ƏDƏBİYYAT
1. K.Abdullayev: «Azərbaycan dili sintaksisinin problemləri», B. 1998.
2. Ə.Abdullayev: «Aktual üzvlənmə və mətn». Xəzər Universiteti nəşr. B., 1998.
3. B.Bayramov. Seçilmiş əsərləri, I cild, B., 1968.
4. Ə.Xəlilov: «Əvəzliklərin müstəqil cümlələr arasında əlaqə yaratmaqda rolu».
Azərb. SSR EA-nın xəbərləri. 1961 NI.
5. C.Cabbarlı. Əsərləri, III cild. B., 1969.
6. O.Whilde. M., 1958, The picture of Dorian Gray.
7. O.Whilde. 1979, Fairy tales.
8. J.Golsworthy. Bookl, M., 1974. The Forsite Saga.
9. William Shakespeare Level 4, Three great plays of Shakespeare.
А.ГУСЕЙНОВА
РОЛЬ И ЗНАЧЕНИЕ МЕСТОИМЕНИЯ ВО ВНУТРИ
ТЕКСТА В АНГЛИЙСКОМ И АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКАХ
РЕЗЮМЕ
В статье затронуты актуальные вопросы связанные с местоимениями в
лингвистике.
Местоимением называется часть речи, которая употребляется вместо имени
существительного и прилагательного. Автор показал что, местоимения играют
большую роль меж предложениями и также они связывают эти предложения и
словосочетания в тексте.В статье также рассматриваетсяграмматическая
категория местоимении в Английском языке и его сравнение с Азербайджанском
языкам,а также анализируется некоторые ее виды,таких как личные,
демонстративные, и др.виды м
A.KUSSEYNOVA
ROLE AND IMPORTANCE OF PRONOUNS ENTRETEXT IN
SENTENCE IN ENGLIND AND AZERBAIJANY
SUMMARY
In the article the auther speaks about different connections that create the texğ.
The writer shows that the pronouns play a great role among the sentsnces of different
texts, they are used to connect words and clauses.
The auther shows coordinating pronouns, ispesially personad prnouns which
connect the same parts of speech and also indenpendent clauses.
The article speaks about the grammatical cathegory of pronoun in English and
Azerbaijani its compare its same kinds sush as personal,demonstrative,interrogative et c.
Rəyçi: Nuriyyə Rzayeva
filologiya üzrə fəlsəfə doktoru,dosent.
Filologiya məsələləri – №02, 2016
116
RUHİYYƏ ƏHMƏDOVA
ADİU
ruhiyyə.@.mail.ru.
SOVET DÖVRÜNDƏ NƏŞR OLUNAN ENSİKLOPEDİK LÜĞƏTLƏRDƏ
İNGİLİS VƏ BAŞQA AVROPA DİLLƏRİNƏ MƏXSUS SÖZ VƏ
TERMİNLƏRİN İFADƏ ÜSULLARI
Açar sözlər: sovet dövru,ensiklopedik lüğətlər,termin,qrammatika.
Kлючевые слова: советская время,энциклопедические словари,termин.
Key words: soviet times,ensiklopedic dictionnary,termin,qrammary.
Məlum olduğu kimi, Azərbaycan dilinin izahlı lüğəti kitabları 4 cilddən ibarət
olub, akademik M.A.Dadaşzadənin rəhbərliyi ilə 1969-cu ildə başa çatmışdır.Geniş
oxucu kütləsi üçün tərtib edilmiş bu ilk filoloji lüğət, Sovet hakimiyyəti illərində
respublikamızda iqtisadiyyatın, həm də keyfiyyətcə dilimizin lüğət tərkibində meydana
çıxmış yeni mənalar, məfhumlar və məna incəliklərini izahlı anlamını açıb
göstərmişdir.”Azərbaycan dilinin izahlı lüğəti” kitabı müasir ədəbi dilimizin bütün
leksikasını əks etdirməyi nəzərdə tutmuşdur.Lüğətdə əks olunan ana dili sözləri ilə
yanaşı Şərq mənşəli ərəb və fars sözləri, həmçinin Qərb mənşəli ingilis alman, fransız
və s. mənşəli sözlər də daxil edilmişdir.Lüğətdə əcnəbi sözlərin mənşəsinin verilməsi
xüsusi çətinlik törədən məsələlərdən biridir. Çünki, məlum olduğu kimi, əcnəbi sözlərin
çoxu müxtəlif dillərdə olduğu kimi yazılmır və işlənmir.Lüğətdə həmçinin əks olunan
ingilis dili mənşəli sözlər də dilimizin lüğət tərkibinə keçərək onun fonetik və
qrammatik qanunlarına uyğunlaşaraq işlənmişlər.İngilis dilinə məxsus sözlər idman,
ailə-məişət, hərbi sənaye və bir çox sahələrdə işlənməklə yanaşı, elm və texnika
sahəsində də onlardan geniş şəkildə istifadə edilmişdir.Lakin bununla yanaşı
Azərbaycan dilinin izahlı lüğətlərində əks olunan ingilis dili mənşəli sözləri tədqiq
edərkən aşağıdakı prinsipləri nəzərə almaq lazımdır:
1) İngilis dilinə məxsus söz və terminləri düzgün və səlist ifadə etmək,
2) Onların məna və məna incəliklərinin açıb göstərmək,
3) Hər hansı bir ingilis dilinə məxsus söz və terminlərin işləndiyi sahənin hüdüd
və çərçivəsini müəyyən etmək,
4) İngilis dilinə məxsus söz və terminlərin ana dilinin fonetik və qrammatik
dəyişikliyə uğramasını açıb göstərmək və s.
5) Azərbaycan dilinin izahlı lüğəti müəyyən dərəcədə normativ bir lüğət
olduğundan orada işlənən ingilis dilinə məxsus söz və terminlərin heç də hamısını əhatə
etmir.Azərbaycan dilinin izahlı lüğətində əks olunan, özünəməxsus yer tutan ingilis dili
mənşəli sözləri öz işlənmə məqamlarına görə aşağıdakı qruplara bölmək olar:
a)Azərbaycan dilinin izahlı lüğətində əks olunan ingilis dili mənşəli sözlərin
əksəriyyəti terminoloji xarakter daşıyır.Termin qəti surətdə müəyyənləşmiş mənaya
malik olan sözdür.İngilis dilinə məxsus sözlərin Azərbaycan dilinin izahlı lüğətinə daxil
olunması üçün əsas şərt onlara olan tələbat və onların az-çox geniş
yayılmasıdır.Azərbaycan dilinin izahlı lüğətində tibb, biologiya, ailə-məişət, texnika,
Filologiya məsələləri – №02, 2015
117
iqtisadiyyat, hərbi sənaye və s. sahələrə aid yüzlərlə alınma sözlər vardır ki, bunların da
müəyyən bir hissəsi ingilis dilinə məxsusdur.
b)Azərbaycan dilinin izahlı lüğətində əks olunan ingilis dili mənşəli sözlərin
daha bir işlənmə sahəsi onların ümumtəhsil məktəbləri üçün tərtib edilmiş dərslik və
dərs vəsaitlərində, həmçinin elmi-kütləvi ədəbiyyat, mətbuat səhifələrində və s.
sahələrdə işlənməsidir.
Quruluşca növləri:
İngilis dili mənşəli sözlər Azərbaycan dilinin izahlı
lüğətində struktur quruluş baxımından aşağıdakı növlərə ayrılır:
1.Sadə tərkibli ingilis dili mənşəli sözlər:
Məsələn; avral,lift,boks,futbol,kompyuter,rinq,akr,bunker,allo,vaqon,vağzal və s.
2.Ana dilinə mənsub şəkilçilərlə işlənən düzəltmə tipli ingilis dili mənşəli sözlər,
Məsələn; boksçu,liftçi,vaterpolçu,futbolçu və s.
3.İngilis və başqa Avropa dillərinə məxsus iki sözün birləşərək mürəkkəb tərkibli
sözlər.Məsələn; vaqon-restoran,qaz-holder,kinofilm,qazlift və s.
FONETİK ARAŞDIRMA:
Azərbaycan dilinin izahlı lüğətində ingilis dili mənşəli sözləri yazılış və fonetik
tərkibinə görə aşağıdakı kimi qruplaşdırmaq
olar:
1. Yazılmış və fonetik tərkibini dilimizdə saxlayanlar:Məsələn; lift-lift,film-film
və s.
2. Yazılışına görə fərqli, lakin fonetik tərkibcə dilimizə yaxın sözlər. Məs: check-
çek və s.
3.Həm yazılış, həm də fonetik xüsusiyyətlərinə görə fərqlənən ingilis mənşəli
sözlər. Məsələn: meeting-mitinq və s.
Qeyd etmək lazımdır ki, başqa əcnəbi sözlər kimi, ingilis dili mənşəli sözlər də
dilimizə rus dili vasitəsilə keçmişdir və onun fonetik, qrammatik qanunları əsasında
formalaşmış və onlar Azərbaycan dilinin 4 cildlik izahlı lüğətində rus dili variantında
olduğu kimi işlənmişlər.Azərbaycan dilinin izahlı lüğətində rus dilindən və rus dili
vasitəsilə ingilis dilindən alınan sözlərin əksi orijinala maksimum dərəcədə yaxın
yazılır.Amma, hər halda ingilis sözlərinin Azərbaycan dilindəki trələffüzü rus dilində
olduğundan müəyyən dərəcədə fərqlənir.Azərbaycan dilinin izahlı lüğətində işlənən
ingilis dili mənşəli sözləri Azərbaycan dilinin fonetik sisteminə tabe olması
qanunauyğun və obyektiv prosesdir.Bu terminlərin, yəni ingilis dili mənşəli sözlərin
fonetik cəhətdən dilimizdə dəyişilməsi dil sistemləri arasındakı fərqlərdən irəli gəlir.
A.A.Reformatski bu barədə yazır:” Biz ana dili və öyrəndiymiz əcnəbi dilin
ayrıca bir səsini deyil, sistemdə götürülmüş tam fonetik kateqoriyaları müqayisə
etdikdə, hər bir fonetik sistemin özünəməxsusluğuna inanırıq.Bu hər bir dilin
özünəməxsus təkrarsızlığı, hər bir dilin əsas xüsusiyyətidir.”
ORFOQRAFİK TƏHLİL:
Azərbaycan dilinin izahlı lüğətində ingilis dili mənşəli sözlərdən bəhs etdikdə
orfoqrafik təhlil aparılması zəruri və məqsədə müvafiq hesab edirik.
Orfoqrafiya- yazılı nitq formasıdır.Orfoqrafik təhlil Azərbaycan dilinin yazı
normalarına görə qanunlaşdırılmış müxtəlif təzahürləri, onların yazılmışının
tənzimləməsidir.
Filologiya məsələləri – №02, 2016
118
Əlbəttə, bütün bunlar müəyyən prinsiplər əsasında müəyyənləşir və dilimizin
daxili inkişaf qanunlarına əsasən uzlaşır.İngilis dili sözlərinin orfoqrafik
mənimsənilməsinin əsas içtimai mahiyyəti dil daşıyıcılarından yazılı anlaşmasını təmin
etməkdir.Bunun əsasında Azərbaycan dilinin orfoqrafiya qaydaları durur.Həmin
qaydaların özəyini isə fonetik, morfoloji və tarixi ənənəvi prinsiplər təşkil edir.Bə”zən
orfoqrafiyanın əməli qaydalarına ciddi riayət olunmadıqda eyni tipli ingilis sözlərinin
yazılışında müxtəlifliyə yol verilir.
Məs:, Azərbaycan dilində” d “samiti “r” samiti iyanaşıişlənir. Məs: dörd, dərd,
mərd, yurd və s.
Burada “ d” samiti karlaşsa da tam “ t “ samiti tələffüzündə düşmür.Bu qayda
ingilis dili mənşəli sözlərə şamil edildikdə bə”zən yazılış normasında vahidlik prinsipi
pozulur.
Məsələn, standard – standart, crossvord – krasvord, start- start.
Rus dili vasitəsilə ingilis dilində alınmış bu sözlərdə qoşa samitli sözlərin yazılışı
ingilis və Azərbaycan dillərində müxtəlif olurlar.Məs: cottedj-koteç;crassvord-
krasvord,voleyballe-voleybal,effect-efekt,differential-diferensyal və s.
QRAMMATİK TƏHLİL :
Azərbaycan dilinin izahlı lüğətində əks olunan ingilis dili mənşəli sözlərin
qrammatik təhlili dilçilik və lüğətçilik baxımından maraqlı bir məqam olub, əcnəbi
sözlərin ana dilimizin qrammatik qaydalarına uyğunlaşmasını, onunla həmahəng
işlənməsini nəzər diqqətimizi cəlb edir.Qrammatik mənimsəmə dedikdə ingilis
sözlərinin dilimizin morfoloji kateqoriyalarına uyğunlaşmasını nəzərdə tutur.Ana dilinin
qrammatik ölçülərini nəzərə almadan qəbul edilmiş əcnəbi sözlər formasız, biçimsiz
leksik parça kimi qəbul edilir.Azərbaycan dilinin izahlı lüğətlərində əks olunan ingilis
dili mənşəli sözlərin aşağıdakı seçilmiş sözlərdə ana dilimizin qrammatik qanunlarına
uyğunlaşaraq işlənməsinə nəzər salaq:
a)-çı, çi, çu, çü-şəkilçiləri ilə: liftçi, voleybolçu, traktorçu, rekordçu,
kombaynçı, buldozerçi
b)layıcı, ləyici-şəkilçiləri ilə,ştamp-ştamplayıcı ,asphalt-asfaltlayıcı,şrift-
şriftləyici,press-presləyici
v) lamə, ləmə-şəkilçiləri ilə:şirf-şirfləmə,pres-presləmə,mina-minalama
q) ləşdirmə-şəkilçisi ilə:modern-modernləşdirmə,kredit-kreditləşdirmə
SEMANTİK ARAŞDIRMA:
Azərbaycan dilinin izahlı lüğətlərində əks olunan ingilis dili mənşəli sözlərin
semantic təhlili xüsusi maraq kəsb edir.
Qeyd etdiyimiz kimi, əcnəbi sözlərin ana dilimizdə mənimsənilməsi iki xüsusi
əlamət daşıyır:
1) Formal əlamət
2) Funksional əlamət
Formal mənimsəmə -əcnəbi sözün fonetik,qrafik və morfoloji xarakterini alan
dilin müvafiq normalarına maksimum yaxınlaşma xəttinə deyilir.
Funksional mənimsəmə-əcnəbi sözlərin leksik-semantik dəyişməsi işlədilməsinin
müxtəlif aspektlərini əhatə edir.Dilimizdə işlənən ingilis sözləri semantik sistemə daxil
olur,müstəqil dəqiq mə”nalar qazanır.İngilis mənşəli sözlərin dilimizdə işlənərkən ilk
Filologiya məsələləri – №02, 2015
119
növbədə mə”na seçimi faktı əsas götürülür.Əcnəbi sözlər dilimizin leksik semantik
sisteminin tələblərinə müvafiq olaraq dəyişikliyə uğrayır.
Dilimizdə semantik strukturunu genişləndirən ingilis mənşəli << sonq >> sözü də
Azərbaycan musiqi terminologiyasında << komik operalar, musiqi nömrələrində oxunan
satirik mahnılar>> mə”nasında deyil, hal-hazırda tamamilə fərqli mə”nalarda
işlənməyə başlayır: 1) caz elementləri ilə sosial-tənqidi məzmunlu mahnıların xüsusi
növü; 2) Ən dəbdə olan və populyar mahnıların cazla muşaiyət olunması.
Başqa bir ingilis mənşəli menager-menecer sözü 2 mə”na daşıyır: 1) Təsərrüfatda,
idarəetmədə işləyən mütəxəsis; 2) peşəkar idmanda idmançıların məşq və yarışını təşkil
edən şəxs. “ Menecer” sözünü Azərbaycan dilinin izahında rus dilindən gəlmə əlavə
mənaları təkrar olunur:
1) Şirkətlərin, bankların, maliyyə idarələrinin, onların struktur bölmələrinin
rəhbər heyəti;
2) Emissiyaların və borc istiqrazların kapital bazarında yerləşdirilməsini həyata
keçirən rəhbər qrupun iştirakçıları.
İngilis dili mənşəli “blok” termini Azərbaycan dilinin izahlı lüğətində ( 1 cild,
səh.210 ) Azərbaycan dilinin həm siyasi və həm də texniki lüğətlərində çoxmənalı söz
kimi işlənir:
1) Blok- ağır şeyləri qaldırmaq üçün sadə maşın, mexanizm və onun fırlanan
dişdən (çarxdan ) ibarət olan hissəsi;
2) Blok- sözü bir sıra element və hissələrdən ibarət olan qurğunun
hissələri.Məsələn: qapı blokları və s.
3) Blok- beton kütlədən ibarət iri kərpiclər şəklində tikinti.
4) Blok- böyük bir binada mənzillər qrupu.
5) Blok- siyasi məfhum- Atlantik bloku.
Beləliklə,yuxarıda deyilənlərdən aydın olur ki, Azərbaycan dilinin izahlı
lüğətində əks olunan ingilis dili mənşəli sözlərin öyrənilməsi xüsusi maraq doğurur və
onların elmi – tədqiqat obyektinə çevrilməsi Azərbaycan dilçiliyində əsas mövzulardan
biridir. İngilis dili mənşəli sözlər əsasən Azərbaycanda Sovet hakimiyyəti illərində
dilimizin lüğət tərkibinə daxil olmuş, onun təkmilləşməsinə və zənginləşməsinə xidmət
etmişdir. İctimai – siyasi şəraitdən asılı olaraq demək olar ki, bütün ingilis dili sözlərin
Azərbaycan dilinin lüğət tərkibinə rus dili vasitəsilə daxil olmuş və bu səbəbdən də
izahlı lüğətlərimizdə işlənən ingilis sözləri rus dilinin fonetik və qrammatik qanunlarına
uyğun olaraq işlənmişlər.Məqalədə qeyd olunan ingilis dili mənşəli sözlər dilimizdə
struktur quruluş etibarilə - sadə, düzəltmə və mürəkkəb olmaqla 3 qrupa aid olması
canlı misallarla izah edilmişdir. Leksik – semantik araşdırma bir neçə ingilis dili
mənşəli sözlə sübuta yetirilmişdir və orfoqrafik, fonetik, qrammatik analiz mə”ruzənin
ana xəttinin təşkil edir.
Filologiya məsələləri – №02, 2016
120
ƏDƏBİYYAT
1. Azərbaycan dilinin izahlı lüğətləri. 1, 2, 3, 4 cildlər.( 1969 – 1987 – ci illər ).
2. Nadir Məmmədli: Alınma terminlər - 1997. “ Elm” nəşriyyatı.
3. Aslanov A.Ə. “ Azərbaycan ədəbi dilinin lüğət tərkibində başlıca dəyişikliklər”.
1954. Azər. Respubl.EA.
4. Qarayev A.A. “ Azərbaycan dilində Avropa dillərindən alınma sözlər “. Bakı.
1990.
5. Qasımov M.Ş. “ Azərbaycan dilinin terminologiyasının əsasları “. Bакı.1963.
Р.АХМЕДОВА
ЗАМЕСТВОВАННЫХ СЛОВ АНГЛИЙСКОГО ПРОИСХОЖДЕНИЯ В
АЗЕРБАЙДЖАНСКИХ ЭНЦИКЛОПЕДИЧЕСКИХ СЛОВАРЕЙ
В статье рассматриваются в азербайджаних словарей замествованных слов
английского происхождения, методы их перевода на азербайджанский язык, а
также рассматриваются использование в терминологический словарей.В Этой же
статье также рассматривается аккоьодасия-фонетическое влияние гласных звуков
на согласных или наобарот,а также фонетическое явление элизия-выпадания
звуков на английском языке.
В статье также анализируется некоторые основные приципы заимствования
в лингвистике и трансфер английских слов в другие Западно-Европейских языков.
R.AKHMTDOVA
UZAGE AND INVESTIGATION THE TRANSLATION
WORDS ENDILSHS ENSIKLOPEDIC DICTIONNARY
SUMMARY
The article ingestigates the translation styles of English origin words and terms of
the Azerbaiyan lauguage at the use of member compasite and wouycomposent terms at
the Azerbaijani terminological dietiouuairies. The article deals with phonetic influence
of the vowels to the consonants- accomodation or contrary also the dropping of the
sound in English-elision.The article deals with the borrowings and semantical
devlopement of the words enriching the ensiclopedic variant of the English landuage.
Rəyçi: Adilə Zeynalova
filologiya üzrə fəlsəfə doktoru,dosent.
Filologiya məsələləri – №02, 2015
121
ÜLVİYYƏ DADAŞOVA
ADİU
ülviyyə.@.mail.ru.
TERMİN YARADICILIĞINDA LEKSİK VƏ MORFOLOJİ
ÜSULLARDAN İSTİFADƏ EDİLMƏSİ
Açar sözlər: lüğət tərkibi, söz yaradıcılığı, terminlərin yaranma mənbələri morfoloji və
sintaktik üsullar, alınma sözlər, termin yaradıcılığı, terminlərin yaranma üsulları, dilin
lüğət fondu, terminin tərkib hissələri, sistemlilik xüsusiyyəti.
Ключевые слова: состав словаря; словообразование; происхождение созданных
терминов; морфологические и синтаксические способы; заимствованные слова;
создание терминов; способы создания терминов4 словарный состав языка;
компоненты термина; особенность систематичности.
Key words: composition of dictionary; word creative work; arise sources of the terms;
morphological and syntactical methods; borrowing; term creative work; the methods of
the origin terms; word stock of the language; composition parts of the term; the feature
of systematic character.
Terminlər dilin lüğət tərkibinin əsas hissələrindən biridir. Dilin müxtəlif sahə-
lərində gedən dəyişmələr daha çox terminoloji sistemdə hiss olunur. Termin kimi işlə-
nən ümumişlək sözlərin böyük bir qismi dilin qədim dövrlərində yaranmışdır. Bu cəhət
həm ingilis, həm də Azərbaycan dilləri üçün eynidir.
Azərbaycan istərsə də, ingilis dilində termin yaradıcılığı semantik, morfoloji, sin-
taktik, kalka, sözlərin ixtisarı (abrevaiaturlar) üsulları ilə gedir. Semantik üsulla yaranan
terminləri – dilin lüğət tərkibinin zənginləşməsi dildə işlənən sözlərin mənasında baş
verən dəyişmələrlə bağlıdır. Sözün mənaca dəyişməsinin iki növü fərqləndirilir:
1) sözün mənaca tamamilə dəyişməsi;
2) mövcud sözün əsas mənası qalması ilə yeni məna qazanması.
Hər bir leksik vahid bu və ya digər mənanın ifadəsinə xidmət edir, hər bir söz
adlandırma funksiyasını yerinə yetirir. Semantik üsulla söz yaradıcılığı dildə kəmiyyət
dəyişmələri deyil, keyfiyyət dəyişmələri hesabına gerçəkləşir.
Dil vahidləri – sözlər səs cildlərini saxlamaqla müxtəlif mənalar ifadə edir və
beləliklə, dilin lüğət tərkibini zənginləşdirir. Bu proses müasir dilin terminoloji qatında
özünü daha çox göstərir.
Semantik yolla yeni terminin yaranması müxtəlif dillərin sadə terminologi-
yalarında geniş yayılmışdır. Anlayışların yaxınlığı əsasında və əlamətin oxşarlığına görə
adın köçürülməsinə çox rast gəlinir.
Predmet və hadisələr arasındakı məkan, material, məlumat, hərəkət, hərəkətin nə-
ticəsi kimi əlaqələr vardır. Bu əlaqələr yeni anlayışın ümumişlək sözün köməyi ilə
adlandırılmasında əhəmiyyətli rol oynayır.
Semantik üsulla yaranan yeni termin, təbii ki, yeni anlayışı ifadə edir, onu adlan-
dırır. «Yəni meydana çıxmış yeni anlayış, əşya arasında müəyyən assosiativ əlaqə yarat-
maqla sözlərin mənası genişlənir, onlar terminoloji mahiyyət kəsb edilər.
Deməli, semantik üsulda anlayış yalnız mövcud sözlərlə ifadə edilir, terminin,
sözün məna yükü artır».
Filologiya məsələləri – №02, 2016
122
Semantik üsulla termin yaradıcılığından bəhs edərəknə nəzəri əsərlərdə ümu-
mişlək sözlərin yeni məna kəsb edərək terminləşməsində iki aparıcı xüsusiyyət gös-
tərilir:
1. ümumişlək sözün semantikası genişlənir və bu söz termin səciyyəsi qazarı; belə
termin-sözlər müasir Azərbaycan dilinin terminoloji sistemində müəyyən kəmiyyət
göstəricilərinə malik olur və terminologiyada bu proses davam edir;
2. müxtəlif terminoloji sahələrə və ya dar işləklik keyfiyyətinə malik olan termin
səciyyəli sözlər başqa sahədə müəyyən anlayışı ifadə etməyə yönəlir və yenibir sahənin
terminoloji sisteminə daxil olur.
Real gerçəklikdə əşyalar, predmetlər, obyektlər çoxdur və onlar adlandırılmışdır.
Əşya və predmetlər arasında müəyyən əlaqələr vardır. Onlar bir-birinə formaca oxşar
ola bildiyi kimi, predmet, məkan, zaman və s. əlaqələrlə də bağlanırlar.
Predmetlərin assosiativ olaraq bir-birinə bənzədilməsi onları eyniləşdirilmir,
onların mahiyyətindəki fərqləri aradan qaldırmır. Lakin oxşarlıq, assosiativ bənzətmə
müxtəlif olan predmet və obyektlərin eyni sözlərlə adlandırılmasına səbəb ola bilər.
Nəticədə ümumişlək söz yeni məna kəsb edir.
Bu hadisə termin yaradıcılığında daşa çox baş verir. Semantik üsul adi söz ya-
radıcılığından fərqli olaraq termin yaradıcılığında məhsuldarlığı ilə seçilir. Bunun
səbəbi dilin lüğət tərkibinə daxil olan ümumişlək sözlərin terminləşməsidir.
Termin yaradıcılığında dilin öz potensial imkanlarından da geniş istifadə olunur.
Həm ingilis, həm də Azərbaycan dilində yeni terminin əmələ gəlməsində sözün
semantik strukturunda dəyişmələr də mühüm rol oynayır.
Bəzi hallarda sözün semantik konversiya və ya semantik sıxılma baş verir. «ter-
min yaradıcılığı sistemi çox mürəkkəb orqanizmdir. Bu orqanizm elmi dilin yaranıb
inkişaf etdiy dövrdə cilalanaraq formalaşmışdır. Formal komponentlərlə (termindüzəlt-
mə vasitələri) yanaşı, bura törədici əsasın semantik strukturu ilə sıx bağlı olan mənam
elementləri daxildir».
Semantik üsulla termin yaradıcılığı terminoloji sistemin inkişafının müxtəlif
mərhələlərində özünü fərqli şəkildə göstərir. Ümumişlək sözlərin semantikasında baş
verən dəyişmələr əsasında onların, yəni ümumişlək sözlərin terminə çevrilməsinin ən
məhsuldar dövrü yeni terminoloji sistemin yaranma dövrünə təsadüf edir.
Belə ki, «terminlər mövcud sözlər əsasında yaradılır və sözlər yeni məna qazanır.
İngilis və Azərbaycan dili terminologiyası coin-sikkə, client-müştəri, benefit-fayda,
bonus-mükafat, balance-qalıq, allotment-bölgü, alloüance-güzəşt, accumulation-yığım,
account-hesab, aboundance-bolluq, category-dərəcə, crash-iflas, corvee-biyar, crisis-
böhran, damage-zərər, ziyan, work-iş, debt-borc, deduction-ayırma, demand-tələb,
base-baza, farm-ferma, fashion-moda, fee-qonarar, hire-muzd, kind-növ, label-yarlıq,
labour-əmək, list-siyahı, loss-zərər, market-bazar, means-vəsait, master-usta, misey-
dilənçilik və s.».
Eləcə də:”Menecment” (manage) ingilis sözü olub hərfi idarəetmə deməkdir.
İngilis dilinin iqtisadi terminologiyasına daxil olmuş bu söz «idarəetmə» elminin
nailiyyətlərinin istifadə edilməsi ilə istehsalatın və istehsal personalının idarəetmə
prinsiplərinin, formalarının, üsullarının və vasitələrinin məcmusunu ifadə edir.
Ümumişlək söz kimi «idarəetmə» mənasında işlənir.
Kapital. Bu söz ingilis dilinə latın dilindən (capitalis) keçmişdir. Mənası «əsas»
deməkdir. Hazırda iqtisadi terminologiyada – mürəkkəb iqtisadi kateqoriya kimi pul,
Filologiya məsələləri – №02, 2015
123
torpaq, maddiləşmiş əmək mənalarını ifadə edir. Hamı tərəfindən başa düşülən kapital
sözü ümumişlək söz kimi yığım məqsədi ilə toplanmış pul kimi də başa düşülür.
Firma (ital. firma) – müəssisənin, şirkətin, təsərrüfat cəmiyyətinin, kommersiya
təşkilatınıün ən ümumiləşdirilmiş adıdır.
Firmanın aşağıdakı tipləri fərqləndirilir: affiləşdirilmiş – filial, törəmə firma şək-
lində daha iri, əsas şirkətə birləşdirilmiş yaxın, qohum firmalar; broker-kommersiya
məqsədlərini güdən və müştərinin tapşırığı ilə və onun hesabına hərəkət edən vasitəçi
firmak; vençur – elmi-tədqiqat və mühəndis işlərini maliyyələşdirən kiçik, yaxud orta
investisiya firması; investisiya – investisiya və qabiliyyətli kağızlarla əməliyyatlarla
aparmaqla məşğul olan firma; engineer – mühəndis-məsləhət xidmətlərinin göstəril-
məsində ixtisaslaşmış firma; innovasiya – elmi-tdəqiqat işləninin nəticələri bazasında
yeni texnologiyaların işlənmsi üçün şəriki olduğu firma tərəfindən yaradılan firma;
konsaltinq – fəaliyyət dairəsi müxtəlif sferalarda məsləhətlərdir; istehsalat – konkret
məhsulun istehsalı ilə məşğul olan firma; ticarət – ticarət vasitəsi fəaliyyətlə məşğul
olan firma; rieltor – daşınmaz əmlak sahəsində əməliyyatlarla məşğul olan firma.
Azərbaycan və ingilis dillərinin lüğət tərkibində, onun terminoloji sistemində
köklü dəyişmələr olmuşdur. Terminlər dilin lüğət tərkibinin əsas hissələrindən biridir.
Araşdırma və tədqiqatlar göstərir ki, dilin müxtəlif sahələrində müşahidə olunan
dəyişmələr daha çox terminoloji sistemdə hiss olunur.
İngilis dilində sözdüzəltmədə üç əsas vasitədən istifadə olunur: köklər, ön
şəkilçilər və suffikslər. Azərbaycan dilindən fərqli olaraq burada köklərin morfoloji
üsulla sözdüzəltmədə iştirak etməsi bir qədər qəribə səslənir və morfoloji üsulla söz
yaradıcılığının ənənəvi şərhindən kənara çıxır.
Belə ki, ingilis dilində müəyyən sayda kök vardır ki, onlar dilin lüğət fondunun
tərkibinə daxil olan öütün sözlərin böyük bir hissəsinin yaranmasında iştirak edir.
İngilis dilində sözdüzəltmə prosesində fəal olan əsas köklər çoxdur. Məs.: agr, ad, agr,
alte, anima, anthro, aqua, ann, carn və s.
Belə köklərin əvvəlinə ön şəkilçisi, sonuna suffiks artırılması ilə yeni sözlər
düzəlir. Qeyd olunan köklər termin yaradıcılığında də fəaldır. Semantik üsulla termin
yaradıcılığı terminoloji sistemin inkişafının müxtəlif mərhələlərində özünü fərqli
şəkildə göstərir. Ümumişlək sözlərin semantikasında baş verən dəyişmələr əsasında
onların, yəni ümumişlək sözlərin terminə çevrilməsinin ən məhsuldar dövrü yeni
terminoloji sistemin yaranması dövrünə təsadüf edir.
S.Sadıqova yazır: «Azərbaycan dilinin daxili imkanları əsasında bu dilin söz
yaradıcılığı üsulları ilə müəyyən anlayışın ifadəsi üçün müvafiq ifadəsi termin yaratmaq
mümkün olmadıqda başqa dildən həmin anlayışı ifadə edən termin hazır şəkildə alınıb
işlədilir».
Alınma terminlər bütün dillərdə vardır. Belə alınmaların bir qismi mənşəyindən
asılı olmayaraq bütün dillərin sahə terminologiyalarında eyni şəkildə işlənir.
Belə terminlər internasional və ya beynəlmiləl terminlər kimi qruplaşdırılır. İngilis
dilinin lüğət tərkibi rəngarəngliyi ilə seçilir. Bu dildə müxtəlif dillərdən alınmaları dilin
ümumişlək sözləri səviyyəsində də çoxdur. Terminlərdə qeyd olunan cəhət daha yüksək
səviyyədədir. Bunun nəticəsidir ki, ingilis dilində birbaşa alınmalara daha çox rast
gəlinir.
Beynəlmiləl terminlərin böyük bir qismi heç bir müasir dillə bağlı deyildir, əsasın
yunan və latın dillərinə məxsus elementlərin birləşməsindən əmələ gəlmişdir. Hər hansı
Filologiya məsələləri – №02, 2016
124
bir sözün geniş şəkildə işlədilməsi, bir dildən başqasına keçməsi və nəhayət beynəlmiləl
terminə çevrilməsi onun ifadə etdiyi anlayışla, hadisə və proseslə əlaqədardır.
Elmi-texniki nailiyyətlər artdıqca zərurətdən doğan məfhumlar və anlayışları
ifadə edən sözlərin beynəlmiləl terminlərə çevrilməsi prosesi də sürətlənir.
İngilis və Azərbaycan dillərinə daxil olan terminlərin sayı getdikcə artır, bu
sahənin terminoloji bazası sürətlə zənginləşir. Vaxtıilə dildə ümumişlək xarakter
daşyıan yüzlərlə ümmişlək söz terminləşməyə doğru inkişaf etmiş, ən qədim dövrlərdən
bəri termin yaratmaq xüsusiyyətlərini qoruyub saxlamışdır.
müasir dövrdə terminologiyada gedən proseslər səciyyələndirən əsas cəhətlərdən
biri beynəlmiləl terminlərin sayının sürətlə artmasıdır.
Beləliklə, nəticə etibarı ilə istər ingilis, istərsə də Azərbaycan dillərində termin
yaradıcılığı həm dilin daxidi imkanları, həm də alınmalar hesabına yaranır.
Dostları ilə paylaş: |