1812-ci ilin əvvəllərində 20 minlik İran ordusu Qarabağa
soxuldu. O, Şahbulaq və Sultanbud tərəfə irəlilədi. Şah qoşunları
182
ingilis zabitlərinin komandanlığı altında azsaylı rus qoşularını mü-
hasirəyə aldılar və qələbə çaldılar. 1812-ci il martın 18-də
Kotlyarevski iranlıların geriyə çəkilərkən yolunu kəsmək və onları
darmadağın etmək üçün öz dəstəsi ilə Araza doğru hərəkət etdi.
Lakin Abbas Mirzəyə hələ Kotlyarevski yaxınlaşanadək mühasirə-
dən yaxa qurtarmaq və Arazın o tayına keçmək müyəssər oldu.
M.İ.Kutuzovun komandanlığı altında Balkanlardakı qələbə Tür-
kiyəni sülh istəməyə məcbur etdi. 1812-ci il mayın 16-da Buxa-
restdə Rusiya və Türkiyə arasında sülh müqaviləsi bağlandı.
Müqaviləyə görə, Türkiyə Cənubi Qafqazın böyük bir hissəsinin
Rusiya tərəfindən işğal olunmasını təsdiq etdi (8, s. 576) . İndi
İran Rusiyanı müəyyən güzəştlərlə belə bir müqavilə bağlamağa
sövq etməyə can atırdı. Rusiya da İranla sülh bağlanılmasında
maraqlı idi, çünki Qərbdə Fransa ilə münasibətlər kəskinləşirdi.
General Rtişşev 1812-ci il aprelin 20-də İranla sülh bağlamaq
göstərişi aldı. İndi Rusiya demarkasiya xəttinin Kür, Araz və
Arpaçay çayları boyunca keçməsi barədə əvvəllər irəli sürülən
təkliflərdən imtina edir və sərhəddi işğaldan sonra necə varsa elə
qurmağa razılaşırdı. Lakin Abbas Mirzə ərazi güzəştləri tələb
etdiyinə görə danışıqlar uzandı (4, s. 36).
1812-ci ilin yayında Napoleon Fransası ilə Rusiya arasında
müharibə başlandı. 1812-ci il iyulun 8-də İngiltərə ilə Rusiya ara-
sında Fransa əleyhinə yönəlmiş müqavilə imzalanmasına baxma-
yaraq, Rusiyanın başının Napoleonla müharibəyə qarışmasından
istifadə edən İngiltərə İranda fəallaşdı. Abbas Mirzə rus ordusunun
əsas qüvvəsinin Napoleona qarşı müharibəyə yönəlməsindən isti-
fadə edərək, öz ordusunu Cənubi Qafqaz üzərinə yeni hücuma
hazırlamağa başladı.
İran ilk növbədə Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmaq
istəyirdi. Bunun üçün o, Mehrini tutmaq istəyirdi. İyulun 12-də
İran qoşunları Qarabağa soxuldular, lakin darmadağın edilib Arazın
o tayına atıldılar. Avqustda 20 minlik İran qoşunu Lənkəran da
daxil olmaqla Talış xanlığı ərazisini ələ keçirdi. İran qoşununun
digər hissəsi Ərçivanı tutub, Azərbaycanın içərilərinə doğru yol
183
açdılar. Rus komandanlığı Abbas Mirzənin sülh bağlamaq üçün 40
günlük barışıq barəsində təklifindən istifadə etməyi qərara aldı.
Danışıqlar sentyabrın 20-də Aslandüzdə başlandı və oktyabrın
10-dək davam etdi. Tərəflər özlərinin əvvəlki mövqelərindən əl
çəkmək istəmədiyinə görə danışıqlar heç bir nəticə vermədi. Abbas
Mirzənin komandanlığı altında 30 minlik ordu Aslandüz yaxınlı-
ğında Araz sahilində cəmləşdi. O, rus dəstələrinə zərbə endirərək
Qarabağa və Yelizavetpola (Gəncəyə), daha sonra isə Gürcüstana
irəliləmək niyyətində idi. Abbas Mirzə Pəmbək və Şuragəldəki rus
sərhəd məntəqələrinə hücum üçün həm də İrəvan xanının qüvvə-
lərindən istifadə etməyi qərara almışdı. Lakin Abbas Mirzə ilk
zərbəni Ağoğlan adlanan yerin yaxınlığında, Araz sahilində aldı.
İrəvanlı Hüseynqulu xanın qoşunları isə Pəmbək və Şuragələ soxul-
dular. Rus qoşunları Dilican dərəsində erməni əhalisinin köməyi
ilə qələbə çaldı. Pirqulu xan da Şəkidə darmadağın edildi. Abbas
Mirzə Şəkidə Pirqulu xanın qoşunları ilə birləşmək üçün qoşunlarını
Arazdakı Aslandüz keçidi qarşısında cəmləşdirdi. Kotlyarevski
Abbas Mirzənin niyyətini başa düşdü və o, düşmənin arxasına keç-
mək və gözlənilmədən arxadan zərbə vurmaq məqsədilə dağlarla 70
km gecə yürüşü etdi. Abbas Mirzə əzilmiş hissələrinin qalıqlarını
toplayaraq, səhərisi gün məğlubiyyətinin əvəzini çıxmağı qərara
aldı. Lakin Kotlyarevski Aslandüz istehkamlarına hücum edib onun
qoşunlarını darmadağın etdi. Tezliklə, Kotlyarevski 1812-ci il
dekabrın 17-də təxminən 2000 nəfərlik dəstə ilə Ağoğlandan yola
düşərək Arazı keçdi və dekabrın 21-də Lənkəran xanlığına daxil
oldu. Xəzər donanması da buraya göndərilmişdi. İranlılar Lənkəran
qarnizonunu möhkəmləndirdilər. Lənkəran qarnizonuna 2500 nəfər
piyadadan ibarət kömək gəldi (112).
Dekabrın 21-də İran qoşunlarının ön hissəsi Muğanda
darmadağın edildi. Rus qoşunlarının yaxınlaşdığından xəbər tutan
iranlılar Ərçivandan geri çəkildilər. Kotlyarevski Ərçivanda kiçik
bir qarnizon qoyaraq, Lənkərana tərəf irəlilədi. Rus qoşunları
qalanı dekabrın 30-dək davam edən fasiləsiz artilleriya atəşinə
tutdu. Dekabrın 31-də Kotlyarevski qoşunu 3 hissəyə bölərək
184
axşam qala divarlarına yaxınlaşdı və 1813-cü il yanvarın 1-də
səhərə yaxın hücuma başladı. Amansız və qanlı çarpışma 3 saatdan
çox çəkmədi və qala alındı (8, s. 576). Lənkəranın alınması rus-
İran müharibəsinin taleyini həll etdi. Aslandüz və Lənkəran
qələbələrindən aydın oldu ki, heç bir şey rus qoşunlarının İranın
içərilərinə doğru irəliləməsinə mane ola bilməz. İrandakı ingilis
səfiri Ouzli Rusiya və İran arasındakı müharibənin dayandırılması
haqqında Londondan göstəriş aldı. 1813-cü ilin əvvəllərində
Rtişşev və şah sarayı arasında yazışma başlandı. Rtişşev qeyd edirdi
ki, tutulmuş bütün torpaqları Rusiya tərkibində saxlamaq şərtilə
sülh bağlamağa hazırdır, bu isə şah sarayını razı salmırdı. Buna
baxmayaraq, danışıqlar sentyabrın 27-də Qarabağda, Gülüstan
kəndində başladı və 1813-cü il oktyabrın 12-də sülh müqavilə-
sinin imzalanması ilə başa çatdı.
Gülüstan müqaviləsinə görə, İran Rusiyanın qələbəsini,
Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran xanlıq-
larının ərazisinin, habelə Şərqi Gürcüstan və Dağıstanın Rusi-
yanın ixtiyarına keçməsini tanıdı. İrəvan və Naxçıvan xanlıqları
İranın hakimiyyəti altında qaldı. İran təkcə Rusiyanın Xəzər
dənizində hərbi gəmilər saxlamaq barədə hüququnu tanıdı.
Aşağı, 5%-lik kömrük tarifi qoyuldu ki, bu da o demək idi ki, rus
tacirləri üçün İrana yol açılırdı. İranın daxilində isə rus tacirləri
daxili gömrük rusumlarını ödəməkdən azad olunurdu. Bu, rus-İran
ticarətinin inkişafı üçün əlverişli şərait yaradırdı. Gülüstan müqa-
viləsinin bağlanılması ilə Şimali Azərbaycanın Rusiya tərəfindən
istilasının birinci mərhələsi başa çatdı (4, s. 38-39).
İkinci Rus-İran müharibəsi və istilanın başa çatması.
Gülüstan müqaviləsini özü üçün rüsvayçılıq hesab edən və Cənubi
Qafqazı ələ keçirmək üçün yeni planlar hazırlayan İran sarayı
Rusiyanın Cənubi Qafqazı zəbt etməsi ilə barışmaq istəmirdi. İranın
bu planları İngiltərənin Cənubi Qafqazdakı planlarına tam uyğun
idi. 1814-cü il noyabrın 25-də Tehranda İngiltərə ilə İran
arasında müqavilə bağlandı. İran şahı İran sərhədləri tərəfindən
Hindistanın təhlükəsizliyini təmin etməyi öz öhdəsinə götürür-
185
dü. Böyük Britaniya isə İrana hər il, 1809-cu il müqaviləsi üzrə
müəyyən olunmuş məbləğdə maliyyə yardımı göstərmək, ordu
və hərbi gəmilər ayırmaq haqqında öz öhdəliyini bir daha
təsdiq etdi. İngiltərə ilə yeni müqavilə bağlamaq və ordunu
müharibəyə hazırlamaqla yanaşı, İran sarayı eyni zamanda belə
hesab edirdi ki, Rusiyadan müəyyən güzəştlərə nail olmaq üçün
əlverişli şərait yaranmışdır. 1815-ci ildə Gülüstan müqaviləsinə
yenidən baxmağa Rusiyanın razılığını almaq üçün İran tərəfi Peter-
burqa nümayəndə heyəti göndərdi. Çar hökuməti sərhədlərin
müəyyənləşdirilməsində bəzi xırda güzəştlərə getməyi qərara aldı
və bu məqsədlə 1817-ci ildə A.P.Yermolovun başçılığı ilə İran
arasında möhkəm dostluq və qardaşlıq əlaqələri üçün əsas ola
biləcək xüsusi müqavilə bağlamağa səlahiyyət verilmişdi (111, s.
125-126). Tərəflərin elə ilk görüşündə İrandakı ingilis səfirinin
iştirakı ilə şah diplomatiyası Gülüstan müqaviləsinə görə Rusiyaya
keçmiş torpaqların İrana verilməsini tələb etdi. Rusiyaya qa-
yıtdıqdan sonra Yermolov yazırdı: “vəliəhdin sarayında ingilislərsiz
heç bir iş görülmür”. Şah sarayı ingilislərin köməyi ilə öz or-
dusunun gücünü artırır, gələcək müharibədə Türkiyədən kömək
almağa səy göstərirdi. 1823-cü ildə İran və Türkiyə arasında
müqavilə bağlandı. 1825-ci ilin payızında Abbas Mirzənin qoşunu
üçün İsfahana 200 tay ingilis silahı gətirildi. 1826-cı ildə İngiltərə
Hindistandan daha 15 min tüfəng göndərdi. Bu zaman ingilislər
şaha bildirdilər ki, kömək yalnız o zaman göstəriləcəkdir ki, İran
Rusiyaya qarşı müharibəyə başlasın. Elə həmin il İngiltərə artıq
Rusiyaya qarşı müharibəyə başlamağı inadla israr edirdi (76, s. 99).
1826-cı ildə general Menşikovun başçılıq etdiyi rus nümayəndə
heyəti İrana gəldi. Çarın sərəncamı ilə Menşikov Qarabağın və Talış
xanlığının bir hissəsini güzəşt etməyə hazır idi (76, s. 42 ).
Rusiyanın İranla hərbi münaqişəyə girməmək üçün göstərdiyi bu
cəhd müvəffəqiyyətsizliyə uğradı.
1826-cı io mayın 26-da İran qoşunu sərhəd dəstələrinə hü-
cum etdi, 2 aydan sonra isə, iyulun 16-da Abbas Mirzənin 60
minlik ordusu Şimali Azərbaycana soxuldu (8, s. 578). Abbas
186
Mirzənin planı qəflətən Qarabağa soxulmaq, Şuşanı ələ keçirmək
və sonra isə Gəncəni tutmaqla Tiflisə hücum etmək idi. Tiflis
üzərinə hücum 3 tərəfdən: cənubdan, şərqdən və şimal-şərqdən
planlaşdırılmışdı. İrəvan sərdarı Hüseyn xan cənubdan Şuragəl və
Pəmbəyə soxulmalı və burada Abbas Mirzənin əsas qüvvələrinin
yaxınlaşmasını gözləməli idi. Abbas Mirzənin yanında olan gürcü
şahzadəsi Aleksandr isə İran ordusu ilə Kaxetiyaya girməli və
burada Car-Balakən dəstələri ilə birləşib şimal-şərqdən Tiflis
üzərinə hərəkət etməli idi. Bu dəstələr Tiflis yaxınlığında birləşməli
və eyni vaxtda vurulan zərbə ilə onu ələ keçirməli idilər. Sayı 30
min nəfər olan İran ordusuna qarşı 9 rota, 6 yüngül top və çox zəif
bir kazak alayı dayanırdı. Əhali Rusiya əleyhinə üsyanlar qaldırdı.
İyulun 27-də üsyançılar Gəncədə həbsxananı ələ keçirdilər, iyulun
28-ə keçən gecə isə yerli qarnizonu darmadağın etdilər. Şəhər
Abbas Mirzə tərəfindən tutuldu (71, s. 655). Elə bu vaxt İran ordusu
bütün Qarabağ mahallarını ələ keçirərək, Şuşa qalasını
mühasirəyə aldı. Şuşa qarnizonu 6 rotadan-4 topu olan 1500 adam-
dan ibarət idi. Qalanın mühasirəsi 48 gün davam etdi. Partlayış-
lardan sonra gecə vaxtı hücuma keçən İran ordusu heç nəyə nail ola
bilmədi və rus qoşunları tərəfindən geri oturduldu (89, s. 117). Şuşa
qalasını uzun müddət mühasirədə saxlamaq İran hərbi
komandanlığının səhvi idi. İran ordusunun böyük bir hissəsinin
diqqətini özünə cəlb edən rus qarnizonu və qalanın erməni əhalisi
general Yermolova strateji təşəbbüsü ələ almağa, pərakəndə halda
olan qüvvələri zərbə qruplarında cəmləşdirməyə və düşmən üzərinə
hücum etməyə şərait yaratdı və bununla da gələcək hərbi əmə-
liyyatları rus ordusunun xeyrinə həll etdi. Yermolov bütün qüv-
vələri Cənubi Qafqazın hərbi-siyasi mərkəzi olan Tiflisin müdafiə-
sində cəmləşdirməklə düzgün qərar qəbul etdi.
Hüseynqulu xan İran sərbazlarından ibarət bir dəstə ilə Bakı
qalasını dənizdən və qurudan mühasirəyə aldı. Bakı körfəzi də
dənizdən İranın avarlı donanması tərəfindən mühasirədəydi. Hü-
seynqulu xanın bütün hücumları dəf edildi. Bakı limanı Həştər-
xanla daimi əlaqə saxlanılmasında, rus ordusunun döyüş sursatı
187
və ərzaqla təmin edilməsində mühüm rol oynayırdı. Buna görə
də Abbas Mirzə tələsik Hüseynqulu xana köməyə yeni qüvvələr
göndərdi. Lakin bütün cəhdlər müvəffəqiyyətsizliyə uğradı. Mus-
tafa xan Yeni Şamaxını ələ keçirə bildi, Köhnə Şamaxını isə ələ
keçirə bilmədi. Bu vaxt Səlim xanın oğlu Hüseyn xan İran
sərbazlarından ibarət dəstə ilə Şəki xanlığına soxuldu (115, v. 5).
General Yermolov Dağıstanda yerləşən qoşunu Qubaya
göndərdi, oradan iyunun 23-də Köhnə Şamaxıya gəldi. Lakin
Qubanın sonuncu hakiminin oğlu Sultan Əhmədin Quba ətrafında
peyda olması və ərzağın tükənməsi rus qoşunlarını geri çəkilməyə
və Qubaya daxil olmağa məcbur etdi. Şəhər mühasirəyə alındı (116,
v. 15). İran ordusunun digər dəstələri Gəncəni ələ keçirdikdən sonra
Tiflisə tərəf hərəkət etdilər. Gəncəyə gedən yolun üstündə, Şam-
xorda İranın böyük hərbi qüvvələri yerləşmişdi. 1826-cı il
sentyabrın 3-də səhər tezdən İran ordusu rus qoşunlarının düşər-
gəsinə doğru hərəkət etdi. Bütün rus qoşunu hücuma keçdi və
düşmən geri çəkilməyə məcbur oldu. İran ordusu Şamxorçay
yanında möhkəmlənməyi, sonra isə rus qoşunu üzərinə hücum
etməyi qərara aldı. Lakin şah qvardiyası qılıncdan keçirildi, sağ
qalanlar isə qaçmağa başladılar. Bu süvari qoşun “İran ordularına
xeyli zərbə vurdu və çoxlu qənimət ələ keçirdi” (113, s. 373-374).
Şamxor məğlubiyyətindən sonra İran ordusu tələsik Gəncədən geri
çəkildi.
Şamxor məğlubiyyətini eşidən Abbas Mirzə Şuşanın mühasi-
rəsindən əl çəkdi və köməyə getməyə məcbur oldu. Şuşa qalasının
rəisi özünün azsaylı qarnizon qüvvələri ilə düşmənə hücum etdi və
“qələbə çaldı, iranlılar qaçıb dağıldılar və bütün düşərgə qaliblərin
əlinə keçdi” (117, v. 2-3). Sentyabrın 10-da Paskeviç də əlavə
qoşunla buraya gəldi. 1826-cı il sentyabrın 13-də İran qoşunları
hücuma başladı. Seçmə şah qoşunu darmadağın edildi. Abbas
Mirzənin qoşununun qalıqları tələsik Qarabağdan keçərək cənuba,
Xudafərin körpüsünə tərəf qaçdı. Sentyabrın 18-də Abbas Mirzə
Şuşa altındakı dəstəsini götürərək, Arazın sağ sahilinə keçdi.
Gəncə döyüşünün rus-İran müharibəsinin sonrakı gedişində çar
188
Rusiyası üçün çox mühüm əhəmiyyəti oldu və faktiki olaraq, onun
müqəddəratını təyin etdi. 1826-cı ilin dekabrında Abbas Mirzə və
şahzadə Aleksandr Azərbaycan və Dağıstan hərbi hissələrinin kö-
məyi ilə Dağıstan əhalisinin üsyanını təşkil etdi və Nuxaya böyük
dəstə yeritdilər. Dekabrın 9-da Yermolovun başçılığı ilə rus dəstə-
ləri Nuxaya gəldi. Müqavimət göstərməyə və müdafiə olunmağa
imkanı olmayan Hüseyn xan qaçdı və Araz çayını keçərək İrana
getdi (53. s. 122). Sentyabrın 24-də Sultan Əhməd özünün 6
minlik dəstəsi ilə Qubadan geri çəkildi, şirvanlı Mustafa xan isə
Şamaxıdan qaçdı. Qubadan rus dəstəsi geri çəkilən İran qoşununu
təqib etdi. Başqa xanlar da qaçdılar. 1827-ci ilin əvvəllərində İran
sərbazları bütün Şimali Azərbaycan ərazisini tərk etdilər. Yalnız
Talışda hələlik Mirhəsən xan qalırdı.
İran feodalları Arazın o tayına keçdikdən sonra da Azərbay-
can torpaqlarına basqınlar edirdilər. Lakin düşmən itki verərək geri
çəkilirdi (118, v. 93). Belə hücumların qarşısını almaq məqsədilə
dekabrın 26-da rus qoşunu Araz çayını keçərək Cənubi Azərbay-
can ərazisinə, 1827-ci ilin yanvarında isə Meşkin dairəsinə daxil
oldu. Lakin rus komandanlığı qarşısına Cənubi Azərbaycanın
içərilərinə doğru irəliləmək vəzifəsini qoymamışdı. Hərbi əməliy-
yatlar 1827-ci ilin yazında yenidən başlandı. Apreldə rus qoşunu 2
istiqamətdə: dəstələrin biri 1827-ci il aprelin 20-də Xudafərin
körpüsünü ələ keçirdi. Lakin rus komandanlığı ilk növbədə İrəvan
xanlığını ələ keçirməyi qərara aldı.
Əlahiddə Qafqaz korpusunun əsas qüvvələri İran qoşunları
tərəfindən viran edilmiş Eçmiədzinə daxil oldu və aprelin 23-də
İrəvan üzərinə hərəkət etdi və səhərisi gün qalanı mühasirəyə aldı.
Mühasirə 2 ay davam etdi. Bu müddətdə düşmən bir neçə dəfə
həmlə etdi və dəf edilərək geri çəkildi. Ən böyük həmlə mayın 8-də
baş verdi. O, qanlı döyüşlə qurtardı. Düşmən geri çəkilməyə məcbur
oldu. Lakin sayca az olan rus qoşunu qalanın mühasirəsinə vaxt
itirməməyi qərara alaraq Naxçıvan üzərinə yeridi. 1827-ci il mayın
26-da rus qoşunu Naxçıvanı döyüşsüz əldə etdi və Abbasabad
qalasına yaxınlaşdı. Qala strateji əhəmiyyətə malik idi. Belə ki, o,
189
şah hakimiyyətinin Naxçıvan xanlığında dayağı idi və Araz çayı
üzərində keçidi təmin edirdi. Abbas Mirzə 16 minlik qoşunla Ab-
basabad üzərinə hərəkət etdi. 1827-ci il iyunun 5-də Cavanbulaq
deyilən yerdə döyüşdə İran qoşununun məğlubiyyəti iyulun 7-də
təslim olan Abbasabad qalasının taleyini həll etmiş oldu (114,
sənəd 515). Avqustun 13-də Alagöz dağının ətəklərində, av-
qustun 17-də Uşağanda və b. yerlərdə döyüşlər baş verdi. Rus
qoşunu avqustun sonlarında İrəvana yaxınlaşdı. Sentyabrın 20-
də Sərdarabad qalası süqut etdi. Sentyabrın 26-da İrəvan
qalasının mühasirəsi başlandı. Paskeviçin yazdığı kimi, “İrəvan
vilayətində 10 min müsəlman və ancaq 3 min erməni ailəsi var
idi” (121, v. 280). Ermənilər qalanın şimal darvazalarını açdılar və
oktyabrın 1-də rus qoşununu qalaya buraxdılar.
Cənubi Azərbaycanın içərilərinə doğru irəliləyən rus qoşunu
oktyabrın 2-də Mərəndi ələ keçirdi. 1827-ci il oktyabrın 13-də
rus qoşunu Təbrizə daxil oldu. Təbrizin ələ keçirilməsi ilə Tehrana
yol açıldı. Şah sülh xahiş etdi. Cənubi Azərbaycanın feodal ha-
kimləri Paskeviçə cünuba hərəkət etmək, Tehranı tutmaq xahişi ilə
müraciət etdilər. Lakin daxili və beynəlxalq vəziyyət Rusiyanı İran-
la müharibəni başa çatdırmağa sövq edirdi, çünki dağlıların azadlıq
hərəkatı geniş vüsət almışdı və Rusiya Türkiyə ilə müharibənin
yaxınlaşdığını hiss edirdi. 1827-ci il noyabrın 7-də danışıqlar
başlandı. Rusiya İrəvan və Naxçıvan xanlıqlarının ona güzəştə ge-
dilməsini, İran qoşununun Talış xanlığını tərk etməsini və gümüş
pulla 30 milyon manat təzminat verilməsini təklif edirdi. Şah sarayı
isə rus qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb
edirdi. Lakin ingilis diplomatiyasının təhriki və Türkiyənin təzyiqi
ilə danışıqlar kəsildi. 1828-ci il yanvarın 24-də Paskeviç rus qo-
şununa Ərdəbil və Tehran istiqamətində hərəkət etməyi əmr etdi.
Rus qoşunları yanvarın 28-də Urmiyanı, fevralın 8-də isə Ər-
dəbili tutdular. İranın tamamilə darmadağın ediləcəyindən ehtiyat
edən Britaniya səfiri Makdonald döyüşən tərəflər arasında vasitəçi
kimi çıxış etdi. 1828-ci il fevralın 6-da (18-də) Təbriz yaxın-
lığındakı Türkmənçay kəndində Abbas Mirzə ilə Paskeviç ara-
190
sında sülh danışıqları yenidən başlandı. Türkiyə ilə müharibə
təhlükəsi şəraitində çar hökuməti İranla sülh müqaviləsi bağlamağa
tələsdi. Müqavilə 1828-ci il fevralın 10-da (22-də) imzalandı.
Türkmənçay sülh müqaviləsinə görə, İran Şimali Azərbaycana
olan öz iddialarından əl çəkir, onun üzərində Rusiya haki-
miyyətini tanıyırdı (4, s. 50-51) . Cənubi Azərbaycan isə İranın
himayəsində qaldı. Azərbaycan 2 yerə bölündü. Türkmənçay
müqaviləsi 16 maddədən ibarət idi. İran və Rusiya arasında sərhəd
xəttini 4-cü, İranın Qafqaz dağlarına qədər bütün Cənubi Qafqaz
ərazisini, o cümlədən Gülüstan müqaviləsinə əsasən, Rusiyaya keç-
miş ərazilərini və “Araz çayının bu və o biri tərəfindəki İrəvan
xanlığını və Naxçıvan xanlığını”…Rusiyaya “güzəştə” getdiyini 5-
ci maddələr müəyyən edirdi. 8-ci maddəyə görə, İran Xəzər dəni-
zinin Rusiyanın daxili dənizi olduğunu tanıyırdı. Xəzər dənizində
hərbi donanma saxlamaq hüququ ancaq Rusiyaya verilirdi. Bu mad-
də Xəzər dənizində hərbi donanma yaratmağa can atan İngiltərənin
mənafeyinə güclü zərbə idi. 10-cu maddə ilə Rusiyaya İranın is-
tədiyi şəhərində özünün diplomatik nümayəndəliyini açmaq və
ticarət etmək hüququ verilirdi. Müqaviləyə əsasən, İran Rusiyaya 20
milyon manat məbləğində hərbi tənzimat ödəməli idi. Müqavilədə
Cənubi Azərbaycandan Cənubi Qafqaz ərazisinə köçənlərin hüquq-
larını müdafiə edən maddə var idi. Türkmənçay müqaviləsinə əsa-
sən, əhalinin Cənubi Azərbaycandan Cənubi Qafqaz və əksinə
sərbəst hərəkət etməsinə icazə verilirdi. Bunun nəticəsində bir çox
erməni ailələri Cənubi Qafqaz, Qarabağ və İrəvan xanlıqlarına
köçdülər.
Həm 1804-1813-cü və 1826-1828-ci illər rus-İran müharibə-
lərinin gedişində, həm də sonralar ermənilərin böyük kütlələrinin
İran, Türkiyə və Cənubi Azərbaycandan Cənubi Qafqaza, o cümlə-
dən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil
artırdı. Təkcə 1826-1828-ci illər rus-İran müharibəsinin gedişində
İrandan və Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza, o
cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Məlumdur
ki, 1826-1828-ci illər rus-İran müharibəsinin Rusiya üçün qalibiy-
191
yətlə başa çatmasından sonra 2 vuruşan dövlət arasında bağlanmış
Türkmənçay müqaviləsinə görə, ermənilərin maneəsiz olaraq
İran ərazisindən Rusiya ərazisinə köçməsinə icazə verilmişdi.
İki il ərzində, 1828-1830-cu ilədək, Cənubi Qafqaza 40 mindən
çox İran və 84000 Türkiyə ermənisi köçürüldü və onlar erməni
əhalisinin cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən
yaxşı torpaqlarında yerləşdirildi, onlara 200000 desyatindən çox
xəzinə torpağı ayrıldı (4, s. 52).
I Nikolayın da xarici siyasəti Türkiyə ilə müharibəyə baş-
lamaq yolu ilə “Şərq məsələsi”nin həll edilməsinə yönəldilmişdi.
Sultan II Mahmud hələ 1826-cı ildə hərbi islahat keçirmiş, ingilis
və fransız təlimatçılarının yardımı ilə nizami ordu yaradılmışdı.
Dostları ilə paylaş: |