Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
#16982
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

ƏDƏBİYYAT 

1.  K.Abdullayev: «Azərbaycan dili sintaksisinin problemləri», B. 1998. 

2.  Ə.Abdullayev: «Aktual üzvlənmə və mətn». Xəzər Universiteti nəşr. B., 1998. 

3.  B.Bayramov. Seçilmiş əsərləri, I cild, B., 1968. 

4.  Ə.Xəlilov: «Əvəzliklərin müstəqil cümlələr arasında əlaqə yaratmaqda rolu». 

Azərb. SSR EA-nın xəbərləri. 1961 NI. 

5.  C.Cabbarlı. Əsərləri, III cild. B., 1969. 

6.  O.Whilde. M., 1958, The picture of Dorian Gray. 

7.  O.Whilde. 1979, Fairy tales. 

8.  J.Golsworthy. Bookl, M., 1974. The Forsite Saga. 

9.  William Shakespeare Level 4, Three great plays of Shakespeare. 

 

А.ГУСЕЙНОВА 

РОЛЬ И ЗНАЧЕНИЕ МЕСТОИМЕНИЯ ВО ВНУТРИ  

ТЕКСТА В АНГЛИЙСКОМ И АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКАХ 

РЕЗЮМЕ 

В  статье  затронуты  актуальные  вопросы  связанные  с  местоимениями  в 

лингвистике. 

Местоимением называется часть речи, которая употребляется вместо имени 

существительного  и  прилагательного.  Автор  показал  что,  местоимения  играют 

большую  роль  меж  предложениями  и  также  они  связывают  эти  предложения  и 

словосочетания  в  тексте.В  статье  также  рассматриваетсяграмматическая 

категория местоимении в Английском языке и его сравнение с Азербайджанском 

языкам,а  также  анализируется  некоторые  ее  виды,таких  как  личные, 

демонстративные, и др.виды м 



A.KUSSEYNOVA 

ROLE AND IMPORTANCE OF PRONOUNS ENTRETEXT IN  

SENTENCE IN ENGLIND AND AZERBAIJANY 

 

SUMMARY 

In the article the auther speaks about different connections that create the texğ. 

The writer shows that the pronouns play a great role among the sentsnces of different 

texts, they are used to connect words and clauses. 

The auther shows coordinating pronouns, ispesially personad prnouns which 

connect the same parts of speech and also indenpendent clauses. 

The article speaks about the grammatical cathegory of pronoun in English and 

Azerbaijani its compare its same kinds sush as personal,demonstrative,interrogative et c. 

 

Rəyçi:     Nuriyyə Rzayeva 

                filologiya üzrə fəlsəfə doktoru,dosent. 


Filologiya  məsələləri – №02, 2016 

 

116



 

RUHİYYƏ ƏHMƏDOVA 

 

ADİU         

ruhiyyə.@.mail.ru.

 

 

SOVET DÖVRÜNDƏ NƏŞR OLUNAN ENSİKLOPEDİK LÜĞƏTLƏRDƏ 



İNGİLİS VƏ BAŞQA AVROPA DİLLƏRİNƏ MƏXSUS SÖZ VƏ 

TERMİNLƏRİN İFADƏ ÜSULLARI 

 

Açar sözlər: sovet dövru,ensiklopedik lüğətlər,termin,qrammatika. 

Kлючевые слова: советская время,энциклопедические словари,termин. 

Key words: soviet times,ensiklopedic dictionnary,termin,qrammary. 

 

Məlum olduğu kimi, Azərbaycan dilinin izahlı lüğəti kitabları 4 cilddən ibarət 



olub, akademik M.A.Dadaşzadənin rəhbərliyi ilə 1969-cu ildə başa çatmışdır.Geniş 

oxucu kütləsi üçün tərtib edilmiş bu ilk filoloji lüğət, Sovet hakimiyyəti illərində 

respublikamızda iqtisadiyyatın, həm də keyfiyyətcə dilimizin lüğət tərkibində meydana 

çıxmış yeni mənalar, məfhumlar və  məna incəliklərini izahlı anlamını açıb 

göstərmişdir.”Azərbaycan dilinin izahlı lüğəti” kitabı müasir ədəbi dilimizin bütün 

leksikasını  əks etdirməyi nəzərdə tutmuşdur.Lüğətdə  əks olunan ana dili sözləri ilə 

yanaşı Şərq mənşəli ərəb və fars sözləri, həmçinin Qərb mənşəli ingilis alman, fransız 

və s. mənşəli sözlər də daxil edilmişdir.Lüğətdə  əcnəbi sözlərin mənşəsinin verilməsi 

xüsusi çətinlik törədən məsələlərdən biridir. Çünki, məlum olduğu kimi, əcnəbi sözlərin 

çoxu müxtəlif dillərdə olduğu kimi yazılmır və işlənmir.Lüğətdə həmçinin əks olunan 

ingilis dili mənşəli sözlər də dilimizin lüğət tərkibinə keçərək onun fonetik və 

qrammatik qanunlarına uyğunlaşaraq işlənmişlər.İngilis dilinə  məxsus sözlər idman, 

ailə-məişət, hərbi sənaye və bir çox sahələrdə  işlənməklə yanaşı, elm və texnika 

sahəsində  də onlardan geniş  şəkildə istifadə edilmişdir.Lakin bununla yanaşı 

Azərbaycan dilinin izahlı lüğətlərində  əks olunan ingilis dili mənşəli sözləri tədqiq 

edərkən aşağıdakı prinsipləri nəzərə almaq lazımdır:

 

1)  İngilis dilinə məxsus söz və terminləri düzgün və səlist ifadə etmək,  



2)  Onların məna və məna incəliklərinin açıb göstərmək, 

3)  Hər hansı bir ingilis dilinə məxsus söz və terminlərin işləndiyi sahənin hüdüd 

və çərçivəsini müəyyən etmək, 

 

 



 

 

 



 

4)  İngilis dilinə  məxsus söz və terminlərin ana dilinin fonetik və qrammatik 

dəyişikliyə uğramasını açıb göstərmək və s.  

 

 



 

 

 



5)  Azərbaycan dilinin izahlı lüğəti müəyyən dərəcədə normativ bir lüğət 

olduğundan orada işlənən ingilis dilinə məxsus söz və terminlərin heç də hamısını əhatə 

etmir.Azərbaycan dilinin izahlı lüğətində əks olunan, özünəməxsus yer tutan ingilis dili 

mənşəli sözləri öz işlənmə məqamlarına görə aşağıdakı qruplara bölmək olar:  

a)Azərbaycan dilinin izahlı lüğətində  əks olunan ingilis dili mənşəli sözlərin 

əksəriyyəti terminoloji xarakter daşıyır.Termin qəti surətdə müəyyənləşmiş  mənaya 

malik olan sözdür.İngilis dilinə məxsus sözlərin Azərbaycan dilinin izahlı lüğətinə daxil 

olunması üçün əsas  şərt  onlara  olan  tələbat və onların az-çox geniş 

yayılmasıdır.Azərbaycan dilinin izahlı lüğətində tibb, biologiya, ailə-məişət, texnika, 


Filologiya  məsələləri – №02, 2015 

 

117



iqtisadiyyat, hərbi sənaye və s. sahələrə aid yüzlərlə alınma sözlər vardır ki, bunların da 

müəyyən bir hissəsi ingilis dilinə məxsusdur. 

 b)Azərbaycan dilinin izahlı lüğətində  əks olunan ingilis dili mənşəli sözlərin 

daha bir işlənmə sahəsi onların ümumtəhsil məktəbləri üçün tərtib edilmiş  dərslik və 

dərs vəsaitlərində, həmçinin elmi-kütləvi  ədəbiyyat, mətbuat səhifələrində  və s. 

sahələrdə işlənməsidir. 



Quruluşca növləri:

İngilis dili mənşəli sözlər Azərbaycan dilinin izahlı 

lüğətində struktur quruluş baxımından aşağıdakı növlərə ayrılır:

 

1.Sadə tərkibli ingilis dili mənşəli sözlər: 

Məsələn; avral,lift,boks,futbol,kompyuter,rinq,akr,bunker,allo,vaqon,vağzal və s. 

2.Ana dilinə mənsub şəkilçilərlə işlənən  düzəltmə tipli ingilis dili mənşəli sözlər, 

Məsələn; boksçu,liftçi,vaterpolçu,futbolçu və s. 

3.İngilis və başqa Avropa dillərinə məxsus iki sözün birləşərək mürəkkəb tərkibli 

sözlər.Məsələn; vaqon-restoran,qaz-holder,kinofilm,qazlift və s. 

FONETİK ARAŞDIRMA: 

Azərbaycan dilinin izahlı lüğətində ingilis dili mənşəli sözləri yazılış  və fonetik 

tərkibinə görə aşağıdakı kimi qruplaşdırmaq 

olar: 


     

 

1. Yazılmış  və fonetik tərkibini dilimizdə saxlayanlar:Məsələn; lift-lift,film-film 



və s. 

2. Yazılışına görə fərqli, lakin fonetik tərkibcə dilimizə yaxın sözlər. Məs: check-

çek və s. 

3.Həm yazılış, həm də fonetik xüsusiyyətlərinə görə  fərqlənən ingilis mənşəli 

sözlər. Məsələn: meeting-mitinq və s. 

Qeyd etmək lazımdır ki, başqa  əcnəbi sözlər kimi, ingilis dili mənşəli sözlər də 

dilimizə rus dili vasitəsilə keçmişdir və onun fonetik, qrammatik qanunları  əsasında 

formalaşmış  və onlar Azərbaycan dilinin 4 cildlik izahlı lüğətində rus dili variantında 

olduğu kimi işlənmişlər.Azərbaycan dilinin izahlı lüğətində rus dilindən və rus dili 

vasitəsilə ingilis dilindən alınan sözlərin  əksi orijinala maksimum dərəcədə yaxın 

yazılır.Amma, hər halda ingilis sözlərinin Azərbaycan dilindəki trələffüzü rus dilində 

olduğundan müəyyən dərəcədə  fərqlənir.Azərbaycan dilinin izahlı lüğətində  işlənən 

ingilis dili mənşəli sözləri Azərbaycan dilinin fonetik sisteminə tabe olması 

qanunauyğun və obyektiv prosesdir.Bu terminlərin, yəni ingilis dili mənşəli sözlərin 

fonetik cəhətdən dilimizdə dəyişilməsi dil sistemləri arasındakı fərqlərdən irəli gəlir.  

  A.A.Reformatski bu barədə yazır:” Biz ana dili və öyrəndiymiz  əcnəbi dilin 

ayrıca bir səsini deyil, sistemdə götürülmüş tam fonetik kateqoriyaları müqayisə 

etdikdə, hər bir fonetik sistemin özünəməxsusluğuna inanırıq.Bu hər bir dilin 

özünəməxsus təkrarsızlığı, hər bir dilin əsas xüsusiyyətidir.” 

 

ORFOQRAFİK TƏHLİL: 

 Azərbaycan dilinin izahlı lüğətində ingilis dili mənşəli sözlərdən bəhs etdikdə 

orfoqrafik təhlil aparılması zəruri və məqsədə müvafiq hesab edirik. 

 Orfoqrafiya- yazılı nitq formasıdır.Orfoqrafik təhlil Azərbaycan dilinin yazı 

normalarına görə qanunlaşdırılmış müxtəlif təzahürləri, onların yazılmışının 

tənzimləməsidir. 


Filologiya  məsələləri – №02, 2016 

 

118



  Əlbəttə, bütün bunlar müəyyən prinsiplər  əsasında müəyyənləşir və dilimizin 

daxili inkişaf qanunlarına  əsasən uzlaşır.İngilis dili sözlərinin orfoqrafik 

mənimsənilməsinin əsas içtimai mahiyyəti dil daşıyıcılarından yazılı anlaşmasını təmin 

etməkdir.Bunun  əsasında Azərbaycan dilinin orfoqrafiya qaydaları durur.Həmin 

qaydaların özəyini isə fonetik, morfoloji və tarixi ənənəvi prinsiplər təşkil edir.Bə”zən 

orfoqrafiyanın  əməli qaydalarına ciddi riayət olunmadıqda eyni tipli ingilis sözlərinin 

yazılışında müxtəlifliyə yol verilir.   

 

Məs:, Azərbaycan dilində” d “samiti “r” samiti iyanaşıişlənir. Məs: dörd, dərd, 



mərd, yurd və s. 

Burada  “ d” samiti karlaşsa da tam “ t “ samiti tələffüzündə düşmür.Bu qayda 

ingilis dili mənşəli sözlərə şamil edildikdə bə”zən yazılış normasında vahidlik prinsipi 

pozulur. 

  Məsələn,  standard – standart, crossvord – krasvord, start- start. 

Rus  dili  vasitəsilə ingilis dilində alınmış bu sözlərdə qoşa samitli sözlərin yazılışı 

ingilis və Azərbaycan dillərində müxtəlif olurlar.Məs: cottedj-koteç;crassvord-

krasvord,voleyballe-voleybal,effect-efekt,differential-diferensyal və s. 



QRAMMATİK  TƏHLİL : 

 Azərbaycan dilinin  izahlı lüğətində  əks olunan ingilis dili mənşəli sözlərin 

qrammatik təhlili dilçilik və lüğətçilik baxımından maraqlı bir məqam olub, əcnəbi 

sözlərin ana dilimizin qrammatik qaydalarına uyğunlaşmasını, onunla həmahəng 

işlənməsini nəzər diqqətimizi cəlb edir.Qrammatik mənimsəmə dedikdə ingilis 

sözlərinin dilimizin morfoloji kateqoriyalarına uyğunlaşmasını nəzərdə tutur.Ana dilinin 

qrammatik ölçülərini nəzərə almadan qəbul edilmiş  əcnəbi sözlər formasız, biçimsiz 

leksik parça kimi qəbul edilir.Azərbaycan dilinin izahlı lüğətlərində  əks olunan ingilis 

dili mənşəli sözlərin aşağıdakı seçilmiş sözlərdə ana dilimizin qrammatik qanunlarına 

uyğunlaşaraq işlənməsinə nəzər salaq: 

a)-çı, çi, çu, çü-şəkilçiləri ilə:  liftçi,  voleybolçu,  traktorçu,  rekordçu,  

kombaynçı,  buldozerçi 

b)layıcı, ləyici-şəkilçiləri ilə,ştamp-ştamplayıcı ,asphalt-asfaltlayıcı,şrift-

şriftləyici,press-presləyici 

v)  lamə, ləmə-şəkilçiləri ilə:şirf-şirfləmə,pres-presləmə,mina-minalama 

q)  ləşdirmə-şəkilçisi ilə:modern-modernləşdirmə,kredit-kreditləşdirmə  



 SEMANTİK   ARAŞDIRMA: 

Azərbaycan dilinin izahlı lüğətlərində  əks olunan ingilis dili mənşəli sözlərin 

semantic təhlili xüsusi maraq kəsb edir. 

Qeyd etdiyimiz kimi, əcnəbi sözlərin ana dilimizdə  mənimsənilməsi iki xüsusi 

əlamət daşıyır: 

1)  Formal əlamət 

2)  Funksional əlamət 

    Formal  mənimsəmə  -əcnəbi sözün fonetik,qrafik və morfoloji xarakterini alan 

dilin müvafiq normalarına maksimum yaxınlaşma xəttinə deyilir. 

Funksional mənimsəmə-əcnəbi sözlərin leksik-semantik dəyişməsi işlədilməsinin 

müxtəlif aspektlərini əhatə edir.Dilimizdə işlənən ingilis sözləri semantik sistemə daxil 

olur,müstəqil dəqiq mə”nalar qazanır.İngilis mənşəli sözlərin dilimizdə  işlənərkən ilk 



Filologiya  məsələləri – №02, 2015 

 

119



növbədə  mə”na seçimi faktı  əsas götürülür.Əcnəbi sözlər dilimizin leksik semantik 

sisteminin tələblərinə müvafiq olaraq dəyişikliyə uğrayır. 

Dilimizdə semantik strukturunu genişləndirən ingilis mənşəli << sonq >> sözü də 

Azərbaycan musiqi terminologiyasında << komik operalar, musiqi nömrələrində oxunan 

satirik mahnılar>>  mə”nasında deyil, hal-hazırda tamamilə  fərqli mə”nalarda 

işlənməyə başlayır: 1) caz elementləri ilə sosial-tənqidi məzmunlu mahnıların xüsusi 

növü; 2) Ən dəbdə olan və populyar mahnıların cazla muşaiyət olunması. 

Başqa bir ingilis mənşəli menager-menecer sözü 2 mə”na daşıyır: 1) Təsərrüfatda, 

idarəetmədə işləyən mütəxəsis; 2) peşəkar idmanda idmançıların məşq və yarışını təşkil 

edən  şəxs. “ Menecer” sözünü Azərbaycan dilinin izahında rus dilindən gəlmə  əlavə 

mənaları təkrar olunur: 

1)  Şirkətlərin, bankların, maliyyə idarələrinin, onların struktur bölmələrinin 

rəhbər heyəti; 

2)  Emissiyaların və borc istiqrazların kapital bazarında yerləşdirilməsini həyata 

keçirən rəhbər qrupun iştirakçıları. 

İngilis dili mənşəli “blok” termini Azərbaycan dilinin izahlı lüğətində ( 1 cild, 

səh.210 ) Azərbaycan dilinin həm siyasi və həm də texniki lüğətlərində çoxmənalı söz 

kimi işlənir: 

1)  Blok- ağır  şeyləri qaldırmaq üçün sadə maşın, mexanizm və onun fırlanan 

dişdən (çarxdan ) ibarət olan hissəsi; 

2)  Blok- sözü bir sıra element və hissələrdən ibarət olan qurğunun 

hissələri.Məsələn: qapı blokları və s. 

3)  Blok- beton kütlədən ibarət iri kərpiclər şəklində tikinti. 

4)  Blok- böyük bir binada mənzillər qrupu. 

5)  Blok- siyasi məfhum- Atlantik bloku. 

     Beləliklə,yuxarıda deyilənlərdən aydın olur ki, Azərbaycan dilinin izahlı 

lüğətində əks olunan ingilis dili mənşəli sözlərin öyrənilməsi xüsusi maraq doğurur və 

onların elmi – tədqiqat obyektinə çevrilməsi Azərbaycan dilçiliyində əsas mövzulardan 

biridir.  İngilis dili mənşəli sözlər  əsasən Azərbaycanda Sovet hakimiyyəti illərində 

dilimizin lüğət tərkibinə daxil olmuş, onun təkmilləşməsinə və zənginləşməsinə xidmət 

etmişdir. İctimai – siyasi şəraitdən asılı olaraq demək olar ki, bütün ingilis dili sözlərin 

Azərbaycan dilinin lüğət tərkibinə rus dili vasitəsilə daxil olmuş  və bu səbəbdən də 

izahlı lüğətlərimizdə işlənən ingilis sözləri rus dilinin fonetik və qrammatik qanunlarına 

uyğun olaraq işlənmişlər.Məqalədə qeyd olunan ingilis dili mənşəli sözlər dilimizdə 

struktur quruluş etibarilə - sadə, düzəltmə  və mürəkkəb olmaqla 3 qrupa aid olması 

canlı misallarla izah edilmişdir. Leksik – semantik araşdırma bir neçə ingilis dili 

mənşəli sözlə sübuta yetirilmişdir və orfoqrafik, fonetik, qrammatik analiz mə”ruzənin 

ana xəttinin təşkil edir. 



Filologiya  məsələləri – №02, 2016 

 

120



ƏDƏBİYYAT 

1.  Azərbaycan dilinin izahlı lüğətləri. 1, 2, 3, 4 cildlər.( 1969 – 1987 – ci illər ). 

2.  Nadir Məmmədli:  Alınma terminlər - 1997. “ Elm”  nəşriyyatı. 

3.  Aslanov A.Ə. “ Azərbaycan ədəbi dilinin lüğət tərkibində başlıca dəyişikliklər”. 

1954. Azər. Respubl.EA. 

4.  Qarayev A.A. “ Azərbaycan dilində Avropa dillərindən alınma sözlər “. Bakı. 

1990. 

5.  Qasımov M.Ş. “ Azərbaycan dilinin terminologiyasının əsasları “. Bакı.1963. 



 

              



Р.АХМЕДОВА 

ЗАМЕСТВОВАННЫХ СЛОВ АНГЛИЙСКОГО ПРОИСХОЖДЕНИЯ В 

АЗЕРБАЙДЖАНСКИХ ЭНЦИКЛОПЕДИЧЕСКИХ СЛОВАРЕЙ 

 

В статье рассматриваются в азербайджаних  словарей замествованных слов 



английского происхождения, методы их перевода на азербайджанский язык, а 

также рассматриваются использование в терминологический словарей.В Этой же 

статье также рассматривается аккоьодасия-фонетическое влияние гласных звуков 

на согласных или наобарот,а также фонетическое явление элизия-выпадания 

звуков на английском языке. 

В статье также анализируется некоторые основные приципы заимствования 

в лингвистике и трансфер английских слов в другие Западно-Европейских языков. 

 

R.AKHMTDOVA 

UZAGE AND INVESTIGATION THE TRANSLATION  

WORDS ENDILSHS ENSIKLOPEDIC  DICTIONNARY 

 

SUMMARY 

The article ingestigates the translation styles of English origin words and terms of 

the Azerbaiyan lauguage at the use of member compasite and wouycomposent terms at 

the Azerbaijani terminological dietiouuairies. The article deals with phonetic influence 

of the vowels to the consonants- accomodation or contrary also the dropping of the 

sound in English-elision.The article deals with the borrowings and semantical 

devlopement of the words enriching the ensiclopedic variant of the English landuage.  

 

Rəyçi: Adilə Zeynalova 



            filologiya üzrə fəlsəfə doktoru,dosent. 

 

  

Filologiya  məsələləri – №02, 2015 

 

121



ÜLVİYYƏ  DADAŞOVA 

ADİU 

ülviyyə.@.mail.ru. 

 

TERMİN YARADICILIĞINDA LEKSİK VƏ MORFOLOJİ 

ÜSULLARDAN  İSTİFADƏ EDİLMƏSİ 

 

Açar sözlər: lüğət tərkibi, söz yaradıcılığı, terminlərin yaranma mənbələri morfoloji və 

sintaktik üsullar, alınma sözlər, termin yaradıcılığı, terminlərin yaranma üsulları, dilin 

lüğət fondu, terminin tərkib hissələri, sistemlilik xüsusiyyəti. 

Ключевые слова: состав словаря; словообразование; происхождение созданных 

терминов;  морфологические  и  синтаксические  способы;  заимствованные  слова; 

создание  терминов;  способы  создания  терминов4  словарный  состав  языка; 

компоненты термина; особенность систематичности. 

Key words: composition of dictionary; word creative work; arise sources of the terms; 

morphological and syntactical methods; borrowing; term creative work; the methods of 

the origin terms; word stock of the language; composition parts of the term; the feature 

of systematic character. 

 

Terminlər dilin lüğət tərkibinin  əsas hissələrindən biridir. Dilin müxtəlif sahə-



lərində gedən dəyişmələr daha çox terminoloji sistemdə hiss olunur. Termin kimi işlə-

nən ümumişlək sözlərin böyük bir qismi dilin qədim dövrlərində yaranmışdır. Bu cəhət 

həm ingilis, həm də Azərbaycan dilləri üçün eynidir. 

Azərbaycan istərsə də, ingilis dilində termin yaradıcılığı semantik, morfoloji, sin-

taktik, kalka, sözlərin ixtisarı (abrevaiaturlar) üsulları ilə gedir. Semantik üsulla yaranan 

terminləri – dilin lüğət tərkibinin zənginləşməsi dildə  işlənən sözlərin mənasında baş 

verən dəyişmələrlə bağlıdır. Sözün mənaca dəyişməsinin iki növü fərqləndirilir: 

1)  sözün mənaca tamamilə dəyişməsi

2)  mövcud sözün əsas mənası qalması ilə yeni məna qazanması. 

Hər bir leksik vahid bu və ya digər mənanın ifadəsinə xidmət edir, hər bir söz 

adlandırma funksiyasını yerinə yetirir. Semantik üsulla söz yaradıcılığı dildə kəmiyyət 

dəyişmələri deyil, keyfiyyət dəyişmələri hesabına gerçəkləşir.  

Dil vahidləri – sözlər səs cildlərini saxlamaqla müxtəlif mənalar ifadə edir və 

beləliklə, dilin lüğət tərkibini zənginləşdirir. Bu proses müasir dilin terminoloji qatında 

özünü daha çox göstərir.  

Semantik yolla yeni terminin yaranması müxtəlif dillərin sadə terminologi-

yalarında geniş yayılmışdır. Anlayışların yaxınlığı əsasında və əlamətin oxşarlığına görə 

adın köçürülməsinə çox rast gəlinir. 

Predmet və hadisələr arasındakı məkan, material, məlumat, hərəkət, hərəkətin nə-

ticəsi kimi əlaqələr vardır. Bu əlaqələr yeni anlayışın ümumişlək sözün köməyi ilə 

adlandırılmasında əhəmiyyətli rol oynayır.  

Semantik üsulla yaranan yeni termin, təbii ki, yeni anlayışı ifadə edir, onu adlan-

dırır. «Yəni meydana çıxmış yeni anlayış, əşya arasında müəyyən assosiativ əlaqə yarat-

maqla sözlərin mənası genişlənir, onlar terminoloji mahiyyət kəsb edilər. 

 Deməli, semantik üsulda anlayış yalnız mövcud sözlərlə ifadə edilir, terminin, 

sözün məna yükü artır». 



Filologiya  məsələləri – №02, 2016 

 

122



Semantik üsulla termin yaradıcılığından bəhs edərəknə  nəzəri  əsərlərdə ümu-

mişlək sözlərin yeni məna kəsb edərək terminləşməsində iki aparıcı xüsusiyyət gös-

tərilir: 

1. ümumişlək sözün semantikası genişlənir və bu söz termin səciyyəsi qazarı; belə 

termin-sözlər müasir Azərbaycan dilinin terminoloji sistemində müəyyən kəmiyyət 

göstəricilərinə malik olur və terminologiyada bu proses davam edir; 

2. müxtəlif terminoloji sahələrə və ya dar işləklik keyfiyyətinə malik olan termin 

səciyyəli sözlər başqa sahədə müəyyən anlayışı ifadə etməyə yönəlir və yenibir sahənin 

terminoloji sisteminə daxil olur. 

Real gerçəklikdə əşyalar, predmetlər, obyektlər çoxdur və onlar adlandırılmışdır. 

Əşya və predmetlər arasında müəyyən  əlaqələr vardır. Onlar bir-birinə formaca oxşar 

ola bildiyi kimi, predmet, məkan, zaman və s. əlaqələrlə də bağlanırlar. 

 Predmetlərin assosiativ olaraq bir-birinə  bənzədilməsi onları eyniləşdirilmir, 

onların mahiyyətindəki fərqləri aradan qaldırmır. Lakin oxşarlıq, assosiativ bənzətmə 

müxtəlif olan predmet və obyektlərin eyni sözlərlə adlandırılmasına səbəb ola bilər. 

Nəticədə ümumişlək söz yeni məna kəsb edir. 

 Bu  hadisə termin yaradıcılığında daşa çox baş verir. Semantik üsul adi söz ya-

radıcılığından fərqli olaraq termin yaradıcılığında məhsuldarlığı ilə seçilir. Bunun 

səbəbi dilin lüğət tərkibinə daxil olan ümumişlək sözlərin terminləşməsidir. 

Termin yaradıcılığında dilin öz potensial imkanlarından da geniş istifadə olunur. 

Həm ingilis, həm də Azərbaycan dilində yeni terminin əmələ  gəlməsində sözün 

semantik strukturunda dəyişmələr də mühüm rol oynayır. 

 Bəzi hallarda sözün semantik konversiya və ya semantik sıxılma baş verir. «ter-

min yaradıcılığı sistemi çox mürəkkəb orqanizmdir. Bu orqanizm elmi dilin yaranıb 

inkişaf etdiy dövrdə cilalanaraq formalaşmışdır. Formal komponentlərlə (termindüzəlt-

mə vasitələri) yanaşı, bura törədici əsasın semantik strukturu ilə sıx bağlı olan mənam 

elementləri daxildir». 

Semantik üsulla termin yaradıcılığı terminoloji sistemin inkişafının müxtəlif 

mərhələlərində özünü fərqli  şəkildə göstərir. Ümumişlək sözlərin semantikasında baş 

verən dəyişmələr  əsasında onların, yəni ümumişlək sözlərin terminə çevrilməsinin  ən 

məhsuldar dövrü yeni terminoloji sistemin yaranma dövrünə təsadüf edir.  

Belə ki, «terminlər mövcud sözlər əsasında yaradılır və sözlər yeni məna qazanır. 

İngilis və Azərbaycan dili terminologiyası  coin-sikkə, client-müştəri, benefit-fayda, 

bonus-mükafat, balance-qalıq, allotment-bölgü, alloüance-güzəşt, accumulation-yığım, 

account-hesab, aboundance-bolluq, category-dərəcə, crash-iflas, corvee-biyar, crisis-

böhran, damage-zərər, ziyan, work-iş, debt-borc, deduction-ayırma, demand-tələb, 

base-baza, farm-ferma, fashion-moda, fee-qonarar, hire-muzd, kind-növ, label-yarlıq, 

labour-əmək, list-siyahı, loss-zərər, market-bazar, means-vəsait, master-usta, misey-

dilənçilik və s.». 

 Eləcə  də:”Menecment” (manage) ingilis sözü olub hərfi idarəetmə deməkdir. 

İngilis dilinin iqtisadi terminologiyasına daxil olmuş bu söz «idarəetmə» elminin 

nailiyyətlərinin istifadə edilməsi ilə istehsalatın və istehsal personalının idarəetmə 

prinsiplərinin, formalarının, üsullarının və vasitələrinin məcmusunu ifadə edir. 

Ümumişlək söz kimi «idarəetmə» mənasında işlənir. 

Kapital. Bu söz ingilis dilinə latın dilindən (capitalis) keçmişdir. Mənası  «əsas» 

deməkdir. Hazırda iqtisadi terminologiyada – mürəkkəb iqtisadi kateqoriya kimi pul



Filologiya  məsələləri – №02, 2015 

 

123



torpaq, maddiləşmiş əmək mənalarını ifadə edir. Hamı tərəfindən başa düşülən kapital 

sözü ümumişlək söz kimi yığım məqsədi ilə toplanmış pul kimi də başa düşülür. 

Firma (ital. firma) – müəssisənin,  şirkətin, təsərrüfat cəmiyyətinin, kommersiya 

təşkilatınıün ən ümumiləşdirilmiş adıdır.  

Firmanın aşağıdakı tipləri fərqləndirilir: affiləşdirilmiş – filial, törəmə firma şək-

lində daha iri, əsas  şirkətə birləşdirilmiş yaxın, qohum firmalar; broker-kommersiya 

məqsədlərini güdən və müştərinin tapşırığı ilə və onun hesabına hərəkət edən vasitəçi 

firmak; vençur – elmi-tədqiqat və mühəndis işlərini maliyyələşdirən kiçik, yaxud orta 

investisiya firması; investisiya – investisiya və qabiliyyətli kağızlarla  əməliyyatlarla 

aparmaqla məşğul olan firma; engineer – mühəndis-məsləhət xidmətlərinin göstəril-

məsində ixtisaslaşmış firma; innovasiya – elmi-tdəqiqat işləninin nəticələri bazasında 

yeni texnologiyaların işlənmsi üçün şəriki olduğu firma tərəfindən yaradılan firma; 

konsaltinq – fəaliyyət dairəsi müxtəlif sferalarda məsləhətlərdir; istehsalat – konkret 

məhsulun istehsalı ilə  məşğul olan firma; ticarət – ticarət vasitəsi fəaliyyətlə  məşğul 

olan firma; rieltor – daşınmaz əmlak sahəsində əməliyyatlarla məşğul olan firma. 

Azərbaycan və ingilis dillərinin lüğət tərkibində, onun terminoloji sistemində 

köklü dəyişmələr olmuşdur. Terminlər dilin lüğət tərkibinin  əsas hissələrindən biridir. 

Araşdırma və  tədqiqatlar göstərir ki, dilin müxtəlif sahələrində müşahidə olunan 

dəyişmələr daha çox terminoloji sistemdə hiss olunur. 

İngilis dilində sözdüzəltmədə üç əsas vasitədən istifadə olunur: köklər, ön 

şəkilçilər və suffikslər. Azərbaycan dilindən fərqli olaraq burada köklərin morfoloji 

üsulla sözdüzəltmədə  iştirak etməsi bir qədər qəribə  səslənir və morfoloji üsulla söz 

yaradıcılığının ənənəvi şərhindən kənara çıxır.  

Belə ki, ingilis dilində müəyyən sayda kök vardır ki, onlar dilin lüğət fondunun 

tərkibinə daxil olan öütün sözlərin böyük bir hissəsinin yaranmasında iştirak edir. 

İngilis dilində sözdüzəltmə prosesində fəal olan əsas köklər çoxdur. Məs.: agr, ad, agr, 

alte, anima, anthro, aqua, ann, carn və s.  

Belə köklərin  əvvəlinə ön şəkilçisi, sonuna suffiks artırılması ilə yeni sözlər 

düzəlir. Qeyd olunan köklər termin yaradıcılığında də  fəaldır. Semantik üsulla termin 

yaradıcılığı terminoloji sistemin inkişafının müxtəlif mərhələlərində özünü fərqli 

şəkildə göstərir. Ümumişlək sözlərin semantikasında baş verən dəyişmələr  əsasında 

onların, yəni ümumişlək sözlərin terminə çevrilməsinin  ən məhsuldar dövrü yeni 

terminoloji sistemin yaranması dövrünə təsadüf edir. 

S.Sadıqova yazır: «Azərbaycan dilinin daxili imkanları  əsasında bu dilin söz 

yaradıcılığı üsulları ilə müəyyən anlayışın ifadəsi üçün müvafiq ifadəsi termin yaratmaq 

mümkün olmadıqda başqa dildən həmin anlayışı ifadə edən termin hazır şəkildə alınıb 

işlədilir». 

Alınma terminlər bütün dillərdə vardır. Belə alınmaların bir qismi mənşəyindən 

asılı olmayaraq bütün dillərin sahə terminologiyalarında eyni şəkildə işlənir.  

Belə terminlər internasional və ya beynəlmiləl terminlər kimi qruplaşdırılır. İngilis 

dilinin lüğət tərkibi rəngarəngliyi ilə seçilir. Bu dildə müxtəlif dillərdən alınmaları dilin 

ümumişlək sözləri səviyyəsində də çoxdur. Terminlərdə qeyd olunan cəhət daha yüksək 

səviyyədədir. Bunun nəticəsidir ki, ingilis dilində birbaşa alınmalara daha çox rast 

gəlinir. 

Beynəlmiləl terminlərin böyük bir qismi heç bir müasir dillə bağlı deyildir, əsasın 

yunan və latın dillərinə məxsus elementlərin birləşməsindən əmələ gəlmişdir. Hər hansı 



Filologiya  məsələləri – №02, 2016 

 

124



bir sözün geniş şəkildə işlədilməsi, bir dildən başqasına keçməsi və nəhayət beynəlmiləl 

terminə çevrilməsi onun ifadə etdiyi anlayışla, hadisə və proseslə əlaqədardır. 

 Elmi-texniki  nailiyyətlər artdıqca zərurətdən doğan məfhumlar və anlayışları 

ifadə edən sözlərin beynəlmiləl terminlərə çevrilməsi prosesi də sürətlənir. 

İngilis və Azərbaycan dillərinə daxil olan terminlərin sayı getdikcə artır, bu 

sahənin terminoloji bazası sürətlə  zənginləşir. Vaxtıilə dildə ümumişlək xarakter 

daşyıan yüzlərlə ümmişlək söz terminləşməyə doğru inkişaf etmiş, ən qədim dövrlərdən 

bəri termin yaratmaq xüsusiyyətlərini qoruyub saxlamışdır. 

müasir dövrdə terminologiyada gedən proseslər səciyyələndirən  əsas cəhətlərdən 

biri beynəlmiləl terminlərin sayının sürətlə artmasıdır. 

Beləliklə, nəticə etibarı ilə istər ingilis, istərsə  də Azərbaycan dillərində termin 

yaradıcılığı həm dilin daxidi imkanları, həm də alınmalar hesabına yaranır. 

 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin