XI FƏSİL
AZƏRBAYCANIN RUSİYA VƏ İRAN ARASINDA
BÖLÜŞDÜRÜLMƏSİ VƏ ONUN NƏTİCƏLƏRİ
Plan:
1. Azərbaycanda Rusiya işğallarının başlanması.
2. Azərbaycan torpaqlarının Rusiya və İran arasında
bölüşdürülməsi.
3. XIX əsrin 30-40-cı illərində Azərbaycanda sosial-iqtisadi
münasibətlər. Rus müstəmləkə zülmünə qarşı üsyanlar.
4. XIX əsrin birinci yarısında Azərbaycan mədəniyyəti.
1. Azərbaycanda Rusiya işğallarının başlanması
XVIII-XIX əsrin hüdudlarında Azərbaycanın daxili və bey-
nəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal
dövlətlərinə parçalanmışdı. Xanlar arasında ardı-arası kəsilməyən
ara müharibələri, feodallarla kəndlilər arasında sinfi ziddiyyətlərin
güclənməsi, iqtisadi tənəzzül Azərbaycanın daxili vəziyyəti üçün
səciyyəvi hal idi.
Bu gövrdə Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən
biri Cənubi Qafqazın istilasından ibarət idi. Çar Rusiyası Cənubi
Qafqazı əlavə gəlir mənbəyinə çevirməyə, Xəzər dənizi hövzəsi
üzərində Rusiya ağalığına nail olmağa, Xəzəri Rusiyanın daxili
dənizinə çevirməyə can atırdı. Cənubi Qafqazın siyasi və hərbi-
strateji əhəmiyyəti böyük idi. Bu diyarın işğalı ənənəvi rus-türk
rəqabətində qüvvələr nisbətini Rusiyanın xeyrinə həll edə bilərdi.
Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsi-
rinə, Ost-Hind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi.
Qərbi Avropa dövlətlərinin də, xüsusilə İngiltərə və Fran-
sanın Cənubi Qafqaz barədə işğalçı planları var idi. 1801-ci ilin
əvvəlində İngiltərə ilə İran arasında müqavilə bağladı. İngiltərə hər
hansı dövlətin İran üzərinə hücum edəcəyi təqdirdə ona lazımi qədər
173
xidmət heyəti ilə birlikdə tələb olunan miqdarda hərbi xərc verməyi
öz üzərinə götürürdü. İngiltərə İranı öz müstəmləkə mülklərini
genişdəndirmək uğrunda mübarizədə antirus siyasətinin alətinə, öz
müstəmləkəsini-Hindistanı kənar təcavüzlərdən qorumaq, Cənubi
Qafqaz barəsində özünün uzağa gedən planlarını həyata keçirmək
üçün meydana çevirirdi.
1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiya çarlığının Rusi-
yaya birləşdirilməsi haqqında çar manifesti elan olundu. Azərbay-
can ərazisinin də bir hissəsi-Kartli-Kaxetiya çarlığının asılılığında
olan Qazax, Borçalı, Şəmşəddil onunla birlikdə Rusiyaya birləş-
dirildi. Beləliklə, Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə Azərbay-
can torpaqlarının Rusiya tərəfindən istilasının başlanğıcı qoyuldu
(4, s. 15).
Rusiya ilk növbədə Azərbaycanın Xəzəryanı vilayətlərini ələ
keçirməyə çalışırdı. Bu məqsədlə general Knorrinq 1802-ci ilin
sentyabr-dekabr aylarında Şimali Qafqazda, Georgiyevsk şəhə-
rində siyasi və ticarət məsələləri üzrə danışıqlar üçün çar koman-
danlığının Şimali Azərbaycan xanlarının və Qafqazın digər hakim-
lərinin nümayəndələri ilə görüşünü keçirdi (70, s. 485). Georgiyev-
skidə 1802-ci il dekabrın 26-da müqavilə imzalandı. Müqaviləyə
görə, onu imzalayanlar İrana hücum edəcəyi təqdirdə ona qarşı
çıxmağı öz öhdələrinə götürürdülər (4, s. 16).
Azərbaycanın ayrı-ayrı feodal hakimlərinin Rusiya istilasına
müqavimət gösətərə biləcəklərindən ehtiyat edən Rusiya 1802-ci
ilin sentyabrında Qafqazın baş komandanı təyin edilən general
P.D.Sisianovu Cənubi Qafqazda müstəmləkə siyasətinin icraçısı
təyin etdi. General Sisianov Car-Balakən camaatının ələ keçirilmə-
sinə böyük əhəmiyyət verirdi. Çünki bu ərazi rus qoşunlarının
Gürcüstandan Azərbaycanın içərilərinə doğru uzanan yolun üstündə
idi. 1803-cü ilin martında ruslar Car-Balakənə hücum etdilər.
Qanıq (Alazan) çayı sahilində döyüş baş verdi. Müqaviməti qır-
dıqdan sonra general Qulyakov Balakəni yandırdı. Martın 29-da
Car fəth olundu. 1803-cü il aprelin 12-də Car-Balakənin 9 nə-
fərdən ibarət səlahiyyətli nümayəndə heyyəti Tiflisə general Sisia-
174
novun yanına getdi və burada Car-Balakən camaatının Rusiyanın
hakimiyyəti altına alınması barədə saziş-“Andlı öhdəlik”bağlandı.
Sazişin şərtlərinə görə, carlılar Rusiya xəzinəsinə ipəklə xərac
ödəməli, sədaqət əlaməti olaraq əmanətlər (girovlar) verməli, öz
ərazilərində rus qoşunlarını yerləşdirməli idilər. Lakin camaatın
daxili idarəsinin dəyişməz olaraq qaldığını və əhalinin itaət
şərtlərini yerinə yetirmədiyini görən general Qulyakov 1804-cü ilin
yanvarında yenidən Cara soxuldu. Car yenidən fəth olundu və
yandırıldı. Sonra rus qoşunları Zaqatalaya doğru yeridilər və
Zaqatala yaxınlığındakı dərədə carlılar tərəfindən hücuma məruz
qaldılar. Carlılar qələbə çaldılar. Rus qoşunlarının sağ qalan hissəsi
Muxax kəndinə geri çəkildi, general Qulyakov isə öldürüldü.
Carlılar yenidən hücuma keçmiş rus qoşunlarına müqavimət göstər-
məyi davam etdirməyin qeyri-mümkünlüyünü və faydasızlığını
görərək təslim oldular (4, s. 17-18).
Car-Balakən camaatının fəthindən sonra qonşu İlisu sultan-
lığı da Rusiya təbəəliyini qəbul etməli oldu. General Sisianov Gən-
cə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. “Gəncə
qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmrandır.
Bax buna görə də bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə
malikdir” (110, s. 589-590).
Gəncə xanlığı XVIII əsrin 90-cı illərindən rus dövləti ilə sə-
mimi diplomatik münasibətlər saxlayırdı. Cavad xan Sisianovun
Rusiya himayəsini qəbul etmək təklifinə rədd cavabı vermədi. Lakin
general Sisianovun məktublarındakı yekəxanalıq və etinasızlıq,
Gəncə xanından Şəki, Şirvan və Qarabağ xanlıqlarından 3 dəfə çox
ödənc tələb etməsi qanlı döyüşlərə gətirib çıxardı. Gəncə şəhərinin
2 verstliyindəki Quluqobu adlı yerdə, rus qoşunları ilə gəncəlilər
arasında ilk vuruşma baş verdi. Cavad xan bir qədər müqavimətdən
sonra qalaya qayıtdı. Rus qoşunları Gəncəni mühasirəyə aldılar.
Mühasirədən bir ay sonra 1804-cü il yanvarın 2-dən 3-nə keçən
gecə rus qoşunları qalaya hücuma başladılar. Onların 2 cəhdi dəf
olundu. Cavad xan və onun oğlu Hüseynqulu ağa qəhrəman-
casına həlak oldular. Gəncə xanlığı ləğv olundu və dairəyə çevrildi,
175
şəhər isə öz qədim adını itirdi və I Aleksandrın arvadının şərəfinə
Yelizavetpol adlandırıldı. “Gəncə” adını çəkmək qadağan olundu.
Bu qaydanı pozanlar cərimə edilirdilər (8, s. 572). Gəncənin
alınması rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi
üçün böyük əhəmiyyət kəsb etdi: 1) digər Azərbaycan xanlıqlarının
da taleyi həll olundu; 2) Azərbaycanın cənub bölgələrinə yol açıldı;
3) Gürcüstanın Şərq sərhədlərinin təhlükəsizliyi təmin olundu; 4)
rus qoşunlarının Xəzər sahillərinə çıxıb, Həştərxanla əlaqə yarat-
masına imkan yarandı. Gəncə xanının vassal asılılığında olan Sa-
mux hakimi Şirin bəy də Rusiyanın təbəəliyini qəbul etməyə məc-
bur oldu.
2. Azərbaycan torpaqlarının Rusiya və İran arasında
bölüşdürülməsi
Gürcüstanın, Şimali Azərbaycanın bir hissəsinin Rusiya tərə-
findən işğalı İran və Türkiyənin, habelə onların arxasında duran
İngiltərə və Fransanın narahatlığına səbəb oldu. Azərbaycan tarix-
çisi A.Bakıxanovun yazdığına görə, “İran şahı 70 minlik qoşununu
Cənubi Qafqazın sərhədlərində cəmləşdirdi” (23, s. 158). Şah sarayı
Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yazından- İngiltərə ilə
müqavilə bağladıqdan sonra hazırlaşırdı.
1804-cü ilin mayında Fətəli şah başda olmaqla İranın yuxarı
feodal təbəqədəri rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını
tələb etdi. Tələb rədd olundu və 1804-cü il iyulun 10-da Rusiya ilə
İran arasında diplomatik əlaqələr kəsildi. 10 il davam edən Rus-İran
müharibəsi başlandı.
İlk döyüş 1804-cü il iyulun 2-də İrəvan xanlığının ərazi-
sində, Eçmiədzin divarları yanında baş verdi. Rus qoşunları gürcü
süvari dəstələrinin köməyi ilə üstünlük qazandılar (4, s. 20-21).
İkinci döyüş İrəvan yaxınlığında, Qəmərli kəndinin yanın-
da baş verdi. 1804-cü il iyulun 29-dan 30-a keçən gecə rus qo-
şunları ilə İran qoşunlarının böyük birləşməsi arasında qanlı döyüş
oldu. Azuqənin çatışmazlığı, qoşunların azlığı, habelə İran qoşunla-
176
rının kiçik rus dəstəsi yerləşmiş Gəncəyə tərəf irəliləməsi üzündən
sentyabrın 4-də rus qoşunları İrəvandan geri çəkildi.
General Sisianov hələ 1804-cü ilin əvvəlində mayor Lisa-
neviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərərək ondan “Ru-
siya təbəəliyinə” keçməyi tələb etdi. 1805-ci il mayın 14-də Gəncə
yaxınlığında Kürək çayının sahilindəki görüşdə İbrahimxəlil
xanla Sisianov arasında imzalanan müqaviləyə (8, s. 572) əsasən
xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiya təbəəliyinə
qəbul olunur, çar isə, öz növbəsində, bu xan sülaləsinin hü-
quqlarını “bütün zamanlar üçün” təsdiq edirdi, lakin hər dəfə
xan varisləri çar tərəfindən təsdiq olunmalı idi. Xanlığın daxili
idarəsi xanın ixtiyarında saxlanıldı. Xan rus qarnizonunu Şuşa-
ya buraxmağı və onun zəruri şeylərlə təmin etməyi öz üzərinə
götürdü. Xan hər il öz gəlirlərindən Rusiya xəzinəsinə 8 min
çervon ayırmağı öhdəsinə götürdü (10, s. 590) . 1805-ci il mayin
21-dэ eyni şərtlərlə Şəki xanlığı da Rusiyanın himayəsi altına keçdi
(25, s. 129-130).
1805-ci il yay kompaniyasının gedişində İran qoşunları iyu-
nun ortalarında Qarabağa soxuldular. Pirqulu xan Əsgəranı tut-
du. 1805-ci il iyunun 26-da şah qoşunları rus qarnizonunun yer-
ləşdiyi Şahbulağı mühasirəyə aldılar. Abbas Mirzə qalanın təslim
olmasını tələb etdi. Koryagin vəziyyətin çıxılmazlığını görüb,
qalanı iyulun 8-də təslim etməyə razılaşdı, özü isə iyulun 7-ə ke-
çən gecə dəstəsi ilə qalanı tərk etdi.
İyulda İran qoşunları Qazaxa soxuldular. Koryagin 570
nəfərlik dəstəsi ilə iyulun 27-də Zəyəm yaxınlığındakı İran düşər-
gəsinə hücum etdi. İran qoşunlarının 1805-ci ilin yay hərbi kom-
paniyasındakı məğlubiyyəti və bunun ardınca başlamış fasilə Ru-
siya hökumətinə Azərbaycanda öz mövqeyini daha da möhkəm-
ləndirmək, Şirvan, Bakı və Quba xanlarını tabe etmək imkanı verdi
(4, s. 23).
General Sisianovun Şirvana doğru hərəkət etdiyini eşidən
Mustafa xan Sisiaonovun tələbini qəbul etmək qərarına gəldi, xan-
lığın xarici əlaqələr hüququnun Rusiyaya verilməsinə, ildə 10 min
177
çervon bac ödəməyə, xanlığın hüdudları daxilində ticarətin təhlü-
kəsizliyini təmin etməyə və s. razılaşdı. Mustafa xan və Sisianov
1805-ci il dekabrın 27-də müqavilə imzaladılar. Azərbaycanın ən
iri xanlığı Şamaxı xanlığının tabe edilməsindən sonra Bakıya yol
açıq idi. 1805-ci ilin əvvəllərində Qafqazdakı rus qoşunlarının baş
komandanı Gilanı tutmaq, geri qayıdarkən isə Bakını ələ keçirmək
üçün rus donanmasını Xəzərə göndərməyi qərara aldı. İyunun 23-
də donanma Ənzəli limanına çatdı. Desant çıxarmaq və Rəşti
tutmaq üçün göstərilən uğursuz cəhddən sonra rus eskadrası
avqustun 12-də Bakı rayonuna yaxınlaşdı. Qalanın təslim edil-
məsi barədə danışıqlar başlandı. Zavalişin rədd cavabı alaraq, av-
qustun 15-də qalanı atəşə tutmağa, avqustun 22-də isə şəhəri mü-
hasirəyə almağa başladı. Avqustun 29-dək xanlığın mühüm strateji
məntəqələri tutuldu.
İranla əlaqə saxlayan Bakı hakimi Hüseynqulu xan kömək
üçün şah sarayına müraciət etdi. Abbas Mirzə urmiyalı Əsgər xana
Bakı xanına kömək qoşunlarla birlikdə dərhal yola düşməyi əmr
etdi. Qubalı Şeyxəli xan da Hüseynqulu xana kömək etməyə
hazırlaşırdı (88, s. 232). General Zavalişin Bakıya Urmiya və
Qubadan köməyin yaxınlaşmasından qorxaraq, qalanı ələ keçir-
mədən Lənkəran yaxınlığındakı Sara adasına çəkildi. 1806-cı il
fevralın əvvəllərində Sisianovun artilleriyası Bakının 2 km-də
general Zavalişinin desant təstəsi ilə birləşdi və Naxır bulaqda
düşərgə saldı. Sisianov qalanın təslim edilməsini tələb etdi. Fev-
ralın 8-də Sisianov polkovnik Eristavinin müşaiyəti ilə mühafisəsiz
şəkildə xanla görüşmək üçün yola düşdü. Görüşdə o, Hüseynqulu
xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürüldü. Bakıda
Sisianovun öldürülməsindən sonra rus qoşunlarının vəziyyəti ağır-
laşdı. Xanların çoxu tərəddüd etməyə başladı (4, s. 25-26).
1806-cı ilin yazında İran qoşunları Arazı keçərək Qarabağa
yeridi. İyunun 8-də rus və İran qoşunları arasında 1806-cı ilin ilk
silahlı toqquşması baş verdi. Şahbulaq və Əsgəran arasında,
Ağdamda rus dəstəsi 4000 İran sərbazı ilə qarşılaşdı. Rus dəstəsi
İran qoşununu sıxışdırdı və Əsgəranı tutaraq, Şuşaya doğru
178
irəlilədi. Abbas Mirzə İdrahimxəlil xanı öz tərəfinə çəkmək üçün
elçilərini onun yanına göndərdi. İbrahimxəlil xan xanlığın var-
yoxdan çıxarılmasına yol verməmək üçün əvvəlcədən Lisaneviçlə
razılaşaraq, rus qoşunları gəlib çıxanadək iranlılarla mülayim rəftar
etməyi qərara aldı. Rus qoşunlarının gecikməsi İran qoşunlarının
lap qalaya yaxınlaşmasına səbəb oldu. İbrahimxəlil xan öz ailəsinin
təhlükəsizliyini təmin etmək üçün onu Şuşa qalası yaxınlığındakı
Xankəndinə köçürdü. Bədniyyətlilərin xanı mayora şərləmələrinə
görə, mayor bir dəstə döyüşçü ilə xanın məskəninə yollandı və
İbrahimxəlil xan bəzi ailə üzvləri və yaxın adamları ilə öldürüldü.
Bu hadisələrdən dərhal sonra şəkili Səlim xan Rusiya ilə əlaqələri
kəsdi, “əhalini üsyana qaldırdı və rus qoşunlarını xanlıqdan
getməyə məcbur etdi” (52, s. 96).
1806-cı ilin yayında Abbas Mirzənin qoşunları Qarabağ və
Şirvanda idi. Atasının xaincəsinə öldürülməsinə baxmayaraq,
Mehdiqulu xan general Nebolsinin komandanlığı altında rus
qoşunları yaxınlaşarkən öz süvari dəstəsi ilə qaladan çıxmağa, onun
qoşunları ilə birləşməyə məcbur oldu və Əsgəran qalasının
yaxınlığında düşərgə saldı. Tezliklə ruslar Xanaşır aşırımında İran
qoşunlarını əzdilər və İran qoşunlarının qalıqları Arazın o tayına
çəkildi. 1806-cı ilin qışında yeni baş komandan təyin olunmuş ge-
neral Qudoviç Qarabağın idarə olunması haqqındakı fərmanı
Mehdiqulu xana təqdim etdi.
Rus komandanlığı Bakı və Dərbənd qalalarının ələ keçiril-
məsinə böyük əhəmiyyət verirdi. İran hökuməti Rusiya və onun
planları üçün Bakının əhəmiyyətini aydın başa düşürdü və
Qarabağdakı uğursuzluqlardan sonra rus qoşunlarının irəliləməsinin
qarşısını almaq məqsədi ilə hərbi əməliyyatları Şamaxı xanlığı
istiqamətinə keçirdi. Rus qoşunlarının yaxınlaşmasını eşidən Abbas
Mirzə düşərgə saldığı Ağsudan Kür çayına doğru geri çəkildi. Bakı
və Dərbəndə doğru irəliləmək üçün əlverişli şərait yarandı. Qubalı
Şeyxəli xan Rusiya hakimiyyətini qəbul etmək istəmirdi. 1806-cı
ilin iyununda rus qoşunları Quba xanına tabe olan Dərbəndə
yaxınlaşdılar və iyunun 22-də onu tutdular. Sonra onlar general
179
Bulqakovun komandanlığı altında Bakıya doğru yönəldilər. Gene-
ral şəhər sakinlərinə müraciət göndərdi. Hüseynqulu xan öz nüma-
yəndə heyətini şəhərin bayrağı, qalanın açarı və duz-çörəklə Bulqa-
kovun yanına göndərdi. Lakin Hüseynqulu xan qisasdan qorxaraq,
ailəsi ilə birlikdə Qubaya, oradan da İrana qaçdı (88, s. 258).
Beləliklə, 1806-cı il sentyabrın 3-də Bakı xanlığı Rusiyaya tabe
edildi. Tezliktə Quba xanı da qaçdı, onun xanlığı da Rusiyaya tabe
olundu. Beləliklə, 1806-cı ilin sonunda, Talış, İrəvan və Naxçıvan
xanlıqları istisna olmaqla, Şimali Azərbaycan ərazisi Rusiyanın
hakimiyyəti altına keçdi.
1806-cı il oktyabrın 22-də Nuxa yaxınlığında həlledici
döyüş baş verdi və şəkili Səlim xanın dəstələri məğlubiyyətə uğradı.
Rus qoşunları Nuxa şəhərini mühasirəyə aldılar. Nuxalıların müqa-
viməti qırıldı və rus qoşunları hücum edib, Nuxanı ələ keçirtdilər.
Səlim xan İrana qaçdı. Sonra rus qoşunları Car-Balakənə yola düş-
dü. Rus qoşunları Carda üsyanları və Avar xanının, habelə Dağıstan
feodallarının burada olan süvarilərini mühasirəyə aldılar. Tezliklə
bu üsyan da yatırıldı.
Çar hökuməti Quba və Bakı xanlıqlarını ələ keçirdikdən
sonra İranla sülh bağlamağa can atırdı, belə ki, rus komandanlığı
Türkiyə ilə müharibənin yaxınlaşdığını qabaqcadan görür və buna
görə də əl-qolunu azad etmək, mümkün olarsa, hətta İranı Tür-
kiyəyə qarşı müharibəyə sövq etmək istəyirdi. İran hökuməti də gü-
zəştlərə ümid bəsləyərək, sülh bağlamaq istəyirdi. 1806-cı il sent-
yabrın ortalarında şah sarayı öz nümayəndəsini sülh bağlamaq
təklifi ilə rus qoşunlarının baş komandanı Qudoviçin yanına
göndərdi. Çar hökuməti güzəştə getmək fikrində deyildi, əksinə, o,
İrandan Naxçıvan və İrəvan xanlıqlarını tələb etdi. Lakin danışıqlar
uzandı. İngiltərə və Fransa bu işdə az rol oynamırdı. İngiltərə açıq-
aşkar, Fransa isə gizlicə İranı müdafiə edir və Türkiyəni Rusiya ilə
müharibəyə təhrik edirdilər. Austerlitsdən sonra İran və Türkiyədə
Napoleon diplomatiyası daha da fəallaşdı. Napoleon 1806-cı ildə
öz nümayəndəsi general Romyeni İrana göndərdi. İranın Fransa ilə
danışıqları İngiltərəni təşvişə saldı. Bağdaddakı ingilis səfiri Xar-
180
ford Cons şah nazirinə müraciət edib ona təminat verdi ki, İngiltərə
1801-ci il müqaviləsinin şərtlərinə sadiq qalacaqdır (4, s. 29 ).
1806-cı ilin sonunda Türkiyə Rusiyaya qarşı müharibəyə
başladı. Türkiyənin müharibəyə başlaması rus qoşunlarının Qaf-
qazdakı vəziyyətini ağırlaşdırdı. İndi İranla yanaşı, Türkiyə ilə də
müharibə aparmaq lazım idi. Rusiya buna görə də İranla sülh bağ-
lamağa cəhd göstərirdi. Lakin İranla danışıqlar müvəffəqiyyətlə
nəticələnmədi.
Rus-türk müharibəsinin başlanmasından sonra Qafqazdakı rus
qoşunlarının komandanlığı Tərtər çayında istehkam yaratmağı
qərara aldı. Baş komandan general Qudoviç rus ordusunun başında
Gümrüyə yönəldi. Burada 1807-ci il iyunun 18-də rus və türk
qoşunları arasında qanlı döyüş baş verdi. “Qaş qaralana yaxın os-
manlılar məğlub edildilər. Ruslar osmanlılardan qənimətlər və çoxlu
top ələ keçirdilər” (53, s. 103-110). Napoleon 1807-ci ilin əvvəl-
lərində İran şahını Rusiya ilə mübarizəni gücləndirməyə çağırırdı,
Fransa, İran və Türkiyədən ibarət antirusiya blokunu yaratmağı
təklif edirdi. Şah hökuməti bu təklifi qəbul etdi. 1807-ci il mayın 4-
də Finkenşteyndə Fransa-İran müqaviləsi imzalandı. Müqaviləyə
görə İrana hərbi kömək göstərilməsi nəzərdə tutulurdu. İrana
general Qardanın başçılıq etdiyi fransız diplomatik nümayəndə
heyətinin gəlişi ilə Finkenşteyn müqaviləsi tələm-tələsik təsdiq
olundu. 1808-ci il yanvarın 21-də müqavilə bağlandı. Müqaviləyə
görə, İran fransız cəbbəxanasından 20 min tüfəng satın ala
bilərdi. Fransızlar İran ordusunu yenidən qurmağa başladılar.
1808-ci ilin mayında İran qoşunu İrəvana doğru çəkilirdi.
Sentyabrın 4-də Soğanlıq düşərgəsindən rus qoşunları Pəmbəkə
döğru yeridi. Ruslar oradan İran qoşunlarına hücum etmək niyyə-
tində idi. Qudoviç Naxçıvanı ələ keçirməyi general Nebolsinə əmr
etdi. Sentyabrın 26-da Qudoviç irəvanlı Hüseyn xan üzərində qə-
ləbə çaldı. Rus qoşunları yolüstü Eçmiədzini ələ keçirtdi. General
Nebolsin Naxçıvana doğru irəliləyərək, oktyabrın sonunda Qa-
rababa kəndi yanında İran qoşunlarını dağıtdı və Naxçıvanı tutdu.
Rus qoşunlarının birləşmiş qüvvələri İrəvanın mühasirəsinə başladı
181
və mayın ortalarında qalaya hücuma keçdi. Lakin müvəffəqiy-
yətsizliyə uğrayaraq geri çəkilən rus qoşunları Naxçıvanı da tərk
etməyə məcbur oldular. Abbas Mirzə Naxçıvanı tutaraq, rus
qoşunlarını təqib etməyə başladı. Qarababa kəndində döyüşdə
Qudoviç yenidən məğlubiyyətə uğradı. 1808-ci il kampaniyası
uğursuz başa çatdı və Qudoviç istefaya getdi. 1809-cu ilin
Rusiyanın vəziyyəti daha da ağırlaşdı. Sarıqamışda 14 min sərbaz
cəmləşdirilmişdir. Qafqazda rus qoşunlarının sayı isə 43,5 min
nəfərə çatdığı halda İran 150 min nəfərlik ordu çıxarmaq niyyətində
idi (4, s. 33). Yeni baş komandan Tormosov İranla münasibətləri
danışıqlarla nizama salmağa ümid edirdi. Lakin 1809-cu ilin
iyununda şahın özü Qarabağ və İrəvanla kifayətlənməmək və
qüvvələrini Türkiyə ilə birləşdirmək üçün Qərbdə hərbi əməliy-
yatlar cəbhəsini genişləndirmək niyyəti ilə Cənubi Azərbaycana
gəldi. 1809-cu ilin hərbi əməliyyatları iyulda 2 İran qoşununun
Qarabağ və Pəmbəkə yürüşləri ilə eyni zamanda başladı. 3-cü
qoşun hissəsi Göyçə (Sevan) gölünün yanında dayandı. Onun
əməliyyat meydanı Gəncə, Qazax və Şəmşəddil olmalı idi. Lakin
İran qoşunları öz planlarını həyata keçirə bilmədilər. Avqustda o,
Gəncəyə hücum etdi. Rus qoşunları da oraya tələsdi. Abbas Mirzə
yenidən döyüşə girmədən, bir neçə yaşayış məntəqəsini talan
edərək, Arazın o tayına çəkildi.
1809-cu ilin sentyabrında 10 minlik İran süvari qoşunu Talış
xanlığına soxuldu və Lənkəranı talan etdi. Mir Mustafa xan öz
qoşunlarının qalıqları və ailəsi ilə birlikdə yarımadada gizlənməyə
məcbur oldu. Həmin günlərdə Əsgəranda İran və Rusiya arasında
danışıqlar yenidən başlandı. General Tormosov İran nümayəndəsi
Mirzə Bezürkdən Talış xanlığının müstəqilliyini tanımağı tələb etdi.
İrandakı ingilis səfiri sülh müqaviləsinin bağlanmasına hər vasitə ilə
mane olurdu. O, şahı inandırırdı ki, İranın qarşısında qoyulan şərtlər
çar sarayı tərəfindən deyil, Tormosov tərəfindən irəli sürülür. Eyni
zamanda İngiltərə İran qoşunlarını silahla təchiz edirdi.
Dostları ilə paylaş: |