XVI FƏSİL
AZƏRBAYCAN SOVET REJİMİ ŞƏRAİTİNDƏ
(1920-1939-cu illər)
Plan:
1. Azərbaycan sovet rejiminin bərqərar olması və ona qarşı
üsyanlar.
2. Azərbaycanda sovet milli siyasəti. DQMV-nin və Naxçıvan
MSSR-in təşkili.
3. Azərbaycanda sosialist yenidənqurmaları və onların nəticələri.
Kütləvi siyasi represiyalar.
4. Azərbaycanda mədəni quruculuq.
1. Azərbaycan sovet rejiminin bərqərar olması
və ona qarşı üsyanlar
1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist
Respublikasının yaradıldığı elan edildi. Hakimiyyət Müvəqqəti İn-
qilab Komitəsinə verildi və Azərbaycan SSR Xalq Komissarları So-
veti yaradıldı (N.Nərimanov-sədr, H.Sultanov, Ə.H.Qarayev,
Q.Musabəyov, M.D.Hüseynov, Ç.İldırım, D.Bünyadzadə, Ç.Və-
zirov). Qırmızı ordu hissələri aprelin 28-30-da Lənkəranı, Salyanı,
Şuşanı, Ağdamı və b., mayın əvvəllərində Gəncəni, Şamaxını, Goy-
çayı, Şəkini, Zaqatalanı və Balakəni zəbt etdilər, mayın ortalarında
isə Qarabağ bölgəsini öz nəzarətləri altına aldılar. Rusiyanın hərbi
donanması Lənkəran və Astaraya desant çıxardı. İnqilab Komi-
təsinin 1920-ci il 3 may tarixli dekreti ilə yerlərdə qəza, mahal və
kənd inqilab komitələri yaradıldı, polis ləğv edildi, fəhlə-kəndli
milisi təşkil olundu. Torpaq haqqında 1920-ci il 5 may tarixli dek-
reti ilə bütün xan, bəy torpaqları müsadirə edildi və ödənişsiz
kəndlilərin istifadəsinə verildi (6, s. 18). 1920-ci il mayın 7-də ordu
və donanmanın yenidən təşkili barədə dekret verildi. Digər bir dek-
retlə isə Azərbaycan ərazisindəki meşələr, sular və yeraltı sərvətlər
260
milliləşdirilərək, dövlət mülkiyyətinə verildi. 1920-ci il 12 may ta-
rixli dekreti ilə silki və mülki rütbələr (zadəgan, kəndli, bəy, xan,
knyaz və s.) ləğv edildi. Xalq Maarif Komissarlığının 15 may tarixli
qərarı ilə vicdan azadlığı elan olundu, hər cür dini ayinlərin icra
olunması qadağan edildi, din dövlətdən və məktəbdən ayrıldı. Föv-
qəladə Komissiya (ÇK) və Ali İnqilabi Tribunal təşkil olundu (12, s.
119-120). 1920-ci il sentyabr tarixli fərman ilə kəndlərdə yaradılan
yoxsul komitələri 1921-ci ilin yayından etibarən kənd sovetləri ilə
əvəz olundu. 1920-ci il 24 may tarixli dekret ilə neft sənayesi
milliləşdirildi, onu idarə etmək üçün V.İ.Lenin tərəfindən göndə-
rilmiş A.P.Serebrovskinin başçılığı ilə Azərbaycan Neft Komitəsi
(sonralar “Azneft”) təşkil olundu və neft faktiki olaraq Sovet
Rusiyasının ixtiyarına keçdi.
1920-ci ilin iyununda Xəzər Ticarət Donanması, banklar və
balıq sənayesi milliləşdirildi. 1920-ci ilən sonuna kimi Azərbay-
candan Rusiyaya 3 mln. ton neft daşınmışdı, bu da Bakıda istehsal
olunan neftin 90%-dən çoxu idi. 1921-ci il mayın 6-da Bakıda
keçirilən Azərbaycan SSR-in I sovetlər qurultayı Azərbaycan SSR-
in ilk Konstitusiyasını qəbul etdi. Azərbaycan İnqilab Komitəsi ləğv
edildi və qurultaylararası dövrlərdə respublikada ali qanunverici
orqan olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (Az. MİK) se-
çildi. MİK sədri Muxtar Hacıyev, sədrin müavini Səmədağa Ağa-
malıoğlu seçildilər. Az. MİK qarşısında məsuliyyət daşıyan ali icra-
edici hakimiyyət orqanı-Azərbaycan SSR Xalq Komissarları Soveti
(sədri N.Nərimanov) yenidən təşkil olundu.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşe-
viklər ziyalıları, din xadimlərini, Azərbaycan ordusunun yüksək
rütbəli hərbiçilərini həbs edərək Nargin adasında güllələdilər. 1920-
1921-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin
keçmiş sədrləri F.X.Xoyski və N.Yusifbəyli, parlamentin sədr
müavini H.Ağayev, hökumət üzvləri X.Rəfibəyli, İ.Ziyadxanlı və b.
öldürüldülər. 1920-ci il aprelin 28-dən-1921-ci ilin avqustunadək
Azərbaycanda 48 min adam öldürüldü. M.Ə.Rəsulzadə Şamaxı
qəzasında həbs edilərək Bakıya gətirilmiş, lakin Stalin tərəfindən
261
azad edilərək Moskvaya aparılmış və 1922-ci ildə Finlandiyaya,
oradan Türkiyəyə mühacirət etmişdir.
1921-ci ildə “Müsavat”, “İttihad”, “Əhrar” partiyalarının qa-
nundankənar olması və fəaliyyətlərinin qadağan olunması barədə
rəsmi qərar verildi. Xalqın Sovet rejimindən narazılığı getdikcə ar-
tırdı. İlk güclü silahlı çıxış 1920-ci il may ayının 25-26-da Gəncədə
Azərbaycan Milli Ordusunun bölmələri tərəfindən baş verdi, üs-
yançıların sayı 10-12 minə çatırdı. Üsyana general Cavad bəy Şıx-
linski, general Məmməd Mirzə Qacar, polkovnik Cahangir bəy Ka-
zımbəyov və b. ibarət Hərbi Şura rəhbərlik edirdi. Mayın 26-da
üsyançılar dəmiryol stansiyasını ələ keçirdilər. Bolşevik hökuməti
Gəncə üzərinə güclü hərbi qüvvə göndərdi, erməni əhalisi isə
arxadan zərbə vuraraq, Qırmızı orduya köməklik göstərirdi. Mayın
31-də şəhər XI Qırmızı ordu hissələrinin nəzarətinə keçdi. Üsyan-
çılardan 13 min nəfər həlak oldu, 76 nəfər zabit və əsgər Nargin
adasında güllələndi.
Türk generalı Nuru paşanın başçılıq etdiyi və 1920-ci il iyu-
nun əvvəllərində başlamış Qarabağ üsyanının başlıca qüvvəsini
Azərbaycan Milli Ordusunun Qarabağın müxtəlif yerlərində yerlə-
şən hissələri, Şəki, Cavanşir, Ağdam süvari, Bakı
262
ci ilin yayında Şəmkir qəzasının Müşkürlü kəndi ətrafında, avqustda
Quba qəzasının Dəvəçi və Qusar dairələrində kəndlilərin silahlı dəs-
təsi ilə Qırmızı ordu hissələri arasında toqquşmalar baş verdi. 1920-
1924-cü illərdə Lənkəran, Cavanşir, Ordubad və Şərur qəzalarında,
Qəbələ və Xaçmazda da sovet rejimi əleyhinə kütləvi çıxışlar baş
vermişdi. “İttihad” partiyasının Sovet hakimiyyətini devirmək üçün
hazırladıqları üsyan planı baş tutmadı. Beləki, partiyanın sədri Qa-
rabəy Qarabəyov başda olmaqla 155 nəfər üzvü xüsusi şöbə tərə-
findən həbs olunmuşdu.
1920-ci il aprel çevrilişindən sonra da Ermənistan Naxçıvan,
Zəngəzur, Dağlıq Qarabağ və Şərur-Dərələyəz torpaqlarını ələ
keçirmək niyyətində idi. Erməni hərbi hissələri 1920-ci ilin yayında
Zərgəzuru dağıdıb Naxçıvana hücum etdilər. Əhalinin tələbi ilə
Naxçıvanı müdafiə etmək üçün Veysəl bəyin başçılığı ilə köməyə
gələn türk qoşun hissələri Naxçıvanı nəzarət altına aldılar. 1920-ci
ilin iyulunda XI Qırmızı ordu hissələri də Naxçıvana girdi. 1920-ci
ilin avqustunda Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış
müvəqqəti sazişə görə, Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana
verilir, rus qoşunlarının zəbt etdiyi Qarabağ, Zərgəzur və Naxçıvan
mübahisəli ərazilər elan olunur. 1920-ci il oktyabrın əvvəllərində
təcili olaraq Naxçıvanda fövqəladə komissarlığın yaradılması fak-
tiki olaraq Naxçıvanı Ermənistan idarəçiliyinə vermək məqsədi gü-
dürdü. Ermənistan sovetləşdikdən (29 noyabr 1920) sonra AK(b)P
MK Siyasi və Təşkilat bürolarının 1920-ci il 30 noyabr tarixli qəra-
rına müvafiq olaraq dekabrın 1-də Nərimanovun “…Sovet Azərbay-
canı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyil-
dir…” bəyanatı erməniləri Azərbaycandan yeni ərazilər qoparmaq
iddialarını daha da artırdı (12, s. 133).
1921-ci il fevral-mart aylarında keçirilən Moskva danışıq-
larının əsas obyektlərindən biri Atatürkün “Türk qapısı” adlan-
dırdığı Naxçıvanın statusu məsələsi idi. Türkiyə nümayəndəsi bil-
dirdi ki, Azərbaycanın Naxçıvan üzərində himayəsi o zaman təmin
olunar ki, o bu himayəni 3-cü bir dövlətə güzəştə getməyəcəyinə
dair öhdəlik götürsün. Rusiya isə Azərbaycanın himayəsi altında
263
Naxçıvana muxtariyyət verilməsini və onun sərhədlərinin müəyyən-
ləşdirilməsini ön plana çəkirdi. 1921-ci il martın 16-da RSFSR ilə
Türkiyə arasında Moskvada müqavilə imzalandı. Müqavilənin 3-
cü maddəsində göstərilirdi ki, tərəflər müqaviləyə əlavədə nəzərdə
tutulan sərhədləri ilə Azərbaycanın himayəçiliyi altında Naxçıvanın
muxtar ərazi olmasına razılıq verirlər və Azərbaycan onu 3-cü
dövlətə güzəştə getməməlidir (73, s. 598-599). 1921-ci il oktyabrın
13-də Qarsda imzalanmış müqavilədə Naxçıvanın Azərbaycan əra-
zisi olması bir daha təsdiqləndi, onun sərhədləri və gələcək statusu
qəti olaraq müəyyənləşdirildi (49, s. 35). 1929-1931-ci illərdə
Ordubad və Zəngilan rayonlarının bir sıra kəndləri Ermənistana
verildi və bu ərazi Mehri rayonu adlandırıldı. Nəticədə Naxçıvanla
Azərbaycanın digər torpaqları arasında olan sərhəd bağlandı. Nax-
çıvan barədə 1922-ci ilin yazında təsdiq olunmuş Əsasnamədə Nax-
çıvan Sovet Sosialist Respublikası (NSSR) adı ilə Azərbaycan SSR
himaysində muxtar respublika elan olundu. 1923-cü ilin fevra-
lından dekabrına kimi o, Azərbaycan SSR tərkibinə muxtar
ölkə kimi, dekabrın 31-də qəbul olunmuş qərara görə Naxçıvan
ölkəsi Naxçıvan SSR, 1924-cü il fevralın 9-da Naxçıvan MSSR
kimi daxil oldu (6, s. 194-199; 40, s. 135).
1921-ci ilin yayında Əlahiddə Qafqaz ordusunun hissələri
hücum etdi və Yuxarı Zəngəzur Ermənistana birləşdirildi. 1921-ci
ilin yayında Ermənistan SSR XKS sədri A.Myasnikov tərəfindən
Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsi elan olundu.
Dağlıq Qarabağda fövqəladə nümayəndə təyin olunan A.Mravyan
N.Nərimanovun təkidi ilə iyunun 27-də geri çağırıldı. 1920-ci ilin
dekabrında Türkiyə ilə Ermənistan arasında imzalanmış Gümrü
(Aleksandropol) sülh müqaviləsinə görə, İrəvan bölgəsi və Göyçə
gölü istisna olmaqla, bütün Ermənistan ərazisi təxminən 10 min
kv.km hüdudlarında müəyyənləşdirilmişdi. Lakin Rusiya bir
müddətdən sonra Gümrü sülh müqaviləsini tanımaqdan imtina etdi.
RK(b)P-nin Qafqaz bürosu 1921-ci il iyulun 4-də toplanmış
plenumunda Qarabağ məsələsini müzakirə etdi. Müzakirələrdə 2
fikir irəli sürüldü: I, Qarabağın Azərbaycanın tərkibində saxlanıl-
264
ması və bütün əhalisi arasında rəy sorğusu keçirilməsi; II, Qaraba-
ğın dağlıq hissəsinin Ermənistanın tərkibinə qatılması və rəy sor-
ğusunun yalnız ermənilər arasında keçirilməsi. İclasda əksəriyyət
(Orcanikidze, Myasnikov, Kirov) 2-ci təklifə səs verdi (41, s. 171).
Lakin N.Nərimanovun qəti etirazı, kəskin narazılıq yarandığını
nəzərə alaraq Qafqaz Bürosu son qərar üçün məsələni RK(b)P MK-
nın müzakirəsinə verməyi tövsiyə etdi. Məsələ iyulun 5-də Qafqaz
bürosunun plenumunda yenidən müzakirə olundu (40, s. 125-
126). Plenum RK(b)P MK-nın rəyini nəzərə alaraq Dağlıq Qara-
bağın Azəraycan SSR-in tərkibində saxlanılması qərarını qəbul etdi,
paytaxtı Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi
bəndi salında (41, s. 176). Bu məsələdə Stalinin, Çiçerinin, Or-
conikidzenin və Kirovun həlledici rolu olmuşdu. Lakin bu qərar
Azərbaycan rəhbərliyini qane etmirdi. Buna baxmayaraq, 1923-cü il
iyunun 27-də RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin plenumunda
bu qərar təsdiq olundu (100, v. 110). S.Orconikidzenin təkidi ilə
Azərbaycan MİK-i 1923-cü il 7 iyul tarixli qərarı ilə Azərbaycan
SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV)
yaradıldığını elin etdi (6, s. 213).
“RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq
haqqında” 1920 il sentyabrın 30-da bağlanmış müqavilə, Cənubi
Qafqaz respublikalarını Federativ Respublika kimi birləşdirmək
siyasəti və 1921-ci ilin noyabrında RP(b)P MK Qafqaz bürosu və
RK(b)P MK-nın Siyasi Bürosu tərəfindən Zaqafqaziya Federasiya-
sının yaradılması barədə qərarlar qəbul etməsi Azərbaycanın formal
müstəqilliyinin ləğv olunması demək idi. 1922-ci ilin martında
Azərbaycan, Gürcüstan və Ermənistan Mərkəzi İcraiyyə Komitələ-
rinin səlahiyyətli nümayəndələri müqaviləni təsdiq etdilər və Zaqaf-
qaziya Sovet Federativ Sosialist Respublikası - ZSFSR yaradıldı.
Cənubi Qafqaz Respublikalarının 1922-ci il dekabrın 10-da toplan-
mış I Sovetlər qurultayında Ali orqan-Zaqafqaziya Mərkəzi İcra-
iyyə Komitəsi seçildi. Bununla Azərbaycanın bütün yeraltı və yer-
üstü sərvətləri, xüsusən nefti digər Cənubi Qafqaz respublikalarının
ixtiyarına verildi. 1922-ci il fevralın 22-də Sovet respublikalarının
265
RSFSR ilə bağladıqları sazişə görə bütün respublikalar, o cümlədən
Azərbaycan beynəlxalq münasibətlərdə öz mənafeyini təmsil və
müdafiə etməyi RSFSR-ə tapşırırdılar. 1922-ci il dekabrın 30-da I
Sovetlər qurultayı SSRİ-nin yaradılmasına nail oldu. SSRİ-nin tər-
kibinə 4 respublika-RSFSR, Ukrayna, Belorusiya və ZSFSR daxil
idi. Qurultayda sədrlərindən biri N.Nərimanov olan SSRİ-nin ali
orqanı-Mərkəzi İcraiyyə Komitəsi seçildi. 1924-cü ilin yanvarında
SSRİ-nin ilk Konstitusiyası qəbul edildi.
Azəraycanda sovet milli siyasətinin bir istiqaməti milli adət-
ənənələri yasaq etmək, İslam dininə, İslam mədəniyyətinə qadağa
qoymaq, məscidləri dağıtmaq, rus dilini dövlət dili səviyyəsinə çat-
dırmaq, milli kadr qıtlığı bəhanəsilə qeyri millətlərin nümayən-
dələrini Azərbaycana gətirmək, “beynəlmiləl” şəhər elan edilən Ba-
kıda əhalinin milli tərkibinin köklü surətdə dəyişdirmək, rəhbərlikdə
olan milli kadrlar arasında süni olaraq qarşıdurma yaratmaq,
Azərbaycanın milli sərvətlərini hərraca qoymaq, onun əzəli torpaq-
larını zaman-zaman qonşulara bəxşiş etmək idi. “Sağlar” və “sol-
lar”, “qocalar və cavanlar” arasında aparılan bu qarşıdurmalar
N.Nərimanovun Azərbaycan rəhbərliyindən uzaqlaşdırılması ilə nə-
ticələndi. Sovet milli siyasətində Azərbaycanın müsəlman Şərqinə,
Türk dünyasına nüfuzedici amil olması kimi baxılması da mühüm
yer tuturdu. Təsadüfi deyildi ki, bu dövrdə Şərq xalqlarının və
türkoloqların nüfuzlu yığıncaqları məhz Azərbaycanda-Bakıda
keçirilmişdi-1920-ci il sentyabrın 1-7-də Şərq xalqlarının nüma-
yəndələrinin birinci qurultayı. Qurultayda 37 millətin nümayən-
dəsi iştirak etmişdi.
3. Azərbaycanda sosialist yenidənqurmaları
və onların nəticələri. Kütləvi siyasi represiyalar
1920-ci ilin yayında Azərbaycanda hərbi kommunizm siyasəti
tətbiq olundu. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 26 avqust
tarixli fərmanı ilə taxıl ticarəti inhisara alındı, sentyabrda ərzaq sa-
palağı tətbiq olundu, bunun üçün ərzaq dəstələri kəndlərə göndə-
266
rildi, “İşləməyən dişləməz” prinsipi həyata keçirilməyə başladı, kar-
toçka sistemi yaradıldı. Sovet ordusu hissələrinin ərzaqla təmin
edilməsi kəndlilərin vəziyyətini ağırlaşdırdığına görə hökumət Quba
və Cavad qəzaları müstəsna olmaqla, Azərbaycanın bütün bölgə-
lərində taxıl tədarükünü dayandırdı. “Bütün növ ərzaq inhisarının
ləğv edilməsi haqqında” 1921-ci il 17 may tarixli dekreti ilə ərzaq
sapalağı ləğv olundu. Onun əvəzinə könüllü məhsul rüsumu -
“çanaq” (20 girvənkə) vergisi qoyuldu. 1922-ci ilin yazından eti-
barən ərzaq vergisi tətbiq olunmağa başlandı (6, s. 101). Yeni
iqtisadi siyasət dövründə neft sənayesini öz himayəsində saxlayan
mərkəz onun inkişafı naminə respublika orqanlarına xarici şirkətlər
ilə əlaqə yaratmaq səlahiyyətləri vermişdi. Bu, neft sənayesini yeni
texnika ilə təmin olunmasına kömək edirdi. ABŞ-ın “Standart-Oyl”
şirkəti ilə bağlanmış müqaviləyə görə “Azərneft” texniki avadanlıq
və s., “Gikkers Limited” ingilis firması ilə bağlanmış müqaviləyə
görə Azərbaycan ilk krekinq qurğuşununun texniki avadanlığını
istehsal etmək üçün lisenziya aldı. “Azərneft” London, Paris, Ber-
lin, Nyu-York və s. şəhərlərdə öz nümayəndəliklərini açdı. 1924-cü
ildə Suraxanıda turbobur vasitəsilə ilk quyu qazıldı. Balaxanı-
Sabunçu, Bayıl buxtasında neft mədənləri aşkar edildi və işə salındı.
1925-ci ildə neft hasilatı 1921-ci ilə nisbətən 2 dəfə artdı. Neft-
maşınqayırma sənayesi inkişaf etməyə başladı (leytenant Şmidt-
indiki Səttarxan zavodu).
1925-ci ildə Bakıda və Tovuzda sement, Gədəbəydə misərit-
mə zavodları, Gəncədə mahud favriki işə salındı, Şərur və Yevlaxda
yeni pambıqtəmizləmə zavodları tikildi, Şəkidə, Ordubadda və Dağ-
lıq Qarabağda baramaaçan fabrikləri fəaliyyətə başladı. Kənd təsər-
rüfatında da əkin sahələri artdı, sosial təbəqələşmə gücləndi, 1925-
ci ildə ortabablar 54% təşkil edirdi. 1925-ci ildə Azərbaycanın iqti-
sadiyyatında canlanma başlanmışdı, lakin 1926-cı ildən etibarən
YİS prinsiplərindən imtina etməyə başlandı və iqtisadiyyatda inzi-
bati amirlik metodlarının tətbiq edilməsinə keçildi.
XX əsrin 20-ci illərinin ikinci yarısından etibarən Azərbay-
canda da xalq təsərrüfatının bütün sahələrinin sosialistcəsinə yeni-
267
dən qurulmasına başlanıldı. Onun əsas istiqamətləri: sosialist səna-
yeləşdirilməsi, kənd təsərrüfatlarının kollektivləşdirilməsi, bolşevik
ideologiyasına xidmət edən mədəni quruculuq, kommunist parti-
yasının bölünməz və şəriksiz ağalığının təmin olunması, planlaş-
mada və idarəçilikdə sərt mərkəzləşmə təşkil edirdi. 1925-ci ilin
dekabrında ölkənin sosialist sənayeləşdirilməsi xətti irəli sürüldü.
Azərbaycanda əsas üstünlük neft sənayesinin inkişafına və elektrik
istehsalına yönəldilmişdi. Yüngül sənaye müəssisələrinin və ilkin
xammal emalı (pambıqtəmizləmə, ipəkçilik və s.) obyektlərinin
yaradılması da Azərbaycanda sənayeləşdirmənin tərkib hissələ-
rindən idi. Sənayeləşdirmə xalqın, xüsusən o zaman əhalinin əksə-
riyyətini təşkil edən kəndlilərin istismarı, ağır vergilər qoymaq, mü-
sadirələr, “sənayeləşdirmə istiqrazları” yolu ilə toplanan kapitalı
hesabına aparılırdı. Sənayeləşdirmə illərində Bakıda neftayırma və
neftmaşınqayırma zavodları (İ.Şmidt, Suraxanı mexaniki zavodu),
ilk krekinq qurğusu, sürtkü yağları, ağ neft, benzin, gəmi təmiri,
karbid zavodları, Gəncədə əyirici-toxuculuq kombinatı, Gəncə,
Ucar və Yevlaxda pambıqtəmizləmə zavodları, Lənkəranda və Or-
dubadda konserv zavodları, Şəkidə, Xankəndində, Zaqatalada, Sal-
yanda və Füzulidə istilik və su-elektrik stansiyaları tikilib işə sa-
lındı. 1937-ci ildə SSRİ-də hasil edilən neftin 76%-ni Azərbaycan
verirdi və dünyada 2-ci yerə çıxmışdı. Bu illərdə 822 km. Bakı-Ba-
tum neft kəmərinin, Ələt-Culfa dəmiryol xəttinin çəkilməsi başa
çatdırıldı. İlk dəfə Azərbaycanda elektrik dəmir yolu xətti istifa-
dəyə verildi. Sənayeləşdirmə öz çətinlikləri və mənfi nəticələri ilə
bərabər Azərbaycanın ümumi inkişafına xeyli təkan verdi. Onun
həyata keçirilməsi sayəsində Azərbaycan aqrar-sənaye ölkəsinə
çevrildi.
Kənd təsərrüfatının kollektivləşdirilməsi siyasəti 1929-cu
ilin ikinci yarısından etibarən Azərbaycanda həyata keçirilməyə
başlandı. Bu məqsədlə inzibati və zorakılıq yolu ilə kəndliləri kol-
xozlara yazmağa başlamışdılar. 1928-ci ildən sonra qolçomaqları
məhdudlaşdırmaq və sıxışdırmaq siyasəti yürüdülürdü: onlara yük-
sək vergilər qoyulur, artıq taxılları zorla müsadirə edilir, muzdur
268
saxlamaq, torpağını və texnikasını icarəyə vermək məhdudlaşdırı-
lırdı l1 Tf0.5 0 Td(1265)Tj/TT1 68udlaə
269
Konstitusiyaya görə Azərbaycanın daxil olduğu Zaqafqaziya Fede-
rasiyası ləğv olündu. Azərbaycan birbaşa SSRİ tərkibinə daxil
edildi. 1937-ci il martın 10-da Azərbaycan SSR-nin yeni Kons-
titusiyası qəbul olundu (49, s. 60).
Kütləvi repressiyalar başlandı. 1937-ci ildə xalqa “xəya-
nətdə”, “əksinqilabi” və “casusluq” damğaları ilə partiya rəhbərləri-
R.Axundov, Ə.Qarayev, S.M.Əfəndiyev, Q.Musabəyov, Q.Vəzirov,
D.Bünyadzadə güllələndi. Təkcə 1937-ci ildə Azərbaycanda 29 min
“xalq düşməni” gullələndi və ya Sibirə sürgün edildi. 1937-38-ci
illərdə Azərbaycanın məşhur ziyalılarından H.Cavid, M.Müşfiq,
Ə.Nəzmi, Ə.Cavad, T.Şahbazi, S.Mümtaz, S.Hüseyn, B.Talıblı və s.
repressiya qurbanları oldular. Kütləvi repressiyaların təşkilində
türklərin genetik düşmənləri olan ermənilər, xüsusən Daxili İşlər
orqanlarında rəhbər vəzifə tutan Sumbatov-Topuridze, Qriqoryan,
Markaryan və b. mühüm rol oynamışdılar (40, s. 83). Azərbaycanın
51 rayonundan 31-nin Xalq Daxili İşlər Komissarlığının rayon
şöbələrinin rəisləri erməni idi (6, s. 419). 1938-40-cı illərdə vaxtilə
Azərbaycanın Cənub hissəsindən gəlmiş azərbaycanlıların zorla
deportasiya olunması idi.
Siyasi mühacirət. XX əsrin 20-30-cu illərində minlərlə adam
siyasi motivlər üzündən xaricə getməyə məcbur olmuşdu. Onların
əksəriyyəti 1920-ci il aprel işğalından sonra, dəhşətli kollektivləşmə
illəri və 1937-1940-cı illərdəki kütləvi repressiyalar zamanı xaricə
pənah aparmışdılar. 1919-cu ildə başda Ə.M.Topçubaşov olmaqla
Paris sülh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyə-
tinin üzvləri-M.Ə.Mehdiyev, C.Hacıbəyov, M.Məhərrəmov, Ə.Şey-
xülislamov, A.Ataməlibəyov Avropada qalmışdılar. Təqribi hesab-
lamalara görə II Dünya müharibəsinə kimi müəyyən vaxtlarda
Azərbaycandan 50 mindən çox siyasi mühacir olmuşdu (49, s. 44).
Çoxu Türkiyədə məskunlaşmışdı. M.Ə.Rəsulzadənin təşəbbüsü ilə
1923-cü ildə “Müsavat” partiyasının Xarici Bürosu yaradılmışdı.
Onun işində X.Xasməmmədov və M.S.Axundzadə fəal iştirak
etmişdilər. M.Ə.Rəsulzadənin başçılığı ilə bütün müsəlmanları bir-
ləşdirmək məqsədilə 1924-cü ildə İstanbulda gizli fəaliyyət göstərən
270
Azərbaycan Milli Mərkəzi yaradılmışdı. Azərbaycan mühacirləri
Avropada fəaliyyət göstərmək məqsədilə 1924-cü ildə “Azərbaycan
İstiqlal Komitəsi” təşkilatını yaratmışdı. Onların başlıca amalı
Azərbaycanın müstəqilliyini bərpa etmək, vahid müstəqil Azərbay-
can yaratmaq idi.
4. Azərbaycanda mədəni quruculuq
1923-cü ildə savadsızlıqla mübarizə üçün Xüsusi Komitə
yaradılmışdı. 30-cu illərin sonlarında Azərbaycanda 4500-ə qədər
ümumtəhsil məktəbi fəaliyyət göstərirdi–695 min şagird təhsil alır-
dı. 1921-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan
Politexnik İnstitutu, Şərq dünyasında ilk Konservatoriya, Ali Rəs-
samlıq Məktəbi, 1929-cu ildən Gəncədə Azərbaycan Kənd Təsər-
rüfatı İnstitutu fəaliyyət göstərirdi. 1930-cu ildə Azərbaycan Tibb
İnstitutu açıldı. Politexnik İnstitutu Neft İnstutuna çevrildi. 1934-cü
ildə Sənaye İnstitutu və Xalq Təsərrüfatı İnstitutu yaradıldı. 1938-ci
ildə Gəncədə və Şəkidə müəllimlər institutları işə başladı.
1923-cü ildə “Azərbaycanı Öyrənən Cəmiyyət” yaradıldı,
1929-cu ildə bu Dövlət Elmi Tədqiqat İnstitutuna çevrildi. Sonralar
bunun əsasında SSRİ Elmlər Akademiyası Cənubi Qafqaz Filialının
Azərbaycan şöbəsi təşkil edildi. 1935-ci ildə bu şöbə SSRİ EA
Azərbaycan filialına çevrildi. 1922-ci ildə Azərbaycan Arxeologiya
cəmiyyəti yaradıldı, 1923-cü ildə bu cəmiyyət Arxeologiya Komitə-
sinə, 1927-ci ildə isə Tarix, İncəsənət və Təbiət Abidələrinin
Mühafizəsi Komitəsinə çevrildi.
1926-cı ildə Bakıda I Ümumiittifaq Türkoloji qurultayı ke-
çirildi. 20-30-cu illərdə Respublikada “Kommunist”, “Bakinski
raboçi” qəzetləri, “Molla Nəsrəddin”, “Şərq qadını” və s. jurnallar
nəşr edilirdi. 1924-cü ildə Bakıda ilk dəfə radio qurğusu qu-
raşdırıldı. 1926-cı ildən radiostansiya fəaliyyətə başladı. 1926-cı
ildə “Qızıl qələmlər” ittifaqı, 1932-ci ildə Azərbaycan Yazıçılar
İttifaqı yaradıldı.
271
1922-ci ildə Azərbaycan Dövlət Dram Teatrı, 1924-cü ildə
Azərbaycan Opera və Balet Teatrı açıldı. 1920-ci ildə yaradılmış
Rus Azad tənqid və təbliğ teatrı, 1923-cü ildə Bakı işçi teatrına,
1937-ci ildə isə Azərbaycan Dövlət Rus Dram Teatrına çevrildi.
1931-ci ildə Azərbaycan Kukla Teatrı, 1936-cı ildə Gənc Tama-
şaçılar Teatrı, 1938-ci ildə Müstəqil Komediya Teatrı yaradıldı,
Naxçıvanda, Gəncədə, Xankəndində, Şəkidə dövlət teatrları fəaliy-
yətə başladı.
1937-ci ildə Ü.Hacıbəyovun “Koroğlu” operası tamaşaya qo-
yuldu. 1940-cı ildə Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan baletini-
“Qız qalası”nı yazdı. 1934-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı
yaradıldı. Məşhur xanəndələr S.Qaryağdıoğlu, S.Şuşinski, X.Şu-
şinski, Z.Adıgözəlov və b. milli musiqimizin inkişafında mühüm rol
oynamışdılar.
1926-cı ildə kinostudiya yaradıldı. 1932-ci ildə Azərbaycan
Rəssamlıq İttifaqı yaradıldı. 1929-cu ildə ərəb qrafikalı əlifbaya,
1939-cu ilin sonundan isə kirill qrafikasına keçilmişdi.
|