Dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Tətbiqi kulturologiya"


QƏDİM ROMANIN GÖRKƏMLİ MƏDƏNİYYƏT XADİMLƏRİ



Yüklə 270,31 Kb.
Pdf görüntüsü
səhifə22/23
tarix05.05.2017
ölçüsü270,31 Kb.
#16910
növüDərslik
1   ...   15   16   17   18   19   20   21   22   23

QƏDİM ROMANIN GÖRKƏMLİ MƏDƏNİYYƏT XADİMLƏRİ 
 
E.ə. 
253-184 
Dramaturq Tit Maksi Plavt 
  190-159 
Dramaturq Publi Terensi Afra 
 239-169 
Şair, tarixçi Enni 
  234-149 
Tarixçi, yazar, aqronom Mark Porsi Katon 
 180-100 
Şair Qay Lusili 
  116-27 
Ensiklopedist alim Terensi Varron 
 106-23 
Hüquqşünas, natiq, yazar Mark Tulli Siseron 
 87-54 
Şair Qay Valeri Katul 
 98-54 
Filosof, şair Tit Lukresi Kar 
  86-35 
Tarixçi, yazar Qay Salyusti Krips 
 70-19 
Şair Publi Vegili Maron 
 65-8 
Şair Kvint Horasi Flakk 
 E.ə. 59- b.e. 
17 
Tarixçi Tit Livi 
 E.ə. 65-b.e. 25  Coğrafiyaşünas Strabon 
 E.ə. 43-b.e.17 
Şair Publi Ovidi Nazon 
B.e.  23-79 
Ensiklopedist alim Böyük Plini Sekund 
 37-90 
Tarixçi İosif Flavi 
 39-65 
Şair Anney Lukan 
 42-102 
Şair Mark Valeri Marsial 
  46-126 
Tarixçi, yazar Plutarx 
  54-120 
Tarixçi Korneli Tasit 
 ?-70 
Tarixçi Appian 
 62-114 
Yazar Kiçik Plini 
  70-160 
Tarixçi Qay Svetoni Trankvil 
 90-160 
Astronom Klavdi Ptolemey 
 120-180 
Satirik şair Lukian 
 125-180 
Yazar Apuley 
 129-200 
Təbib Qalen 
  155-235 
Tarixçi Dion Kassi 
  263-340 
Xristian tarixçisi Yevsevi 
 314-393 
Natiq Libani 
  330-400 
Tarixçi Ammian Marselin 
 354-430 
Xristian yazarı Avqustin 
 
Xristianliğin meydana gəlməsi. Qədim Romada məzlumların üsyanı amansızlıqla yatırılırdı. Qullar, 
kəndlilər “dəmir legionları” məğlubedilməz, imperiyanı isə sarsılmaz hesab edirdilər. Onlar köhnə allahlara 
inanmır, azadlıq gətirəcək, zülmkarları  cəzalandıracaq allahı  səbirsizliklə gözləyirdilər. I əsrdə  Fələstində 
Romanın ağalığına və yerli yəhudi  əyanlarına qarşı olan üsyan amansızlıqla yatırıldı. Nəticədə insanlarda 
“rəhmdil allah” ümidi meydana gəldi. Belə bir şəraitdə  Fələstində  İsa haqqında  əfsanə yarandı. Deyilənə 
görə  İsa eramızın birinci ili ərəfəsində  Fələstində  Nəsirə  qəsəbəsində anadan olmuşdur. Anası  yəhudi qızı 
Məryəm idi. Xristianlar onun atasının allah olduğuna inanırlar. İsa otuz yaşına çatanda yeni bir din yaradır. 
Yunanlar onu İisus Xristos adlandırırdılar. Bu dinə inananlara xristian, dini xristianlıq adlandırdılar. 
Sağlığında ona iman gətirmiş 12 nəfər  şagirdi  İsanı daim müşayiət edirdi. Onlara “apostol” (övliya) 
deyirdilər. Xristianların dini kitabı “İncildə” deyilir ki, allah İsanı insanları yer üzündə zülmdən xilas etmək 
üçün göndəribmiş, lakin yəhudilər romalılara İsanın yeni bir din yaratdığını və yeni bir dövlət yaradacağını 
xəbər verirlər. Romalılar  İsanı çarmıxa çəkib edam etmişdilər.  İsa üç gündən sonra dirilib göylərə 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
215
çəkilmişdir. Bütün əzablara dözmüş İsa vəd edir ki, yer üzünə qayıdacaq, insanları əməlinə görə mühakimə 
edəcək. Yer üzündə əzab-əziyyətə dözən, İsanı allah kimi qəbul edən axirətdə mükafatlandırılacaq, cənnətdə 
əbədi xoşbəxt olacaq. Onu inkar edən cəhənnəmdə əbədi əzab-əziyyətə məhkum olacaq. İsa haqqındakı bu 
rəvayət ölən və dirilən allahlar haqqında olan əfsanəyə  bənzəyir. Beləliklə, I əsrin sonu və II əsrdə  İsa 
haqqında əfsanələr yazıldı və bunların hamısı yoxsulların səbirsizliklə gözlədikləri xoş xəbərlər idi. Əvvəlcə 
qullar və yoxsullar İsa haqqında  əfsanəyə inanıb xristian oldular. Xristianlıq bütün Roma imperiyasına 
yayıldı, xristianlar icmalarda birləşib gizli fəaliyyət göstərirdilər. Onlar qədim dini bayramlardan bir çox 
ayinlər mənimsəyib öz dini bayramlarını qeyd edirdilər. Günün uzanmağa başladığı 25 dekabr İsanın anadan 
olduğu gün kimi qeyd edir. İsanın dirildiyi günü yazda təbiətin oyandığı bir vaxtda bayram edirlər. 
Xristianlar allahın yeri altı günə yaratması, insanı palçıqdan düzəldib ona ruh verməsi haqqındakı əfsanəni də 
qəbul etmişlər. Xristianlar gizli zirzəmilərdə  və köhnə daş karxanalarında yığıncaqlar keçirir, ibadət 
edirdilər. 
Roma imperiyasının dağılması ilə elm və maarif tənəzzül etdi. Üsyanlar, qiyamlar, barbarların 
hücumları insanlarda sabaha ümidsizlik yaratmışdı.  Əhalinin həyatı  və var-yoxu təhlükə altında qalmışdı. 
Belə bir şəraitdə xristian dini varlılar üçün əlverişli idi. Xristianlıq xalqı səbirli və itaətkar olmağa çağırırdı. 
Varlılar da xristian dinini qəbul etdilər. İcma rəhbərləri, keşişlər yepiskoplar 
varlılardan seçilirdi. Yüzlərlə dini icmalar yepiskoplar tərəfindən idarə olunurdu.  İcmaları birləşdirən və 
yepiskoplar tərəfindən idarə olunan təşkilata kilsə deyilirdi. Kilsə həm də xristianların ibadət etdiyi bina idi. 
Xristianlığı qəbul etmiş ilk Roma imperatoru Konstantin olmuşdur. Onun anası xristian idi. Konstantin Milan 
fərmanı ilə 313-cü ildə xristianlığa rəsmən icazə verdi. Bu dövrdən başlayaraq xristianlar dini yığıncaqlarını 
açıq keçirir, məbədlər tikməyə başlayırlar. Varlılar kilsəyə maliyyə yardımı göstərirlər. Kilsə imperatora tabe 
idi.  İmperatorlar hakimiyyətlərini möhkəmləndirmək üçün xristian dininə arxalanırdılar.  İmperatorlar və 
xristian din xadimləri dünyanın və insanın yaradılması,  İsa haqqında  əfsanələrə zidd məlumatları  məhv 
etməyə başladılar. Qədim dünyanın ən gözəl incəsənət əsərlərini, binaları, əsərləri məhv edirdilər. Kitablar 
yandırılır, məbədlər dağıdılırdı.  İsgəndəriyyə kitabxanası  məhv edildi, alim qadın  İpatiya öldürüldü. 
Xristianlar Misirdə Osiris məbədini dağıtdılar, Olimpiya oyunlarının keçirilməsini qadağan etdilər. Afinada 
Parfenon və Romada Panteon məbədində xristian ibadətləri keçirilirdi. IV əsrin sonunda Roma 
imperiyasında xristian dinindən başqa bütün dinlər qadağan olundu. 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
216
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
217
 
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
218
 
 
 
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
219
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
220
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
221
 
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
222
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
223
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
224
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
225
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
226
 
XÜLASƏ 
 
Qədim dünya mədəniyyəti və incəsənəti tarixinin tədqiqi müasir sivilizasiyalar və  mədəniyyətlərin 
keçdiyi inkişaf yollarının öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Odur ki, qədim dünya 
mədəniyyəti və incəsənətinin kulturologiya elminin tədqiq obyekti kimi ön plana çəkilməsi dövrün zəruri 
tələbi kimi əsas prioritetə çevrilir. Paleolit dövründən başlayaraq Qədim Şərqdə ilk insan sivilizasiyalarının 
yaranması və inkişafı, Qərbdə antik mədəniyyətin və incəsənətin çiçəklənməsi dövrlərinin tədqiqi və təsviri
ilk insan icmalarında yaranmış ibtidai inanclardan başlayaraq Qədim Şərqdə və Qədim Qərbdə formalaşmış 
mürəkkəb fəlsəfi cərəyanların təsnifatı, müxtəlif xalqların dini təsəvvürləri ilə bağlı olan mifologiyaların 
öyrənilməsi bu dərsliyin əsasını təşkil edir.  
Qədim dünya mədəniyyəti və incəsənətinin sonrakı dövrlərin, o cümlədən müasir dövrün mədəniyyəti 
və incəsənətinə  təsiri olduqca böyükdür. Yüksək  İntibah incəsənətinin Leonardo da Vinçi (1452-1519), 
Mikelancelo Buonarotti (1475-1564), Rafael Santi (1483-1520) və  s.  kimi  sənətkarları antik sənət 
nümunələrindən ilhamlanmış  və  bəşəriyyəti valeh edən  şah  əsərlərini yaratmışlar. Uyğun təzahürə  şərq 
ölkələrində, məsələn, Təbriz Miniatür məktəbi ustadlarının yaradıcılığında da təsadüf etmək olar. Müasir 
Çin, yapon, Tailand, hind sənətkarları min illərlə yaşı olan milli mədəniyyət və incəsənət nümunələrindən 
uğurla bəhrələnir, qədim adət-ənənələrin gələcək nəsillərə ötürməyin əhəmiyyətini gözəl dərk edirlər.  
Dərslikdə  bəşəriyyətin minilliklər  ərzində yaratdığı, qoruyub saxladığı, zənginləşdirdiyi, bir-birinə 
verdiyi və  gələcək nəsillərə çatdırdığı  mənəvi sərvətlərin və  dəyərlərin öyrənilməsi və  mənimsənilməsi 
problemləri müqayisəli kulturologiya baxımından araşdırılır, milli adət və  ənənələrin, dini xüsusiyyətlərin, 
beynəlxalq mədəni əlaqələrin, qədim dövrün mədəniyyət və incəsənət abidələrinin tədqiqinə geniş yer verilir. 
Dərsliyin müxtəlif qədim sivilizasiyalar və  mədəniyyətlərə aid 400-dən çox tarixi-mədəni abidənin 
fotoşəkilləri ilə  zənginləşdirilməsi, illüstrasiyalardan hər birinə annotasiya verilməsi onun elmi dəyərini 
artırır, tədris prosesinə zəruri əyanilik gətirir.  
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
227
 
ЗАКЛЮЧЕНИЕ  
 
При  изучении  этапов  развития  современных  культур  и  цивилизаций  исследование  древней 
истории  мировой  культуры  имеет  исключительное  значение,  следовательно,  изучение  культуры 
древнего  мира  в  качестве  объекта  исследования  культурологи  становится  основным  приоритетом 
современной науки.  
Исследование процессов зарождения древней культуры начиная с эпохи палеолита до этапов 
становления  и  развития  на  Древнем  Востоке  зрелых  цивилизаций  включительно,  классификация 
религиозных представлений разных народов, начиная с культов, возникших в первобытных общинах, 
до  сложных  философских  течений,  сформировавшихся  на  Древнем  Востоке  и  Западе,  изучение 
связанных с верованиями мифологических построений составляет основу настоящего учебника.  
Древняя культура оказала огромное влияние на культуру последующих исторических этапов. 
Гениальные  художники  эпохи  Высокого  Возрождения  Леонардо  да  Винчи (1452-1519), 
Микеланджело  Буонаротти (1475-1564), Рафаель  Санти (1483-1520), черпавшие  вдохновение  из 
шедевров  античного  искусства,  создали  свои  шедевры,  предмет  гордости  всего  человечества.  С 
аналогичным    явлением  сталкиваемся  в  работах  мастеров  Тебризской  школы  миниатюрной 
живописи.  Современные  китайские,  японские,  таиландские,  индийские  художники,  вдохновленные 
созданными  тысячелетия  назад  образцами  традиционного  искусства,  прекрасно  осознают 
необходимость сохранения и развития древних национальных искусств.  
В контексте сравнительной культурологи в учебнике рассматриваются проблемы изучения и 
освоения  духовных  богатств  и  ценностей,  созданных,  обогащенных  и  переданных  человечеством 
будущим  поколениям,  изучаются  национальные  традиции  и  обычаи,  международные  культурные 
сношения, памятники древней культуры и искусства. 
В  учебник  включены  более 400 аннотированных  фотоиллюстраций  памятников  древней 
культуры и искусства, что значительно повышает научную ценность издания и привносит в процесс 
обучения необходимую наглядность.  
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
228
 
S U M M A R Y 
 
Research of the history of the ancient world culture and art is of special importance from the 
standpoint of studying of modern civilizations

ways of development. That’s why being the object of the 
research of cult urology science, putting in the forefront the ancient world culture and art has become a main 
priority as an important demand of the time. 
The base of the textbook includes studying of creation and development of the first human 
civilizations in the ancient East beginning from the pal eolith epoch; investigation and depiction of the 
flourishing epochs of the ancient culture and art in the West; classification of the complex philosophical 
tendencies formed in the ancient East and ancient West beginning from the primary believes created in the 
first human communities; myths related with religious ideas of different peoples. 
Influence of the next epoch’s culture and art on the modern epoch culture and art is great enough. 
Masters of the Renaissance art like Leonardo, Michelangelo, Rafael and others were inspired by examples of 
the ancient art and created masterpieces which charmed the mankind. Similar fact is met in the Eastern 
countries, for example in the creative work of masters of Tabriz miniature school. Modern China, Japan, 
Thailand and Indian masters successfully derive benefit from examples of the thousand-year culture and art 
and realize importance of handing down ancient customs and traditions to future generations. 
In the textbook the problem of studying and mastering of moral values created, kept, enriched and 
handed down by the mankind during thousand-years is researched from the point of comparative cult 
urological view. The wide place is given to the research of the ancient epoch monuments of culture and art, 
national customs and traditions, religious features and international cultural relations. The textbook is 
enriched with photos of more than 400 historical-cultural monuments which belong to different ancient 
civilizations and cultures. Annotation given to each illustration raises scientific importance of the textbook. 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
229
 
“QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ”  
fənni üzrə  
PROQRAM 
II kursun III-IV semestrləri üzrə 
 (Cəmi 120 saat: 60 saat mühazirə, 60 saat seminar ) 
 
 
Mövzular 
Mühazir Semina
FƏNNİN PREDMETİ VƏ ONUN ƏSAS 2 
saat

İBTİDAİ DÖVRÜN MƏDƏNİYYƏTİ  
4 saat

QƏDİM MİSİR MƏDƏNİYYƏTİ  
4 saat

HET MƏDƏNİYYƏTİ 2 
saat

FƏLƏSTİN 
2 saat
2 saat
MESOPOTAMİYA MƏDƏNİYYƏTİ  
4 saat
4 saat
QƏDİM FİNİKİYA 
2 saat
2 saat
QƏDİM ASSURİYA MƏDƏNİYYƏTİ 
4 saat
4 saat
QƏDİM URARTU DÖVLƏTİ 2 
saat

QƏDİM MİDİYA DÖVLƏTİ 2 
saat

QƏDİM MANNA DÖVLƏTİ 2 
saat

QƏDİM İRAN MƏDƏNİYYƏTİ  
4 saat

QƏDİM AZƏRBAYCAN MƏDƏNİYYƏTİ 
6 saat
6 saat
QƏDİM HİNDİSTAN MƏDƏNİYYƏTİ 4 
saat

QƏDİM ÇİN MƏDƏNİYYƏTİ  
4 saat

ORTA ASİYA XALQLARI 
2 saat

İSKİTLƏR (SKİFLƏR)
2 saat

QƏDİM YUNAN MƏDƏNİYYƏTİ  
4 saat

QƏDİM ROMA MƏDƏNİYYƏTİ  
4 saat

CƏMİ: 60 
saat 60 
 
 
 
 
 
 
 
 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
230
 
ƏDƏBİYYAT 
 
Ağasıoğlu F. 2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı.  
Allahverdiyev S. və b. Ümumi tarix. B., 1997. 
Apdin Əlizadə. Estetik mədəniyyətdə varislik. Təknur, Bakı, 2005. 
Azərbaycanın tarixi abidələri. MEA,. Bakı, 1958. 
Bakı, Qafqaz universiteti nəşri, 2002. 
Cəfərzadə İ. Qobustan. Qayaüstü rəsmlər. B., 1999. 
Əfəndiyev R. Azərbaycanın bədii sənətkarlığı dünya muzeylərində. B., 1980. 
Əfəndiyev T. Azərbaycan Mədəniyyəti və İncəsənəti. İran, 2003. 
Ələkbərli Ə. Qərbi Azərbaycan abidələri. Ağrıdağ, Bakı, 2006. 
Əmirxanov S. Hüseynov İ. Dünya muzeyləri və tarixi mədəniyyət abidələri. “Mars-print” NPF, 2008. 
Haqverdiyev T. Ş. Abidələr tarixin sirdaşıdır. Bakı, 1982. 
Hüseynov İ. Tətbiqi kulturologiya. Mars-Print, Bakı, 2004. 
Hüseynov İlqar, Əmirxanov S. Kulturologiya və onun əsas istiqamətləri. Bakı, ADMİU, 1996. 
Hüseynov İlqar. Adət və ənənələr mənəvi-əxlaqi dəyərlər kimi. Nərgiz, Bakı, 2000. 
Hüseynov İlqar. Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti, Bakı, Mars-Print, 2002.  
Hüseynov İlqar. Kulturologiya və onun əsas istiqamətləri, ADMİU, Bakı, 1996. 
Kulturologiya (dərslik) Bakı, Mars-Print, 2003. 
Qədim Şərq ədəbiyyatı. İ.Vəliyev, N.Səfərov, E.Ağaoğlu. Bakı. 1999. 
Mahmudov F.R. Əlikömək təpəsinin boyalı qabları və onların bəzi cənub paralelləri. - "Qədim və orta əsr 
Şərqi və Aralıq dənizi hövzəsi" məcmuəsi. В., 1985. 
Manafova M. Mədəniyyət tarixi və nəzəriyyəsi. B., 2006 
Məmmədova F. Azərbaycanda ibtidai icma quruluşu. B., 2007. 
Məmmədova İ. Zərgərlik sənəti ilə tanışlıq. B., 2006. 
Mirzəyev M.N. Kassilərin hakimiyyəti dövründə Babilin Misirlə əlaqələri haqqında. - "Qədim və orta əsr 
Şərqi Aralıq dənizi hövzəsi". Məcmuəsi. В., 1989. 
Nağıyev Cəlil. Qədim Şərq ədəbiyyatı. Bakı, 2004. 
Sultanlı Ə. Antik ədəbiyyatı tarixi. B., 1958. 
Şükürov A. Kulturologiya. Adiloğlu, Bakı, 2003. 
Tağıyev Ə., Əliyev Q. Kulturologiya, Bakı, Təbib, 1997. 
Vəliyev S. Qədimdən-qədim Azərbaycan. Bakı,  1995. 
Yeni mədəni-maarif jurnalı, 2008, № 4-10. 
Yusifov Y. Qədim Şərq tarixi. B., 2005 
Yusifov Y.B. Qədim Azərbaycan tarixinin tarixşünaslığı. I Aratta dövlətinin tarixşünaslığı. - Tarix və onun 
problemləri. 1997, №1, s 236-245, № 2, s. 118-130. 
 
 
 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
231
 
ЛИТЕРАТУРА 
 
Абрамова 3. А. Изображение человека в палеолитическом искусстве Евразии. М. - Л., 1966. 
Авдиев В.И. История Древнего Востока М., 1948, 1953, 1970. 
Алиев И. История Мидии. Б., 1960. 
Алпатов М. А. Художественные проблемы искусства Древней Греции. М., 1987. 
Альберти Л. Б. Десять книг о зодчестве. В 10 тт. М., 1937. Т. 1-2. 
Аммиан Марцеллин. История. Киев. 1906.  
Ардзинба В.Г. Ритуалы и мифы древней Анатолии. М., 1982.  
Арриан. Поход Александра. М., 1963.  
Афанасьев В.К. Гильгамеш и Енкиду. М., 1979. 
Бархин Г. Б. Архитектура театра. М., 1947. 
Белицкий М. Забытый мир шумеров. М., 1980. 
Белов 
Г. 
Д. Пракситель. Л., 1973. 
Берлев. О.Д. Общественные отношения в Египте эпохи Среднего Царства. М., 1978. 
Бернхарт К.Х. Древний Ливан. М., 1982.  
Бикерман Э. Хронология древнего мира. М., 1975. 
Блаватская Т. В. Ахейская Греция во втором тысячелетии до н. э. М., 1966. 
Блаватская Т. В. Греческое общество второго тысячелетия до новой эры и его культура. М., 1976. 
Блаватский В. Д. Античная археология Северного Причерноморья. М., 1961. 
Блаватский В. Д. Искусство Северного Причерноморья античной эпохи. М., 1947. 
Блаватский В. Д. История античной расписной керамики. М., 1953. 
Богословский Е.С. "Слуги" фараонов, богов и частных лиц. М., 1990. 
Бойс М. Зороастрийцы. Верования и обычаи. М., 1987. 
Бокшанин А.Г. Древняя Греция и древний Рим. М., 1952. 
Бонгард-Левин Г.М. Индия эпохи Маурьев. М., 1973. 
Бонгард-Левин Г.М., Ильин Г.Ф. Индия в древности. М., 1985. 
Бретаницкий Л.С., Веймарн Б.В. Искусство Азербайджана. М., 1976.  
Быков  В.  Е.  Античные  принципы  композиции  театрального  здания.  Вопросы  теории 
архитектурной композиции. 1958. № 4. 
Валъдгауэр О. Ф. Лисипп. Берлин, 1923.  
Вальдгауэр О. Ф. Мирон. Берлин, 1928.  
Васильев Л.С. История религий Востока. М., 1988. 
Васильев Л.С. Проблемы генезиса китайского государства М., 1983. 
Веллард Дж. Вавилон. Расцвет и гибель города чудес. М., 2003. 
Вигасин А.А., Самозванцев А.М. Артхашастра: проблемы социальной структуры и права. М., 1984. 
Витрувий. Десять книг об архитектуре: В 10 тт. Т. 1. М., 1936.  
Всеобщая история архитектуры: В 5 тт. Т. 2. М., 1973.  
Вулли Л. Забытое царство. М., 1986. 
Вулли Л. Ур халдеев. М., 1962. 
Гамкрелидзе Т.В., Иванов В.В. Индоевропейский язык и индоевропейцы. т. I-II. Тбилиси, 1984. 
Ганина О.Д. и др. Музей исторических драгоценностей УССР. К., 1984.  
Гафуров Б.Г. Таджики. Древнейшая, древняя и средневековая история. М., 1972. 
Герни О.Р. Хетты. М., 1987. 
Геродот. История. М.-Л., 1972.  
Гиоргадзе Г.Г. Очерки по социально-экономической истории Хеттского государства. Тбилиси, 1973. 
Горбунова К. С, Передольская А. А. Мастера греческих расписных ваз. Л., 1961. 
Грановский Э.А. Иран и иранцы до Ахеменидов. М., 1998. 
Грант Майке. История древнего Израиля. М., 1998.  
Дандамаев М.А. Политическая история Ахеменидской державы. М., 1985. 
Дандамаев М.А. Рабство в Вавилонии VIII-IV вв. до н.э. М., 1974. 
Дандамаев М.А., Луконин В.Г. Культура и экономика древнего Ирана. М., 1980. 
Джафаров Г.Ф. Связи Азербайджана со странами Передней Азии в эпоху поздней бронзы и раннего 
железа. Б., 1956. 
Диодор. Историческая библиотека. М.-Л. 1962.  
Добльхофер Э. Знаки и чудеса. М., 1963. 
Древние цивилизации. Под.ред. Г.М.Болгард-Левина, М., 1989. 
Дьяков Н. и др. История древнего мира. М., 1962. 
Дьяконов И.М. Ассиро-вавилонские источники по истории Урарту. - Вестник древней истории 
(ВДИ), 1951, № 2-3. 
Дьяконов И.М. Люди города Ура. М.,1990. 
Дьяконов И.М. Общественный и государственный строй древнего Двуречья. Шумер. М., 1959. 


Yüklə 270,31 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin