İngilis dilinin siyasi-diplomatik üslubunun tədqiqi. İngilis dilinin siyasi-
diplomatik üslubunun tədqiqinə həsr olunmuş İ.S.Volskayanın «Sintaktik səviyyədə
siyasi-diplomatik üslubun differensial əlamətləri» adlı dissertasiyasında rəsmi-işgüzar
üslubun müxtəlif janrları araşdırılır. Müəllf rəsmi-işgüzar üslubun iki növünü
fərqləndirməyi təklif edir: güclü (hansına ki, qanunlar aiddir) və digər işguzar sənədləri
əhatə edən zəif növ. «Güclü» növ invariant sistem hesab olunur. Lakin rəsmi-işgüzar
üslub daxilən funksional cəhətdən həmcins olmadığından bu növlərin arasındakı fərqlər
Filologiya məsələləri – №02, 2015
59
get-gedə silinir. Diplomatik sənədlər hansısa razılaşmanın məhdud şərait və nəticələrini
müəyyənləşdirdiyi üçün daha konkret, tədqiqi səciyyə daşıyır.
Lakin İ.S.Volskayanın siyasi-diplomatik üslubun janrlarını bədii əsərlərinin
mətnləri ilə müqaiysəl aparılması, zənnimizcə, əsassızdır, çünki bədii mətni yaratmaqda
əsas məqsəd estetik təsirdir, yazıçı bütün dil vasitələrini bu məqsədə tabe edir.
V.V.Kalüjnayanın «İngilis üslubunun siyasi-diplomatik şəhrinin səciyyələri» adlı
dissertasiyada da oxşar fikirlər söylənilir. Material kimi rəsmi-işgüzar üslubun
janrlarından biri olan diplomatik sənədlər seçilir. Üslubun «güclü» növünə aid
sənədlərin dili (nizamnamə, prosedurların keçirilmə qaydası, sazişlər, müqavilələr,
konvensiyalar və s.) o dərəcədə normalaşdırılıb, sabitləşib ki, digər janrlara da öz
təsirini göstərir.
İ.S.Volskayanın tədqiqatında rəsmi-işgüzar üsluba aid cümlələrin uzunluğu
haqqında statistik məlumatlar da verilir. Qeyd olunur ki, qanunların dili daha
mürəkkəbdir. 40 sözdən çox olan cümlələr 68% təşkil edir («söz» anlayışı altında
qrafikada iki boş yer arasındakı cümlənin bir kəsiri başa düşülr) . 50 sözdən çox olan
cümlələr 39,5% təşkil edir.
M.N.Kojina qiymətləndirmənin 2 növünü qeyd etmişdir: linqvistik və konkret
kontekstdə aşkarlanan funksional qiymətləndirmə. Məsələn, «herein after refered to»
kimi söz birləşməsi, hətta kontekstdən kənarda belə göturuldukdə, linqvistik
qiymətləndirməyə malikdir, çünki bu söz birləşməsi rəsmi-işgüzar üslub üçün səciyyəvi
sabit leksik birlik kimi qəbul olunur. Bunun əksinə olaraq, köməkçi felin (shall)
müstəqil mənalı fel ilə birləşməsi müqavilə mətnində funksional qiymətləndiriləcək,
çünki burada, o, sadəcə gələcək zamanı yox, qəbul olnumuş qərarın məcburiliyini,
göstərişini nəzərdə tutur. Məsələn,
The Vendor shall sell and the Purchaser shall purchase as from – satıcı satacaq,
alıcı isə aşağıdakıları alacaq …;
The purchase prise shall be for … - satış qiyməti təşkil edir;
The purchase shall be complefied on – satış (filan tarixdən) keçirilir… .
Dil vahidi dəyişilir və onun funksional mənası ekstralinqvistik şəraitdən asılı
olaraq geniqlənir (gələcəyə aidlik qorunub saxlanılır, üstünə modal məna əlavə olunur).
İngilis üçlubiyyatçıların rəsmi-işgüzar üslub haqqında olan fiikrləri bir qədər
fərqlidir. Məsələn, №nin üslubiyyatı üzrə məşhur müütəxəssislər D.Kristel və D.Devis 5
əsas dil formalarını qeyd edirlər, bunlar da funksional üslublar sisteminə uyğun gəlir:
danışıq dili, yazılı sənədlərin dili, dini dil, qəzet dili, qanunverici aktlarının dili.
D.Kristel və D.Devis belə hesab edirlər ki, üslublar içərisində yalnız bədii mətnlərdə hər
hansı dil hadisələri, vahidləri işlənilə bilər; digər dillər isə «məhdud» dillər adlandırılır,
çünki onlarda bəzi dil formalarına rast gəlmək olar. Eyni zamanda qeyd olunur ki,
konkret formaların işlənməsi konkret situasiyadan asılıdır.
Müasir ingilis dili istifadəsinin öəyrənilməsi üzrə London mərkəzinə (The Survey
of English Usage) başçılıq edən prof. Kverk vahid registrlar təsnifatının vahid sistemini
işləyib hazırlanmışdır. London mərkəzinin alimləri bütün üslubları iki böyük qrupa
ayırırlar: danışıq üslub və yazılı üslub; bunlar da öz növbəsində bir sıra yarımqruplara
bölünürlər. Məsələn, yazılı üslubda qeyd olunur:
1. söhbət (televonla; adi sözbət – danışanların icazəsi olaraq və xəbəri olmadan).
Bunlar da öz növbəsində bölünə bilər: həmsöhbətlərin yaxın münasibətdə olan familyar
Filologiya məsələləri – №02, 2016
60
üsluba; həmsöhbətlər cəmiyyətdə tutduqları ictimai mövqeyə görə bir-birinə bərabər
olan eynihüquqlu üsluba və hüquqca bərabər olmayan üslub;
2. əvvəlcədən hazırlanmayan şərhlər (idman və qeyri-icman şərhləri);
3. əvvəlcədən hazırlanmamış nitq çıxışı;
4. əvvəlcədən hazırlanmış nitq, çıxış.
Yazılı üsluba aid edilir:
1. şifahi deyilmək üçün nəzərdə tutulmuş mətnlər (elmi-pedaqoji söhbətlər,
yaradıcılıq söhbətləri, xəbərlər, əvvəlcədən hazırlanmış rəsmi çıxışlar, hekayələr,
pyeslər);
2. əlyazma mətnləri (şəxsi yazışmalar, işgüzar yazışmalar, gündəliklər);
3. çap olunmuş mətnlər (təmaülü və humanitar elmlərin mətnləri, təlimat,
göstrəiş, qəzet mətnləri, rəsmi-məlumatlandırıcı mətnlər, inzibati-işgüzar mətnlər,
hüquq sənədlərinin mətnləri, publisistik, reklam mətnləri, bədii-belletristik mətnlər).
Gördüyümüz kimi, bizi maraqlandıran rəsmi-işgüzar üslub bu təsnifatın müxtəlif
bölmələrinə aid ola bilər.
ƏDƏBİYYAT:
1.Ağakişiyeva Ş.M. Ədəbi dil normaları və üslubları. Filol. elm. nam. alim. dər.
almaq üçün təq. e. dissertasiya. B., AMEA, Dilçilik İnstitutu, 2008, 136 s.
2.Cəfərova Z.B. Rəsmi-işgüzar üslub (Milli Məclisin və Avropa Şurasının
sənədləri əsasında). Filol. elm. nam. alim. dər. almaq üçün təq. e. dissertasiya.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, B., 2008, 154 s.
A.DJAFAROVA,A.MANAFOVA
SOME NOTES CONCERNING TO INVESTIGATION OF THE
OFFICIAL-BUSINESS STYLE OF ENGLISH
SUMMARY
Represented article has been devoted to the official-business style of the modern
English. Official-business style is in connection with post of the style the writing
documents of state and social office.
Preliminary studies show that more and more official style based on the writing
text. Official-business style forning warning and informational texts.
И.ДЖАФАРОВА,А.МАНАФОВА
ОБ ИССЛЕДОВАНИЯХ ОФИЦИАЛЬНО-ДЕЛОВОГО СТИЛЯ
АНГЛИЙСКОГО ЯЗЫКА
РЕЗЮМЕ
Данная статья посвящена официально-деловому стилю современного
английского языка. Функции официально-делового стиля связаны с текстами
письменных документов государственных и общественных ведомств.
Последние исследования показывают, что официальный деловой стиль в
основном опирается на письменный текст. Официально-деловой стиль
формирует предупреждения и информацию в тексте.
Rəyçi: Həbib Mirzəyev
filologiya elmləri namizədi,dosent.
Filologiya məsələləri – №02, 2015
61
SEVİNC ŞAHLAROVA
Bakı Dövlət Universiteti
KƏMALƏ HÜSEYNOVA
Azərbaycan Texniki Universiteti
kəmalə,sevinc.@.mail,ru.
İNGİLİS DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ TƏRCUMƏSİ
PROSESİNDƏ OPTİMAL VARİANTIN TAPILMASI VƏ ONUN İFADƏ
ÜSULLARI
Açar sözlər: eimi-iqtisadi tərcümə, vətn, feil, qrammatik terminlər, praktik tərcümə,
cümlələr.
Ключевые слова: научно-экономический перевод, текст, глагол, грамма-
тические термины, практический перевод, фразы.
Key words: scientific and technical translation, text, verb, grammar terms, practical
translation.
Bu məqalədə elmi-iqtisadi tərcümənin bir sıra çətinliklərindən danışılır.
Texnikanın sürətlə inkişafı və elmi-texniki informasiyanın genişlənməsi ilə
əlaqədar olaraq, elmi-texniki tərcümənin praktik əhəmiyyəti xeyli artmışdır. Tərcümə
zamanı meydana gələn çətinlikləri aradan qaldırmağın yollarını göstərən bu məqalədə
əsas məqsəd elmi-texniki mövzuda mətnin müxtəlif elementlərini analiz edə bilmək,
düzgün tərcümə etmək bacarığı və vərdişlərini inkişaf etdirməkdir.
Giriş və üç hissədən ibarət olan bu məqalədə əsasən ingilis və Azərbaycan
dillərinin leksik, qrammatik və stilistik xüsusiyyətləri aydınlaşdırılır.
Birinci hissədə, yəni «Elmi-iqtisadi tərcümənin leksik problemləri»ndə elmi
texniki tərcümənin bəzi xüsusiyyətlərindən, neologizmlərin yaranması üsullarından,
onların qurulmasından və tərcümə vasitəsi ilə çatdırılmasından bəhs edilir.
İkinci hissədə – «Tərcümənin qrammatik problemləri»ndə praktik tərcümə zamanı
rast gələn olduqca mürəkkəb qrammatik quruluşlar araşdırılır. Felin şəxsiz formaları və
onların tərkiblərinin izahına xüsusi yer ayrılır. Bu hissədə xüsusilə ingilis və
Azərbaycan dilləinin müxtəlif struktur quruluşundan irəli gələn tərcümə problemlərinə
fikir verilir, məchul növlü tərkiblər, sözün çoxmənalılığı və çox funksiyalılığı izah
edilir.
Üçüncü hissədə – «Elmi-iqtisadi mətnlərin praktik tərcüməsi»ndə isə iqtisadi
məqalələrin başlıqlarının struktur və tərcüməsi açıqlanır.
Elmi-iqtisadi məqalələri tərcümə edərkən nəzərə alarmaq lazımdır ki, onların dili
ümummilli dilin bir hissəsi olsun. Elmi-iqtisadi ədəbiyyatın dilini bədii ədəbiyyatın
dilindən fəqləndirərkən əsas cəhət mətnlərdə müəyyən edilən termin bolluğudur. Mətnin
tam dolğun bir şəkildə tərcüməsi üçün vacib olan tələblər aşağıdakaılardır:
1.
Orijinalda olan mətnin dəqiq dolğun verilməsi;
2. Fikrin tam aydınlığı ilə lakonik formada çatdırılması. Bunun üçün ingilis
dilinin spesifik xüsusiyyətlərini Azərbaycan dilində əks etdirmək vacib deyil. Burada
milli kalorit gözlənilməlidir;
3. Tərcümə tam şəkildə Azərbaycan ədəbi dilinin normalarını özündə qoruyub
saxlamalıdır. Tərcümə zamanı Azərbaycan dilində yox dərəcəsində olan, lakin ingilis
dili üçün xarakterik hesab edilən sintaktik tərkiblərin nəzərə alınması da vacibdir.
Filologiya məsələləri – №02, 2016
62
Elmi-iqtisadi ədəbiyyatda sübhəsüz ki, emosionallıq, obrazların fərqliliyi,
metafora, yumor və s. olmur.
Lakin onu da qeyd etmək lazımdır ki, canlı danışıq dilinə aid olan bu ifadə üsulları
olmasa da, elim-texniki mətnlərdə bəzən texniki üslubda obrazlı frazeoloji birləşmələrə
də rast gəlmək olar.
Məsələn: The wife is alive – Məftil cərəyan altındadır.
Dead man
′
s handle – Təhlükəsizliyi təmir edən düyməli dəstək.
4. Elmi-iqtisadi terminologiyada bir neçə komponentdən ibarət çoxlu terminlər
vardır. Çoxkomponentli terminlər elə sözbirləşmələridir ki, onların komponentləri
arasında məntiqi əlaqə uzlaşma əlaqəsi ilə ifadə olunur.
Məsələn: load governer – gücün tənzimlənməyicisi.
Onlar həm də elə söz birləşmələridir ki, bunların komponentləri qrammatik yolla,
yəni sözönü vasitəsilə, ya da saysız-hesabsız şəkilçilərin köməyilə düzəlir.
Məsələn: rate of ejchange – valyuta kursu.
Terminli söz birləşmələri sözün həqiqi mənasında tam leksik vahidlərdir.
Birinci qrupa elə terminli sözbirləşməlri aiddir ki, onların hər iki komponenti
xüsusi lüğətə aid olan sözlərdir. Onları sərbəstdirlər və verilmiş birləşmələrdən kənarda
işlənə bilər. Məsələn: brake – tormoz.
Belə ki, bu komponentlərdən ibarət olan terminli birləşmələr sərbəst şəkildə yeni
məna kəsb edir.
Məsələn: brake gear – tormozlaşdırma avadanlığı.
İkinci qrupa elə terminlər aiddir ki, bu terminlərin birinci komponenti olan sifət bu
və ya digər elm sahəsi ilə bağlı xüsusi, spesifik məna kəsb edir.
Məsələn: vitreous electricty – yarımkeçirici cərəyan.
İkinci qrupa həm də elə termin birləşmələr aiddir ki, onların 2-ci komponenti
həqiqi mənalarda işlənmiş olsun, lakin 1-ci komponentlə birləşmədə isə müəyyən elmi
sahəsinə uyğun xüsusi, spesifik məna kəsb etsin.
Məsələn, electric eye – foto element.
Üçüncü qrupa aid terminlər terminoloji cəhətdən bölünməzdirlər və onların
komponentləri arasındakı əlaqə bir qədər sıx olur.
Məsələn, wire – gərginlik altında olan naqil; live steam – ilkin buxar.
Terminin xarakter xüsusiyyəti onun müəyyən anlayışla çıx əlaqədə olması,
dəqiqliyi və təkmənalılığa meyd etməsidir. Terminli birləşmələrin komponentləri təyini
əlaqədə olur. Bir qayda olaraq terminli birləşmələrin əsas komponenti axırda işlənin.
Elmi-texniki terminli birləşmələrin tərcüməsinin əsas üsulları bunlardır.
5. Təyin kimi işlənən birləşmədə komponentlərin ardıcıllığında dəyişiklik etməklə
tərcümə.
Məsələn: avtomobile repair plant construction project – avtomaşın təmiri
zavodunun tikinti proyekti.
Elmin inkişafı, xüsusən də texnikanın, radiotexnikanın inkişafı dildə bir sıra
neologizmlərin yaranmsına təkan vermişdir. Yeni sözlər digər bir tərəfdən atom
texnikasının başa düşmən təlabatından yaranmışdır. Məsələn, atom sözündən bir çox
terminlər əmələ gəlmişdir – atomize, atomizatron, atom energy və s.
Elmi-iqtisadi terminologiyada neologizmlərin yaranma yolları aşağıdakılardır:
•
şəkilçilərlə;
•
konvensiya yolu ilə;
•
mürəkkəb elmi-texniki sözlərlə;
Filologiya məsələləri – №02, 2015
63
•
ixtisar etmə yolu ilə.
Şəkilçilərlə düzələn neologizmlər özləri də iki yerə bölünür: suffikslər və
prefikslər.
Elmi-texniki terminologiya sahəsində ən geniş istifadə olunun prefikslər isə
bunlardır: -re, -over, -under.
Məsələn: undervoltage – azaldılmış gərginlik, instellar - ulduzlar və s.
İngilis dilində yeni sözlər əks hallarda dildə mövcud olan sözlərin dəyişmədən bir
nitq hissəsindən, başqa bir nitq hissəsinə keçməsi ilə əmələ gəlir. Bu proses konvensiya
adlanır. Konvensiyanın ən geniş yayılmış növü isimlərin felləşməsi prosesidir. Məsələn:
power, to power, motor, to motor və s.
Mürəkkəb elmi-iqtisadi terminlər yeni söz əmələ gətirmənin elə bir üsuludur ki,
burada iki sözün birləşməsindən bir söz yaranır və onlar ya bitişik, ya da defislə yazılır.
Məsələn, bootleg – kabelin dirəyi, flashbulb – impuls lampası.
Bəzi mürəkkərb neologizmlər bir-birinə sözün vasitəsi ilə birləşən iki sözdən
ibarət olur. Məsələn, voltage to groud – yerə nisbətən gərginlik.
Son zamanlar ixtisaretmə yolu ilə yeni sözlərin əmələ gəlmə tendensiyası xeyli
genişlənmişdir. İxtisarların sayca artımı onunla izah oluna bilər ki, mürəkkəb söz və söz
birləşməlri həcmcə böyük və əlverişli deyillər və təbii ki, buradan onların qısa şəkildə
verilməsi təlabatı yaranır. İxtisarların aşağıdakı növləri var:
- hərbi ixtisarlar – E-east, R-ramlway, HB-hidrogen bomb;
- hecalarla ixtisarlar – Maxcap-maximum capacity – maksimum güc;
- yeni söz əmələ gələrkən bəzən başlanğıc sözdən şəkilçi düşür;
- sözün sonuncu hecasının saxlanması ilə əmələ gələn neologizmlər: chute –
parachute;
- iki sözdən süni yolla əmələ gələn neologizmlər də vardır ki, buraya əsasən
electronic – elektrikin köməyi ilə hərəkət edən, motel – avtoturistlər üçün mehmanxana
və s. bu kimi sözlər daxildir.
Elmi-texniki neologizmlərin tərcüməsi zamanı ilk növbədə onların yaranması
üsullarını bilmək, bunlardan başqa söz və söz birləşməsinin strukturunu da analiz etmək
baracığına malik olmaq lazımdır. Belə ki, follower sözündəki er suffiksi yarışın
icraçısını, ya da əşyanı göstərə bilər. Bu sözün əsas mənası eisə follow sözündən
yaranan izləmək sözüdür. Sözün strukturu baxımından məzmuna istinad edərək
Azərbaycan dilində follower termininə bir qədər uyğun gələn məna tapırıq: təkrarlayıcı,
izləyici mexanizm. Azərbaycan dilində oxşarlığı olmayan neologizmlər bir qayda olaraq
əvvəlcə müxtəlif cür tərcümə olunur və müəyyən vaxt keçəndən sonra verilmiş
neologizm üçün irəli sürülmüş variantlardan ən yaxşısı seçilir və doğma dilimizdə
möhkəmləndirir.
İngilis dilində formaca məlum, məzmunca isə məchul olan felin səxsiz
formalarına rast gəlmək olar. Bunlara misal olaraq gerund və məsdəri göstərmək olar.
Məsələn: after weighing the loads were shipped to the consumers – yüklər
çəkiləndən sonra slıcılara göndərildi.
Bu cür cümlələr xəbəri məchul növdə olan tabeli mürəkkəb cümlə vasitəsilə
tərcümə edilir.
To need, to want, to require, to stand, to endure və s. fellərindən sonra gerund
məlum növdə işlənir, lakin mənaca məchul növ olur. Bu halda onun ifadə etdiyi
hərəkətin kiminsə tərəfində icra edildiyi və ya icra edilməli olduğu göstərilir. Məsələn:
The equipment needs repairing – Bu avadanlıq təmir olunmalıdır.
Filologiya məsələləri – №02, 2016
64
Bəzən elmi-texniki məqalələrdə bu cür cerundla yanaşı formaca məlum,
məzmunca isə məchul növdə olan məsdə də işlənir.
Məsələn: They were not to use – Onlardan istifadə etmək lazımdı gəlmədi.
Bu cür məsdər əksər hallarda təyin funksiyasını yerinə yetirir və Azərbaycan
dilinə təyin bucaq cümləsi kimi tərcümə olunur. Beləliklə də, formaca məlum növdə,
lakin məzmunca məchul növdə olan məsdər və cerundlu cümlələr Azərbaycan dilinə ya
məlum növdə olan qeyri-müəyyən şəxsli cümlələrdə, ya da müxtəlif budaq cümlələrdə
tərcümə oluna bilər. Digər dillərdə olduğu kimi müasir ingilis dilində də modallıq
kateqoriyası bir sıra vasitələrlə ifadə edilir. Bunlardan biri də modal fellərdir. Modal
fellər məsdərin müxtəlif formaları ilə işlənir. Məsdərlə işlənərkən, modal fellər
hərəkətin mümkünlüyünü, qeyri-mümkündüyünü, vacibliyini, gerçəkliyini, lazımlığını
və s. bildirir. Modal fellər car, may, must məchul növdə olan məsdərlə işlənərkən
Azərbaycan dilinə olar, bilər, lazımdır+məsdər növdə olan məsdərlə tərcümə olunur.
Məsələn: The machine tool can be stopped at any moment –
Dəzgahı istənilən anda dayandırmaq olar
və yaxud Dəzgah istənilən anda bayandırıla bilər.
Must, may və micht kimi modal fellər məsdərin bitmiş forması ilə işlənərkən bu
zaman hərəkətin bitməsinə əhəmiyyətli dərəcədə əminlik ifadə edir.
Məsələn: He may have got the condenser he needed – Bəlkə də o ona lazım olan
kondenseoneri alıb.
İndiki zaman feli sifəti, yəni Participle I cümlədə əsasən 2 funksiyanı – təyin və
zərflik funksiyalarını yerinə yetirir və əsasənf elin axırına – ing şəkilçisi artırmaqla
düzəlir. Bu feli sifət məchul növdə olanda çox nadir hallarda təyin funksiyasını yerinə
yetirir və təyin olunan sözdən sonra işlənir.
Məsələn: The compound being treated for several hours turned dark red – Bir
neçə saat ərzində tədqiq olunan maddə tünd qırmızı rəngə çevrildi.
Keçmiş zaman feli sifəti, yəni P II əsas felin 3-cü formasından əmələ gəlir və
sərbəst işləndikdə iki funksiyanı yerinə yetiririr.
Təyin funksiyasında olanda o təyin etdiyi söz və yaxud isimdən əvvəl yazılır. Feli
sifət II təyin etdiyi sözdən sonar gələ bilər. Bu halda feli sifət indiki və keçmiş zamanın
məchul növü ilə, ya da bucaq cümlə kimi tərcümə oluna bilər.
Məsələn: He offered the best solution of the problem concerned – O müzakirə
olunmuş problemin çox yaxşı həllinə təklif etdi.
Bəzi hallarda Partisiple I tərcümə edərkən Azərbaycan dilində söz sırasını
dəyişməku tələb olunur.
Məsələn: The capactance received is belived to be half the total capacatance
required – Əldə edilmiş həcm tələb olunan ümmui həcmin yarısı hesab olunur.
Feli sifət I və feli sifət II izah edici sözlərin köməyi ilə bir təyin birləşmə əmələ
gətirir ki, bu da Azərbaycan dilinə ya indiki və keçmiş zamanın məlum və məchul
növləri, ya da təyin budaq cümləsi şəklində tərcümə oluna bilər.
Feli sifət II zərflik funksiyasında işlənəndə onun qarşısında when, while, if, az,
thouch bağlayıcıları işlənir. Bu zaman onlar Azərbaycan dilində zaman budaq cümləsi
və güzəşt bucaq cəmləri şəklində, ya da feli bağlama kimi tərcümə oluna bilər.Məsələn:
They worked as ordered – Onlar tələb olunduğu kimi işlədilər.
While used precision instruments require very dedicate handing –
Dəqiq qurğulardan istifadə edrəknə, onlarla ehtiyatla davranmaq tələb olunur.
Filologiya məsələləri – №02, 2015
65
İngilis dilində tamamlıq feli sifət tərkii mövcuddur ki, bu da əsasən ümumi halda
isim və feli sifətdən ibarətdir. Bu tərkib bütövlükdə cümlədə mürəkkəb tamamlıq
funksiyasını yerinə yetirir və Azərbaycan dilinə budaq cümlə vasitəsi ilə, ya da təsirlik
halda olan isim və feli sifət vasitəsilə tərcümə edilir.
Tamamlıq feli sifət tərkibi adətən hissi və əqli qavrayış ifadə edən fellərdən – to
have, to get fellərdən və arzu, istək, niyyət ifadə edən to want, to wish, to keep
fellərindən sonra işlənir.
They wanted the test results plotted and explained – Onlar istəyirdilər ki,
yoxlamanın nəticələri diaqramlar şəklində olsun və izah edilsin.
ƏDƏBİYYAT
1. N.Xudiyev: “Azərbaycan dilinin zənginləşmə yolları”.
2. A.Qarayev: “Müasir Azərbaycan dilində Avropa mənşəli leksik alınmalar”
3. E.Haugen: “The analyse of indiguistic horriwing”, “Lang.”, 1950.
4. R.C.Cəfərov: “Azərbaycan dilində işlənən Qərbi Avropa mənşəli alınma
sözlər”.
S.SHAKHLAROVA,K.KUSSEYNOVA
Dostları ilə paylaş: |