Топлу Азярбайъан Республикасы Президенти йанында


ƏDƏBİYYAT  Azərbaycan dilində



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə22/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
#16982
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

ƏDƏBİYYAT 

Azərbaycan dilində: 

1. Cəfərov S.Ə. Müasir Azərbaycan dili. II hissə, Leksika. Bakı: Şərq-Qərb, 2007,  

191s. 

2. Ələkbərov A.Q. Fellərin antonimliyi. //Müasir Azərbaycan dilinin   



semasiologiyası. Oçerklər // Bakı, “Elm”, 1985, səh. 94-101 

3. Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: Nurlan, 2008, 442 s. 



 

Filologiya  məsələləri – №02, 2015 

 

187



İngilis dilində: 

4. Cruse D.A. Lexical Semantics, Cambrigde: Cambridge University Press, 1986,  

310 p. 

5. Jacson H. Words and their meaning.London: Longman, 1988. 

6. Jhones S. A Corpus-based perspective. London &New York, 2004, 193 p. 

7. Layonz J. Semantics. 2 vols., Cambrigde: Cambridge University Press, 1977,  

371 p. 

8. Leech G.N. Semantics. Harmondsworths: Penguin Books, 1974, 386 p. 



9. Palmer, F. R. Semantics, Moscow, “Vysšaja škola”, 1982, 109 p. 

10. Kempson R.U. Semantic theory. Cambrigde: Cambridge University Press,  

1977. 

 Rus dilində: 

11.  Бабич  Г.Н. Lexicology: A Current Guide (Лексикология  английского 

языка)  

Москва, «Наука», 2010, 200 с.  

12. Волкова А.А.EnglishLexicology: TheoryandPractice. Владивосток  

:Издательский дом Дальневост. федерал.ун-та, 2012, 235 с. 

13. Зыкова И.В. Практический курс английской лексикологии. М.  

Издательский центр «Академия», 2008, 288с. 

14. Муругова Е.В. Лексикология современного английского языка. Ростов  

н/д: 2009, 92 с. 



 

GASIMOVA MIRVARI 

ANALYSIS OF ANTONYMS FROM THE POINT OF DEGREES OF 

SEMANTIC POLARITY 

 

SUMMARY 

Antonyms are investigated from the point of degrees of semantic polarity. The 

current approaches to the problem in the english language is researched in comparison 

with Azerbaijani language. Four major types of antonyms distinguished in the english 

language, i.e. contrary, complementary, conversive, vectorial and two types, i.e. relative 

and whole (complete) in Azerbaijani are investigated on the basis of degrees of 



semantic polarity. Each type is analysed basing on proper theoretical information given 

by specialists. 



КАСЫМОВА МИРВАРИ 

АНАЛИЗ АНТОНИМОВ С ТОЧКИ ЗРЕНИЯ СТЕПЕНИ 

СЕМАНТИЧЕСКОГО ПРОТИВОРЕЧИЯ 

 

  РЕЗЮМЕ 

В  статье  исследуется  антонимичные  слова  с  точки  зрения  степени 

семантического  противоречия.  Постановка  отмечаемого  вопроса  в  английском 

языке  исследуется  в  сопоставлении c Aзербайджанским  языком.  На  основе 

степени  семантического  противоречия  рассматривается  четыре  основных  вида 

антонимов  (контрарные,  комплементарные,  конверсивные  и  векториальные)  в  

английском и два (частичные, полные) в Aзербайджанском языках. 

 

Rəyçi: prof. İlham Tahirov  


Filologiya  məsələləri – №02, 2016 

 

188



AYTƏN  ƏHMƏDOVA  

83-aytan@mail.ru  

 

AZƏRBAYCAN DİLİNDƏ QOŞMALARIN SİNTAKTİK MÖVQEYİ 

 

Açar sözlər: qoşma, sintaksis, cümlə üzvü, sintaktik vəzifə  

Key words: preposition, syntax, member of the sentence, syntactic task 

Ключевые слова: предлог, синтаксис, предложение, синтаксическая функция 

           

Qoşma köməkçi nitq hissəsi olduğu üçün köməkçi nitq hissələrinə aid olan 

xüsusiyyətlər həm də qoşmaya aiddir. Daha dəqiq desək, qoşma ayrılıqda leksik mənaya 

malik deyil, leksik-qrammatik sualı yoxdur, söz yaradıcılığında iştirak etmir, müstəqil 

işlədilə bilmir və sintaktik vəzifə daşımır. Buna baxmayaraq, qoşma sayılan  

məsələlərin hər birində istisnalarla müşayiət olunur. Belə ki, əsas nitq hissələri ilə 

köməkçi nitq hissələri arasında keçid xarakterli olduğundan qoşmalarda qeyd edilən 

xüsusiyyətlərlə yanaşı, əsas nitq hissələri üçün səciyyəvi olan bəzi cəhətləri də görmək 

mümkündür. Qoşmalar  əlaqələndiyi sözə müəyyən məna çaları verir, hətta məzmunu 

dəyişə bilir, bəzi qoşmalar düzəltmə  və mürəkkəb sözlərin tərkibində bir komponent 

kimi çıxış edir (aidiyyət, özünəməxsusluq və s.), bəzi hallarda qrammatik şəkilçilərlə 

işlənə bilir, nəhayət, qoşulduğu sözlə birlikdə müəyyən cümlə üzvünü formalaşdırır. 

Deməli, qoşma özündə  həm potensial leksik-semantik mənanı qoruyur, həm də 

qrammatik özəlliyə malikdir.  

Qoşmanı digər köməkçi nitq hissələrindənfərqləndirən xüsusiyyətlərdən biri 

onların ismin bu və ya digər halında olan sözlə birləşərək,  müəyyən sintaktik vəzifəni 

yerinə yetirməsidir. Qoşmanın semantik-qrammatik xüsusiyyətləri onun sintaktik  

mövqedə müvafiq funksiyasının formalaşmasında da mühüm rol oynayır. Qoşmanın bu 

xüsusiyyəti haqqında ya qoşmaya dair ədəbiyyatlarda, ya da cümlə üzvlərinin sintaktik 

vəzifəsindən, xüsusən də cümlə üzlərinin ifadə vasitələrindən bəhs edərkən danışılır. 

Qeyd olunan əsərlərdə  qoşmanın  birləşdiyi sözlə birlikdə, bir qayda olaraq,   vasitəli 

tamamlıq və müxtəlif zərfliklər vəzifəsini yerinə yetirdiyi göstərilir. Lakin müxtəlif 

qrammatik  şəkilçilərlə  işlənə bilmə qabiliyyəti qoşmalı ifadələrin də qrammatik 

mövqeyində polifunksionallığı  təmin edir, yəni bu ifadələr bütün cümlə üzvü 

funksiyalarında çıxış edir.  

Yeri gəlmişkən bir məsələyə toxunmaq lazım gəlir. Bir sıra əsərlərdə belə bir fikrə 

rast gəlmək olur ki, “qoşmalar ayrıldığı sözdən genetik əlaqəsini kəsməyib. Ona görə də 

qoşmalar eyni formada müstəqil cümlə üzvü rolunda çıxış edə bilir(1: 16). 

Demək lazımdır ki, zərfliyin növləri semantik-qrammatik əsasda formalaşır, yəni 

bu zaman sözün semantikası  əsas olur. Bu baxımdan zərflik vəzifəsini meydana 

çıxmasında müvafiq potensial semantikaya malik olan qoşmanın da rolu əvəzsizdir. 

Mübtəda, xəbər, tamamlıq və təyinin  funksiyalarının  isə  iştirak edən qoşmanın leksik-

qrammatik səciyyəsi ilə heç bir əlaqəsi yoxdur; bu zaman qoşmalı ifadənin əlaqələndiyi 

cümlə üzvü ilə struktur-qrammatik əlaqələnməsi və cümlədəki mövqeyi əsas olur.  

Onu da demək lazımdır ki, qrammatikaya dair heç bir əsərdə qoşmalı sözün 

mübtəda funksiyasında çıxış etməsindən bəhs olunmur. Bunun əsas səbəbi mübtədaya  

verilən tərif  və izahdır. Belə ki, iltisaqi dillərdə, o cümlədən türk dillərində mübtədanın 

bir forması var—adlıq hal (2: 23).  Düzdür, mübtəda bəzi qrammatik şəkilçilərlə, 

məsələn cəmlik, mənsubiyyət şəkilçiləri ilə işlənə bilir, lakin bunlar həmin sözün adlıq 

hal formasına təsir etmir; cəmlik şəkilçisi sözün müstəqil qrammatik formasını yaradır, 

mənsubiyyət  şəkilçisi isə  əvvəlki yiyəlik hallı sözlə  əlaqəni quraraq, ikinci və üçüncü 



Filologiya  məsələləri – №02, 2015 

 

189



növ təyini söz birləşməsini formalaşdırır. Bu birləşmələr isə bütünlükdə nominativ 

səciyyə daşıyır. Həmin nominativ formada da cümlənin mübtədası ola bilir.  

Qoşma qrammatik kateqoriyaya daxil olub, sözlər arasında əlaqənin yaranmasına 

xidmət edir. Bu cəhətdən qoşma hal funksiyasını yerinə yetirir. Məhz bu baxımdan  

qoşma nominativ formadan kənar hesab olunur, elə ona görə də  onların  iştirak etdiyi 

söz və ifadələr sözdəyişdirici morfemlər kimi konkret sintaktik vəzifəni formalaşdırır.  

Lakin qoşmalı sözlərin bəzi tipləri var ki,  substantivləşə  bilir və bu zaman onlar  

müxtəlif  funksiyaların, o cümlədən mübtəda və xəbər funksiyalarını yerinə yetirir. 

Mübtəda və  xəbər cümlənin qrammatik əsası olub, semantik əsasla yox, yalnız 

struktur-funksional əsasla müəyyənləşir. İ.İ. Meşaninov göstərir ki, əksər dillərdə cümlə 

üzvləri, o cümlədən baş üzvlər xüsusi morfoloji əlamət qazanır ki, bu da sintaktik 

funksiyanı yaradır...Belə ki, cümlə üzvlərinin idarəsi və birləşməsi bütün dillərə aiddir, 

amma müxtəlif qrammatik üsullarla verilir (3:8). Deməli, hər bir cümlə üzvü qrammatik 

cəhətdən formalaşmış olur, qrammatik formalar sintaktik səviyyədə müxtəlif əsaslarda 

müvafiq cümlə üzvlərinin meydana çıxmasına  şərait yaradır. Bu isə o deməkdir ki, 

istənilən dil vahidi—səs, söz, cümlə substantiv vəziyyətdə nominativ formada cümlənin 

mübtədası, şəxs-xəbərlik şəkilçisi ilə xəbər ola bilər.  

Burada  nəzərə  almaq lazımdır ki, mübtəda  cümlədə yalnız özünəməxsus  

qrammatik formada təzahür etməklə kifayətlənmir, habelə  məzmun cəhəti ilə diqqəti 

çəkir. Məzmun cəhətdən mübtəda baş üzv olub, bu və ya digər  şəkildə  xəbərdəki 

məzmunun predmetini bildirir (4:18). Müxtəlif məzmunlu söz və ifadələr 

substantivləşəndə  məhz bu keyfiyyəti qazanmış olur. Qoşmalı söz də  mənsubiyyət 

şəkilçisi ilə  işləndikdə müxtəlif qrammatik formalarda başqa cümlə üzvləri kimi, 

mübtəda  ola bilir.   Bununla yanaşı, digər sözlər və söz birləşmələri kimi, qoşmalı 

ifadələr də  xəbərlik  şəkilçisi ilə  işlənərək, xəbər vəzifəsi daşıyır. Məsələn:  Kosaoğlu 

başa düşürdü ki, onun kimisi heç vaxt dediyindən dönməz(İ.Şıxlı); Eşitmişəm, bu təklif 

də sənə aiddir(V.Sultanlı). 

Bu nümunələrin birincisində budaq cümlənin mübtədası qoşmalı ismi birləşmə ilə, 

ikincisində isə  xəbəri qoşmalı sözlə ifadə olunmuşdur. Göründüyü kimi, hər iki halda 

qoşmanın semantik çalar ifadə etməsi cümlə üzvünü fərqləndirməkdə rol oynamır. 

Demək lazımdır ki, bütün qoşmalı birləşmələr substantivləşə bilmir. Bir qayda olaraq, 

bənzətmə  və  fərqləndirmə qoşmaları substantivləşib mübtəda funksiyasında çıxış edə 

bilir. Predikativliyin ifadə forma və imkanları geniş olduğu kimi, ifadə vasitələri də 

zəngin və rəngarəngdir, ona görə də qoşmalı ifadələrin xəbər funksiyasında işlənə bilmə 

imkanı daha artıqdır. Bu baxımdan, demək olar ki, bütün qoşmalar birləşdiyi sözün 

daxilində  xəbərlik  şəkilçisi qəbul edib, xəbər ola bilir. Məsələn: 1) birgəlik qoşması: 



Mənim davam aqronomladır, sizinlə işim yoxdur(İ.Şıxlı); 2) istiqamət qoşması: Bütün 

dediklərinsədrə qarşıdır, özün isə onun planı ilə işləyirsən(Ş.Rza); 3) məsafə qoşması: 

Çətinliyimiz yeni əkilmiş sahəyə  qədərdir(Ə.Vəliyev); 4) zaman qoşması: Taxıl yığımı 

rəhbərliklə 

görüşdən sonradır (S.Rəhimov); 5) səbəb-məqsəd qoşması: 

Məğlubiyyətinin səbəbi məsuliyyətsizliyinəgörədir; 6) bənzətmə qoşması: Bu sahələr də 

bayaqkı kimidir, məhsul verən deyil (Ə.Vəliyev) və s.  

Bu hal qoşmalı sözün təyin funksiyasında da özünü göstərir. Əslində təyin isimlə 

ifadə olunmuş hər hansı cümlə üzvünə aid olub, əlamət keyfiyyəti bildirir. Məlumdur ki, 

dilimizdə  bənzətmə, müqayisə bildirən qoşmalar da vardır:  kimi, qədər, tək. Bu 

qoşmaların birləşdiyi sözlər məhz təyinlik xüsusiyyətinə malikdir. Bu qoşmalarla 

işlənən söz və ifadələr, əsasən, feillə əlaqələnib, tərz məzmunu yaradır. Lakin bəzən bu 

tip ifadələr isimlə də əlaqələnib, təyin funksiyasında çıxış edə bilir. Məsələn: Valeh qızıl 


Filologiya  məsələləri – №02, 2016 

 

190



kimi oğlandır, özü də qızı çox sevir(İ.Əfəndiyev);Əbədi bir eşq yaşamaq kimi dəli bir 

istək keçir könlümdən; İstədiyiniz qədər insan çağıra bilərsiniz (Ş.Rza) və s. 

Həm təyinin, həm də  tərzi-hərəkət zərfliyinin müəyyənləşməsi struktur-

qrammatik, habelə  məzmun tərəflə bağlıdır. Birinci halda onlar bir-birindən fərqlənir, 

yəni təyin isimlə ifadə olunmuş hər hansı bir üzvə, tərzi-hərəkət zərfliyi isə feili xəbərlə 

əlaqələnir. Bu cümlə üzvlərinin  müəyyənləşməsinin semantik əsası ondadır ki, hər ikisi 

əlamət bildirir. Burada da struktur-qrammatik müəyyənləşmə  əsasdır, çünki əlamət 

bildirən söz və ifadələr təkcə təyin və zərflik yox, istənilən cümlə üzvü ola bilir. 

Tamamlıq da semantika əsasında yox, struktur-qrammatik mövqeyinə görə 

müəyyənləşir. Tamamlıq, əsasən, obyekt bildirir, adlıq və yiyəlik hallardan başqa, digər 

hallarda və qoşmalarla formalaşır. Bu zaman nə sözün leksik-semantik mənası, nə  də 

qoşmanın yaratdığı  məna çaları tamamlığın müəyyənləşdiricikriteriyası ola bilmir. Bu 

hal bir də onda özünü göstərir ki, bir sıra qoşma növləri vasitəli tamamlığın 

formalaşmasında iştirak edir. Birgəlik, səbəb-məqsəd və fərqləndirmə qoşmaları vasitəli 

tamamlığı yaradır. Onu da demək lazımdır ki, bu qoşmaların hamısı və ya hər məqamda 

tamamlıq funksiyasını formalaşdırmır. Bu hal qoşmanın hansı məna çalarını yaratması 

ilə bağlıdır. 

Fərqləndirici qoşmalara aid edilən “başqa, ayri, savayı, özgə, qeyri” sözlərinin 

birləşdiyi sözlərə verdiyi çalar əslində hal məzmununda qrammatik səciyyə daşıyır, 

daha doğrusu, hərəkətlə və ya digər məzmunlu xəbərlərlə zərflik səviyyəsində əlaqəyə 

girmir, burada obyekt münasibəti daha üstündür. Ona görə  də bu vəziyyətdə  həmin 

ifadələr vasitəli tamamlıq kimi qəbul edilir.  

Bu qoşmalarla formalaşan ifadələr cümlədə xüsusiləşmiş tamamlıq olur.  Qeyd 

edək ki, xüsusiləşmə yalnız intonasiya ilə və qoşmaların köməyi ilə yaranır. Qoşmalar 

müxtəlif tipli söz və birləşmələrə qoşularaq, bir qayda olaraq, xüsusiləşmiş tamamlıq və 

ya xüsusiləşmiş zərfliyi formalaşdırır.  

Məlum olduğu kimi, xüsusiləşmiş üzv digər cümlə üzvlərindən xüsusi intonasiya 

ilə ayrıldığından onlar özünəməxsus suala da malik deyil. Məsələn: Yolun kənarındakı 

ulğunlutorpaqdan başqa, bütün sahələr əkinə yararlı idi(Ə.Vəliyev). 

Göstərilən qoşmalar müxtəlif tiplərdə  məna variantları yaradır. 1. Xüsusiləşmiş 

tamamlıq bir əşyanın başqası ilə eyni səviyyəli, yaxud eynicinsli olduğunu bildirir. 

Məsələn: Alməmməd kişidən və Gülgəz xaladan başqa, onların uşaqları da burada idi 

(S.Vəliyev). 2. Xüsusiləşmiş tamamlıq bütövün bir hissəsini bildirir. Bu zaman xəbərdə 

verilmiş fikir xüsusiləşmiş tamamlığa aid olmur. Məsələn: Taxıl zəmisindən başqa, hər 



yer suyun içində idi(S.Rəhimov). 3. Bəzən xüsusiləşmiş tamamlıq, əksinə, cümlə üçün 

müsbət fikri özündə ehtiva edir. Məsələn: Anasından başqa, heç kim onu qarşılamağa 



çıxmamışdı(B.Bayramov). Göründüyü kimi, ikinci halda xəbər təsdiqdə, üçüncü halda 

isə inkarda olur.  

Digər qoşmalar isə xüsusiləşmiş tamamlıq yaratmır, bu sözlər cümlənin xəbəri ilə 

birbaşa  əlaqəyə girib, vasitəli tamamlıqlar formalaşdırır. “Haqqında, barəsində” 

qoşmaları birmənalı  şəkildə vasitəli tamamlıq yaradır. Məsələn:  Atası haqqında  ilk 

məlumatı birinci sinfə gedərkən dayısından öyrəndi(İ.Əfəndiyev).  

Qeyd edək ki, qoşma birləşdiyi sözə müəyyən məna çaları  aşılayaraq, onda 

sintaktik səviyyədə  fərqli məzmun yarada bilir. Bu zaman həmin sözlər sintaktik 

funksiyasını dəyişə bildiyi kimi, dəyişməyə də bilir. Sintaktik funksiyanın dəyişməməsi 

təsadüfi xarakter daşıyır; belə ki, bəzi məqamlarda qoşmanın potensial məzmunu aid 

olduğu sözün məzmunu ilə uyğun olduğda sintaktik funksiya dəyişmir. Məsələn: Səhərə 



hamımız  şəhərə çatarıq. Bu cümlədə  “səhərə” sözü zaman zərfliyi funksiyasındadır. 

Həmin sözü məsafə-zaman məzmunlu qoşma ilə  işlətdikdə belə alınır:  Səhərə kimi 



Filologiya  məsələləri – №02, 2015 

 

191



hamımız  şəhərə çatarıq. Buradakı  “səhərə kimi” ifadəsi də zaman zərfliyi 

vəzifəsindədir. Deməli, qoşmanın əlavə edilməsi sözün sintaktik vəzifəsində dəyişiklik 

yaratmadı.  

Bu fakt onun təsdiqi deyil ki, qoşma birləşdiyi sözün sintaktik vəzifəsini dəyişmir. 

Əslində  qoşma istənilən sözə birləşə bilməz; bu zaman onları əlaqələndirən semantik 

yaxınlıq  olmalıdır. Bu yaxınlıq həm onların fərdi semantik çəkisi ilə, həm də müvafiq 

semantik qrup ilə əlaqədar ola bilər. Yuxarıda verdiyimiz nümunədə müvafiq semantik 

qrup, yəni ümumi hüdud anlayışı  “səhər” sözü ilə  “kimi” qoşmasının  əlaqəsini, 

birləşməsini reallaşdırmışdır. “Səhər” sözü özlüyündə hüdud anlayışına malik deyil, 

lakin yönlük hal şəkilçisi ilə  işlənməsi bu sözdə hüdud məzmununun meydana 

çıxmasını şərtləndirmişdir.  

Bu qoşmanın hüdud anlayışı onun başqa sözlə  əlaqəsində  də meydana çıxır. 

Şəhərə dolanbac yollarla gedəcəyik” cümləsində  “şəhərə” sözü yer zərfliyi 

funksiyasındadır. Bu sözdə  hüdud anlayışı olmasa da, yönlük hal burada da hüdud 

anlayışını formalaşdırır, lakin əvvəlki cümlədə zamana görə, burada isə  məkana görə 

hüdud vardır: Şəhərə  kimi dolanbac  yollarla gedəcəyik”. Bu fakt zaman və məkanın 

materiyanın atributu olmaq etibarilə bir-birinə yaxın semantik mühitə malik olduğlarını 

göstərir. Ikinci cümlədəki hüdud anlayışı müvafiq məzmunu, deməli həm də uyğun 

cümlə üzvünü yaratmadı. Belə ki, “Şəhərə” sözü yer zərfliyi idisə, “şəhərə kimi” ifadəsi 

yer yox, kəmiyyət zərfliyi funksiyasını yerinə yetirir; bunu verilən sualdan da aydın 

görmək olur: nə qədər? Bu fakt da “qədər” qoşmasının hüdud anlayışı ilə bağlıdır. 

Cümlə üzvünün formalaşması üçün yalnız leksik mənalı söz yox, həm də ona 

birləşmiş qoşma rol oynayır. Elə  həmin qoşmanın birləşdiyi sözlərdə yaratdığı hüdud 

anlayışı daha çox qoşma ilə bağlıdır;  kimi, qədər, -tək qoşmaları  məsafə, hüdud 

anlayışına malikdir. Ona görə  də bu qoşmaların birləşdiyi sözlər daha çox müvafiq 

anlayışları ifadə edir.  

Onu da demək lazımdır ki, qoşmanın birləşdiyi sözün hansı cümlə üzvü olması 

yalnız bu iki komponentlə bağlı deyil; cümlə komponentlərinin qarşılıqlı semantik-

qrammatik  əlaqəsinin də burada az rolu yoxdur. Daha dəqiq desək, cümlə üzvünün 

müəyyənləşməsi yalnız müvafiq komponentin ayrıca semantik tərəfi ilə əlaqədar deyil. 

İki misala müraciət edək: 1. Səhərə kimi işləri bitirərik; 2. Səhərə kimi çalışmışıq. Hər 

iki cümlədə eyni qoşmalı söz işlədilmişdir, lakin onların cümlədəki sintaktik vəzifəsi 

eyni deyil; belə ki, birinci cümlədə “səhərə kimi” ifadəsi görülən işin zamanını bildirir 

və  nə zaman? sualına cavab verir. İkinci cümlədə isə eyni ifadə  (səhərə kimi) miqdar 

zərfliyi funksiyasını yerinə yetirərək, nə qədər? sualına cavab verir. 

 Əslində “səhərə kimi” ifadəsi zaman və hüdud anlayışlarını özündə ifadə edir; bu 

anlayışlardan birincisi zaman zərfliyinin, digəri isə  kəmiyyət zərfliyinin 

formalaşmasında rol oynayır, lakin bunlardan hansının reallaşması bilavasitə  mətn 

çərçivəsində, daha doğrusu, cümlədə birbaşa əlaqəyə girdiyi əsas sözlə bağlıdır.  

Bir məsələni də qeyd edək ki, dilçilikdə qoşmanın,  əsasən, məkan və zaman 

məzmunu bildirdiyi göstərilir, hətta  bəzi dilçilər dildə məkanın ifadə vasitəsindən bəhs 

edərkən məkani-qrammatik hallarla yanaşı, qoşmalardan xüsusilə bəhs edirlər (5: 234-

258; 6:8-18 ; 111: 23 və b.). 

Qoşmalı sözlərin cümlədə daşıdığı sintaktik vəzifə qoşmanın ifadə etdiyi məna 

çaları ilə bilavasitə bağlıdır. Belə ki, cümlə üzvü qrammatik kateqoriya olaraq sözlərin 

qarşılıqlı  əlaqəsində formalaşdığı kimi, bu zaman sözün və ya birləşmənin özünün 

leksik-semantik xüsusiyyətlərinin də burada rolu böyükdür, çünki ikinci dərəcəli 

üzvlərin, xüsusən də  zərfliklərin müəyyənləşməsi qrammatik mövqedən daha çox 

onların leksik-semantik tərəfi ilə bağlıdır. Bunu zərfliklərin adları da göstərir. 


Filologiya  məsələləri – №02, 2016 

 

192



 

ƏDƏBİYYAT 

1.  О.К  Ямашкина.  Функциональная  значимость  послеложных  конструкций  в 

мокшанском языке. АКД, Саранск, 2005. 

2.  Сайфуллаев 

А.Р. 

Семантико-грамматические 



особенности 

членов 


предложения в современном узбекском языке. «Фан», Таюкент, 1984, 128 с. 

3.  Мещанинов И.И. Членыпредложения и частиречи. Ленинград, 1978. 

4.  Р.Г.СибагатовОсновныепризнакипредложения. Уфа, 1980, 84 c. 

5.  Шилова В.В. Пространственныепослелоги в лесномдиалектененецкогоязыка// 

ЯзыкикоренныхнародовСибири. Вып. 8, 2002, 234-258  

6.  Рамазанова  Р.М.  Послелоги  в  аварскомязыке  в  ихсопоставлении  с 

английскимипространственнымипредлогами  в  непространственномзначении. 

АКД, 2009, 

7.  Рашидова 

А.Г. 


Выражениепространственныхотнощений 

в 

лакском, 



английском и русскомязыках. АКД, Махачкала, 2013, 23 с. 

 

AHMADOVA AYTAN  

THE POSITION OF THE AZERBAIJANI LANGUAGE  

ATTACHMENTS SYNTACTIC 

SUMMARY 

Despite being part of speech in attachments preposition certain shade of meaning 

to the word  andserved syntactical points, and even the contents of the attachments bilir. 

Some change the composition of compound words of correction and the potential of a 

component which acts as a lexical-semantic meaning.  Grammatical properties as well 

as the attachments combined with the indirect object and a variety of words to pair in 

language. Duty adjectives are some types of words that you know, and this time they 

various functions, including the functions of subject and the task of processing the 

suffix pair phrases news. Basic parts of speech by joining them to carry the analogy, 

distance from the border, when it develops a hint of direction and serves as a member of 

a different sentence. 

 

АХМЕДОВА АЙТАН 



ПОЗИЦИЯ АЗЕРБАЙДЖАНСКОГО ЯЗЫКА  

ВЛОЖЕНИЯ СИНТАКСИЧЕСКИМИ 

 

РЕЗЮМЕ 

Несмотря  на  то,  предлоги  являются  частью  речи,  но  иногда  они  имеют 

синтаксические функции. Даже содержимое может изменить состав сложных слов 

коррекции  и  потенциал  компонента,  который  действует  как  лексико-

семантическое значение грамматические свойства, а также вложения в сочетании 

с  непрямым  объектом  и  различными  словами  в  паре.Есть  некоторые  типы  слов, 

которые  вы  знаете,  и  на  этот  раз  они  различные  функции,  в  том  числе  функции 

субъекта  и  задача  обработки  пару  суффикс  фразы.  Основные  части  речи  путем 

присоединения их нести аналогию, расстояние от границы, когда она развивается 

намек направлении и служит в качестве члена другово предложения. 

 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin