4. Azərbaycan XXI əsrin əvvəllərində
İctimai-siyasi sabitliyin yaradılması, demokratik prinsiplərin
bərqərar olması sahəsində ardıcıl addımların atılması Azərbaycan
cəmiyyətinin və ictimai-siyasi qüvvələrin anarxiyadan demokrati-
yaya və qanunçuluğa keçidi yolunda ciddi dönüş yaratdı. Avropa
Şurasına üzv qəbul olunduqdan sonra, Azərbaycan “ İnsan hüquq-
larının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa
Konvensiyasına qoşuldu. 2001-il dekabrın 28-də Milli Məclis
tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
321
Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının
Konstitusiyasının Qanunu qəbul edildi. “Azərbaycan Respubli-
kasının dövlət müstəqilliyinin onuncu ildönümü haqqında”
Azərbaycan Respublikasının Prezidentinin 2001-ci il 20 mart
tarixli fərmanı verildi. Prezident 2001-ci il mayın 23-də Dünya
azərbaycanlılarının təşkilatlanması yolunda imzaladığı sərən-
cama müvafiq olaraq noyabrın 9-10-da Bakı şəhərində Dünya
azərbaycanlılarının I qurultayı keçirildi. Milli Məclis “Xaricdə
yaşayan azərbaycanlılara münasibətdə Azərbaycan Respubli-
kasının dövlət siyasəti haqqında” qanun qəbul etdi. 2002-ci il
iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə
Dövlət Komitəsi yaradıldı. Azərbaycan Prezidenti H.Əliyevin fər-
manına əsasən 2002-ci il avqustun 24-də Azərbaycan Respub-
likasının Konstitusiyasına dəyişikliklər edilməsinə dair referen-
dum keçirildi.
2003-cü il avqustun 4-də 42 yaşlı İlham Əliyev Respub-
likanın Baş naziri vəzifəsinə təyin edildi. Oktyabrın 15-də ke-
çirilmiş prezident seçkilərində Baş nazir İlham Əliyev ölkə Pre-
zidenti seçildi. 2003-cü il dekabrın 12-də ümummilli lider Hey-
dər Əliyev vəfat etdi. Ümummilli liderin xatirəsini əbədiləşdirmək
üçün Respublikanın Milli Məclisi 2005-ci ilin aprelində “Heydər
Əliyev” ordeninin təsis edilməsi haqqında Qanun qəbul etdi. Bu
ordenlə ilk dəfə Prezident İlham Əliyev və türk dünyasının gör-
kəmli şəxsiyyəti İhsan Doğramaçı təltif olundular.
Neft amili Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin
möhkəmlənməsinə kömək edir. Ölkəmizin neft strategiyasının əsas
istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazar-
larına nəql edilməsindən ibarətdir. 2002-ci il sentyabrın 18-də
Səngəçal sahil terminalında Azərbaycan, Türkiyə və Gürcüstan
dövlətlərinin başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixras
Boru Kəmərinin Azərbaycan hissəsinin təməli qoyulmuşdur. Belə
bir mərasim 2003-cü il mayın 23-də Gürcüstan ərazisində həyata
keçirilmişdi. 2001-ci il martın 12-də Türkiyə Cümhuriyyəti, sent-
yabrın 29-da isə Gürcüstan Respublikası ilə Bakı-Tbilisi-Ərzu-
322
rum qaz kəməri vasitəsilə Azərbaycan qazının tranziti, nəqli və
satışı haqqında sazişlər imzalanmışdır. 2003-cü il fevralın 27-də bu
layihənin inşasına başlandı. 2003-cü il iyulun 24-də “Lider”
yarımdalma dəniz qazma qurğusu istifadəyə verilmişdir. 2005-ci
ilin fevralında “Azəri-Çıraq-Günəşli” yataqlarının Mərkəzi Azəri
hissəsindən ilkin neftin hasilatına başlanmışdır.
Azərbaycanda aparılan aqrar islahatların səviyyəsi ondan
ibarətdir ki, kənd təsərrüfatında torpaq sahələri ilə yanaşı, bütün əm-
lak və texnika özəlləşdirilmişdir. 2002-ci il avqustun 27-də
Respublika Prezidenti yanında Sahibkarlar Şurası yaradıldı. 1998-
2002-ci illərdə 1 saylı Bakı İstilik Elektrik Mərkəzinin (İEM),
Mingəçevir SES-in, “Şimal” DRES-in yenidən qurulması, Bakı
ətrafında yüksək gərginlikli şəbəkələrin yeniləşdirilməsi, Yenikənd
SES-in üç blokunun istifadəyə verilməsi nəticəsində elektrik ener-
jisi istehsalı xeyli artmışdı.
2001-ci ildə Yaponiyanın İqtisadi Əməkdaşlıq Bankından
alınan kreditlər hesabına Sumqayıtda Etilenpropilen zavodu əsaslı
şəkildə yenidən qurulmuş, burada yüksək təzyiqli buxar qurğusu işə
salınmışdır. Dünya Bankının krediti hesabına Neftçalada yeni
Balıqyetişdirmə zavodu işə salınmışdır. Xaçmazda istifadəyə veril-
miş “Şimal” konserv zavodu bölgələrdə əhalinin məşğulluğunun tə-
min edilməsi, yerli və xarici sahibkarların iqtisadiyyatın müxtəlif
sahələrinə sərmayə qoymalarına nail olmaq sahələrində Azərbaycan
dövlətinin səmərəli siyasət yeritdiyini sübut edir.
2003-cü il iyulun 7-də Avropa Komissiyasının maliyyə kö-
məyi ilə inşa olunmuş Bakı metropoliteninin 20-ci stansiyası olan
H.Aslanov stansiyası işə salındı. 2002-2005-ci illər üçün “Yoxsul-
luğun azaldılması və iqtisadi inkişaf sahəsində Dövlət Proq-
ramı”nda nəzərdə tutulmuş tədbirlər iqtisadi və sosial sahələri tam
əhatə etmişdir. 2004-cü ilin 11 fevralında qəbul edilmiş “Azər-
baycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət
proqramı”na müvafiq olaraq 2004-cü ildə müxtəlif bölgələrdə 20-
dən çox yeni sənaye obyekti işə salınmış, 135 mindən artıq iş yeri
323
açılmışdır. Ölkəmizin valyuta ehtiyatlarının miqdarı 1 mlrd. 800
min dollara çatmışdır.
Elm, təhsil, səhiyyə, idman, turizm, ətraf mühitin mühafizəsi
problemləri dövlətin diqqət mərkəzində idi. 2002-ci ilin avqustunda
MEA-nın 500-dən çox əməkdaşını birləşdirən Naxçıvan bölməsi
yaradıldı. Yüksək məhsuldarlığı və müxtəlif xəstəliklərə qarşı da-
vamlı olması ilə fərqlənən yeni bərk buğda sortlarının genetikası və
seleksiyası sahəsində ciddi elmi nəticələr əldə edilmişdir.
Dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitlər 2005-ci
ildən 3 dəfədən çox artmışdır. Dövlət büdcəsi və Heydər Əliyev
Fondunun maliyyə mənbələri hesabına son illərdə respublikada
2200-dən çox məktəb binası inşa edilmişdir.
Azərbaycanda 4,5 mindən çox ümumtəhsil məktəbi, onlarla
litsey və gimnaziya yaradılmışdır. Ali məktəblərdə 120 mindən çox
tələbə təhsil alırdı-30-dan çox xarici ölkənin 2-3 mindən çox
vətəndaşı var. Xaricdə ali təhsil almağa şərait yaradılmışdır. 2007-ci
ilin aprelin 16-da qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq
yüzlərlə gəncin xaricdə dövlət hesabına təhsil almasına Dövlət Neft
Fondu tərəfindən hər il 10-15 milyon manat pul ayrılmışdır. Bu
proqram çərçivəsində indiyədək minlərlə Azərbaycan gənci ABŞ-a,
Avropa və Asiyanın ən inkişaf etmiş ölkələrinə ali təhsil almaq
üçün göndərilmişdir (14, s. 368).
Prezidentin “ Ümumtəhsil məktəblərinin maddi-texniki ba-
zasının möhkəmləndirilməsi haqqında” fərmanına uyğun olaraq
2003-2007-ci illər üçün həmin məsələyə dair məqsədli Proqramın
həyata keçirilməsi başlanıldı. 2001-ci il sentyabrın 1-də dünya stan-
dartlarına cavab verə biləcək özəl orta ümumtəhsil məktəbi olan
2004-cü ilin sentyabrından ümum milli lider H.Əliyevin adını da-
şıyan Müasir Təhsil Kompleksi fəaliyyətə başlamışdı. Prezident
İ.Əliyev “Bilik gününün təsis edilməsi və təhsil müəssisələrində
iş rejiminin tənzimlənməsi haqqında” və “Azərbaycan Respub-
likasında ümumtəhsil məktəblərinin informasiyası və kom-
munikasiya texnologiyaları ilə təminatlı proqramı”na (2005-
2007) dair fərmanlar imzalamışdı ( 21 avqust 2004). 2001-ci il 18
324
iyul tarixli fərmanla avqustun 1-dən etibarən Azərbaycanda latın
əlifbasına keçilməsi, mətbuatın, təhsilin, rəsmi yazışmaların və
çıxışların ana dilində olması barədə tədbirlər həyata keçirilməsinə
başlanmışdır. Prezident 2001-ci il avqustun 9-da “Azərbaycan
əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”
fərman imzalamışdır. Həmin fərmanla avqustun 1-i Azərbaycan
Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü
kimi qeyd olunur. İ.Əliyevin “Azərbaycan Respublikasının milli
Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”
2004-cü il 12 yanvar tarixli sərəncamlarına əsasən çoxlu bədii
nəşrlər olmuşdur.
2009-cu ilin iyun ayında Milli Məclis tərəfindən “Təhsil
haqqında” qanun qəbul olunmuşdur. Avropada vahid ali təhsil sis-
teminə inteqrasiya məqsədini qarşıya qoyan Azərbaycan Respub-
likası 1999-cu ildə başlayan Boloniya prosesinə 2005-ci ildə
qoşulmuşdur.
2009-cu ildə Azərbaycanda elmin inkişafı üzrə Milli Stra-
tegiya və Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram qəbul edil-
dikdən sonra Azərbaycan elminin geologiya, neft və neft-kimya,
biologiya, kimya, fizika, riyaziyyat sahələrində yeni kəşflər edil-
mişdir. Neftçıxarma sahəsində radiotexnologiya üsulları tətbiq olun-
muş, reaktiv mühərriklər üçün yeni yanacaq kəşf olunmuş və mülki
aviasiyada uçuşların təhlükəsizliyinin elmi əsasları yaradılmışdır.
Beynəlxalq İnkişaf Asossiyası ilə Azərbaycan hökuməti ara-
sında imzalanmış “ Mədəni irsin qorunmasına yardım haqqında”
sazişə uyğun olaraq, Bakıda Şirvanşahlar saray-kompleksində,
Naxçıvan Muxtar Respublikasında Mominə xatın və Qarabağlar tür-
bələrində, Şəki xanlarının sarayında bərpa və yenidənqurma işlərinə
başlanmışdır. 2002-ci ildə Respublika Abidələrin Bərpası Konser-
vasiyası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunmuşdur.
Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi
və Qız qalası da daxil olmaqla İçərişəhər Dövlət tarixi-memarlıq
kompleksi YUNESKO-nun “ Dünya mədəniyyəti irsi” siyahısına
325
daxil edilmişdir. İslam mədəniyyətinə xidmət edən yeni-yeni məs-
cidlərin inşa edilməsi və ya yenidən qurulması, musiqinin müxtəlif
janrları və mədəbiyyətin digər janrları üzrə vaxtaşırı müsabiqələrin
keçirilməsi, Bakıda xüsusi “Muğam evi”nin tikilib istifadəyə
verilməsi buna bariz misallardır. 2005-2013-cü illər arasında 4 Mu-
ğam Televiziya Müsabiqəsi keçirilmişdir. 2011-ci ildə Azərbaycan
“Avroviziya” (Eurovision) mahnı müsabiqəsində qalib gələrək 39
iştirakçı dövlət içərisində I yeri tutmuşdu (14, s. 369).
Bakı, Gəncə, Şəki, Quba, Bərdə və Naxçıvan şəhərlərində
Olimpiya kompleksləri tikilib istifadəyə verilmişdir. 2001-ci ildə
Azərbaycan Dünya Turizm Təşkilatının tamhüquqlu üzvü oldu.
Azərbaycan idmançıları müxtəlif beynəlxalq miqyaslı idman yarış-
malarında və Yay Olimpiya oyunlarında fəal iştirak edərək böyük
uğurlar qazanmışlar, belə ki, təkcə 2012-ci ildə Londonda keçirilən
XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları medal-
ların sayını 10-a (2 qızıl, 2 gümüş, 6 bürünc) çatdırdılar.
5. Müstəqil Azərbaycan Respublikası
dünya birliyində
Azərbaycan Respublikası dünya birliyinin müstəqil, bərabər-
hüquqlu dövləti kimi beynəlxalq və regional təşkilat və qurumlarda
təmsil olunmaq, öz hüquqi yerini təmin etmək sahəsində də ardıcıl
və məqsədyönlü fəaliyyət göstərirdi. O, 1991-ci ilin dekabrında
İslam Konfransı Təşkilatına, 1992-ci ilin yanvarında ATƏM-ə
(1994-cü ildən ATƏT), fevralında İran, Türkiyə və Pakistanın
daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına, martında BMT-
yə, NATO-nun Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci
ildən Avropa-Atlantika Tərəfdaşlıq Şurası-(AATŞ)), noyab-
rında Avropa Olimpiya Komitəsinə, 1993-cü ilin sentyabrında
MDB-yə (Müstəqil Dövlətlər Birliyi), 1995-ci ilin iyununda
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, 1997-ci ilin no-
yabrında özunun təşəbüsü ilə təsis olunmuş QUAM-a qəbul
olunmuşdu. Mühüm əhəmiyyətli bir hadisə-Avropa Şurasının
326
Nazirlər Komitəsinin 2001-ci ilin yanvar ayının 17-də keçirilmiş
iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması
haqqında qərar qəbul edildi. Yanvarın 25-də isə Fransanın Strasburq
şəhərində yerləşən Avropa Şurasının iqamətgahı qarşısında ölkə-
mizin dövlət bayrağı qaldırıldı. Azərbaycanın Avropa Şurasındakı
parlament nümayəndə heyəti AŞ Parlament Assambleyasının
(AŞPA) sessiyalarında, müxtəlif səviyyəli məclislərində böyük
siyasi və diplomatik fəaliyyət göstərir. AŞ PA-nın 2001-ci il
sentyabrın 24-də keçirilmiş payız sessiyasında Azərbaycanın ərazi
bütövlüyünü təsdiq edən daha bir mühüm sənəd qəbul edildi. Bu
sənədin əhəmiyyəti həm də ondadır ki, o Azərbaycanın işğaldan
azad olunmaq üçün hər bir vasitəyə əl atmasına haqq verən bey-
nəlxalq hüquqi sənəddir. Azərbaycan parlamentarilərinin Avropa
Şurasında əldə olunmuş ən böyük nailiyyətlərdən biri də, 2003-cü
ilin yanvar sessiyasında İ.Əliyevin yekdilliklə AŞ PA-nın vitse-
prezidenti və qurumun Büro üzvü seçilməsi oldu. İ.Əliyev Azər-
baycan dövlətçilik tarixində belə bir mötəbər təşkilatın rəhbər
orqanlarına seçilən ilk siyasətçidir. İ.Əliyev AŞ PA-nın sessiya-
larında dəfələrlə Ermənistanın işğalçı və terrorçu dövlət olduğunu
bəyan etmiş, onun işğal etdiyi Dağlıq Qarabağ, eləcə də, digər
Azərbaycan ərazilərindən narkotik maddələrin qanunsuz istifadəsini
ifşa etmişdir, Ermənistanın işğalçı olduğunu faktlarla əsaslan-
dırmışdır.
Azərbaycan dövlətinin xarici siyasət sahəsində fəaliyyətin
əsas istiqamətlərindən birini Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə həll edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edil-
məsi uğrunda mübarizə təşkil edir. Təəssüf ki, işğalçı Ermənistana
qarşı beynəlxalq birliyin bitərəf mövqe tutması, BMT və ATƏT
kimi qurumların öz təklif və qətnamələrini ( 822, 853, 874, 884)
həyata keçirmək üçün təsirli tədbirlər görməməsi səbəbindən əməli
nəticə vermir (26, s. 560). H.Əliyev dəfələrlə bildirmişdir ki, müna-
qişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır, lakin sülh im-
kanlarının tükənməsi Azərbaycanı öz torpaqlarını silahlı yolla azad
etmək hüququndan istifadə etmək məcburiyyəti qarşısında qoya
327
bilər. Güclü orduya malik olan Azərbaycan dövləti buna qadirdir.
ABŞ Ki-Uest şəhərindəki danışıqlarda H.Əliyev təcrübəli diplomat
kimi Azərbaycanın milli mənafelərini ləyaqətlə təmsil və müdafiə
etmişdir. Məhz onun qətiyyətli mövqeyi sayəsində Ki-Üest danışıq-
ları zamanı ABŞ Dövlət Departamenti gec də olsa, Ermənistanı
təcavüzkar dövlət kimi tanımışdır. H.Əliyevin Ki-Uest bəyanatı
mühüm tarixi sənəddir. Azərbaycan diplomatiyasının səyləri nəti-
cəsində Azərbaycan sürətlə Avroatlantika məkanına inteqrasiya
olunur. 2004-cü ildə Azərbaycanın daha 20 ölkədə diplomatik
nümayəndəlikləri, o cümlədən Təbrizdə konsulluğu açılmışdır.
Qonşu İran, Rusiya və Türkiyə ilə münasibətlər daha da yaxşılaş-
mışdır. NATO ilə fərdi tərəfdaşlıq barədə razılıq əldə olunmuşdur.
ABŞ Azərbaycanın strateji tərəfdaşına çevrilmişdir. 2 ildir ki, ABŞ
Prezidenti Corc Buş “Azadlığı müdafiə Aktı”na 907-ci düzəlişi
dayandırmağa müvəffəq olunmuşdur. Bu ölkəmizə maliyyə yardımı
ilə yanaşı, həm də mühüm əhəmiyyətli siyasi dəstək deməkdir.
2002-ci ilin martın 30-da ABŞ-ın Azərbaycana silah satışı üzərinə
qoyduğu qadağan da ləğv olunmuşdur.
Azərbaycanın NATO ilə tərəfdaşlıq proqramının genişlən-
məsinin nəticəsidir ki, onun 2002-ci ilin noyabrında keçirilmiş
Praqa sammitində ölkəmiz NATO Parlament Assambleyasının
Assosiativ Üzvlüyünə qəbul olunmuşdur. Azərbaycan dövləti Tür-
kiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Ukrayna ilə fəal siyasi,
iqtisadi əlaqələr saxlayır, Xəzərin karbohidrogen ehtiyatlarının dün-
ya bazarına çıxarılmasında, bir çox beynəlxalq və regional prob-
lemlərin həllində strateji tərəfdaş kimi çıxış edir. Memarı Ulu ön-
dərimiz H.Əliyevin olduğu yeni neft strategiyası daha da inkişaf
etdirilmiş, Xəzər neft və qazının Avropaya öturulməsinin yeni:
Türkiyə-Yunanıstan-İtaliya, Odessa-Brodi-Platsk-Qdansk, Nabukko
“Cənub axını” və digər boru kəmərlərinin reallaçdırılması üçün
marağı olan dövlətlər arasında danışıqların aparılmasına başlanıl-
mışdır. “Qərb-Şərq” proqramının həyata keçirilməsində mühüm rol
oynayan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi gerçəkliyə çev-
rilməkdədir. Prezident İlham Əliyev Ermənistanın işğalçı olması
328
faktının BMT Təhlukəsizlik Şurasının və Avropa Şurasının sənəd-
lərində ilk dəfə əks etdirilməsinə nail olmuş, 2008-ci il noyabrın 2-
də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı RF, Azərbaycan və Er-
mənistan prezidentlərinin Moskva Bəyənnaməsinə imza atmışdır.
2009-cu ildə Ermənistan prezidenti ilə 9 görüşdə, 2010-cu il yan-
varın 25-də Soçidə, 2011-ci ildə Praqada, 2013-cü il noyabrın 19-da
Vyanada, 2014-cü il avqustun 11-də Soçidə, 2014-cü il 27 ok-
tyabrda Parisdə keçirilən və başqa görüşlərdə Azərbaycan Respub-
likasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq norma və prinsiplərə uyğun olaraq dövlətin ərazi bü-
tövlüyü çərçivəsində ədalətli həllinə nail olunması tələbi Azər-
baycan dövlətinin xarici siyasətinin əsas xəttini təşkil edir.
Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin 2002-ci il
aprelin 30-da keçirilmiş Trabzon zirvə görüşündə “Terrorizmə, mü-
təşəkkil cinayətkarlığa və digər cinayətlərə qarşı mütəşəkkil mü-
barizə haqqında” Azərbaycan, Gürcüstan və Türkiyə arasında saziş
imzalanmışdır. Xəzər dənizinin dibinin milli sektorlar əsasında
bölüşdürülməsinə dair 2001-ci ilin yanvarında Azərbaycan Res-
publikası ilə RF arasında, noyabrında isə Qazaxıstan arasında bağ-
lanmış sazişlər buna sübutdur. 2002-ci ilin aprelin 23-də Aşqabadda
Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzərin hüquqi statusunun
müəyyənləşdirilməsinə dair keçirilmiş zirvə toplantısında da
müəyyən irəliləyişlər olsa da, İranın və Türkmənistanın bu məsələdə
qeyri-konstruktiv mövqe tutması səbəbindən konkret nəticə əldə
edilməmişdir. Hazırda Azərbaycan dünyanın 128 ölkəsi ilə ticarət
münasibətləri qurmuşdur. Ticarət əlaqələrinin 80%-dən çoxu İta-
liya, Rusiya, İngiltərə, Türkiyə, ABŞ, Türkmənistan, Almaniya, Yu-
nanıstan, Qazaxıstan, İsrail, Fransa, Yaponiya, Malayziya və İran
dövlətlərinin payına düşür.
2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikası BMT-nin
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi və 2012-ci ilin
yanvarından Respublikamız iki il müddətinə BMT-nin Təhlükə-
sizlik Şurasının ona verilmiş səlahiyyətləri layiqincə yerinə yetir-
mişdir. 2014-cü ilin yanvar ayında Azərbaycan Prezidenti İlham
329
Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Foru-
munda dövlətimizin layiqli təmsilçisi kimi iştirak etmişdir (14, s.
371-372).
Prezident İ.Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan dünya
birliyində öz mövqelərini daha da möhkəmləndirmiş, yeni müttəfiq
ölkələr qazanmış, beynəlxalq və regional təşkilatlarda iştirakını,
onlarla əməkdaşlığını daha da intensivləşdirmiş, inkişaf sürətinə,
iqtisadi potensialına görə Cənubi Qafqazda lider dövlətə çevril-
mişdir. O, dünya birliyinin sayılan dövlətlərindən biri olmuşdur.
330
NƏTİCƏ
Azərbaycanın tarixi ən qədim zamanlardan XXI əsrin ilk
onilliklərinə qədər ən mühüm tarixi prosesləri, sosial-iqtisadi və
mədəni həyatı ilə təqdim olunan dərslikdə yığcam və anlaşılan şə-
kildə işıqlandırılmışdır. Ali məktəblər üçün tərtib edilmiş dərslik
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədrisin bakalavr və
magistr pillələrinin dərsliklər üçün nəzərdə tutulmuş tələblərinə,
mövcud tədris qaydalarına, Təhsil Nazirliyinin tövsiyəsi ilə 2010-cu
ildə çap olunmuş Azərbaycan tarixi proqramına uyğun olaraq ya-
zılmışdır və elmi-pedaqoji əhəmiyyətə malikdir.
“Azərbaycan tarixi” dərslik tərtib edilərkən Azərbaycanda
milli dövlətçilik ənənələri, milli-mənəvi dəyərlər, xalqımızın bu əra-
zilərdə məskunlaşma tarixinin qədimliyi, etnik tarixinin ayrı-ayrı
məsələləri ön tərəfə çəkilmişdir. Tarix boyu işğalçı dövlətlərə qarşı
aparılan milli-azadlıq mübarizəsi, ölkənin sosial-iqtisadi, siyasi və
mədəni tarixi, kapitalist münasibətlərinin qərarlaşması, sənayenin,
kənd təsərrüfatının inkişaf xüsusiyyətləri, ictimai-siyasi hadisələr,
Azərbaycan xalqının bir millət kimi təşəkkül tapması, milli şüuru-
nun yüksəlişi, dil və mədəniyyətinin inkişaf mərhələləri təqdim olu-
nan dərslikdə öz əksini tapmışdır.
Dərslikdə Müstəqil Azərbaycan Respublikası dövrünə xüsusi
yer verilmiş, onun fəaliyyəti geniş və ətraflı şərh olunmuş, Dağlıq
Qarabağla bağlı həqiqətlər tarixi faktlara əsaslanılaraq tələbələrə
çatdırılmışdır. Müstəqil Azərbaycan Respublikasının dünyada tanıt-
dırılmasında, Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin köklərinin, səbəb və
məqsədlərinin bütün dünyaya obyektiv olaraq çatdırılmasında Ulu
öndər Heydər Əliyevin müstəsna xidmətləri, Prezident İlham
Əliyevin fəaliyyəti sayəsində Azərbaycanın dünya birliyində möv-
qelərini daha da möhkəmləndirərək Cənubi Qafqazda söz sahibi
olan lider dövlətə çevrilməsi təqdim olunan dərslikdə xüsusilə işıq-
landırılmışdır.
331
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
1.
Azərbaycan tarixi. 7 cilddə, I c. (Ən qədimdən - b.e. III əsri).
Bakı: Elm, 2007, 520 səh.+40 səh. illüstrasiya.
2.
Azərbaycan tarixi. 7 cilddə, II c. (III-XIII əsrin I rübü). Bakı:
Elm, 2007, 608 səh.+24 səh. illüstrasiya.
3.
Azərbaycan tarixi. 7 cilddə, III c. (XIII-XVIII əsrlər). Bakı:
Elm, 2007, 592 səh.+56 səh. illüstrasiya.
4.
Azərbaycan tarixi. 7 cilddə, İV c. (XIX əsr). Bakı: Elm, 2007,
504 səh.+48 səh. illüstrasiya.
5.
Azərbaycan tarixi. 7 cilddə, V c. (1900-1920-ci illər) . Bakı:
Elm, 2008, 696 səh.+40 səh. illüstrasiya.
6.
Azərbaycan tarixi. 7 cilddə, VI c.(aprel 1920-iyun 1941).
Bakı: Elm, 2008, 568 səh.+48 səh. illüstrasiya.
7.
Azərbaycan tarixi. 7 cilddə, VII c. (1941-2002-ci illər). Bakı:
Elm, 2008, 608 səh.+80 səh. illüstrasiya.
8.
Azərbaycan tarixi: Dərslik / Z. Bünyadovun redaktorluğu ilə.
Bakı: Azərnəşr, 1994, 680 səh.
9.
Azərbaycan tarixi / İ. Əliyevin redaktorluğu ilə. Bakı: Elm,
1993, 284 səh.
10.
Azərbaycan tarixi / S.Əliyarlının redaktorluğu ilə. Bakı:
Azərnəşr, 1996, 872 səh.
11.
Məmmədov İ. Azərbaycan tarixi. Bakı: Adiloğlu, 2005, 486
səh.
12.
Məmmədov İ., Məmmədov Ç. Azərbaycan tarixi.. Bakı, 2010,
336 səh.
13.
Məmmədov Ç. Azərbaycan siyasi tarixi. Bakı, 2004, 357 səh.
14.
Azərbaycan tarixi: Dərslik. Bakı: "Bakı Universiteti"
nəşriyyatı, 2014, 380 səh.
15.
Azərbaycan tarixi. Sənədlər və nəşrlər üzrə. Bakı, 1990.
16.
Azərbaycan Demokratik Respublikası. Tarix. İctimai-siyasi
və ədəbi-mədəni həyat. Bakı: Azərnəşr, 1992, 191 səh.
17.
Azərbaycanın mərd oğulları (məqalələr məcmuəsi). Bakı,
1959, 126 səh.
18.
Azərbaycan Respublikası 1991-2001. Bakı, 2001, 279 səh.
332
19.
Azərbaycan rəqəmlərlə. 2006-cı il (statistik məcmuə). 1996.
Bakı: Səda, 2006, 252 səh.
20.
“Azərbaycan” qəzeti, 23 yanvar 1992-ci il.
21.
“Azadlıq” qəzeti, 15 may 1992-ci il.
22.
“Azadlıq” qəzeti, 26 aprel 1994-cü il.
23.
Bakıxanov A. Gülüstani-İrəm. Bakı, 1951, 302 səh.
24.
Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917). Bakı: Elm,
1985, 316 səh.
25.
Həsənli C. Sovet dövründə Azərbaycanın xarici siyasəti
(1920-1939). Bakı: Adiloğlu, 2012, 656 səh.
26.
Əliyev H. Müstəqilliyimiz əbədidir. I cild. Bakı: Azərnəşr,
1997, 612 səh.
27.
Əliyev H. Müstəqilliyimiz əbədidir. II cild. Bakı: Azərnəşr,
1997, 604 səh.
28.
Əliyev H. Müstəqilliyimiz əbədidir. III cild. Bakı: Azərnəşr,
1997, 488 səh.
29.
Əliyev H. Müstəqilliyimiz əbədidir. IV cild. Bakı: Azərnəşr,
1997, 528 səh.
30.
“Əkinçi” qəzeti, 29 fevral 1876-cı il, № 4.
31.
Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy
Xasməmmədovun ədliyyə nazirinə məruzəsi (22 noyabr
1918-ci il. Bakı şəh.). “Xalq qəzeti”, 16 mart 2001-ci il.
32.
Həsənov Ə. Azərbaycan və ATƏT. Bakı: İşıq, 1997, 80 səh.
33.
Həsənov Ə. Azərbaycanın xarici siyasəti. Avropa dövlətləri
və ABŞ. (1991-1996). Bakı, 1998, 330 səh.
34.
Zərdabi H. Seçilmiş əsərləri. Bakı, 1960, 474 səh.
35.
Hacıyev H.Ə. İmanov R.C. Əmirxanov Ə.İ. Müharibədən
sonra Azərbaycanın sosial-iqtisadi və sitasi inkişafı, onun
başlıca istiqamətləri. 1945-1991. Bakı: ADNA, 1999, 76 səh.
36.
“Xalq ordusu” qəzeti, 22 may 1992-ci il.
37.
XX əsr Azərbaycan tarixi / Y.B.Yusifov və T.T.Vəliyevin
red. ilə. II c. Bakı, 2004.
38.
İbişov F. Azərbaycan kəndində sosial-iqtisadi proseslər
(1920-1930-cu illər). Bakı, 1996, 168 səh.
39.
İsmayılov İ,Z, Azərbaycanlıların II Dünya müharibəsində
iştirakı. Bakı, 2000, 192 səh.
40.
Köçərli X. Azərbaycan 1920-1940-cı illərdə. Bakı: ADPU
nəşr., 2003, 230 səh.
333
41.
Köçərli T. Qarabağ: yalan və həqiqətlər. Bakı, 1998, 242 səh.
42.
“Kommunist” qəzeti, 24 aprel 1985-ci il.
43.
“Kommunist” qəzeti, 18 yanvar 1987-ci il.
44.
Quliyev C. XIX-XX əsr tarixindən... ”Respublika” qəzeti, 20
noyabr 1997-ci il.
45.
Qayıdış. 1990-1993. Sənədlər toplusu. Bakı, 1996, 792 səh.
46.
Qətiyyətin təntənəsi. Sənədli xronika. Bakı, 1995, 848 səh.
47.
Lenin V.İ. Əsərləri. 51-ci cild. Bakı,1984, 648 səh.
48.
Məmmədzadə M. Milli Azərbaycan hərəkatı. Bakı, 1992, 246
səh.
49.
Məmmədov İ.M, Məmmədov Ç.İ. Təlatümlü illər.
Azərbaycan XX əsrin 20-30-illərində: Dərs vəsaiti. Bakı:
Mars-Print, 2003, 96 səh.
50.
Mustafayev C.M. Azərbaycan xanlıqlar dövründə: Dərs
vəsaiti. Bakı: MSA, 2012, 256 s.
51.
Musayev M.Ə. XIX əsrin sonlarında Bakı şəhərinin ticarəti.
Bakı, 1972, 193 səh.
52.
Mirzə Camal Qarabaği. Qarabağ tarixi. 1959, 138 səh.
53.
Mirzə Adıgözəlbəy. Qarabağnamə.
54.
“Müxalifət” qəzeti, 5 iyul 1992-ci il.
55.
Orucov Q. Azərbaycan Qafqaz döyüşlərində. Bakı, 1984, 160
səh.
56.
Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu. Bakı, 1991, 112 səh.
57.
Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990, 112
səh.
58.
Siyasi tarix: mühazirə kursu. II hissə. Bakı: Azərbaycan
Ensiklopediyası NPB, 1998, 420 səh.
59.
Sultanov O.B. XX əsrin 80-ci illərinin sonu-90-cı illərinin
əvvəllərində Azərbaycanda siyasi mübarizə. Bakı, 1995, 232
səh.
60.
“Yeni fikir” qəzeti, 16 yanvar 1991-ci il.
61.
1870-ci il “Əsasnaməsi”nin II bölməsinin (“Pay
torpaqlarından imtina haqqında”) 57-70-ci maddələri.
62.
Ахмедов Э.М. Об одном неизвестном проекте
учреждения училища, составленном А.Бакыхановым //
Ученые записки АГУ им. С.М.Кирова, 1957, № 4.
63.
Антелава И.Г. Государственные крестяне Грузии в XIX
веке. Тбилиси, 1969, 483 стр.
334
64.
Азербайджанская Республика. Законодательные акты.
65.
Багирова И.С. Политические партии Азербайджана в
начале XX века (1900-1917). Баку, 1997, 335 стр.
66.
«Бакинский рабочий» qəzeti, 7 dekabr 1989-cu il.
67.
«Бакинский рабочий» qəzeti, 13 dekabr 1989-cu il.
68.
Гюрза. Экономическое положение персидского
Азербайджана // журнал «Ближный Восток», №1, 1930.
69.
Газ. “Кавказ», 1963, № 11.
70.
Дубровин Н. Ф. Закавказье от 1803 по 1806 г. СПб., 1866,
542 стр.
71.
Дубровин Н. Ф. История войн и владычества русских на
Кавказе. Т.VI. СПб., 1888.
72.
Дадашев Г.А. О феодально-крепостных остатках в
пореформенном Азербайджане // Труды Азерб. филиала
НМЛ при ЦК КПСС, XX.
73.
Документы внешней политики СССР. Т. III. М.,1959.
74.
История Азербайджана. Т. III, ч. I. Баку, 1963.
75.
Кадер С.А. Нефть и ее дериваты
335
89.
Утверждение Русского владычества на Кавказе. Т. IV, ч. I,
1906, 455 стр.
90.
Хаджи Мурад Ибрагимбейли. Россия и Азербайджан в
первой трети XIX века. Москва, 1969, 288 стр.
91.
Черный январь, Баку, 1990.
92.
Шарифов А. Прорыв информационной блокады. Баку,
1992, 195 стр.
ARXİV MATERİALLARI
93.
Azərbaycan Milli Şurasının 3 saylı iclasının protokolu.
29.05.1918.//ARDA, f.970, s. 1, i. 1, v. 51.
94.
Azərbaycan MDYTA, f. 970, siy. 1, iş 196, s.6.
95.
ARDSPİHA, f.277, siy. 2, iş 18, v.1.
96.
ARDA, f. 1016, siy. 1, iş 95, v. 5-8.
97.
Azərb. MTDA, f. 62, siy. 1, iş. 59, v. 81-110 arxası.
98.
ARDSPİHA, f. 277, iş 40, v. 27.
99.
ARDA, f. 894, siy. 2, iş 102, v.2.
100.
ARDSPİHA, f.1, s. 74, i. 329, v. 110.
101.
ARSPİHA, Qaffarov T. Azerbaijan in The Second World War,
London, 2001, s. 12.
102.
ARSPİHA, f. 1, s. 153, i. 10, v. 5.
103.
ARSPİHA, f. 2, s. 29, i. 1, v. 181.
104.
ARSPİHMDA, f. 1, s. 83 və 205, v 25.
105.
ARİİNA. İqtisadi təhlillər, 18-ci qovluq, v. 102.
106.
Gürcüstan MDTA, f. 425, siyahı I, iş 178, v. 11 ob.12.
107.
Gürcüstan MDTA, f. 416, s.3, iş 290, v.2.
108.
Gürcüstan MDTA, f. 368, siyahı 1, iş 29, v.107.
109.
Gürcüstan MDTA, f. 14, iş 29, v.64.
110.
QAKA, II cild, II hissə, səh. 589-590.
111.
QAKA, IV cild, II hissə, səh. 125-126.
112.
QAKA, V cild, sənəd 850.
113.
QAKA, VI cild, II hissə, səh. 373-374.
114.
QAKA, VII cild, sənəd 515.
115.
Rusiya. MDHTA, f. VUA, iş 894, v. 5.
116.
Rusiya. MDHTA, f. VUA, iş 894, v. 15.
117.
Rusiya. MDHTA, f. VUA, iş 4292, v. 2-3.
118.
Rusiya. MDHTA, f. VUA, iş 4292, v. 93.
336
119.
Rusiya. MDHTA, f. 219, siyahı 4, iş 7066, v. 2-3.
120.
Rusiya. MDTA, f. 1289, siyahı 2, iş 127, v. 8; iş 392, v. 19; iş
726, v. 7; iş 1093, v. 1.
121.
Rusiya. MDHTA, f. VUA, iş 4329, v. 280.
122.
RFDA, f. 102, PDXŞ, 1907, iş 180, ç. 5, v. 30; f.102, iş 119,
siy. 9.
123.
SSRİ MNA, f. 14295, s. 484, 337, i. 1, v. 12.
124.
TİEA, f. 1, s. 19, i. 8953, v. 77.
***
Kitab «Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzində
səhifələnmiş və çap olunmuşdur.
Çapa imzalanıb: 06.01.2015.
Format: 60x84 1/16. Qarnitur: Times.
Həcmi: 21 ç.v. Tiraj: 500. Sifariş № 01.
Qiyməti müqavilə ilə.
ТЯРЪЦМЯ
ВЯ НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА
МЯРКЯЗИ
Аз 1014, Бакы, Рясул Рза кцч., 125
596 21 44; 497 06 25; (055) 715 63 99
e-mail: mutarjim@mail.ru
www.mutercim.az
Dostları ilə paylaş: |