PREDICATE;THE PRETICTIVE
Mürəkkəb ismi xəbərin predikativ hissəsi aşağıdakı sözlərlə ifadə oluna bilər:
1.İsimlə: He is a worker.2.Əvəzliklə: Ii is ours.3.Qarşısında sözünü olan isim,
yaxud əvəzliklə: My are of one age.4.Sayla: We are seven; I am the first.5.Sifətlə yaxud
feli sifətlə: The night was cold; A book is missiny.6.Məsdərlə: Our desire is to help you
– Bizim arzumuz sizə kömək etməkdir.
7.Qerundla: Seeing is believing – Görmək inanmaq deməkdir.8.Zərflə: Shi is
well; The lesson is over. Predikativ funksiyasında işlənən zərf müstəqil mənasını itirir,
hal yaxud vəziyyət göstərir. Məsələn:I feel at home here – Mən özümü burada rahat hiss
edirəm.9. Sözbirləşmə ilə başlanır.
The most important thing was our not knowing the address – Ən əsas məsələ
bizim ünvanı bilməməyimiz idi.Bəzən mürəkkəb ismi xəbər qoşa xəbər Double adlanan
şəkildə olur. Məsələn:
The moon rose red (the moon was red when it rose) – Ay çıxanda qıpqırmızı idi.
She went away quite a child (she was quite a chid when she went away) – O
gedəndə lap uşaq idi.
Bu cümlələrdə rose, went sözləri bağlayıcı fel funksiyasını daşıyır və moon, she
mübtədalarını red, child predikativlə bağlayır.
MÜRƏKKƏB FELİ XƏBƏR; THE COMPOUND VERBAL PREDICATE
Mürəkkəb feli xəbər 2 feldən ibarət olur: bu fellərdən biri şəxsiz fel, yəni felin
dəyişən, o birisi isə felin dəyişməyən formasında olur.
Birinci hissə qrammatika kateqoriyaları, danışanın hərəkətə münasibətini, II hissə
isə xəbərin əsas mənasını ifadə edir.We stopped reading – Biz oxumağu kəsdik.;She
Filologiya məsələləri – №02, 2015
135
began to translate the article – O, məqaləni tərcümə etməyə başladı.They went on
writtery – Onlar yazmağa da ram etdilər.
Bəzən mürəkkəb feli xəbərin I hissəsi olan fel məcburiyyət, mümkünat, icazə,
məsləhət və ya şübhə ifadə edir. Belə xəbərlər modal mürəkkəb fel xəbər adlanır.
We must be ready at 5 oclock – Biz saat 5-də hazır olmalıyıq.I can translate it by
myself – Mən özüm bunu tərcümə edə bilərəm.You ought to be move attentively – Siz
daha diqqətli olmalısınız.
You may open the window – Pəncərəni aça bilərsiniz.İngilis dilində there is, there
are sözbirləşmələri ilə ifadə olunan xəbər forması da var.There – sözü bu birləşmələrdə
öz zəriflik mənasını itirir və köməkçi söz kimi işlənərək cümlədə mübtədanın yerini,
yəni I yeri tutur. Bu növ xəbər məntiqi Azərbaycan dilinə tərcümə edilərək cümlə yer
zərfliyi ilə başlayır.There is only one book on the table – Masanın üzərində yalnız bir
kitab var.
SİNTETİK BİRLƏŞMƏLƏR;SYNTACTICAL COMPLEXES
İngils dilində sintaktik kompleks adlanan komplekslər, yəni bir cümlə üzvü təşkil
edən iki və ya daha artıq sözün birləşməsindən ibarətolan birləşmələr mövcuddur.
Onlardan ən çox işlənəni mürəkkəb tamamlıq (Complex Object), mürəkkəb mübtəda
(Complex Subject), xüsusiləşmiş feli sifətli idarə (Absolute Nominative Participle
Constraction) və for sözünün bəzi birləşmələridir (for Complexs). Hər bir sintaktik
kompleks adlıq hissədən (ümumi halda və ya obyekt halda əvəzlikdən) və feli hissədən
(məsdər, qerund, feli sifətdən) ibarət olur. Bunlar Azərbaycan dilində sadə geniş
cümlənin bir üzvü olur, yaxud tam bir budaq cümlə qədər genişlənə bilir ki, bu zaman
kompleks adlıq hissəsi mübtəda, feli hissəsi isə xəbər olur.Ən çox yayılmış sintaktik
birləşmə mürəkkəb tamamlıqdır.I want you to translate this books – Mən istəyirəm ki,
siz bu kitabı tərcümə edəsiniz.We have never seen her sewing – Biz heç vaxt o qızı
tikiş tikən görməmişik.To have felindən sonra gələn birləşmə də mürəkkəb tamamlıqlar
qrupuna daxildir. Bu mürəkkəb tamamlıq da feli xəbərlə və keçmiş zaman feli sifəti ilə
ifadə olunmuş hərəkət şəxsin özü icra etmədiyini, hərəkət şəxsin xahişi və ya əmri ilə
başqa bir adam tərəfindən həyata keçirildiyini göstərir.
I had my photo taken – Mən şəklimi çəkdirmişəm (Fotoqraf mənim şəklimi
çəkib).He will have his hair cut – O, başını qırxdıracaq (dəllək qırxacaq).
(She will have his) She must have he shoes mended – O, ayaqqabılarını təmir
etdirməlidir (pinəçi təmir etməlidir).İngilis dilində for sözünü ilə işlənən mürəkkəb
mübtəda, mürəkkəb təyin və ya mürəkkəb məqsəd zərfliyi birləşmələrinə də təsadüf
etmək mümkündür.
For a young girl to live all alone was very hard – (mürəkkəb mübtəda) Cavan qız
üçün yalqız yaşamaq çətin idi.This is an easy for you io fulfill – Bu sizin yerinə yetirə
biləcəyiniz ən asan plandır.İngilis dilində sintaktik birləşmələr sırasına xüsusiləşmiş feli
sifət adlanan ibarə də daxildir.
Belə quruluşda feli sifət predikativ vəzifəsi daşıyır. Özünün əsas mübtədadan
fərqlənən mübtədası olduğu üçün bir növ xəbər rolunu oynayır. Bu quruluş genişlənib
səbəb, zaman və ya şərt zərflik bucaq cümlələrinə çevirə bilər.Work having been the
workers went home – İş bitdiyinə görə işçilər evə getdilər.Belə cümlələr Azərbaycan
dilinə həmişə müvafiq zərflik budaq cümləsi ilə tərcümə edilir.Weather permitting we
shall strat to morrow – Hava imkan versə sabah yolu düşəcəyik.
Filologiya məsələləri – №02, 2016
136
ƏDƏBİYYAT
1. Azərbaycan və ingilis dillərində sadə cümlənin struktur tipləri. Tədqiqlər.
AMEA. Bakı, Elm nəşr. 2004.
2. Azərbaycan və ingilis dillərində sadə cümlənin funksional xüsusiyyətləri.
AzTU, Elmi əsərlər, №3, Bakı-2007.
3. Sintaktik birləşmələrdə ingilis dili mənşəli sözlərin Azərbaycan dilinin izahlı
lüğətində işlənməsi. Bakı-1999. «Nurlan» nəşr.
4. Sintaktik üsulla yaranan ingilis dili mənşəli texniki terminlər. EA Folklor
İnstitutu. «Elmi axtarışlar». Bakı-Səda-2006.
С.МАМЕДОВА
СИНТАКТИЧЕСКИ- ФУНКЦИОНАЛЬНЫЕ ОСОБЕННОСТИ ГЛАГОЛОВ
В СОВВРЕМЕННОМ АНГЛИЙСКОМ ЯЗЫКЕ
РЕЗЮМЕ
В статье рассматриваются функциональные особенности сложных сущест-
вительных и глагольных предикативов в синтаксических соединениях в
современном английском языке, а также анализируются семантико-функциональ-
ная роль сложных в простых предложениях.
В статье также рассматривается некоторые виды глаголов,их расположения
в простых и сложных предложениях и употребления в родном и иностранном
языке.
S.MAMEDOVA
VERBE WITH FUNCTIONAL PECULIARITY OF COMPROUND
NOUN AND VERBAL IN ENGLIS AND AZERBAIJANI
SUMMARY
The article deals with functional peculiarities of compound nouns and verbal
predicatives in the syntactical wits in she contemporary English language, also
semantical-functional role of compound words in the simple
The articlesays about studying aspects of paremiological units.By the levelof
verbalstructure are opposed not only to classicx sentences?but also verbs expressions.
Verbs sentence expression are subject to the analysise both from a semantic point
of view and from position.
Rəyçi: Həbib Mirzəyev
filologiya üzrə fəlsəfə doktoru,dosent.
Filologiya məsələləri – №02, 2015
137
GÜNEL ƏLİYEVA
ADPU xarici dillər kafedrası
BƏDİİ MƏTNİN ONOMASTİK MƏNZƏRƏSİ HAQQINDA
Açar sözlər: Bədii mətn,onomastika,mənzərə,stilistika,semantika
Ключевыеслова: литературный текст, ономастика, взгляд, стилистика,
семантика
Key words: Literary text,onomastics,view,semantics,stylistics
Müasir linqvistik tədqiqatlarda bədii mətn və onunla bağlı problemlərə geniş yer
verilir. Mətnə bu cür maraq linqvistik tədqiqatların sem paradiqması ilə bağlıdır. Bu və
ya digər məsələyə mətn səviyyəsində yanaşma onun minimal linqvistik vahidinin
cümlədən böyük olmasını da nəzərdə tutur (5, s.39)
Bədii əsərdə hər bir dil işarəsinin mətnə daxil edilməsi təsadüfi deyildir. Müəllif,
özünün həyat təcrübəsi, sosial-mədəni və intellektual-psixi xüsusiyyətləri ilə şərtlənən,
onların təsiri ilə real, gerçəklikdən götürülmüş hadisə, xassə, keyfiyyət və s. əsərə daxil
edir. O, gerçəkliyin fərdi modelini qurur. Mətni yaradarkən müəllif gerçəkliyin surətini
çıxarmır, onun elementlərini seçib təsvir olunanın təşkilediciləri kimi paylayır (1,
s.155).
Bu baxımdan, bədii əsərdəki xüsusi adların da müəllif seçimi mətn yaradıcılığının
əhəmiyyətli hadisəsidir. “Onomastiklik mətnin əhəmiyyətli parametri, mətn yaradıcı-
lığının zəruri amilidir” (7, s.9). Bədii mətnin onomastik tərkibinin təhlili müəllifin həyat
baxışları, əsərin ideya-bədii dəyəri barədə məlumat verir. Hər bir əsərin öz onomas-
tikonu olur. Ora müxtəlif xüsusi adlar daxil olur.
Bədii əsərdə hər bir ad, eləcə də, hər bir söz ətraf kontekstlərlə müxtəlif şəkilli
əlaqələrə malikdir. Bədii mətn estetik cəhətdən təşkil edilmiş funksional qapalı sistem
olduğundan ad onun tərkibində çoxlu məna, mürəkkəb assosiativ və konnotativ əlaqələr
qazanır. Beləliklə, adın fərdi bədii semantikası meydana gəlir. Adlar əsərdə bədii mətnin
mümkün aləmini yaradan detallar funksiyasını yerinə yetirir.
Ədəbi əsərin personajının adı kimi fəaliyyət göstərən şəxs adı assosiasiyalarla
zənginləşir. Bu assosiasiyalar personajın obrazının koqnitiv fəzasının təşkilediciləridir.
Beləliklə, bədii əsərdə şəxs adı eyniləşdirmə funksiyası ilə yanaşı, bədii-üslubi funksiya
da qazanır. Antroponim bədii əsərdə özünün denotativ mənasını və çoxsaylı konnotativ
mənalarını alaraq bəzi hallarda ümumi adlara yaxınlaşır. Şəxs adları ilə müəyyən
xüsusiyyəti bildirən ümumi ad arasında bərabərlik iki qrup amil əsasında tədricən
formalaşır. Birinci qrup amillər personajın addan kənar xüsusiyyətləridir. Bu, personajın
fəaliyyəti, onu görkəmi, daxili aləmi və s. haqqında məlumatlardır. İkinci qrup amillər
isə adın özündə cəmləşir (2, s.27).
Mətnyaratma funksiyası onomastik vahidin mətnin struktur və məzmun-məna
informasiya fəzasının formalaşdırıcı elementi kimi çıxış etməsidir.
V.Nabokovun “Sevastyan Naytın həqiqi həyatı” romanının məzmununun yaxşı
başa düşülməsi üçün vacib şərt mətnyaradıcı “şahmat” onomastikasıdır. Əsərin baş
qəhrəmanının soyadı Knight şahmatda “at” mənasındadır. Əsərin digər personajlarının
adları da şahmatla əlaqələndirilmişdir. “Knight”ın ilk sevgilisi Clare Bishop, ikinci
qadın isə Turovets soyadlı xanımdır. “Bishop” ingilis dilində şahmatda “fil”i bildirir.
Turovets soyadında isə şahmat topunun rus adı “tura” sözündəndir. Turovets ərə
Filologiya məsələləri – №02, 2016
138
getdikdən sonra aldığı Leserf familiyası fransız dili ilə bağlıdır. Fransız “le” artiklini
atdıqda “serf” qalır. Bu isə, anaqrammatika “ferz” (şahmatda vəzir) sözünə çevrilir
(serf=fers/ferz). Sevastiyanın əmisinin adı –N.Stainton da şahmatla izah olunandır. XIX
əsrin 40-cı illərində İngiltərədə yaşamış məşhur şahmatçı və şahmat tarixçisi Howard
Staunton ilə H.Stainton arasında familiyalarda u=i fərqi nəzərə çarpır. Bundan başqa
“Stainton” sözündə də anaqrammatika xüsusiyyət aşkar nəzərə çarpır Stainton=Seitnot.
Ümumiyyətlə, bu əsərdə “şahmat” mövzusu personaj və hadisələri bir yerə
toplamağa imkan verir. Sevastyan gəncliyində şerlər yazır və onların altında imza
əvəzinə qara şahmat aşının şəklini çəkir. Belə bir atı Pavel Reçnoy oyun zamanı vurub
əlinə götürür. Döyülən qapını açarkən bu at Pavelin əlində olur. Qapını döyən hadisələri
nəql edən V. adlandırılan şəxsdir. O, St.Damier hospitalında olan qardaşı ilə görüşmək
arzusundadır. Lakin əsəri danışan hospitalın adını xatırlamır. Ad təsadüfən onun yadına
düşür. Telefon avtomat köşkündə o görür ki, kimsə burada şahmat taxtası çəkmək
istəmişdir: ein Schachbrett, un damier… “Bu zaman mənim beynimdə nəsə oyandı və
dilimə gəldi: Cen-Damje!” “Some anonymous artist had begun blacking squares-a
chess board, ein Schachbrett, un Damier…There was a flash in my brain and the word
settled on my tongue: St.Damier!” (8, s.185).
“Damier” fransız dilində şahmat taxtasıdır. Əsərin baş qəhrəmanının anası
Roquebrune şəhərində vəfat edir. Fransız dilində “roquer” qalaqurma (rokirovka)
mənasındadır. Əsərdə situativ motivləşmiş daha iki ad vardır. Bunlar “ağ” və “qara”
sifətlərinin substantivləşməsindən alınan “Black” və “White” adlarıdır. Bu iki şəxs
şahmat oynayır. “White” adlandırılan Pavel Reçnay, “Black” isə onun qohumudur.
Pavel ağlarla oynayır. Ona iştirak edir. Başqa bir personaj “Shvarts” familiyalı qocadır.
O, qocalar evində balaca yetim uşağa atın necə hərəkət etməsini göstərir. Qocanın
familiyası alman dilindən tərcümədə “qara” mənasını verir (8, s.203).
Ümumiyyətlə, V.Nabokovun ingilis dilində qələmə aldığı bu əsər bədii əsərdə
antroponimlərin funksionallığını, rolunu, xüsusiyyətlərini öyrənməkdə mühüm rol
oynayır. Hər şeydən əvvəl, əsərdə müəllif müxtəlif dillərdən-ingilis, fransız, alman, rus
dillərindən irəli gələn semantika və podtekstdən istifadə etmişdir. Qəhrəmanların adları
bilavasitə müəyyən bir sahəyə bağlıdır (şahmat onomastikası). Eyni zamanda, başqa
onomastik vahidlərdə də bu cəhət qabarıqdır. Əsərdə mətnyaratma vasitəsinin əsas
vasitəsi antroponimlər və digər onomastik vahidlərdir. Müəllif bütün şahmat
terminlərini onomastik vahidlərə çevirmir. Piyada, şah, mat, pat və s. terminləri
onomastikləşməsi müşahidə olunmur. Bununla belə, əsərin başlığında ilk “şahmat”
antroponimi Knight daxil edilir və bədii mətnin inkişafı da buradan başlanır. Oyunda
qara at vurulur. Onu vuran oyunçu əlində qara at qapını açır. Qara at taxtadan
“damıer”dən götürülmüşdür. Qapıdan girən “B”-nin qardaşı da bu anda St.Damier
xəstəxanasında vəfat edir. B. içəri girəndə qara atı qapını açanın əlində görür. Lakin o,
“St.Damier”də qardaşının ölümündən xəbərsizdir. Təbii ki, şahmat partiyası atın
taxtadan götürülməsi ilə bitmir. Ona görə də, əsərin qeyd olunan sonluğu əlavə şərh və
yozumlar tələb edir. Nəyə görə qəhrəmanın anası “Roquer” sözü ilə bağlı şəhərdə ölür,
niyə “qara at” taxtadan götürülür, niyə soyadının mənası “qara” olan qoca yetim uşağa
məhz atın gedişlərini öyrədir. Bütün bu suallar şübhəsiz ki, əsərin dərin təhlili
prosesində açıla bilər.
Bədii əsərdəki antroponimlərin mühüm funksiyalarından biri də allüziyadır. Adlar
mədəni-tarixi realiyaları, ədəbi faktları yada salır və ya əsərə gətirir. Nəticədə,
antroponimlərin mətnyaratma və allüziya funksiyaları bir-biri ilə əlaqələnir. Bədii
Filologiya məsələləri – №02, 2015
139
əsərdə allüziyadan istifadə olunmasının məqsədi resipientə (oxucuya) informasiya
təsirini gerçəkləşdirməkdir. Ədəbi allüziya geniş dairədə məlum olmalıdır. Məhz bu
səbəbdəndir ki, bədii allüziyanın obyekti, bir qayda olaraq, klassiklər və klassik
qəhrəmanlardır. Adresant (müəllif) allüziya ilə informasiya ötürərkən adresatın
məlumatı deşifrovka etməkdə çətinlik çəkməyəcəyini nəzərdə tutur. Bir çox hallarda
allüziyadan istifadə edən müəllif adresata mətnin adına çəkir. Lakin bu xüsusiyyət bütün
müəlliflərə xas deyildir. Bəzən müəllif oxucusunun ön biliklərinə inanır və ya bu
qənaətdə olur ki, onun adresatları söhbətin kimdən getməsini müəyyənləşdirəcəkdir.
V.Nabokovun ingilis dilində yazdığı “The Real life of Sebastian Knight”
əsərindəki Sebastian Knight antroponimi özündə bir çox ön bilikləri saxlayır. Həmin
biliklərin hamıya aydın olması, təbii ki, doğru deyildir. Lakin əsərin başa düşülməsi
üçün bu adla bağlı biliklər mühüm əhəmiyyət daşıyır. Sevastyan adı ruslarda yayılmış
antroponim deyildir. Əsərə görə Sevastyanın atası XIX əsrin sonu XX əsrin
əvvəllərində yaşamışdır. Belə olan təqdirdə, müəllif antroponimi əsərə daxil etməklə
başqa bir mənanı açmaq istəmişdir. “Sebastian Knight” antroponimində bir sıra allüziv
elementlər vardır. Qəhrəman dekabrın 31-də doğulmuşdur. Həmin gün xristianlar
Sevastyan adlı müqəddəsin doğum tarixini qeyd edir. Əfsanəyə görə, Sebastyan Roma
oxucular legionunun kapitanı olmuş, xristianlığı qəbul etmiş və onu təbliğ etmişdir. Bu
səbəbdən Roma imperatoru Diokletian 20.01.354 tarixdə onu edam etdirmişdir.
Müqəddəs Sevastyanın zühuru V əsrə aiddir və xalqı cüzamdan müdafiə edən kimi
təqdim olunur. Əsərin adında “Sevastyanın həqiqi həyatı” ifadəsi oxucunu məhz
haqqında bəhs olunan Sevastyanın həyatı barədə məlumata kökləyir.
Müqəddəs Sevastyanın və əsərin qəhrəmanının çəkdiyi əzablar da paralel
aparmağa imkan verir. “Kinght” sözünün bir mənası da “cəngavər”dir. Müəllif “knight”
sözünün kart oyununda “baet”i bildirir. Müəllif bunu nəzərə alı rvə romanın fabulasında
“King, Queen, Knove” sözlərini işlədir. “Knight” və “night” sözləri fonetik
omonimlərdir. Bu da qaranlıq”, “qara” xəttini əmələ gətirir. “Night” Şekspirlə allüziv
əlaqəni ortaya çıxarır: whight - black, işıq - zülmət və s.
V.Nabokovun ingilis dilində yazdığı əsərlərdə öz adını personajların adlarında
şifrələməsi də məlumdur. Adı çəkilən romanda nəqledən “V” adı ilə verilir. Bu,
Vladimir kimi qəbul oluna bilər.
“Kinght” sözünün tələffüzü “N” fonemi ilə başlanır. Buradan “Nabokov”
soyadına keçid görünür.
Bədii ədəbiyyatda əlavə informasiya daşıyan adların istifadə olunması xüsusi
ədəbi üsuldur. Əsərdə istifadə edilən adların az olmayan bir qismi mədəni realiyalardır.
Əsərdəki ad təsvir olunan hadisələrin antroponim mənzərəsi ilə həmişə səsləşir. Hazırda
linqvistlər onimlərin bədii əsərdə imtiyazlı bir yer tutduğunu qəbul edirlər. Bu imtiyaz
müəllifin həmin adlara əlavə etdiyi assosiativ əlaqələrdən doğur və əsərin semantik
qayəsini açmaqda, praqmatik funksiyalar yerinə yetirdikdə mühüm rol oynayır. Bəzi
müəlliflərin əsərlərində bu cəhət xüsusi yer tutur. Məşhur ingilis yazıçısı V.Skottun
əsərlərinin onomastikonu bədii mətnlərdə antroponimlərin funksiyaları probleminin
öyrənilməsində olduqca əhəmiyyətlidir. Müəllifin yaratdığı və ya istifadə etdiyi
antroponimlər sisteminin həm ayrılıqda, həm də müxtəlif dövrlərdə, o cümlədən XX
əsrdə yazılmış ingilisdilli bədii ədəbiyyatlardakı şəxs adları ilə müqayisəli araşdırmalar
üçün vacib faktoloji materialdır. V.Skottun antroponimləri intensional yükü və
praqmatik potensialı ilə seçilir. Bu baxımdan onlar antroponimlərin həm müəllif
intensiyasını, həm də praqmatik potensialını müəyyənləşdirmək üçün diqqət mərkəzinə
Filologiya məsələləri – №02, 2016
140
çəkilməlidir.
Qeyd edək ki, V.Nabokovun romanında işlənmiş “knight” antroponimi
“cəngavər” mənasında bir sıra müəlliflərin, xüsusən də V.Skottun romanlarında
mürəkkəb antroponimin tərkib komponenti kimi çox istifadə edilmişdir. Müəllifin
“Ayvənhou” romanında tərkibində “knight” olan aşağıdakı adlar vardır: Knight
Disinheritod –Əmlakdan məhrum edilmiş cəngavər; The Black Knight – Qara cəngavər;
Knight of the Fetterlock – Asılan Qəsrin cəngavəri, Blue Knight – Mavi cəngavər. Bu
adlar V.Nabokovun romanındakı adla V.Skottun “knight” tərkibli antroponimləri
arasında assosiativ əlaqə yaradır. Təbii ki, belə əlaqə hər şeydən əvvəl, tərkib
komponentinin üst-üstə düşməsi ilə üzə çıxır. Real olaraq belə əlaqənin mövcudluğu hər
iki əsərdəki surətlərin müəyyən parametrlər üzrə qarşılaşdırılmasını tələb edir.
V.Skott yaradıcılığının təkrarolunmaz onomastik mənzərəsi vardır. Bu əsərlərdə
antroponimlər xüsusi yer tutur və məhz V.Skott yaradıcılığı bədii əsərlərin antroponim
ehtiyatının təsnifinə əsaslı zəmin yaratmışdır.
Tədqiqatçılar V.Skottun “Ayvənhou” romanında bir, iki və üçüzvlü adları
ayırmışlar. “Ayvənhou”da qeydə alınan 354 antroponimdən 216-sı birüzvlü, 121-i
ikiüzvlü, 17-si üçüzvlüdür (3, s.3487).
V.Skottun “Ayvənhou” romanında ikiüzvlü antroponim konstruksiyalarının
müxtəlif modellərini qurmaq mümkündür. Məsələn, ad+soyad, ad+titul, ad+ləqəb,
atribut+ad. Bədii əsərdə antroponimlərin işlənmə xüsusiyyətlərinin V.Skott
yaradıcılığında üzə çıxan maraqlı cəhətlərdən biri də eyni şəxsə aid antroponimin
variativliyidir. Məsələn, “Ayvənhou” əsərində 354 addan altısında variativlik qeydə
alınır. Bu adların bəzilərinin iki, bəzisinin daha artıq variantına rast gəlinir. Variativlik
göstəricisi 2 ilə 7 arasında dəyişir. Məsələn,
Cedric the Saxon – Saxon-Cedric Rotervudsky;
Wilfred Ivanhoe – Ivanhoe-Knight Disinherited – wilfred-Desdichado-
Disinherited;
Athelstane-Athelstane Komingsburgsky – Athelstane the Unready;
King Richard the Lionheart-Richard the Lionheart-Richard-The King of England-
Richard I-Richard Engilish –The Black Knight-Knight of the Fetterlock-Black Night of
the Fetterlock-Black couch potato;
Prince john-Prince-Prince of Anjou;
Loxley-Robin Hood-Locksley of sherwood Forest-waldemar Fitz Urs-blue knight.
Variativ adlar antroponimlərin praqmatik əhəmiyyətli nüvəsini təşkil edir. Bəzi
adlarda antroponimik variativlik fonetik və ya qrafik səviyyədə özünü göstərir: Ladu
Rowenaledi Robena, Rebecca-Rewecca, Isaac-Isaack Wamba-Bamba və s.
İngilis bədii ədəbiyyatında işlənən adlar mənşəcə rəngarəngliyə malikdir. Bu
məsələyə iki istiqamətdən yanaşmaq olar. Birinci istiqamət ingilis dilinin leksikasının,
eləcə də, onomastikonu müxtəlif dillərdən alınmalarla zəngindir. Bəzi millətlərdən
fərqli olaraq ingilislər istər leksikada, istərsə də onun mühüm layını təşkil edən onomas-
tik vahidlərdə özləşdirmə və dəyişdirmə siyasəti aparmamışlar. Alınma antoropnimlər,
toponimlər saxlanılmış, onlarda fonetik, qrafik və leksik dəyişmələr aparılmamışdır.
İkinci istiqamət ədəbiyyat və bədii əsərin bəhs etdiyi mövzu ilə bağlıdır. Hansı
janrda yazılmasından asılı olmayaraq bədii əsərdə müxtəlif xalqların nümayəndələrinin
personajı kimi iştirakı mümkündür. Belə hallarda müəllif personaja onun mənsub
olduğu millət üçün səciyyəvi adlardan istifadə edir. Tarixi, müxtəlif xalqlar arasındakı
müharibələrdən bəhs edən əsərlərdə, həmçinin hadisələrin bir ölkədən digərinə keçməsi
Filologiya məsələləri – №02, 2015
141
ilə inkişaf edən süjetlərdə fərqli mənşəli antroponimlər kifayət qədər müşahidə olunur.
İngilis ədəbiyyatında yəhudi mənşəli adlarda vardır: İsaak, İshmael, Rebecca,
Kridzhat Jairam, Abraham, Joseph, Nathan Ben Samuel, Lazarus və s. Bu adlar bədii
əsərdə tarixi kolorit vermək məqsədilə də işlədilir. XII əsr İngiltərəsi milli tərkibin
qarşılığı ilə seçilmişdir. Müasir Böyük Britaniya da çoxmillətliliyi ilə seçilir.
Yəhudilər Britaniyaya ərəb adları da gətirmişlər. V.Skottun əsərlərində ərəb adlı
yəhudi surətləri də vardır (Abdullah, Mahmoud, Mohammed, Sultan Saladin və s.). Ad-
onimlər bədii əsərdə resipient üçün əhəmiyyətli informasiya daşıyıcısıdır. Belə adlar
müəllif tərəfindən bəzən informasiyanı gizlətmək məqsədilə də əsərə daxil edilir (4,
s.4). Bir millətə məxsus adın başqa millətin nümayəndəsinin daşıması da bədii əsərdə
əlavə informasiya və koheziya xətləri açır. Bədii mətnlərdə antroponimlərin işlənmə
xüsusiyyətləri probleminin maraq doğuran tərəflərindən biri də budur.
Bir sıra hallarda müəllif personajı adlandırmanı motivləşdirir və adı intensional
praqmatik potensialla zənginləşdirir. Məsələn, Loxley-Robin Hood. “-Call me no longer
Locksley, my Liege, but know me under the name which, I fear, fame hath, blown too
widely not to have reached even your royal ears: I am Robin Hood of Sherwood Forest”
(9, s.464).
XX əsr ingilis ədəbiyyatından bəhs edərkən əsərlərdə istifadə olunmuş ad və
ləqəblərin də praqmatik yöndən izahı ilə müqayisə və paralellər aparmaq maraq
doğurur. İngilis romanlarında ləqəbin personajın məşğuliyyət növünə, xarici
görünüşünə, xarakterinin xüsusi cəhətlərinə, geyiminə, saçına, bədən hərəkətlərinə və s.
verilməsi müşahidə olunur. Məsələn, məşğuliyyət: Robin Hood: “King of autlaws, and
Prince of good fellows!”-said the King (9, s.465); Richard the Lionheart: “…” görkəm:
Athelstane…; qəhrəman xarakter…; qəhrəmanın sosial vəziyyəti və s.
Antroponimlər onları daşıyan şəxslərin tanınma dərəcəsi əsasında da
qruplaşdırılır. Tanınma allüziyasının reallaşması oxucunun, adresatın erudisiyası, biliyi
qarşısında əlavə tələblər qoyur. Allüziya uğurla gerçəkləşdirildikdə bədii əsərin oxucuya
estetik təsiri güclənir. Bu güclənmə intensiv assosiativ təsirlərə əsaslanır, bədii mətni
dilxarici reallıqlarla vəhdətə gətirir (6, s.8).
Bədii əsərdə tanınan adlar müəyyən bir sistem təşkil edir. Bəzi adlarda tanınma
əlavə komponentlə bağlı bəlirlənirsə, başqa hallarda assosiasiya və kontekst
dəqiqləşdirici funksiya ilə məsələyə aydınlıq gətirir: Henry II, Wilhelm II, Edward III,
St.Mary, the Blessed Virgin, St.John, The Lord God, Richard the Lionheart, St.Mark,
St.Viol, Napaleon və s.
Bədii əsərin antroponimikonu ikili motivləşməyə malikdir. Bir tərəfdən,
motivləşmə əlaqələri real adlara uyğun gəlir, digər tərəfdən, antroponimik sistem bədii
əsərin məzmun kontekstində assosiativ əlaqələrlə süni motivləşdirilmiş sistem əmələ
gətirir. Adlar, əsərdə təsvir olunan dövrün müxtəlif aspektli keyfiyyətlərini açır. Əsərin
baş qəhrəmanlarının adları praqmatik, kommunikativ, nominativ, idioüslubi, koqnitiv və
s. funksiyaları yerinə yetirir.
Deyilənlərdən aydın olur ki, bədii əsərin strukturuna daxil edilmiş şəxs adı bu
əsərin yaradılması ilə bilavasitə bağlıdır. Ədəbi onomastikanın öyrənilməsi, hər şeydən
əvvəl, bədii əsərin yaxşı dərk olunması üçün vacibdir. Xüsusi adın mətn
funksionallığının öz xüsusiyyətləri vardır. Ad və başlıqlar bədii əsərin formasının
ayrılmaz elementləri bədii obraz yaradan vasitələridir. Onimlər özlərində mətn yükü, səs
cildi daşıyır, assosiativ fona malik olur. Xüsusi adlar üslubi cəhətdən doğru və dəqiq
olmalı, bədii əsərin ideya-bədii qayəsinə, məfkurəsinə, məqsədlərinə uyğun gəlməli,
Filologiya məsələləri – №02, 2016
142
səciyyəvi koloriti, bəzən hansısa xüsusi mənanı, müəllif ideyasını ötürməlidir. Uğurlu
seçilmiş ad personajın xarakterinin açılmasının əlavə elementi olub tam əsərdən doğan
emosional təsəvvürü gücləndirir.
Dostları ilə paylaş: |