Filologiya məsələləri – №02, 2015
75
ƏDƏBİYYAT
1. Арнолд И.В. Лексикология современного английского языка. М., 1973
2. Комиссаров В.Н. Словар антонимов современного английского языка. М.:
Введение,1964.
3. Уримцева А.А. «Слововлексико-семантической системе языка» М.,1968
4. webstersdictionaryofsynoyms.USA
D.VEKILOVA
CLASSIFICATION OF ANTONYMS IN ENGLISH AND
AZERBAIJANI LANGUAGES
SUMMARY
In English and Azerbaijani languages V.N.KOMISSAROV
′ S, A.A Ufimtev’s,
I.V Arnolds and a number of other scholars opinions and classification of antonyms,
members of the human body, as well concerning the names of dishes and drinks,
including words that express the concept of time and space’ ass well as some abstract
nouns and ete. Have been taken into account.
The article montioned correction of antonyms, noted the correction of the
correction of the words with the addition of prefixes –un, -int, -il, -im, -ir, -dis.
There were given a value of antonyms.
Д.ВЕКИЛОВА
КЛАССИФИКАЦИЯ АНТОНИМОВ В
АЗЕРБАЙДЖАНСКОМ И АНГЛИЙСКОМ ЯЗЫКАХ
РЕЗЮМЕ
В статье рассматривается антонимы в Английском и Азербайджанском
языках,их лексико-семантические свойства в простых и сложных предложениях,а
также исследуется их место назначение в части речи в английском
терминологическом системе.
В данной статье также анализируется проблемы дублестности и паралели
между Азербайджанским и Английским языками и в некоторых случаях
проявляют полную семантическую адекватность к уже имеющимся в языке
антонимы с лексическими единицами.
Rəyçi: Həbib Mirzəyev
filologiya üzrə fəlsəfə doktoru, dosent.
Filologiya məsələləri – №02, 2016
76
RƏFİQ CƏFƏROV
AzTU
rəfiq.@.mail.ru.
ÜMUMİ DİLÇİLİK SİSTEMİNDƏ MORFOLOJİ YOLLA
SÖZ YARADICILIĞININ BƏZİ MƏSƏLƏLƏRİNƏ DAİR
Açar sözlər: sözyaradıcılığı, morfologiya, qrammatika, morfema, dilşünaslıq, seman-
tika, leksika.
Ключевые слова: словообразование, морфология, грамматика, морфема,
лингвистика, лексика, семантика.
Key words: word formation, morphology, grammar, morpheme, linguistics, leksical,
semantic
Söz yaradıcılığı anlayışı ilə dilçilikdə iki linqvistik hadisəni izah edirlər. Birincisi,
dildə olan hazır modellər və nümunələr əsasında affiksasiya və digər formal vasitələrlə
eyniköklü sözlərdən düzəltmə və mürəkkəb sözlərin yaradılması söz yaradıcılığı hesab
edilir. Söz yaradıcılığının digər mənası daha geniş əhatə dairəsinə malikdir. Belə ki, söz
yaradıcılığı dilçilikdə düzəltmə və mürəkkəb sözlərin yaranmasının, quruluşunun və
təsnifatının bütün aspektlərini öyrənən müstəqil bir sahədir.
Söz yaradıcılığı nominasiya prosesini və onun nəticələrini təmin etməklə insanın
dərketmə fəaliyyətində əhəmiyyətli rol oynayır. Söz yaradıcılığı həm də dilin lüğət
tərkibinin zənginləməsinin və nitq hissələri arasında əlaqələrin yaradılmasının əsas
vasitələrindən biridir.
Söz yaradıcılığına verilən digər bir tərifdə deyilir ki, söz yaradıcılığı dilin motivə
edilmiş təksözlü işarələrinin yaradılması haqqında elmdir. Bu tərifə əsasən alimlər söz
yaradıcılığına onomasiologiyanın bir sahəsi kimi yanaşırlar.
L.V.Şerbaya görə, söz yaradıcılığı düzəltmə və mürəkkəb sözləri dinamik və
statik aspektlərdə öyrənir. Yəni dinamik dedikdə məsələ - söz песə yaranır, statik
dedikdə isə, - söz песə yaradılıb – şəklində qoyulur. Bundan əlavə, alimin fikrincə, söz
yaradıcılığı sözün diaxronik va sinxronik yaradılma qaydalarını da ehtiva edir.
Amma dilçilikdə belə bir fikir də formalaşmışdır ki, söz yaradıcılığı hər zaman
diaxronik vəziyyətdədir. Bu fikir əsasən rus dilçisi O.N.Trubaçovun tədqiqatlarında
izlənilir. Faktik materiala gəlincə isə, dilin inkişafının müəyyən mərhələsində söz
yaradıcılığı nəzəriyyəsi yeni sözlərin yaranması və bu yaranma şəraiti barədə
məlumatlar verə bilər, həm də belə sözlərin yaranması üçün yeni qaydalar da yarada
bilər. Bu qaydalar əsasında isə dildən istifadə edənlər sinxronik planda yeni düzəltmə və
mürəkkəb sözlər yarada bilər.
Dildə söz yaradıcılığı sisteminin mürəkkəbliyi bir neçə amillə şərtlənir. Onları bu
şəkildə qruplaşdırmaq olar:
1. dilin digər səviyyələri ilə - fonologiya, morfonologiya, morfologiya, sintaksis,
və ümumiyyətlə qrammatika ilə six əlaqələrlə;
2. sistemin inanılmaz hərəkətliliyi ilə; məhz bu səbəbdən onun potensiyaları və
faktiki reallaşma səviyyəsi arasında, habelə söz yaradıcılığı və söz dəyişməlari
arasında kəskin və qəti sərhəddi müəyyənləşdirmək mümkün olmur.
3. Sinxroniyanın və diaxroniyanın differensiasiya çətinliyi ilə;
Filologiya məsələləri – №02, 2015
77
4. bu prosesdə iştirak edən vahidlərin çoxluğu və rəngarəngliyi ilə; bu vahidlərə ən
kiçik söz yaradan morfemin affıksdən tutmuş söz yaradan kateqoriyalara qədər
çoxsaylı vahidlər daxil edilir. Sistemin təsvirini verməyi mümkün edən bir çox
nəzəri anlayışlar (söz yaradıcılığının paradiqmaları, söz yaradıcılığı növləri və
s.) da həmçinin buraya daxildir.
Söz yaradıcılığı aktında iştirak edən formal vasitələrə görə söz yaradıcılığının bir
neçə növü fərqləndirilir:
ajjiksusiya, suffiksasiya və prefiskasiya ilə baş verən söz yaradıcılığı prosesi;
iki eynihüquqlu vahidin iştirakı ilə baş verən söz yaradıcılığı prosesi;
konversiya hadisəsi – sözlərin bir nitq hissəsindən digərinə keçidi və ya
transpozisiyası;
abreviasiya hadisəsi -qısaldılmış sözlərin iştirakı və s.
Formal vasitələrin köməyi ilə yeni sözlərin yaradılması prosesi çox zaman
derivasiya da adlandırılır. Derivasiya prosesində yaradılan düzəltmə və mürəkkəb sözlər
isə bu halda ümumi termin olan "derivatlar" termini ilə işaralənir.
Dünya dilçiliyində çox zaman söz yaradıcılığı iə derivativ morfologiya arasında
bərabərlik işarəsi qoyulur.
Söz yaradıcılığı nəzəriyyəsinin əsas anlayışları bunlardır:
1. Motivasiya anlayışı. Bu anlayış düzəltmə və mürəkkəb sözlərin mənalarının
onları yaradan sözlərlə sıx semantik əlaqəsini bildirir. Söz yaradıcılığı aktında bir qisim
vahidlər motivasiya mənbəyi kimi çıxış edir, digər vahidlər isə nəticəyə yönəldilmiş
olur.
2. Düzəltmə sözlərin yaradılması anlayışı. Bu anlayışa görə, yeni yaradılmış
düzəltmə söz formal və semantik baxımdan ilkin vahiddən müəyyən əlamətlərinə görə
fərqlənmir və ya sezilir. Bu anlayışların söz yaradıcılığında isifadə edilməsi düzəltmə
sözlərə xüsusi struktura malik vahid kimi yanaşmağa xidmət edir. Bu vahidin daxili
strukturu onun məzmununu tam ifadə edir. Bu zaman düzəltmə sözün əsasında duran
söz motivasiya edilmiş sözlərə birbaşa işarə edəcəkdir.
3. Söz yaradıcılığı qaydası anlayışı. Bu söz yaradıcılığı nəzəriyyəsinin ən əsas
anlayışı sayıla bilər. Bu anlayış istər rus dilçi-alimləri (Kubryakova, Uluxanov və b.),
istərsə də xarici dilçilər (M.Aronov, F.Plank, V.Dresler, S.Skalize və b.) tərəfindən
öyrənilmişdir. Bu anlayış düzəltmə sözlərin morfoloji strukturunun yaradılması zamanı
və onların yeni məna ifadə etməsi zamanı meydana çıxan qanunauyğunluqları ifadə
edir.
Söz yaradıcılığı qaydaları derivasiya prosesində düzəltmə sözlərin modelləşməsi
xüsusiyyətlərini təsvir edir, bu prosesi daimilik/qeyri daimilik, produktivlik, qeyri-
produktivlik baxımından xarakterizə edir, morfemlərin uyuşmasını və onalrın
morfonoloji dəyişmələrini göstərir, fonetik, morfoloji, semantik və praqmatik
məhdudiyyətləri ifadə edir.
Bu anlayışın söz yaradıcılığı nəzəriyyəsinə gətirilməsi söz yaradıcılığında sintez
probleminin aydınlaşdırılmasına doğru yönəlmiş bir addım kimi dəyərləndirilə bilər.
Kubryakova, Uluxanov, Qinzburq, Miloslavskiy, Saxarnıy və digər alimlərin
əsərlərində ilk dəfə olaraq bu anlayış öz elmi təsdiqini tapmışdır.
Derivat anlayışının düzgün izah edilməsi üçün onun morfoloji və söz yaratma
strukturlarının münasibətlərini müəyyənləşdirmək lazım gəlir: morfoloji təhlil zamanı
Filologiya məsələləri – №02, 2016
78
minimal sözyaratma vahidləri – morfemlər fərqləndirilir. Bu morfemlər derivatın format
hissəsi iə tutuşdurulur. Bunun sayəsində də sözün strukturu yaradılmış olur.
Söz yaradıcılığı təhlilinin məqsədi derivatla başlanğıç vahid arasında
münasibətlərin yaradılması sayıla bilər. Bu da motivasiya mənbəyinin aşkarlanmasına,
derivatın strukturunda onun ifadə formalarının müəyyən edilməsinə xidmət edir
İki hissənin - başlangıç və formant hissənin birləşməsindən yaranan sözün yeni
mənası söz yaradıcılığı mənası adlanır. Bu məna derivatm formant hissəsinin mənası ilə
müəyyən oluna bilər .Söz yaradıcılığı mənası formal ifadə olunmuş mənadır, bir qisim
sözlərdə eyni formantla ifadə oluna bilər.
Söz yaradıcılığı hadisələrinə onomasioloji yanaşmanın meydana gəlməsi və geniş
yayılması ilə söz yaradıcılığı mənası mürəkkəb struktura malik məna kimi
dəyərləndirilməyə başlanıldı. Yəni yeni yaranmış sözün onomasioloji bazisi ilə
onomasioloji əlaməti arasında yeni tip münasibətləri ifadə edən məna kimi.
Rus dilçiliyində söz yaradıcılığı hadisələrinin təsviri tarixi çox qədim ənənələrə
malikdir. Bu ənənələr Boduen de Kurtene, Fortunatov və Kruşevskidən başlanır. Amma
müstəqil sahə kimi söz yaradıcılığı nisbətən sonralar, XX əsrin 40-cı illərində
öyrənilməyə başlanıldı. Müstəqil dilçilik fənni kimi isə söz yaradıcılığı XX əsrin 60-cı
illərindən sonra qəbul edildi. Söz yaradıcılığının yeni nəzəriyyəsinin əsasları Pokrovski
və Şerbanm əsərlərində qoyuldu. Smirnitski, Vinokur, Stepanova və Jirmunski və
nəhayət Vinoqradov bu istiqamətin əsas davamçıları oldular.
Vinoqradov söz yaradıcılığı ilə leksikologiya, digər tərəfdən söz yaradıcılığı ilə
qrammatika arasındakı çox yaxın əlaqəni müəyyən etdi, və dilçilikdə ilk dəfə olaraq söz
yaradıcılığının dilçilikdə yeri barədə konstruktiv tezis irəli sürdü.
Vinokur isə elmi əsərlərində düzəltmə sözün xüsusiyyətləri barəsində mühüm
fikirlər söylədi. Bu dilçi-alim düzəltmə sözün xüsusi məna - söz yaradıcılığı mənası
daşıyıcısı olduğunu da ilk dəfə vurğuladı.
Söz yaradıcılığı nəzəriyyəsinin formalaşması prosesi bir neçə mərhələdən
keçmişdir. Bu mərhələlərin hər biri bu və ya digər yanaşmaların ön plana çəkilməsi ilə
xarakterizə olunur. Birinci yanaşma, morfoloji yanaşmadır. Morfoloji yanaşma zamanı
sözün yaranması zamanı minimal yaranma vahidi morfem götürülür. Bu məhələdə söz
yaradıcılığı ancaq morfologiyanın bir isiqaməti kimi araşdırılırdı.
İkinci yanaşma, struktur-semantik yanaşmadır. Struktur-semantik yanaşma sözə
yalnız morfoloji vahid kimi baxmaqdan əlavə, onun strukturuna və semantikasına da
fikir verməyi ehtiva edir. Söz yaradıcılığı nəzəriyyəsinin formalaşmasının bu
mərhələsində söz yaradıcılığı təcrübəsinə sözün motivasiyası və ümumiyyətlə, motivə
edilmiş vahidlər anlayışları daxil edildi. İkinci mərhələ həm də söz yaradıcılığı
prosesinin təbiətini və daşıdığı məna yükünün araşdırılması cəhdləri ilə yadda qaldı.
Ötən əsrin 60-70-ci illərindən başlayaraq dünya dilçiliyindi söz yaradıcılığı
problemlərinin intensiv həlli istiqamətində işlərə başlanıldı. Əsas vurğu isə söz
yaradıcılığının modelləri içərisində yerinin müəyyənləşdirilməsi üzərində qoyuldu.
Dilçi amilməri düşünürən suallar içərisində söz yaradıcılığının leksika və ya
qrammatika daxilində öyrənilməsi ön plana çəkildi. Nəhayət, məhz bu zamandan
etibarən söz yaradıclığının öyrənilməsində indiyədək davam edən üç əsas istiqamət
formalaşdı: birinci istiqamət –sintaktik, transformasiya olunmuş və yaradıcı.
Bu istiqamətin əsası H.Xomski və P.Liz tərərfindən qoyuldu və yarandığı gündən
də çox kəskin tənqid hədəfinə çevrildi. Bu istiqamətin tərəfdarları yeni yaranmış sözün
Filologiya məsələləri – №02, 2015
79
semantikasını və strukturunu müxtəlif sinaktik konstruksiyalar vasitəsilə izah etməyə
çalışırdılar. Söz yaradıcılığı qaydaları isə başlanğıc sintaktik konstruksiyaların
zəncirvari keçid vasitəsilə yeni yaranmış derivata çevrilməsi kimi təqdim edilirdi.
İ k i n c i istiqamət- onomasioloji ıstiqamətdir ki, bu istiqamətin tərafdarları söz
yaradıcılığına yuxarıda da qeyd etdiyimiz kimi, nominasiya yəni adlandırma
aspektindən yanaşmağa başladılar. Bu istiqamətlə söz yaradıcılığı prosesinə,
onomasioloji bazis, onomasioloji əlamət və onomasioloji kateqoriya kimi anlayışlar
daxil edildi. Bu istiqamətin əsası polyak və çex dilçı-alimləri tərəfindən qoyuldu.
Nəhayət, üçüncü istiqamət-funksional istiqamətdir ki, özündə dinamik və
onomasioloji yanaşmanı sintez edərək, yeni yaradılan sözün semantik, funksional və
digər problemlərini canlı nitqdə və mətn daxilində düzəltmə və mürəkkəb sözlərin
yaranması məsələsini ön plana çıxarır.
Rus dilçiliyində uzun illər söz yaradıcılığının əsası problemi (A.Tixonov,
P.Soboleva, Qinzburq və digərlərinin əsərlərində), düzəltmə sözün semantikası
problemi (Uluxanov, Kubryakova, Lopatin, Yansenetskaya, Blinova və digərlərinin
əsərlərində), söz yaradıcılığının danışanların nitqində (Zemskayanın əsərlərində) və
nominativ fəaliyyətində iştirakı (Kubryakova, Saxamıy, Nikitoviç və başqalarının
əsərlərində) problemi, uşaq nitqinin ontogenezində söz yaradıcılığı problemi
(Şaxnaroviç və başqaları) və sair bu kimi elmi-nəzəri problemlər diqqət mərkəzində
olmuşdur.
Avropa dilçiliyində isə söz yaradıcılığı V.Dressler, X.Brekle, D.Kastovski,
L.Lipka, E.Uilyams və digər dilçi-alimlərin elmi yaradıcılığında aparıcı istiqamət kimi
diqqti cəlb edir. Onların bu problemə həsr olunmuş əsərlərində leksikalist fərziyyə irəli
sürülmüşdür ki, bu fərziyyəyə əsasən, söz yaradıcılığının dilin sistemindəki yeri onun
bu və ya digər leksik komponentə aidliyi ilə müəyyən olunur.
ƏDƏBBİYYAT
1 Щерба JI.B. Что такое словообразование // Вопросы языкознания. 1962, №
2 i
2. Виноградов В. Словообразование в отношении к грамматике и
лексикологии // 3Избранные труды. Исследования по русской грамматике.
Москва: 1975
4Земская Е., Кубрякова Е. Проблемы словообразования на современном
этапе / 5/Вопросы язьжознания, 1978, №6
6.Кубрякова К. Что такое словообразование. Москва: 1965
Р.ДЖАФАРОВ.
ОБ ОБЩИХ ВОПРОСАХ СЛОВООБРАЗОВАНИЯ
РЕЗЮМЕ
В лингвистике словообразование характеризируется как образование слов,
на ываемыми производными и сложными, как правило, на базе однокорневых
слов по существующем в языке образцам и моделям с помощью аффиксации и
т.д.
Filologiya məsələləri – №02, 2016
80
В статье исследуются вопросы словообразования, становление теории
словообразования, место словообразования в языке. Автор на широком материале
изучает интенсивную разработку проблем словообразования в мировом языко-
знании.
R.CAFAROV
ABOUT THE GENERAL QUESTIONS OF THE WORD-
GOMBINATIONS
SAMMURY
In linguistics the word formation is characterized as the formation of the words
called derivatives and complex, as a rule on the basis of single rooted words in the
language of the existing examples and models with the help of the affixation, etc.
In the article the problems of the word-formation, the theory of word formation,
the place of the word formation in the language are investigated, of the place. The
author studies the intensive development problems of word formation in the world
linguistics in a plenty of materials.
Rəyçi: Adilə Zeynalova
filologiya üzrə fəlsəfə doktoru,dosent.
Filologiya məsələləri – №02, 2015
81
NAİLƏ HACIYEVA
ADİU
Nailə-arzu.@.mail.ru.
MÜASİR İNGİLİS ƏDƏBİ DİLİNİN
SÖZ YARADICILIĞINDA OMONİMLƏRİN YERİ
Açar sözlər: dilin semantik sistemi,semosiologiya,omonimlər,omofonlar, omoqraflar və
paronimlər
Ключевы слова: Cемантическая система языка,семасиология,омоними,
омофоны,омографы и пароними
Keys words: semantical system of language semasiology,omonyms,omophons,
omographs and paronyms
Nəzəri dilçiliyin əsrlər boyu inkişafı əsasında onun bir sıra şöbələri yaranıb
müəyyənləşmişdir.Belə müstəqil şöbələrindən biri də semasiologiyadır.
Semasiologiya -dilin semantik sistemi haqqında linqvistik təlimdir.Bu termin
yunan mənşəli olub ,"semasion"-məna,fikir,"loqos" isə təlim anlayışını bildirir.
Semasologiyanın kökü soz və ifadənin mənşəcə öyrənilməsi ilə
bağlıdır.Məlumdur ki,sözün mənşəyi haqqında düçüncələr hələ eramızdan çox-çox
əvvəl qədim və antik nelmdə təşəkkül tapmışdır.Bu məsələlərlə bağlı semantik
hadisələrin şərhində də yer verilmişdir.Məsələn müasir semasilogiyanın ən vacib
problemlərindən biri çəxmənalılıq problemi öz başlanğıcını yunan mütəfəkkiri
Aristoteldən götürmüşdür.
Dilin semantik hadisələri lüğət işləri ilə əlaqədar da şərh edilmişdir.Bizim eranın
II əsrində Çin alimi Lyu Si yaratdığı "Şi min" adlı lüğətində semasiologiya məsələrinə
xüsusi yer vermişdir.
Semantika məsələlərinə dair dərin tədqiqatlar aparmış alman alimi Karl Rayziq
1820-ci ildə semasiologiyanı dilçiliyin müstəqil şöbəsi kimi ayırmış və bu şöbənin
məqsəd və vəzifələrini müəyyənləşdirməyə səy etmişdir.Semasiologiyanın bir şöbə
kimi müstəqilləşməsində fransız dilçisi Mişel Brealın xüsusi xidmətləri olmuşdur.Onun
bəzi alimlər tərəfindən linqvistik semantikanın atası hesab edilməsi heç də təsadüfi
deyil.Mişel Brealın "Essai də Semantigue" adlı əsəri semasiologiyanın tarixində əvəzsiz
əhəmiyyət kəsb edir.
Dilin semantikası olduqca çoxcəhətli və mürəkkəbdir.BU movzu ilə təkcə dilçilik
deyil məntiq və fəlsəfə də məşğul olur.Filosoflar tədqiq etdikləri bu səhəni fəlsəfi
semantika məntiqşünaslar isə məntiqi semantika adlandırırıar.
Dildə söz və ifadənin mənası mənanın dəyişməsi mənanın genişlənməsi daralması
sözün məcazi məna bildirməsi çoxmənalılıq omonimlik antonimlik və sair kimi
semasioloji məsələləri tədqiqi semasiologiya şöbəsinin mövzusunu təşkil edir.
Semasiologiya tərkib hissəsi olan dünya dillərində geniş yayılmışdır.Formaca eyni
mənaca müxtəlif olan leksik vahidlər omonim sözlər adlanır.
Məsələn:
Ingilis dilind'ki "light" sözünün bir neçə mənası vardır.Məsələn
This box is very light
My room is very light
Filologiya məsələləri – №02, 2016
82
Birinci cümlədəki "light"sözü "yüngül" mənasında verilmişdir.İkinci cümlədəki
"light" sözü isə "işıqlı" mənasını daşıyır.Run fast (quickly)and stand fast (firmly)
ifadələri arasındakı fərq onların mənalarındadır.
"A clean fast is better than a dirty breakfast:
Who feasts till he is sick must fast till he is well."
Nümunədə omonim kimi verilmiş "fast"sözü istifadə şərtlərindən asılı olaraq
müxtəlif məna dəyəri qazanır.Hər bir omonimik cütlük omonim lüğətlərində sadalanır.
Omonimlik çoxlu dildə movcuddur ancaq ingilis dilində birhecalı sözlər arasında
xüsusilə tez-tez rast gəlinir."Oksford ingilis dili lüğəti"də omonim siyahısında verilən
2540 omonimlərdən 89% i birhecalı sözlərin payına düşür.və yalnız 9.1% iki hecalı
sözləridir.Onların morfoloji quruluçlarının nöqteyi-nəzərindən onlar əsasən təkmorfem
sözlərdir.
Omonimliyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə həm də ayr-ayrı nitq
hissələrinə aid ola bilir .Məsələn :"If you dust the bedroom you have to removethe
dust."Verilmiş cümlədə birinci halda "dust" feildir,"təmizləmək" mənasında nəzərdə
tutulub .İkinci halda "dust" isimdir və" toz"mənasındadır.
Omonimlər öz zahiri cəhətinə görə çoxmənalı sözlərə oxşayır.Çünki çoxmənalı
sözlər də formaca eyni mənaca müxtəlifdir.Lakin daşıdığı mənaya görə omonimlər
çoxmənalı sözlərdən fərqlənir.Çoxmənalı sözlərdə mənalardan biri əsas digərləri isə
ondan törəmə olur.Yəni çoxmənalılıq sözün əsas mənasını məcazlaşması yolu ilə
yaranır.Məsələn:
Fire n:
1.Flame
2.An instance of destructive burning:a forest fire
3.Burning material in a stove fireplace:There is a fire in the next room.A camp
fire.
4.The shooting of guns:to open (cease)fire
5.Strong feeling,passion,and enthusiasm:a speed lacking fire.
Omonimlərdə isə sözün mənaları arasında heç bir bağlılıq yoxdur onlar ayrı-ayrı
leksik vahidlərdir.Məsələn
board n - a long and thin piece of timber
board n -daily meals esp as provided for pay e.g room and board
board n -an official group of persons who direct or supervise some activity e.g
board of directors
Omonimlərin çoxmənalı sözlərdən fərqini qısaca olaraq aşağıdakı kimi qeyd
etmək olar.
1.Çoxmənalı sözlərdən fərqli olaraq omonimlər ayri-ayrı mənaları bildirir.
2. Çoxmənalı sözlərdən fərqli olaraq omonimlər yalnız həqiq mənada olur.
3. Çoxmənalı sözlərdən fərqli olaraq omonimlər həm eyni həmdə ayrı-ayrı nitq
hissələrinə aid olur.
Söz yaradıcılığında omonimlər müxtəlif üsullarla yaranır.Bu üsullardan biri
fonetik dəyişiklikdir.Söz tarixi inkişafda dəyişikliyə məruz qalır.Belə dəyişiklərin
nəticəsində sözlər əvvələr fərqli şəkildə tələffüz edilsələr də tarixi inkişaf prosesində
sözlərin eyni səslənməsi formalaşır.
Məsələn müasir ingilis dilində omonim cütlüyü olan "Night" and "knight"sözləri
qədim ingilis dilində omonim deyildilər çünki ikinci sözdəki "k"samiti tələfüz edilirdi.
Filologiya məsələləri – №02, 2015
83
Başqa bir misalda "to write" feli ilə "right" ышаэеш omonimdir,amma "to write"
felinin qədim ingilis dilində olan variantı "to writan" ilə " right" sifətinin qədim variantı
" reht"yaxud " riht" sözləri arasında fərq böyükdür.Eləcə də sea(dəniz)isimi qədim
ingilis dilində sea kimi to see (görmək)feili isə seon kimi yazılır.Belə fərqi work(iş)ismi
ilə to work (işləmək)feili arasında da görmək olar bu sözlərin qədim ingilis dilindəki
qarşılıqları wyrkean və weork-dir.
Omonimlərin yaranma üsullarından biri də alınma sözlərdir.Alınma sözlər fonetik
uyğulaşmanın son mərhələsində dildə olan doğma sözlərləuyğulaşır."rite to write-
right"omonimik qrupda olan sözlərdən ikinci və üçüncü söz ingilis dilinin öz mənşəyinə
aiddir amma "rite"sözü Latın mənşəlidir(Latın"ritus"). Ingilis dilində bir çox dillərində
alınmış sözlır vardır.Bu sözlər zaman keçdikcə dildə formalaşaraq dildə əvvəldən
mövcud olmuş sözlərlə omonimlik yaradır.Misal üçün fransız dilində alınmış race(reis)-
(running)və müasir ingilis dilində mövcud olan race (reis) (a distinct ethnical
stock)sözləri tarixi dəyişikliklər nəticəsində omonim cütlüyünə çevrilmişdir...
Söz yaradıcılığının bir növü olan çevrilmə (conversion)də omonimliyin inkişafına
xeyli töhfə vermişdir.Buna misal olaraq "comb" n-"comb"v,"pale"adj "pale" v,"make" v
-"make" n omonim cütlüklərini göstərə bilərik.bu tip omonimlər müxtəlif nitq
hissələrinə aid olur və leksiko-qrammatik omonimlər adlanır.Söz yaradıcılığının başqa
bir növü olan qısaltmalar(shortening) da ingilis dilində omonimlərin sayını artıran
amillərdən biridir.Məsələn "fan"sözü "fanatic"(fənaetik)sözünün qısa formasıdır.bu
sözün ontonim qarşılığı Latın dilində alınmış "fan"(an element for waving and produce
some cool wind)sözüdür."rep"sözü 4 omonimə malikdir:
1)rep=repertory:
2)rep=representative
3)rep=reputation
4)rep=repetition(in school slang smth,need to know by hard)
Dildə omonimlərin yaranmasının digər bir növü də abbreviaturalardır.Müəsisə
təşkilat və ya ölkə adının baş hərflərlə qısadılması ingilis dilinin lüğət tərkibindən artıq
mövcud olan hər hansısa bir sözü uyğun gələ bilər.Misal Amerika Birləşmiş
Ştatları(United States of America)qısaca olaraq US yazılır.Bu da tələffüzü zamanı us
əvəzliyinə uyğundur.
Səs yamsılama ilə düzələn sözlər həmçinin başqa sözlər ilə omonim cütlərini
formalaşdıra bilər:bang(n,a loud,sudden,explosive noise)-bang (n,a fringe of hair
combed over the forehead).Həmçinin mew(n,the sound the cat makes)-mew (n,a sea
gull) - mew (n,a pen in which poultry is fattened) mews (small terraced houses in
Central London) Məlumdur ki dildə ayrı-ayrı kök sözlərinomonim olması ilə yanaşı
bəzən nitq prosesində müxtəlif mənalı sözlərin eyni şəkildə səslənməsi hadisəsi də baş
verir.Bu da omonimlik hesab olunur.Dilçilikdə omonimlərin fonetik omonimlər
omofonlar və morfoloji omonimlər- omoqraflar tipi şərh olunur.
İngilis dilində fərqli qurluşa malik olan sözlərin eyni səslənməsinin şahidi oluruq
.Məsələn
1. sea(si) - dəniz see (si) - görmək
2. buy(baı) - almaq by(baı) - yanında
3. know(nau) - bilmək now(nau) indi
4. I (aı) mən cye(aı) göz
5. for(fo) - üçün four(fo)- dörd
Filologiya məsələləri – №02, 2016
84
6. knight(nait) -cəngavər night(nait) -gecə
7. not(not) - xeyr knot(not) - düyün
8. or(o) yaxud oar(o) - avar
Bu sözlərin hərf tərkibi fərqli olsa da səslənməsi eynidir.Belə sözlər omofonlar
adlanır.
The play-wright on my right thinks that some conventional rite should symbolize
the right of every man to write as he pleases-cümləsində istifadə olunan
wright,right,rite,right və write sözləri fərqli hərf tərkibinə malik olsalar da səslənməsi
eynidir.Verilmiş nümunədəki omofonlar eyni zamanda fərqli nitq hissələrinə də
aiddir.Bu cümlədə (rait)səs kompleksi həm isim həm sifət həm zərf həm də feil kimi
verilmişdir və dörd fərqli hərf tərkibinə altı fərqli mənaya malikdir.
Omofonlar eyni zamanda böyük hərflərdən istifadə etməklə də yaranır.
"How much is my milk bill?"
"Excuse me,Madam ,but my name is John,nit Bill
Nümunənin birinci cümləsində istifadə olunmuş bill sözü hesab mənasında ikinci
cümlədə işlədilmiş Bill sözü isə ad mənasında verilmişdir.
Digər tərəfdən bütöv cümlə omofonik ola bilər:The sons raise meat The sun s rays
meet-cümlələrin təşkil edən sözlərin hərf tərkibi fərqlidir.Amma buna baxmayaraq,hər
iki cümlə eyni səs tərkibi ilə tələffüz edilir.
Omoqraflar isə yazılışı eyni,tələffüz fərqli olan sözləridir.Omoqraflar cümlədə iki
grammatik funkisiya nəticəsində yaranır.Məsələn When I graduate (graedjueit)the
University, I,II become a graduate (groedjuit)Dont desert (di zə:t)me here in the
desert(dezət)
Verilən misallardan göründüyü kimi,omoqraf cütlüklərindən biri isim,biri isə feil
kimi işlənmişdir.Aşağıdakı omoqraf cütlüklərə nəzər salaq:
bow (bou) -bow (bau): lead (li:d) lead (led): row (rou) -row (rau)sewer (soue)
sewer (sjue): tear (tie) tear (te e): wind (wind) wind (waind)
Verilmiş bu nümunələrdə tələffüz fərqi olduğu kimi,məna fərqi də vardır.
Əksər hallarda omoqrafların tələffüzlərindəki fərq ya onların vurğularında,ya da
xüsusi nəzərə çapdırılmalarında olur.Əslində,sözün hansı hecasının vurğulu olması əsas
şərtdir.İki hecalı sözlərə nəzər salsaq,görərik ki,əsasən isimlərdən birinci heca vurğulu
olur,fellərdə isə vurğu ikinci hecaya düşür.Məsələn,constest (n) - con test (v).Amma elə
sözlər də vardır ki,onlarda vurğu dəyişmir.Məsələn,abuse və use sözləri.Burada səs
əvəzlənməsi (sound interchange)baş verir.Feil formasında (z) cingiltili, isim formasında
isə kar samit(s) olur.Lakin həmişə isim və fel dəyişmələri olmur. İngilis dilində bir sıra
sözlər vardır ki,onlar müxtəlif nitq hissələrinə mənsubdurlar və komponentlərdən biri
cəm şəkilçisi qəbul etsə də cütlüklər eyni cür səslənir. Məsələn, asses-asses omoqrafik
cütlüyündə birinci asses-ass sözünün cəm forması,ikinci asses sözü isə Latın mənşəli
olub" qəpik"mənasındadır.Read sözü də omoqrafdır,çünki feilin indiki və keçmiş zaman
formalarında eyni cür yazılır.lakin hər iki zamanda səslənməsi fərqlidir.Məsələn,I want
to read the sequel(conclusion)today,because I rea the first book yesterday
Bunlar qramatik funkisiyalı omoqraflardır cə əsl omoqraflardan fərqlənir,çünki əsl
omoqraflar mənaca fərqli olur,yəni onlar nitq kateqoriyalarına görə fərqlənirlər,burda
isə read(ri:d) və read (red)sözlərinin tələffüzləri müxtəlif olsa da,eyni nitq hissəsidir.
Leksikologiyanı önəmli bölmısi olan omonim mövzusu bir çox alimlərin tədqiqat
obyekti olmuşdur.Bu alimlərdən biri dilçi alim professor A.İ.Smirnitski olmuşdur.O,öz
Filologiya məsələləri – №02, 2015
85
tədqiqatlarında bu mövzunu geniş şəkildə tədqiq etmiş və omonimlərin aşağıdakı
təsnifatını vermişdir.
Professor A.İ.Smirnitski omonimləri iki bölmə üzrə təsnifləşdirilmişdir.
a)tam omonimlər
b)qismən omonimlər
Dostları ilə paylaş: |