və onun aparatı Təbrizi tərk etdi. Hərəkat rəhbərləri
İranda şahlığın ləğvinə və respublika yaradılmasına çalışırdılar.
Milli hökumət sənaye, kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə,
ədliyyə, və s. sahələrdə islahatlar həyata keçirməyə başladı. MH-in
bir sıra sahələr üzrə idarə və nazirlikləri yaradılmışdı. Təbrizdə
pulsuz qız məktəbi açıldı. Milli müdafiə qüvvələrinin təşkili üçün
də layihə hazırlandı. Bu layihəyə əsasən şəhər əhalisində və Təbrizə
gəlmiş kəndlilərdən ümumi sayı 12 minə çatdırılacaq milli qvardiya
təşkilinə başlanıldı, eyni zamanda şəhər əhalisindən yeni jandarm və
polis dəstələri təşkil etdi. Təlim üçün xüsusi polis məktəbləri açıldı.
İranın yeni Baş naziri Müşirüddövlə ingilislərin köməyi ilə
üsyançılara hücum etmək üçün hazırlığa başladı. Hidayət Müxbi-
rüssəltənə sentyabrın ilk günlərində vali sifətilə Təbrizə gəldi və
Baş nazirin məktubunu Xiyabaniyə çatdırıb onunla “danışığa”
başladı. O, Təbrizin kənarında düşərgə salaraq, tərk-silah edilməmiş
İran kazak briqadası qarnizonunun komanda heyətini öz tərəfinə
çəkdi, Təbrizə süvari dəstələr çağırıldı. Jandarm dəstəsinin rəhbəri
Mir Hüseyn Haşimi ələ alındı. O ətrafdakı quldur dəstələri ilə
mübarizə aparmaq bəhanəsilə MH razılığını almadan silahlı qüv-
vələri şəhərdən çıxardı. Sentyabrın 12-də əksinqilabi qüvvələr
üsyançılar üzərinə hücuma keçdilər. Üsyançılar sentyabrın 14-dək
son damla qanlarına qədər vuruşdular, Xiyabani öldürüldü, üs-
yançılara divan tutduruldu. Beləliklə, bütün Cənubi Azərbaycandakı
azadlıq hərəkatı ingilis qüvvələrinin köməyi ilə İran irticası
tərəfindən yatırıldı.Təbriz üsyanının nəticəsi olaraq 1920-ci il iyu-
nun 25-də Vüsuquddövlə istefaya çıxdı, 1919-cu ildə imzalanan
İngiltərə-İran sazişi 1921-ci ildə ləğv edildi (12, s. 115-116).
243
XV FƏSİL
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ
(1918-1920-ci illər)
Plan:
1. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi və onun
Azərbaycanın bütün ərazisində bərqərar olması.
2. Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu.
Azərbaycan parlamenti və onun fəaliyyəti.
3. Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti.
4. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və tarixdə yeri.
5. Erməni təcavüzünə qarşı mübarizə.
1. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi
və onun Azərbaycanın bütün ərazisində bərqərar olması
Fevral inqilabının qələbəsindən sonra “Müsavat” partiyası
gizli iş şəraitindən çıxaraq ilk dəfə olaraq açıq fəaliyyətə başladı.
1917-ci il oktyabrın 22-də Bakı Sovetinə keçirilən seçkilərdə Ba-
kıda “Müsavat” səslərin 40% topladı və qələbə qazandı (9, s. 243).
Ümumrusiya Müəssisələr Məclisi bolşeviklər tərəfindən qovulan-
dan sonra, onun Cənubi Qafqazdan olan üzvləri Zaqafqaziya
Seymini yaratmaq qərarına gəldilər. 1918-ci il fevralın 23-də yara-
dılmış Seym Cənubi Qafqazın ali hakimiyyət orqanı kimi düşü-
nülmüşdü. Zaqafqaziya Seymi öz fəaliyyətinə Türkiyə ilə sülh
danışıqlarının müzakirəsi ilə başladı. Mart ayının 3-də Sovet Rusi-
yası Almaniya ilə Brest-Litovsk sülh müqaviləsini imzaladı. Mü-
qavilənin şərtlərinə görə:1)1877-1878-ci illər rus-türk müharibəsinə
qədərki sərhəd xətti bərpa edilməli idi; 2)Qars, Ərdəhan və Batum
vilayətləri Türkiyəyə verilməli idi; 3)rus əsgərləri türk ərazilərində
və sərhəddə yerləşən erməni silahlı birləşmələrini tərk-silah etməli
idilər. 1918-ci il mart ayında fəaliyyətə başlayan və bir ay davam
edən Trabzon konfransında Cənubi Qafqaz nümayəndə heyəti
244
Brest-Litovsk müqaviləsinin Qafqaza aid olan maddələrinə etiraz
etdi. Türkiyə hökuməti isə bu etiraza münasibətini bildirərək qeyd
etdi ki, əgər Cənubi Qafqaz hökuməti müstəqil dövlət kimi
tanınmaq istəyirsə, ilk növbədə Rusiyadan ayrıldığını rəsmən bildir-
məli və öz istiqlaliyyətini elan etməlidir. Aprelin 13-də Azərbaycan
fraksiyasının etirazına baxmayaraq erməni və gürcü fraksiyasının
tələbi ilə Seym Türkiyə ilə müharibə haqqında qərar qəbul etdi.
Lakin son nəticədə Seym Türkiyənin tələbinə əsasən Brest-Litovsk
müqaviləsinin şərtlərini qəbul etdi. Yarandığı andan Seymin tər-
kibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında
mövcud olan ciddi fikir ixtilaflarını 1918-ci il aprelin 22-də Cənubi
Qafqazın müstəqil federativ respublika elan edilməsi də yumşalda
bilmədi. Seymin fəaliyyəti iflic vəziyyətinə düşdü. Gürcülər Cənubi
Qafqaz federasiyasının tərkibindən çıxıb Gürcüstanın müstəqilliyini
elan etmək qərarına gəldilər. 1918-ci il mayın 26-da Zaqafqaziya
Seymi buraxıldığını elan etdi və elə həmin gün də Gürcüstanın
müstəqilliyi bəyan edildi. Ertəsi gün, mayın 27-də yaranmış vəziy-
yətlə əlaqədar olaraq keçmiş Seymin Azərbaycan fraksiyasının föv-
qəladə iclası keçirildi və Azərbaycan Milli Şurasının yaradılması
haqqında qərar qəbul edildu. Milli Şura Azərbaycanın idarə olun-
masının tam məsuliyyətini öz üzərinə götürdüyünü bildirdi.
M.Ə.Rəsulzadə Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov onun
müavinləri seçildilər. Daha sonra Milli Şuranın icra orqanı-9 nəfər-
dən ibarət İdarə Heyətinin təşkil olunmasına başlandı. F.X.Xoy-
skinin yekdilliklə sədr seçildiyi icra orqanına aşağıdakı partiyaların
nümayəndələri daxil oldular:-“Müsavat” partiyasından M.H.Ha-
cınski, N.Usubbəyov, X.Xasməmmədov, M.Y.Cəfərov;-“Müsəlman
sosialist bloku”ndan X.Məlikaslanov, C.Hacınski;-“Hümmət”dən
Ə.Şeyxülislamov; -“İttihad” partiyasından X.Sultanov. Mayın 28-də
Azərbaycan Milli Şurasının ilk iclası oldu. X.Xasməmmədovun
Azərbaycanın müstəqilliyinin elan edilməsi təklifinə tərəfdar
çıxanlar olsa da, F.X.Xoyski yerlərdə vəziyyət aydınlaşmayana kimi
Azərbaycanın istiqlaliyyətinin elan olunması məsələsində tələsmə-
məyi və hələlik, yalnız tamhüquqlu Azərbaycan hökumətinin
245
yaradılması ilə kifayətlənməyi təklif etdi. Mübahisələrdən sonra
Milli Şura 24 səslə (2 nəfər-S.M.Qəniyev və C.Axundov bitərəf
qaldılar) Azərbaycanın dövlət müstəqilliyinin elan olunması haq-
qında qərar qəbul etdi və “İstiqlal bəyannaməsi”nin mətnini
təsdiqlədi. Daha sonra Milli Şura Azərbaycan Demokratik Res-
publikasının ilk hökumətini təşkil etməyi F.X.Xoyskiyə tapşırdı.
Müstəqil Azərbaycanın I hökumətinin tərkibi: Nazirlər Şurasının
sədri və daxili işlər naziri-F.X.Xoyski; Hərbi nazir-X.Sultanov;
Maliyyə və xalq maarifi naziri-N.Usubbəyov; Xarici işlər naziri-
M.H.Hacınski; Yollar, poçt və teleqraf naziri -X.Məlikaslanov;
Ədliyyə naziri-X.Xasməmmədov; Əkinçilik və əmək naziri-
Ə.Şeyxülislamov; Ticarət və sənaye naziri-M.Y.Cəfərov; Dövlət
nəzarəti naziri-C.Hacınski. 1918-ci il mayın 30-da böyük dünya
dövlətlərinin xarici işlər nazirlərinə Azərbaycan istiqlaliyyətinin
elan olunması haqqında F.X.Xoyskinin imzası ilə teleqram
göndərildi. İyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı
imperiyası arasında Batumda Sülh və dostluq müqaviləsi imzalandı.
Müqavilənin 4-cü bəndinə görə Türkiyə hökuməti Azərbaycana
hərbi yardım göstərməyi öz öhdəsinə götürdü. İyunun ortalarında
Tiflisdən Gəncəyə köçən Azərbaycan hökuməti ciddi daxili və
xarici problemlərlə üzləşdi. Bu vaxt artıq Nuru paşanın hərbi di-
viziyası Gəncədə idi. Gəncədə Milli Şura güclü müxalifətlə rast-
laşdı. “İlhaq”-Azərbaycanın Türkiyəyə birləşdirilməsini istəyən bu
dairələr Nuru paşanı öz tərəflərinə çəkərək onun nüfuzundan Milli
Şuraya qarşı mübarizədə istifadə edirdilər. Məhz onların təkidi ilə
Nuru paşa Milli Şura üzvlərini qəbul etmədi. Həmin günlərdə
Azərbaycanın istiqlaliyyətinin müqəddəratı həll olunurdu, çünki
“ilhaqçı”lar ictimaiyyət arasında nüfuza malik idilər. Yalnız
M.Ə.Rəsulzadənin başçılıq etdiyi Milli Şuranın qətiyyətli mövqeyi
kompromis əldə etməyə imkan verdi. 1918-ci il iyunun 17-də top-
lanmış Milli Şura 2 qətnamə qəbul etdi: 1.“Müvəqqəti hökumətin
hüquq və vəzifələri haqqında”; 2.“Milli Şuranın buraxılması
haqqında” (9, s. 247). M.Ə.Rəsulzadə Şuranın buraxılmasını
demokratiyanın geri çəkilməsi və irticanın müvəffəqiyyəti kimi qiy-
246
mətləndirdi. İyun hadisələri Azərbaycanın siyasi həyatında sağa
dönüşün başlanğıcı demək idi. Bu hadisələrdən sonra sol partiyalar,
“Müsavat” da öz fəaliyyətlərini faktiki olaraq dayandırmalı oldular.
M.Ə.Rəsulzadə, X.Xasməmmədov, A.Səfikürdski və b. siyasi fə-
aliyyətdən uzaqlaşdırılaraq danışıqlar bəhanəsi ilə İstanbula gön-
dərildilər. Lakin irtica Milli Şuranın buraxılmasına nail olsa da,
demokratik qüvvələr Azərbaycanın dövlət müstəqilliyini qoruyub
saxlaya bildilər. 1918-ci il iyunun 12-də S.Q.Şaumyanın əmri ilə
Bakı Soveti hərbi qüvvələri Gəncə üzərinə hücuma başladı. Yalnız
1918 il 4 iyun tarixli Azərbaycan-türk müqaviləsinin 4-cü bəndinə
əsasən birləşmiş Azərbaycan-türk qüvvələri Göyçay ətrafında
iyunun 27-dən iyulun 1-dək davam etmiş 4 günlük döyüşdə Bakı
Sovetinin qoşunlarını ağır məğlubiyyətə uğradaraq, onların Gəncə
üzərinə yürüşünün qarşısını almaq mümkün oldu. Lakin Bakını
azad etmək üçün ordunun yaradılmasında hərbi səriştəli adamların
və zabitlərin çox az olması çətinlik törətsə də, hökumət müəyyən
tədbirlər görürdü: iyunun 26-da keçmiş müsəlman korpusu “Əla-
hiddə Azərbaycan korpus”una çevrildi, avqustun 11-də ümumi
hərbi səfərbərlik elan olundu və 1894-1899-cu il təvəllüdlü bütün
Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldılar. Sentyabrın 1-də
hərbi nazirliyin yaradılması haqqında qərar qəbul olundu. Baş nazir
F.X.Xoyski həm də müdafiə naziri, general Mehmandarov isə onun
müavini təyin olundu. İyulun 31-də Bakı XKS-nin istefasından
sonra şəhərdə hakimiyyəti “Sentrokaspi diktaturası” ələ keçirmişdi.
Azərbaycan-türk qoşunları sentyabrın 15-də Bakını azad etdilər.
Sentyabrın 17-də Milli hökumət Gəncədən Bakıya köçdü.
1919-cu ildə Cənub bölgəsində də separatçı qüvvələrin mü-
qaviməti qırıldı. Hələ, 1918-ci ilin aprelindən etibarən burada rus
zabitləri və bolşevik-daşnak qüvvələri ağalıq edirdilər. Hətta, 1919-
cu ilin mayında bölgədə mərkəzi Lənkəran şəhəri olmaqla “Muğan
Sovet Respublikası” yaradılmışdı. 1919-cu ilin avqustunda general
H.Səlimovun başçılığı ilə keçirilən hərbi əməliyyatlar nəticəsində
bu qondarma respublika da ləğv olundu və nəzarət AXC-nin əlinə
keçdi.
247
Şimal bölgəsində də mübahisəli ərazi məsələləri həll olundu.
Gürcüstan Respublikası ilə razılıq (1919-cu il 16 iyun müqaviləsi)
91,9 % müsəlmanlardan ibarət olan Zaqatala-Balakən ərazisi Xalq
Cümhuriyyətinin tərkibinə daxil edildi. Zaqatala, Qax və Balakən
ərazisini əhatə edən Zaqatala quberniyası təsis olundu. Məmmədağa
Şahmalıyev qubernator təyin edildi. Quba-Xaçmaz bolgəsində sepa-
ratçiliq meyllərinə son qoyuldu. Bununla da Azərbaycan Cümhu-
riyyəti öz hakimiyyətini bütün respublika ərazisində bərqərar etdi.
Demək olar ki, Azərbaycan ərazisinin azad olunmasında Qafqaz və
İslam ordusunun 2 min əsgəri və zabiti şəhid olmuşdu.
Dostları ilə paylaş: |