əlvan metallurgiya sənayesi də inkişaf edirdi. Gəncə quberniyasın-
dakı 8 mis zavodu içərisində Gədəbəydəki “Simens qardaş-
ları”səhmdar cəmiyyətinə məxsus olan zavodlar fərqlənirdi. Gə-
dəbəy misi dünyada ən təmiz və qiymətli mis hesab edilirdi. XX
əsrin əvvəlində Azərbaycanda yeni mis filizi ehtiyatları aşkar edil-
dikdən sonra Qalakənd çayı üzərində ikiturbinli elektrik stansiyası-
ilk su-elektrik stansiyası tikildi. Moskvada yeni zavodlar tikildiyi
üçün 1906-cı ildə Qalakənd missaflaşdırma zavodu istehsalı
dayandırmışdı. Mis sənayesində 1900-cü ildə başlanan inhisarlaşma
prosesi 1913-cü ildə başa çatdı. “Simens qardaşları və K`” 1914-cü
ildə Almaniyanın 6 nəhəng metallurgiya zavodunu xammalla təmin
edən “Ştuden Gezelşaft” inhisarı ilə 30 il müddətinə müqavilə bağ-
lamışdı.
İpək sənayesi ölkəmizin şimal-qərb və cənub-qərb hissəsində
yayilmışdı. Cənubi Qafqazda ipək emalı sənayesinin mərkəzi Nuxa
şəhəri idi. 1900-cü ildə xırda müəssisələr nəzərə alınmasa, Nuxa-
Zaqatalada 46 fabrik var idi. Qarabağda və Naxçıvanda xeyli
ipək fabriki işləyirdi. Nuxada istehsal edilən xam ipək beynəlxalq
sərgilərdə qızıl və gümüş medallar almışdı. XX əsrin əvvəllərində
pambıqçılığın inkişafı ilə əlaqədar pambıqtəmizləmə sənayesi də
inkişaf edirdi. Bu dövrdə 100-dən çox pambıqtəmizləmə zavodu
vardı. Bu sahədə Gəncə quberniyası birinci yerdə idi. Pambıq-
təmizləmə sənayesinə qoyulan sərmayənin 80 %-i milli kapitala-
H.Z.Tağıyev, Mahmudbəyov qardaşları və Məstanzadəyə məxsus
215
idi. Azərbaycanda maldarlığın geniş yayılması gön-dəri istehsalı
üçün əlverişli şərait yaradırdı. Azərbaycanın yeyinti sənayesinin
mühüm sahələrini şərabçılıq, spirt, konyak istehsalı təşkil edirdi.
Tütünçülük Zaqatala dairəsində, Nuxa, Cavanşir, Şamaxı
qəzalarında yayılmışdı. Azərbaycanda ilk tənbəki fabriki XIX əsrin
ikinci yarısında Nuxada fəaliyyətə başlamışdı. XX əsrin əvvəllə-
rində Azərbaycanın 7 qəzasında balıqçılıqla məşğul olurdular.
Xəzər dənizində siyənək ovlanırdı. Kür çayı boyunca yerləşmiş iri
vətəgələrdə ovlanmış balıqlar duzlanır, konservləşdirilirdi. Balıq
sənayesində də milli kapital-H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov
və b. üstünlük təşkil edirdi. Şimali Azərbaycanda istehsal olunan
məhsulların ümumi dəyəri və fəhlələrin sayına görə balıq sənayesi
neft sənayesindən sonra 2-ci yerdə dururdu. XX əsrin əvvəllərində
Azərbaycanda biyan köku istehsalının inkişafı ingilis kapitalı ilə
bağlı idi. Gəncə, Kürdəmir, Ucar və Ləkidə biyan emalı zavodları
var idi. Emal prosesində alınan maye-cövhər əsasən yeyinti səna-
yesində istifadə olunurdu. 1902-ci ildə Şəkidə çiyid yağı zavodu
tikildi. 1906-cı ildə bu müəssisənin əsasinda “Qafqaz yağ zavodu”
səhmdar cəmiyyəti təsis edilmişdi. Daşduz Naxçıvan qəzasında, şor
duz Abşeronda və Cavad qəzasında çıxarılırdı. “Kəlbalıxanov qar-
daşları və K`” şirkətinin Sust mədənlərində daş duz əldə edilirdi.
XX əsrin əvvəllərində Azərbaycanda kapitalist münasibətlərinin
inkişafı şəhər təsərrüfatının, ticarətin, nəqliyyatın, rabitənin inki-
şafına güclü təsir göstərdi. Nuxa ölkədə 2-ci sənaye və ticarət mər-
kəzi, Bakı isə yük dövriyyəsinə görə Rusiyada 1-ci liman şəhəri idi.
Bakıdakı iri ticarət səhmdar banklarının sahibləri arasında H.Z.Ta-
ğıyev, M.Nağıyev kimi milli burjuaziyanın nümayəndələri var idi.
Kənd təsərrüfatı. XX əsrin əvvəllərində kənd təsərrüfatında
kapitalizmin inkişafı əkinçilikdə təkmil alətlərin tətbiqini xeyli ge-
nişləndirmişdi. Kapitalistcəsinə təşkil edilmiş qolçomaq və mül-
kədar təsərrüfatlarında taxılın müəyyən bir hissəsi bazar üçün isteh-
sal edilirdi. Kəndlilərin bir hissəsinin torpağı yox idi, əksəriyyəti isə
az torpaqlı idi. Kənd təsərrüfatında texnika ləng tətbiq edilirdi. Əsas
səbəbləri aşağıdakılardır: 1)Azərbaycanın özündə kənd təsərrüfatı
216
alətləri və maşınları istehsal edən zavodların olmaması; 2)ixtisaslı
mütəxəssislərin az olması. Taxıl və texniki bitkilərə tələbatın
artması suvarılan torpaq sahələrinin genişləndirilməsini tələb edirdi.
Əsrin əvvəllərində Kür və Araz çayları sahilində 150-yə qədər
suvuran qurğu qurulmuşdu. Azərbaycanda texniki bitkilər əkini
xeyli genişlənmişdi. Taxılçılıq sahəsində Lənkəran, Gəncə, Nuxa,
Ərəş, Şuşa qəzaları daha çox fərqlənirdi. Azərbaycanda texniki
bitkilər əkini xeyli genişlənmişdi. Onların içərisində sənaye pam-
bıqçılığı xüsusilə fərqlənirdi. Pambıq əkinində kotanla bərabər trak-
tordan da istifadə olunurdu. 1913-cü ildə Rusiyada əkinçilikdə isti-
fadə edilən 152 traktordan 6-sı Azərbaycanda idi. Cənubi Qafqaz-
dakı pambıq əkin sahələrinin 70%-dən çoxu Azərbaycanın payına
düşürdü. Pambıqçılıq təsərrüfatlarında cərgəli əkin üsulu üstünlük
təşkil edirdi. 1909-cu ildən etibarən Azərbaycanda borc-kredit
şirkətlərinin təşkili bu sahədə möhtəkirliyə mane olurdu. 1913-cü
ildə burada 129-dan artıq kredit şirkəti və borc-əmanət kassaları
fəaliyyət göstərirdi. Bunlar kəndlilərə əlverişli şərtlərlə kredit
verirdilər. XX əsrin əvvəllərində Azərbaycanda ipəkçılıklə-küm-
darlıqla məşğul olan kəndlilərin sayı artır, çəkil plantasiyalarının
ümumi sahələri genişlənirdi. İpəkçılık kapitalist əmtəə istehsalının
inkişaf etdiyi kənd təsərrüfatı sahələrindən birinə çevrilmişdi. 1914-
cü ildə Cənubi Qafqazda əldə edilən baramanın 81%-i Azərbay-
canın payına düşürdü. Azərbaycanda becərilən baramanın hamısı
yerli ipək fabriklərində emaldan keçirilirdi. İpək fabriklərindəki
mövcud texnika aşağı növ baramanı emal etməyə imkan vermə-
diyinə görə onu İtaliya və Fransanın Milan, Marsel, Lion şəhər-
lərinə ixrac edirdilər. Sənaye tütünçülüyü XX əsrin əvvəllərində
geniş vüsət almışdı. Tütünçülük ən çox Zaqatala dairəsində, Nuxa,
Cavanşir, Şuşa, Quba və Şamaxı qəzalarında intişar tapmışdı. Za-
qatalada sarı Trabzon və Samsun tütün növləri yetişdirilirdi. Cənubi
Qafqazda ən böyük tütün plantasiyası (40 desyatin) Zaqatalada
yerləşirdi. Azərbaycanda yığılan tütün yarpağı əsasən yerli fab-
riklərdə emal edilir, az bir qismi İrana ixrac olunurdu. 1902-ci ildə
ixraca göndərilən tütünə yüksək gömrük haqqının tətbiq edilməsi və
217
istehsal üzərinə yüksək aksiz vergisi qoyulmsı tütünçülüyün inkişa-
fına əngəl törədirdi. Azərbaycanda üzümçülük də geniş yayılmışdı.
Onun böyük hissəsi mülkədarların, qolçomaqların və ayrı-ayrı
şirkətlərin əlində cəmlənmişdi. İri şirkətlər üzüm və şərab istehsa-
lında həlledici rol oynayırdılar. Məhsulun bir hissəsi yeyinti məh-
sulu kimi satışa çıxarılır, digər hissəsi isə ölkədəki çoxsaylı şərab
zavodlarına satılırdı. Azərbaycan ərazilərində maldarlıq bu və ya
digər dərəcədə inkişaf etmişdi. Maldarlıqla müntəzəm məşğul olan-
lar üçün əmtəə maldarlığı xüsusi əhəmiyyətə malik idi. İri maldarlıq
təsərrüfatında əmtəə südçülüyü və əmtəə mal-qara bəslənməsi geniş
miqyas almışdı. Yenə də köçmə maldarlığı maldarların əsas məşğu-
liyyəti olaraq qalırdı. Yundan toxunan Azərbaycan xalçaları, gə-
bələri dünya bazarlarında məşhur idi. Azərbaycanda meyvəçilik də
inkişaf etmişdi. Rusiyanın daxili bazarlarında quru meyvəyə olan
tələbat bu sahənin inkişafına şərait yaradırdı.
Azərbaycanda kəndlilərin aztorpaqlı olmasına baxmayaraq
Rusiyadan buraya köçürülənlərin sayı getdikcə artırdı. 1905-ci ildən
etibarən ruslar Muğanda məskunlaşmağa başladılar. Hesablamalara
görə, XX əsrin əvvəllərində təkcə Bakı quberniyasına köçürülənlər
üçün 44 min desyatin yararlı torpaq sahəsi ayrılmışdı. 1908-1910-
cu illərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana 3
mindən artıq kəndli ailəsi köçürülmüşdü. 1912-ci ildə Bakı
quberniyasında 60, Gəncə quberniyasında 29 rus kəndi salın-
mışdı.
Şimalı Azərbaycanda aqrar qanunlar. 1870-ci il kəndli
islahatı Azərbaycanda aqrar məsələni yarımçıq həll etdi. Kəndlilərə
pay torpağı verilməsi məsələsi həll edilmədi. 1882-ci ildə kəndli
torpaq bankı təşkil edildikdən sonra kəndlilərin az-çox bir qismi
müəyyən qədər torpaq payı almağa müvəffəq oldu. Kəndlilərin öz
pay torpaqlarını satın almasını çətinləşdirən amillərdən biri də Azər-
baycanda pay torpaqlarının satınalma qiymətinin Rusiyadakından
dəfələrlə yüksək olması idi. İslahatdan sonra kəndlilər istifadə et-
dikləri pay torpağı əvəzində islahataqədərki vergiləri verməyə və
mükəlləfiyyətləri daşımağa məcbur idilər. Başqa sözlə, Azər-
218
baycanda “müvəqqəti mükəlləfiyyətli” münasibətlər 40 ildən çox
davam etdi. Kənd təsərrüfatında kapitalist əmtəə istehsalı artdıqca
torpağın qiyməti də sürətlə yüksəlirdi. Torpağın çox hissəsi dövlətin
əlində idi. Kəndlilərin 68%-ni dövlət kəndlisi təşkil edirdi. 1900-
cü il mayın 1-də hökümət dövlət kəndlilərinin torpaq müna-
sibətlərini qaydaya salmaq üçün qanun verdi. “Cənubi Qafqazda
dövlət kəndlilərinin torpaq quruluşu” haqqında bu qanun (63, s.
18-23) dövlət kəndlilərinə kənd icması yığıncaqlarının razılığı ilə
icma torpaqlarından nəsli istifadə hüququ verirdi (109, v. 64).
Qanun bu maddəsi icma torpaq mülkiyyətinə çox ağır zərbə vurdu.
‘Cənubi Qafqazın beş quberniyasında pay torpaqlarını mü-
əyyənləşdirmək və torpaq quruluşu işini aparmaq qaydası haq-
qında” əsasnamə 1903-cü il aprelin 21-də qüvvəyə mindi. Qanuna
görə, pay torpaqlarının planı hazırlanarkən istsfadə edilən mövcud
sərhədlər əsas götürülməli idi. Əsasnamədəki yenilik kəndlilərə
əlavə pay torpağının verilməsi, çəmən, otlaq və meşələrdən pay
ayrılması qaydalarından ibarət idi. Lakin nə qanun, nə də əsasnəmə
dövlət kəndlilərinin torpaq quruluşu məsələsini tam həll etmədi.
Kəndlilərin istifadəsində olan pay torpaqları əsasən yenə də dövlət
mülkiyyətində idi.
1912-ci il dekabrın 20-də “Cənubi Qafqaz quberniyasında
torpaqların məcburi surətdə satın alınması haqqında” qanun
verildi. Qanunla birlikdə onun həyata keçirilməsi üçün “Qaydalar”
təsdiq edildi. “Qaydalara” görə, Azərbaycandakı sahibkar kəndliləri
1913-cü il yanvarın 1-dən mükəlləfiyyət daşımaqdan azad olu-
nurdular. Kəndlilər pay torpaqlarını məcburi şəkildə satın almalı
idilər. Onlar yalnız torpaq nizamnaməsində göstərilən torpağı öz
mülkiyyətinə keçirə bilərdi. İcarəyə verilən torpaqlar mülkədarın
mülkiyyətində qalırdı. Kəndli çəmən, otlaq və meşə sahələrini satın
ala bilməzdi. O, həmin yerlərdən yalnız torpaq sahibinin razılığı ilə
istifadə edə bilərdi. Su arxları mülkədarların xüsusi mülkiyyəti
olaraq qalırdı. Dövlət xəzinəsi torpağın haqqını 20 il ərzində
kəndlilərdən toplamalı idi, mülkədarlar isə torpaq üçün əvəz haqqını
dövlət xəzinəsindən alırdı. 1912-ci il aqrar qanunu Zaqatala dairəsi
219
kəndlilərinə şamil edilmədi. 1913-cü il iyulun 7-də hökumət
Dağıstan və Zaqatala dairəsində feodal-asılı münasibətlərinin
ləğv olunması haqqında qanun qəbul etdi. 1912-1913-cü illər
aqrar qanunları pay torpaqlarının sahibkar kəndlilərinin xüsusi
mülkiyyətinə çevrilmısinə, onların “müvəqqəti mülkiyyətli” müna-
sibətlərdən azad edilməsinə imkan verdi. Azərbaycan kəndində
kapitalist münasibətlərinin inkişafı və ictimai təbəqələşmə getdikcə
sürətlənirdi (5, s. 66-67).
XX əsrin əvvəllərində çarizmin milli müstəmləkə zülmü və
kapitalist münasibətlərinin inkişafı Şımali Azərbaycanda əhalinin
sosial tərkibinə ciddi təsir göstərmişdi. Sənaye və ticarət burjuazi-
yasının xüsusi çəkisi artırdı. Əsrin əvvəllərində Azərbaycan tədricən
aqrar-sənaye ölkəsinə çevrilmərdə idi. Kənddə sosial təbəqələşmə
kəndlilərin içərisindən kənd varlılarının və qolçomaqların ayrıl-
masına gətirib çıxardı. Mülkədarların bir hussəsi çarizmin müstəm-
ləkə əsarətinə nifrət edir, xalqın sosial-iqtisadi vəziyyətini yaxşı-
laşdırmaq üçün yollar axtarırdılar. Mülkədarlardan Allahyar bəy
Zülqədərov,Fərrux bəy Vəzirov və b. da yoxsullara kömək edirdilər.
Lakin ümumilikdə Şimali Azərbaycan kəndlərində sosial münasi-
bətlər kəskin idi. Azərbaycan şəhərlərində isə fəhlələrlə sahibkarlar
arasında ziddiyyətlər getdikcə kəskinləşirdi. Milli burjuaziyanın
H.Z.Tağıyev, Ş.Əsədullayev, M.Səlimxanov, M.C.Əliyev kimi nü-
mayəndələri müsəlman fəhlələrinin qayğısına qalırdı.
XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə, Əlimərdan bəy
Topçubaşov, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə,
Nəriman Nərimanov, Fətəli xan Xoyski, Cəlil Məmmədquluzadə,
Üzeyir Hacıbəyov və b. yüzlərcə ziyalı milli şüurun, milli özünüdər-
kin formalaşmasında mühüm rol oynayırdı.
Böhran illərində sənayenin, xüsusən neft sənayesinin geri-
ləməsi böyük işsizlər ordusunun yaranmasına səbəb oldu. Azərbay-
can neft sənayesində fəhlələrin sayı on minə qədər azalıb, 27 min
nəfərə endi. Azərbaycan kəndliləri mülkədarların ağır istismarına
məruz qalırdılar. Böhran illərində fəhlələrin vəziyyətinin son dərə-
cədə ağırlaşması, fəhlələr arasında siyasi təşviqatın genişlənməsinə
220
şərait yaratdı. Məhz bu dövrün başlanğıcında, 1900-cü ilin sonla-
rında Bakıda sosial-demokratiya hərəkatı genişlənməyə başladı.
1901-ci ildə Bakıda RSDFP-nin təşkilatı artıq formalaşmaqda idi,
Bakı və onun rayonlarında 15 dərnək fəaliyyət göstərirdi. 1901-ci
ilin yazında RSDFP-nin Bakı Komitəsi yaradıldı. 1901-ci ilin mar-
tinda Bakıda Sabunçu “Remont” mexaniki və b. emalatxanaların
fəhlələri tətil etdilər. 1902-ci ilin aprelində Bakıda 5 min fəhlənin
iştirakı ilə ilk dəfə açıq nümayiş keçirildi. 1903-cü il martın 2-də
Bakıda fəhlələrin açıq küçə nümayişi keçirildi. 1903-cü il iyulun 1-
dən 22-nə qədər Bakıda ilk ümumi siyasi tətil keçirilmişdi.
Tətilçilər əsasən iqtisadi tələblər irəli sürürdülər. Azərbaycan kən-
dində sinfi mübarizənin kəskinləşməsi, kəndli çıxışlarının artması
müşaiyət olunurdu. Milli-azadlıq hərəkatına tələbələr və ziyalılar da
qoşulurdular: N.Nərimanov, M.Ə.Rəsulzadə, S.M.Əfəndiyev,
Ə.Ağayev, M.Əzizbəyov, C.Məmmədquluzadə, M.Ə.Sabir və b.
1904-cü ilin yanvarında başlanmış rus-yapon müharibəsi fəhlə
və kəndlilərin həyat şəraitini daha da ağırlaşdırdı. Bu isə zəhmətkeş
kütlələri mübarizəyə sövq edirdi, onları müharibə əleyhinə çıxışlara
qaldırırdı. Əvvəllər dərnək tipli olan sosial-demokratların azərbay-
canlı fəhlələr arasında iş aparan özəyi 1904-cü ildə “Hümmət”adlı
qəzet buraxmağa başladı. Qəzet zəhmətkeşləri mütləqiyyətə, sosial
ədalətsizliyə qarşı mübarizəyə çağırırdı. Tezliklə “Hümmət” adlı
sosail-demokrat təşkilatının əsası qoyuldu. Bu təşkilat azərbaycanlı
fəhlələr arasında geniş inqilabi iş görür, vərəqələr nəşr edir, “Hüm-
mət” qəzetinin nəşrini davam etdirirdi. 1904-cü ilin dekabrın 13-də
“Xəzər-Qara dənizi cəmiyyəti” zavodu, sonra isə bir sıra başqa
sənaye müəssisələrin, fabrik və zavodlarının fəhlələri tətil etdilər.
Tətil neft mədənlərini bürüdü. Şəhərdə hərbi vəziyyət elan olundu.
Tətil komitəsi ilə aparılan ilk danışıqlar nəticəsiz oldu. Nəhayət,
dekabrın 30-da fəhlələrin “Mazut Konstitusiyası” adlandırdığı
müştərək müqavilə imzalandı. Müqavilənin əsas müddəaları bunlar
idi: 9 saatlıq iş günü, ayda 4 dəfə istirahət günü və ildə bir dəfə
məzuniyyət verilməsi; orta əmək haqqının 20-25 % artırılması,
xəstəlik üzündən işləyə bilməyən fəhlələrə əmək haqqının verilməsi
221
və s. göstərilən bu güzəştlər ancaq neft sənayesində çalışan fəhlələrə
aid idi (84; 65, s. 71, 79). Dekabrın 31-də tətil qalibiyyətlə başa
çatdı. Bu Bakı fəhlələrinin neft sənayeçiləri və çarizm üzərində ilk
qələbəsi idi.
1905-ci il yanvarın 3-də Peterburqda Putilov zavodu fəhlələri,
yanvarın 8-də isə bütün Peterburq tətil etdi. Yanvarın 9-da öz tələb-
ləri ilə Qış Sarayına doğru gedən tətilçilər çarın əmri ilə gülləbaran
edildilər. Bu qanlı hadisə Bakıda fəhlələri ayağa qaldırdı, müəs-
sisələrin çoxu, nəqliyyat öz işini dayandırdı. Bakıda zəhmətkeşlərin
çıxışlarının böyük vüsət aldığını görən çar hökuməti dairələri
burada azərbaycanlılarla ermənilər arasında milli nifaq salmağı qət
etdi və buna nail oldu. Hökumətin milli qırğın siyasətinin həyata
keçirilməsində Daşnaksütyun Partiyası və erməni quldurları həlle-
dici rol oynadı. Milli qırğın nəticəsində 158 müsəlman kəndi da-
ğıdılmışdı (12, s. 32). “Böyük Ermənistan”xülyasına düşən ermə-
nilər Rusiyanın köməyi ilə Cənubi Qafqazda muxtariyyət almağa
ümid edirdilər. Ermənilərin Azərbaycanın müxtəlif bölgələrində
törətdikləri cinayətlərdən aşağıdakıları göstərmək olar: 1.Fevralın 6-
dan 10-dək davam edən qırğında Bakıda 2 mindən çox azərbaycanlı
öldürüldü (12, s. 32). 2. Mayın 24-də İrəvanda 11 nəfər qətlə yeti-
rildi. 3. Yayda Məngüş, Güllücə, Şeyxəli, Xırmancıq kəndlərində
erməni quldur dəstələrinin hücumlarının qarşısı alınmış, əhali onları
geri çəkilməyə məcbur etmişdi. Avqust ayında Şuşada törədilən
milli qırğının qarşısı alındı və döyüş azərbaycanlıların qələbəsi ilə
başa çatdı. Bakıda fevralın 6-dən 9-na kimi davam etmiş erməni-
azərbaycanlı qırğınının qarşısını almaqda “Hümmət” təşkilatı xüsusi
fəaliyyət göstərirdi. Milli qırğının qarşısını almaqda H.Z.Tağıyevin
rolunu xüsusi qeyd etmək olar. Çaizm qırğınla bərabər, inzibati
tədbirlərə də əl atdı. Fevralın 15-də Bakıda general-qubernator vəzi-
fəsi təsis edildi. Fevralın 18-də isə Bakı quberniyasında hərbi vəziy-
yət elan edildi. Fevralın 26-da Qafqazın baş rəisi vəzifəsi ləğv edildi
və hələ 1883-cü ildə ləğv edilmiş Qafqaz canişinliyi bərpa olundu
və qraf Vorontsov-Daşkov fövqəladə səlahiyyətlə canişin təyin
edildi. Vorontsov-Daşkov təkcə zorla inqilabi hərəkatı boğmağın
222
qeyri-mümkünlüyünü nəzərə alaraq yerli burjuaziya ilə itttifaq
bağlamağı qət etdi. Bunun üçün bir sıra liberal vədlər verdi.
Azərbaycan burjuaziyası nümayəndələri bundan istifadə edərək bir
sıra tələblər, o cümlədən Zemstvo idarələrinin yaradılması, məhkə-
mə iclasçıları hüququnun Azərbaycana tətbiq edilməsi, azərbay-
canlıların bütün qulluq işlərinə qəbul edilməsi, uşaqlara məktəb-
lərdə ana dilində təhsil almasına icazə verilməsini, kəndlilərin
torpaqla təmin olunmasını və s. irəli sürdülər. Oktyabrın 17-də çarın
bəyənnaməsi elan edildi. Bəyənnamədə qanunverici və əhalinin
bütün təbəqələrinin iştirakı ilə seçiləcək Dövlət Dumasını çağırmaq
vəd olundu.
İnqilabi çıxışların gedişində Moskva, Peterburq şəhərlərində
fəhlə deputatları Sovetləri yarandı. Sovetlər silahlı inqilabi
çıxışların təşkili qərargahı rolunu oynayırdı. Bakı Soveti noyabrın
25-də fəaliyyətə başladı. 1906-cı il mayın 31-də Azərbaycanda I
Dövlət Dumasına keçirilən seçkilərdə Əlimərdan bəy Topçubaşov,
Abdulla bəy Muradxanov, Məmmədtağı Əliyev, İsmayıl xan Ziyad-
xanov, yazıçı Əbdürrəhim bəy Haqverdiyev və həkim X.İ.Baha-
durov seçildilər. 1906-cı ilin aprelində işə başlayan və cəmi 72 gün
fəaliyyət göstərən I Duma iyulun 7-də buraxıldı. 1907-ci il yanvarın
14-də II Dumaya keçirilmiş seçkilərdə Bakı fəhlələri özlərinin 116
sosial-demokrat vəkillərini seçdilər. Fəhlələr Dumaya hümmətçi
Z.Zeynalovu seçdilər. Ondan başqa Yelizavetpol quberniyasından
Dumaya Xəlil bəy Xasməmmədov və Fətəli xan Xoyski, Naxçı-
vandan “Şərqi-Rus” qəzetinin redaktoru Məmmədağa Şaxtaxtinski
seçildilər.
Çar hökuməti 1907-ci il iyulun 3-də II Dövlət Dumasını
qovaraq dövlət çevrilişi etdi. Rusiyada irtica dövrü başlandı. Yeni
qanunla Rusiyanın bir çox şəhərləri, o cümlədən Bakı Dumaya
müstəqil nümayəndə seçmək hüququndan məhrum edildi. Əgər
Bakı şəhərinin, Bakı və Yelizavetpol quberniyalarının 3 deputat
seçmək hüququ var idisə, yeni qanuna görə hər iki quberniya İrəvan
quberniyası ilə birləşdirilib bir seçki dairəsi yaradıldı və bu dairədən
2 deputat-biri azərbaycanlı, digəri isə başqa millətlərin nümayəndəsi
223
seçilə bilərdi. Zaqafqaziyada yaşayan rus əhalisinin özünə ayrıca
deputat seçmək hüququ verilmişdir. Okyabrın 14-də keçirilmiş
seçkilərdə müsəlman əhalisindən Xəlil bəy Xasməmmədov III Du-
maya deputat seçildi. İrtica bütün cəbhə boyu hücuma keçdi.
2. 1905-1907-ci illər birinci rus inqilabı
və onun Azərbaycanın siyasi durumuna təsiri.
Siyasi partiya və təşkilatların yaranması
İmperiyanın və dünyanın müxtəlif elm ocaqlarında təhsillərini
başa vurub qayıdan gənclər milli-demokratik hərəkatın yaranma-
sında və inkişafında böyük rol oynayırdılar. Milli hərəkatda “millət
və hürriyyət” və s. ideyalar geniş vüsət almışdı. Milli ziyalıların
qabaqcıl nümayəndələri Həsənbəy Zərdabi, Əli bəy Hüseynzadə,
Əhməd bəy Ağayev,Firudin bəy Köçərli, Məmməd Əmin Rəsulzadə
və b. obyektiv olaraq Azərbaycanın milli müstəqilliyini ümumtürk
azadlığının tərkib hissəsi kimi qarşıya qoyurdular. Milli hərəkatın
əsas aparıcı qüvvəsi milli burjuaziya və demokratik ziyalılar idi.
1905-ci ilin yaz-yay aylarında Əlimərdan bəy Topçubaşovun
bilavasitə rəhbərliyi ilə hazırlanmış və Nazirlər Kabinetinə verilmiş
ərz-hallar Azərbaycanın çar hökumətinə təqdim etdiyi ilk program
sənədi idi. Bu ərz-hallarda Qafqazda, o cümlədən Azərbaycanda
islahatların keçirilməsi tələb edilirdi. 1905-ci il avqustun 15-də Nij-
ni-Novqorodda keçirilən Ümumrusiya Müsəlmanlarının I qurultayı
“İttifaqi-müslimin” (“Müsəlman ittifaqı”) adlı təşkilat yaratmağı
qərara aldı. Çarizmin 1905-ci il 17 Oktyabr manifestindən sonra
Ə.Topçubaşov və Ə.Ağayev Peterburqda yaşayan tatar Əbdürrəşid
İbrahimovla birlikdə “Müsəlman ittifaqı”nın nizamnaməsini və
proqramını hazırladılar (5, s. 154). 1906-cı il yanvarın 15-25-də
Peterburqda keçirilən Ümumrusiya müsəlmanlarının II qurultayında
bu nizamnamə və proqram bəyənildi. Proqramda Ümumrusiya türk-
lərini birləşdirmək və çarizmə qarşı cəbhədə mübarizə aparmaq
vəzifəsi qoyulmuşdu. 1906-cı il avqustun 16-23-də Nijni-Nov-
qorodda keçirilən Ümumrusiya müsəlmanlarının III qurultayında
224
“Müsəlman ittifaqı”na rəhbərlik etmək üçün daimi yeri Bakı olan
Mərkəzi Komitə yaratmaq qərara alındı. Qurultayda siyasi prob-
lemlərlə yanaşı, türklər yaşayan bölgələrdə yeni tipli məktəblərin
yaradılması, ibtidai icbari təhsilə keçirilməsi, təhsilin ana dilində
aparılması, milli kadrların hazırlanması üçün Bakıda, Kazanda,
Baxçasarayda pedaqoji institutların açılması qərara alındı. Məhz bu
qurultayın təsiri ilə sonralar türklərin yaşadığı bölgələrdə məktəblər
şəbəkəsi genişləndirildi. Milli mətbuat çoxaldı. Milli burjuaziyanın
H.Z.Tağıyev kimi nümayəndələri öz xərcləri hesabına istedadlı
gəncləri Rusiya və Avropanın ali məktəblərinə oxumağa göndər-
dilər. 1905-ci ilin payızında “Müsəlman cəmiyyəti xeyriy-yəsi”,
”Müdafiə və müsəlman kadrları və ziyalılarının ittifaqı cəmiyyəti”
(83, s. 116), 1906-cı ildə “Nəşri maarif” və “Nicat” cəmiyyətləri
(H.Z.Tağıyevin və M.Muxtarovun xeyriyyəçiliyi ilə) təşkil edildi.
1906-cı ilin avqustunda keçirilən Azərbaycan müəllimlərinin I qu-
rultayının əsas qayəsini milli dilin azad inkişafı və təhsilin ana di-
lində olması təşkil edirdi.
Dostları ilə paylaş: |