2. Dövlət müstəqilliyinin bərpa olunması.
Azərbaycan müstəqilliyin ilk illərində
Moskvada 1991-ci il avqust hadisələrindən sonra Azərbay-
canda siyasi vəziyyət daha da gərginləşdi. Azərbaycan xalqı respub-
likanın rəhbərliyinə qarşı narazılıq çıxışlarını gücləndirdi. Mitinq-
lərdə respublikada prezident seçkilərinin dayandırılması, parlamen-
tin buraxılması, yeni parlament seçkilərinin keçirilməsi, Kommunist
Partiyasının ağalığının, fövqəladə vəziyyətinin ləğv edilməsi,
DQMV-də Azərbaycanın suveren hüquqlarının təmin olunması
üçün qəti tədbirlərin götürülməsi tələb edilirdi. Azərbaycan Respub-
likası Ali Sovetinin xalqın təkidi ilə çağırılmış növbədənkənar sessi-
yası 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının
dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul
etdi.
1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisi H.Əli-
yevi Ali Məclisin sədri seçdi. Ertəsi gün Ali Məclisin qərarı ilə
Naxçıvan MR ərazisində prezident seçkiləri dayandırıldı. 8 sentyabr
prezident seçkilərinədə A.Mütəllibov yenidən Prezident “seçildi”.
Erməni silahlı qüvvələrinin qarşısını almaq məqsədilə Azər-
baycan Respublikası Ali Soveti 1991-ci il oktyabrın 9-da “Azər-
baycan milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul
etdi. Lakin düşmən hücumunun qarşısını almaq üçün dövlət səviy-
yəsində lazımi tədbirlər görülmürdü. 10 minlərlə dinc əhali qaçqına
çevrilmişdi. Sovet Ordu hissələrinin köməyi ilə ermənilər Goranboy
rayonunun bir neçə kəndini tutub dağıtdılar.
Xalqın təkidi ilə Ali Sovetin 1991-ci il oktyabrın 18-də top-
lanmış sessiyası “Azərbaycan Respublikasının dövlət müstəqilli-
yi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Bununla Azərbay-
canın dövlət müstəqilliyi bərpa olundu. Yerlərdə möhkəmlənmək
üçün Prezident oktyabrın 18-də rayonlarda, şəhərlərdə və şəhər ra-
yonlarında icra hakimiyyəti başçısı vəzifəsi təsis etdi və özünə sa-
diq adamları həmin vəzifələrə təyin etdi. Prezident idarəsi yaradıldı.
Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis olundu. İlk döv-
300
lət katibi akademik Tofiq İsmayılov təyin edildi.
Yuxarı Qarabağda Xocavəndin erməni işğalçıları tərəfindən
hücumlara məruz qalması ilə əlaqədar vəziyyəti yerində öyrənmək
üçün respublikanın yüksək dövlət və hökumət nümayəndəsini
aparan vertalyotun noyabrın 20-də Qarakənd erməni yaşayış mən-
təqəsi yaxınlığında vurulub salınması xəbəri Azərbaycan xalqını
sarsıtdı.
Noyabrın 26-da Ali Sovet bərabər əsasda 25 nəfər demok-
ratik blok nümayəndəsindən və 25 nəfər iqtidaryonlü deputatdan
ibarət Milli Şura yaratdı. 1991-ci il dekabrın 8-də Brest şəhəri
yaxınlığındakı “Viskuli” mehmanxanasında Belorus, RF və Ukray-
na rəhbərləri Müstəqil Dövlətlər Birliyi yaradılması haqqında mü-
qavilə bağladılar və SSRİ-nin beynəlxalq subyekt kimi varlığına son
qoydüğünü elan etdilər. Dekabrın 25-də Qarbaçov SSRİ Prezidenti
vəzifəsindən istefa verdi. Beləliklə, hüquqi cəhətdən SSRİ-nin var-
lığına son qoyuldu.
Azərbaycan Respublikasında dekabrın 29-da referendum
keçirildi. 1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respub-
likasının Dövlət himnini, 1993-cü ilin əvvəlində Dövlət gerbini
təsdiq etdi. 1993-cü ilin əvvələrində Azərbaycanın dövlət müstə-
qilliyi 100-dən artıq dövlət tərəfindən tanınmış, 70 xarici dövlət ilə
diplomatik əlaqələr qurulmuşdu. Azərbaycan Respublikası 14 bey-
nəlxalq təşkilata üzv qəbul edilmişdi. Azərbaycan 1991-ci ildə İs-
lam Konfransı Təşkilatına, 1992-ci ilin fevralında İqtisadi
Əməkdaşlıq Təşkilatına, Helsinki müşavirəsinin yekun aktına
və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə, mar-
tın 2-də isə BMT üzv qəbul olunmuşdu (27, s. 289).
Müstəqilliyini elan etmiş Azərbaycan Respublikası ilk günlər-
dən digər dövlətlərlə münasibətlərini dövlət sərhədlərinin toxunul-
mazlığı, ərazi bütövluyu, mübahisəli məsələlərin dinc yolla nizama
salınması, başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri
əsasında qurdu. Helsinki Müşavirəsinin Yekun Aktında irəli sürülən
hüquqi öhdəlikləri yerinə yetirməyə çalışırdı. Bununla belə, iqtidar
dünyanın böyük dövlətlərinin Azərbaycanla bağlı maraqlarını təmin
edə biləcək tarazlı siyasət yeridə bilmədiyindən Dağlıq Qarabağ
301
probleminin vaxtında həlli üçün ona lazımi dəstək verilmədi. 1991-
ci ilin sonunda Rusiya ilə Ermənistan arasında “Dostluq, əmək-
daşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə” bağlanması
Rusiyaya Dağlıq Qarabağ ermənilərini Azərbaycana qarşı açıq-
aşkar silahlandırmaq imkanı verdi.
Ali Sovetin “Azərbaycanın milli özünümüdafiə qüvvələri
haqqında” qanununa əsasən 1991-ci ilin noyabrında 22 sərhəd-
yanı bölgədə yerli əhalidən könüllü ərazi özünümüdafiə batalyonları
yaradıldı. 1991-ci il oktyabrın 9-da Ali Sovet “Azərbaycanın mil-
li özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etmişdi. Dö-
yüş qabiliyyətinə malik olmayan, lazımi silah və sursatla təmin
olunmayan və müdafiə taktikası seçməyə məcbur olan özünümü-
dafiə batalyonları rus və erməni silahlı qüvvələrinin hücumlarının
qarşısını ala bilmirdilər. Belə bir şəraitdə ermənilər rusların köməyi
ilə 1992-ci ilin yanvarında Kərkicahan, fevralında Malıbəyli,
Quşçülar kəndlərini ələ keçirib Xocalı və Şuşanı mühasirəyə al-
mağa başladılar. Şuşanı mühasirədən çıxarmaq üçün aparılan “Daş-
altı” əməliyyatı uğursuz oldu. Qeyri-bərabər döyüşdə düşmən hərbi
hissələri Qarabağlı kəndini ələ keçirib 150-yə yaxın müdafiəçini
və kənd sakinini vəhşicəsinə qətlə yetirərək, meyitləri silos quyula-
rına atdılar. Fevralın 25-də axşam saat 9-da erməni silahlı qüvvə-
ləri, Xankəndindəki Rusiyaya məxsus 366-cı və 81 mexanikləşdiril-
miş atıcı alay və muzdlu quldurlar Xocalıya hücum etdilər. Cəmi
150 nəfər müdafiəçisi olan Xocalı düşmənlə üz-üzə qaldı. Düşmən
ilk zərbəni hava limanına vurdu. Əlif Hacıyevin rəhbərlik etdiyi
22 nəfərlik dəstə düşmənin hücumlarını üç dəfə qəhrəmanlıqla dəf
edə bildi. Lakin komandir dispetçer məntəqəsini partladaraq düş-
mən əlinə keçməsinə imkan vermədi, sonrakı döyüşlərdə Ə.Hacıyev
qəhrəmancasına həlak oldu. Komandir Tofiq Hüseynov onlarla
adamın mühasirədən çıxmasına şərait yaratdı, son gülləni özünə
vurdu.
Xocalı soyqırımında 613 nəfər öldürüldü, 487 nəfər ya-
ralandı, 1275 nəfər əsir götürüldü, 8 ailə bütünlüklə məhv edildi,
şəhər yandırıldı. Xocalı faciəsindən sonra xalqın tələbi ilə Ali Sove-
tin fövqəladə sessiyasında A.Mütəllibov istefa verməyə məcbur
302
oldu. 1992-ci ilin martında Rusiyanın əlaltısı Rəhim Qazıyev
Müdafiə naziri vəzifəsini ələ keçirdi (7, s. 299).
Şuşa artıq mühasirədə idi. 1500 nəfər döyüşçüsü olan Şuşa
batalyonunda 500 döyüşçü qalmışdı (54). Hücum ərəfəsində döyüş-
çülərin məzuniyyətə buraxılması R.Qazıyevin niyyətindən xəbər
verirdi. Mayın 7-dən 8-nə keçən gecə şəhər güclü artilleriya atə-
şinə tutuldu və 6000 düşmən əsgəri 72 tankla şəhərə hücum etdi
(36; 54). 366-cı alay öz xidmətlərini göstərdi. Döyüş zamanı 155
nəfər şəhid oldu, 167 nəfər yaralandı, 20 nəfər itkin düşdü (20).
Azərbaycan hərbi hissələrinin döyüş texnikası şəhərdən çıxarıldı.
Mayın 9-da Şuşa süqut etdi.
Moskvanın dəstəyi ilə A.Mütə
303
ci ilin iyununda verilən Prezident fərmanı müəyyən rol oynadı.
Azərbaycan milli ordusu xüsusi təyinatlı polis dəstələrinin köməyi
ilə işğal olunmuş ərazilərin bir hissəsini quldurlardan təmizlədi.
1992-ci ilin yayında Azərbaycan ordusunun Ağdərə əmə-liy-
yatı nəticəsində Goranboy bölgəsinin işğal edilmiş torpaqları azad
edildi. Xocavənd istiqamətində gedən döyüşlərdə də düşmənə ciddi
tələfat verdilər.
Hökumətin Türkiyəyə meylini açıq nümayiş etdirməsi nəinki
regionda maraqları olan Rusiya və İranı, hətta Qərb dövlətlərini də
narahat etdi. ABŞ Konqresi 1992-ci ilin oktyabrında Azərbaycanı
guya Ermənistanı blokadaya salmaqda günahlandırıb, “Azadlığı
Müdafiə Aklı”na Azərbaycana dövlət səviyyəsində hər cür yardım
göstərilməsinə sərt məhdudiyyətlər qoyan 907-ci düzəlişi qəbul etdi.
Rusiyanın hakim dairələri Ermənistana hərbi yardımı gücləndirdi.
Azərbaycan ordusunda vəziyyət bərbad idi. Azərbaycan silahlı
qüvvələri məğlub olur, ağır itkilər verir və geri çəkilirdilər.
Dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirmək istəyənlər
1992-ci ilin sonu-1993-cü ilin əvvəllərində hərbi qüvvələrimizi
strateji əhəmiyyətli Kəlbəcərdən, az sonra Ağdərə bölgəsindən çı-
xardılar. Ağdərə-Kəlbəcər yolu düşmən tərəfindən tutuldu. 1993-
cü ilin fevralında Ermənistan ordusu MDB 7-ci ordusunun 128-ci
motoatıcı alayının və muzdlu əsgərlərin (kazaklar) iştirakı ilə Ağdə-
rəni ələ keçirdilər. Martın sonundan güclü atəşə tutulan Kəlbəcər
1993-cü il aprelin 3-də düşmən əlinə keçdi. 15 minədək əsir gö-
türüldü, qız-gəlin özünü sıldırım qayalardan atıb məhv etdi. 144 ya-
şayış məntəqəsi işğal edildi, 500-dən çox müəssisə, 13 min ev, 100
min qaramal, 500 min davar, 5000 at, 1 mln. ev quşu, 50 min arı
ailəsi, 195 min xalça və s. qarət edildi. Kəlbəcərin itirilməsi AXC-
Müsavat iqtidarının süqutunu yaxınlaşdırdı.
BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcə-
rin ermənilər tərəfindən işğalını pisləyən 822 saylı qətnamə qəbul
etdi.
304
II BƏND:
Milli dövlətçiliyin qorunub
möhkəmləndirilməsi uğrunda mübarizə
(1993-1995-ci illər)
Plan:
1. Milli qurtuluş. Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə
gətirilməsi. Milli dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınması.
2. Azərbaycan Respublikasının yeni neft strategiyası. “Əsrin
müqaviləsinin” imzalanması.
1.
Milli qurtuluş. Heydər Əliyevin
yenidən Azərbaycan rəhbərliyinə gətirilməsi.
Milli dövlətçiliyə qarşı qəsdlərin
qarşısının alınması.
Hakim dairələr H.Əliyevin nüfuzundan ehtiyatlanaraq, Naxçı-
van MR-ə enerji verilməsi, Bakı-Naxçıvan qatarının hərəkətini
dayandırdı. Naxçıvan MR blokadaya alındı. Naxçıvan MR Türki-
yədən kredit aldı, 1992-ci il mayın 28-də Sədərək-Dilucu “ümid”
körpüsü açıldı. İranla da münasibət qaydaya salındı. Naxçıvan qon-
şu ölkələrdən enerji almaqla tələbatın qismən də olsa ödənilməsinə
nail oldu.
Ölkədə qurtuluş hərəkatı başladı. Hakimiyyət dairələri xofla-
naraq Naxçıvanda çevriliş etməyə və Xalq Cəbhəsini hakimiyyətə
gətirməyə cəhd etdilər. Xalq Cəbhəsinin silahlı dəstələri Daxili İşlər
Nazirliyinin binasını, televiziya studiyasını ələ keçirsələr də, H.Əli-
yevin çağırışı ilə ayağa qalxan əhali onları geri oturtdu. 1992-ci il
noyabrın 21-də Naxçıvanda H.Əliyevin sədrliyi ilə Yeni Azərbay-
can Partiyası (YAP) yarandı, Proqram və Nizamnaməsi müzakirə
olunub qəbul edildi.
1993-cü ilin iyununda Gəncədə hərbi qiyam baş verdi. Sakit
Hüseynovun təsiri ilə 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə
305
tabe olmurdu. Ə.Hümbətov isə tabeliyində olan silahlı qüvvələrə
söykənərək cənub bölgəsində qondarma “Talış-Muğan Respubli-
ka”sını yaratmağa çalışırdı. Eyni zamanda ölkənin şimal-şərq böl-
gəsində “Ləzgistan dövləti” yaratmaq istəyirdilər. Bunlar Mos-
kvadan idarə olunurdu. İyunun 4-də hökumət hərbi qiyamı yatırt-
maq üçün Gəncəyə 3 minədək canlı qüvvə və hərbi texnika yeritdi.
Ölkədə vətəndaş müharibəsi başlandı. 709 saylı hərbi hissənin
kazarmaları, hava limanı dağıdıldı. 35 nəfər həlak oldu. 135 nəfər
yaralandı. Qiyamçılar tərəfindən 1200 döyüşçü, respublika pro-
kuroru girov götürüldü. Onlar Bakıya Ali Sovet sədrinin, Baş na-
zirin, bir qədər sonra isə Prezidentin istefa verməsi tələbi ilə ulti-
matum göndərdilər, cavab almadılar və Bakıya döğru hərəkət et-
dilər. Dövlət rəhbərləri son anda kömək üçün H.Əliyevə müraciət
etdi. H.Əliyev 1993-cü il iyunun 9-da hökumətin onun ardınca
göndərdiyi təyyarə ilə Bakıya gəldi. Vətəndaş müharibəsini aradan
qaldırmaq üçün H.Əliyev iyunun 13-14-də Gəncədə oldu. H.Əliyev
Azərbaycanı qardaş qırğınından qurtarmaq üçün düşünülmüş siyasi
manevr edərək S.Hüseynov başda olmaqla, hərbi müxalifəti
zərərsizləşdirdi. 1993-cü il iyunun 15-də H.Əliyev Ali Sovetin
Sədri seçildi. Bu gün tarixə “Milli Qurtuluş Günü” kimi düşdü.
Prezident Ə.Elçibəy iyunun 18-də gecə xəbər vermədən paytaxtı
tərk edib anadan olduğu Ordubad rayonunun Kələki kəndinə getdi.
İyunun 24-də Milli Məclis prezident səlahiyyətlərini də Ali
Sovetin sədri H.Əliyevə həvalə etdi. H.Əliyev S.Hüseynovu Baş
nazir vəzivəsinə təyin etdi və onu öz nəzarəti altında saxladı.
Ə.Hümbətov 1993-cü ilin avqustunda batalyonları Fizuli
bölgəsindən geri çəkməklə respublikanın 7 cənub rayonunda “Ta-
lış-Muğan Respublikasının” yarandığını elan etmiş, “hökumət”
qurmuşdu. H.Əliyev həmin bölgənin deputatları, ağsaqqalları və zi-
yalıları ilə görüşdü, televiziya vasitəsilə əhaliyə müraciət etdi. Kor-
təbii mitinq “TMR” ləğv etdi. Beləliklə, Azərbaycanın parçalanması
təhlükəsi aradan qalxdı. 1993-cü ilin avqustunda Cəbrayıl, Fü-
zuli, Qubadlı rayonları işğal olundu.
306
Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da Prezident
Ə.Elçibəyə etimad haqqında referendum keçirildi və referendumda
iştirak edənlərin 97,5%-i Prezidentə etimadsızlıq göstərdi (46, s.
494). 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı H.Əliyevi alter-
nativ əsasla səs çoxluğu ilə Azərbaycan Respublikası Prezidenti
seçdi.
H.Əliyev 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuş,
1939-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki
ADNA) oxumuş, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) tarix fakultəsini bitirmişdi. 1941-1967-ci illərdə
Azərbaycan SSR Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik
Komitəsi orqanlarında işləmişdi. 1967-1969-cu illərdə Azərbaycan
Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olmuş, 1969-cu ilin iyu-
lunda Azərbaycan KP MK-nın birinci katibi seçilərək, 1982-ci ilə
kimi bu vəzifədə çalışmışdı. O, 1982-1987-ci illərdə Sov.İKP MK-
nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin Birinci
Müavini olmuşdu. 1990-cı ilin yayında doğma Bakıya qayıtmışdı.
Lakin, o zamankı iqtidar tərəfindən Bakıda məskunlaşmasına icazə
verilmədiyindən o, anadan olduğu Naxçıvana getmişdi. 1991-1993-
cü illərdə Naxçıvan MR Ali Məclisinin sədri, Azərbaycan Respub-
likası Ali Soveti sədrinin müavini olmuşdu. 1992-ci ilin noyabrında
təsis olunmuş Yeni Azərbaycan Partiyasının sədri seçilmiş, vəfat
edənə qədər bu vəzifəni daşımışdı. 1993-cü ilin iyununda o, yenidən
Azərbaycan rəhbərliyinə gətirilmişdi. 1993-2003-cü illərdə Müs-
təqil Azərbaycan Respublikasının Prezidenti olmuşdu. İki dəfə So-
sialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş,SSRİ-nin və
xarici dövlətlərin yüksək orden və medalları ilə təltif olunmuşdu.
2003-cü il dekabrın 12-də dünyasını dəyişmişdi (12, s. 255).
H.Əliyev öz vəzisifəsini dövlət intizamının, qanunçuluğun,
hüquq-mühafizə orqanlarının, ordunun möhkəmləndirilməsindən
başladı. 1993-cü il sentyabrın 24-də Azərbaycan MDB-yə daxil
oldu. Müxtəlif siyasi qüvvələrin döyüş bölgələrində törətdikləri
təxribat nəticəsində Zəngilan rayonu da oktyabrın 29-da işğal
edildi.
307
Dağlıq Qarabağ məsələsinin qondarılması zəminində baş-
lamış Ermənistan-Azərbaycan müharibəsi nəticəsində respub-
lika ərazisinin 20 %-ə qədəri işğal edildi, 20 minə yaxın adam
öldürüldü, 50 mindən çox insan yaralandı və əlil oldu, 4 minə
qədər adam əsir alındı və ya girov götürüldü, bir milyondan çox
insan qaçqına çevrildi. Erməni işğalı nəticəsində Azərbaycanın
900-dən çox kəndi, 10 şəhəri, 11 şəhər tipli qəsəbəsi, 88 min
yaşayış binası, 1000-dən çox iqtisadi obyekti, 250 məktəbi və
digər təhsil müəssisəsi, 250 tibb müəssisəsi qarət edildi və da-
ğıdılıb yandırıldı.
Prezident fərmanı ilə 1993-cü il noyabrın 1-də Dövlət Mü-
dafiə Şurası yaradıldı. H.Əliyev 1993-cü il noyabrın 2-də tele-
viziya və radio vasitəsilə xalqa müraciət etdi və birləşib düşmənə
qarşı mübarizəyə qalxmağa çağırdı. Könüllülərdən ibarət taborlar
yaradılıb cəbhəyə göndərildi.
Beyləqan istiqamətində hücuma keçən düşmən itki verib geri
çəkilməyə məcbur oldu. 1994-cü ilin əvvəllərində Milli Ordunun
hücum əməliyyatı nəticəsində Füzuli rayonun Horadiz qəsəbəsi və
22 kəndi, Cəbrayıl və Kəlbəcər rayonlarının bir sıra yaşayış məntə-
qəsi azad edildi. Kəlbəcər-Laçın yolu istiqamətlərində müvəffəqiy-
yətlər qazanıldı. 4 min düşmən əsgər və zabiti, 50 zirehli texnika, 15
artilleriya qurğusu məhv edildi. Rusiya 1992-ci ilin martında yara-
dılmış Minsk qrupunun üzvlərindən biri olmasına baxmayaraq,
münaqişəni yatırmaq əvəzinə Ermənistanın xeyrinə saziş layihəsi
təklif etdi. Azərbaycan sazişi imzalamaqdan imtina etdi. Ermənistan
Ağdam və Ağdərə rayonlarının bir neçə yaşayış məntəqəsini işğal
etdi. Lakin Milli Ordu düşmən hücumlarının qarşısını ala bildi.
Uğurlu xarici siyasət nəticəsində 1994-cü il mayın 12-də atəşkəs
əldə edildi.
1994-cü il sentyabrın 20-də Prezident H.Əliyevin təşəbbüsü
ilə “Əsrin müqaviləsi” imzalandı. Cəmiyyətdə vahimə yaratmaq
üçün mənfur qüvvələr Milli Təhlükəsizlik Nazirliyi istintaq təcrid-
xanasından dövləti cinayətdə ittiham olunan 4 dustağı qaçırdılar.
Sentyabrın 29-da Ali Sovetin sədr müavini Afiyəddin Cəlilov və
308
Prezident yanında xüsusi idarənin rəisi Şəmsi Rəhimov qətlə
yetirildi. Oktyabrın 2-də Xüsusi Təyinatlı Polis Dəstəsinin 30-a
yaxın döyüşçüsü Respublika Prokurorluğunun binasını zəbt etdi.
Oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarları icra hakimiy-
yətinin binasını tutdular. Oktyabrın 3-dən 4-nə keçən gecə Prezi-
dent radio və televiziya vasitəsilə xalqa müraciət etdi. Gecə yarısı
yüz minlərlə adam Prezident sarayı qarşısına toplaşdı və bunu görən
qiyamçılar geri çəkilməli oldular. 1995-ci ilin martında yenidən
dövlət çevrilişi cəhdi baş verdi. Martın 13-də Xüsusi Təiynatlı Po-
lis Dəstəsi əməkdaşları Ağstafa və Qazax rayonlarında dövlət ida-
rələrini ələ keçirdilər. Bakıda isə R.Cavadov Prezidentin və Ali So-
vet sədrinin istefası tələbi ilə çıxış etdi. “8-ci kilometr” qəsəbəsində
məskən salmış qiyamçılar şəhər istiqamətində hücuma cəhd etdilər.
Lakin onların qarşısı alındı.
2. Azərbaycan Respublikasının
yeni neft strategiyası.
“Əsrin müqaviləsinin” imzalanması.
İstehsalı inkişaf etdirmək, Azərbaycan yeritdiyi “açıq qapı”
siyasətinə uyğun olaraq, xarici investitorlara və kreditorlara təminat
verən, onları müdafiə edən qanunlar qəbul edilməsi, xarici investi-
siyanın daha geniş cəlb olunmasına imkan verdi. Beynəlxalq Val-
yuta fohdu, Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Avropa
Yenidənqurma və İnkişaf Bankı ilə əlaqədar yaradılmışdı. Təkcə
Dünya Bankı və Beynəlxalq Valyuta fondu Azərbaycana 1 milyard
300 milyon dollardan çox kredit vermişdi (105, v. 102). H.Əliyevin
ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Norveç,
Rumıniya və s. ölkələrə rəsmi və işgüzar səfərləri nəticəsində həmin
dövlətlərlə Azərbaycan arasında iqtisadi əməkdaşlıq münasibətləri
yaradılmışdı. Bu ölkələrlə imzalanmış 90-a yaxın mühüm sənəd
Azərbaycanın Avropa iqtisadi münasibətləri sisteminə inteqrasiyası
prosesini süətləndirdi. 1994-cü il sentyabr 20-də imzalanmış
“Əsrin müqaviləsi”nə əsasən 30 neft şirkəti ilə 57 milyard sərmayə
309
qoyuluşu nəzərdə tutulan 20 neft müqaviləsi imzalandı. SELF-5
qazma qurğusu yenidən qurulub “İstiqlal” adı ilə istifadəyə verildi.
2000-ci ilin “Qurtuluş” müasir qazma qurğusu işə salındı. “Çıraq”
platformasından 120 m dərinlikdə 176 km-lik neft kəməri çəkildi.
Sanqaçal Terminalı tikildi (18, s. 85; 22).
“ Əsrin müqaviləsi”nə uyğun olaraq çıxarılan neftin Avropa
bazarlarına satılması üçün 2- Bakı-Novorossiysk və Bakı-Supsa
(Gürcüstan) neft kəmərləri çəkildi. ABŞ-ın şahidliyi ilə Azər-
baycan, Türkiyə, Gürcüstan və Qazaxıstan Respublikaları arasında
bağlanan müqavilələrin reallaşmağa başlaması əsrin sonuna kimi
Azərbaycan Neft Fonduna 230 mln. ABŞ dolları həcmində vəsait
gətirdi. 1998-ci il sentyabrın 8-də Bakıda İpək Yolunun bərpası
üzrə beynəlxalq konfrans keçirildi. “Avropa-Qafqaz-Asiya” dəh-
lizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli
saziş və Bakı bəyannaməsi imzalandı (58, s. 394). Bu konfransda
yaradılan beynəlxalq təşkilatın mənzil qərargahı Bakıda yerləş-
dirildi.
Azərbaycanın TASİS və TRASEKA proqramları çərçivəsində
Avropa İqtisadi Komissiyası ilə əməkdaşlığı nəticəsində respub-
likamızın nəqliyyat kommunikasiyalarından istifadə edilməklə Av-
ropa-Asiya istiqamətində tranzit yüklərinin daşınmasının həcmini
10 dəfələrlə artırdı. 2002-ci ilin sonunda Qazaxıstan neftinin
Dostları ilə paylaş: |