Filologiya məsələləri – №02, 2016
202
ƏDƏBİYYAT
1. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, "Şərq-Qərb", 2007, 568 səh.
2. Məmmədağa Şirəliyev. Azərbaycan dialektologiyasımn əsasları. Bakı, "Şərq-
Qərb", 2008, 416 səh.
ПРАВИЛА ДОБАВЛЕНИЯ ЗВУКОВ И САКРАШЕНИЯ ЗВУКОВ
В АГДАМСКОМ ДИАЛЕКТЕ
РЕЗЮМЕ
В данной статье к сопоставительному исследованию привлечены диалекты и
говоры опрошенных жителей Агдама, живущих во многих регионах. Во время
опроса были определены некоторые диалектные слова. Фонетические действия,
содержащиеся в диалектах и говорах жителей Агдама, были определены на
основе примеров и подвергнуты сравнительному анализу.
THE EVENT OF SOUND INCREASING
AND SOUND FALLING IN THE DIALECTS OF AGHDAM REGION
SUMMARY
Agdam residents living in some regions had been interregated and their dialects
and accents had been. İnvestigated comparatively. İn this dialectological research.
During the interrogation of the residents many dialectical words had been defined In the
dialects and accents of Agdam residents some phonetic events had been defined with
samples and nalyzed comparative
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir.
Qrant № EİF/MQM-3-Shusha-2014-7(22)-05/03/5
Rəyçi: prof. Nizami Xudiyev
Filologiya məsələləri – №02, 2015
203
AYSEL MƏMMƏDLİ
Azərbaycan Dillər Universiteti
ayselaliyeva837@yahoo.fr
KONSTATİV VƏ PERFORMATİV CÜMLƏLƏR
Açar sözlər: cümlə, propozisiya, performativ, konstativ, lokutiv, illokutiv, məna, danışıq
aktı, nitq.
Ket words: sentence, proposition, performative, constative, locutive, illocutive,
meaning, speech act, speech.
Ключевые слова: предложение, пропозиция, перформативный, констативный,
локутивный, иллокутивный, значение, речевой акт, речь.
Cümlənin propozisiyası danışıq aktında müəyyənləşir. Əslində elə cümlələr var
ki, onlar heç təsdiqdə işlənmir. Onlar sadəcə olaraq xəbər verir. Məsələn, Söz verirəm
ki, gələcəyəm – Je te promets que je viendrai.
Bu cür cümlələri son dövrlərdə performativ cümlələr adlandırırlar. Danışıq
aktında müəyyənləşən digər cümlə növü də konstativ cümlələr adlanır. Məsələn,
Əhmədin uşaqları hamısı dəcəldir – Les enfants d’Ahmad sont mйchants.
Araşdırmalar göstərir ki, konstativlik və performativliyə maraq XX əsrin 50- 60-
ci illərindən başlamışdır. Bu sahədə son dövrlərdə həm xarici, həm də yerli dilçilər artıq
tədqiqatlara başlamışlar. İngilis dilçiliyində konstativlik C.Ostin, D.Serl, D.Liç, K.Bax,
rus dilçiliyində N.D.Arutyunova, İ.B.Şatunovskiy, Q.Q.Poşepsova və s. kimi dilçilərin
əsərlərində tədqiq olunmuşdur. Azərbaycan dilçiliyində konstativ və performativ
cümlələrin ilk tədqiqat obyektinə F.Y.Veysəllinin əsərlərində rast gəlinir. F.Y.Veysəlli
yazır: “Cümlə elə bir təşkil olunmuş strukturdur ki, onda hər bir parçanın öz rolu və
başqa parçalara bağlanmasında xüsusi üsulu vardır. O halı cümlənin danışıq aktı
nəzəriyyəsində də müşahidə etmək mümkündür. Odur ki, konstativ və performativ
cümlələrin tədqiqi zəruridir”. (1, s.226; 288)
Cümləni tədqiq edərkən məlum olur ki, danışıq aktında konstativ cümlələrə qarşı
performativ cümlələr qoyulur. Bu da o anlama gəlir ki, cümlənin mənasını yalnız onu
işlətdikdə açmaq olar. Bu cür yanaşmanın üstünlüyü ondadır ki, o, dil fəlsəfəsinin bir
çox problemlərini insanların hərəkəti və danışıq aktı müstəvisində həll etməyə çalışır (1,
s.288).
Danışanın işlətdiyi dil ifadəsi kimi söyləmin, cümlənin mənası və referensiyası
onların real gerçəkliklə əlaqəsindən asılıdır. Danışan özü və həmsöhbəti üçün anlaşıqlı
olan vasitələrdən istifadə edərək abstrakt qaydalar əsasında onları danışıq aktına daxil
edir. Cümlə danışıq aktında işlənir, lakin referensiya və propozisiyası düz olmayanda
qəbul edilmir. Belə bir nümunə verək:
“İranın kralı keçəldir.” (Le Roi d’Iran est chauve) Bu nümunədə referens
kraldır, amma o, əslində mövcud deyildir. Buradan da belə məlum olur ki, danışıq
aktında işlənən cümlə adı çəkilən propozisiya ilə eyniləşdirilə bilməz.
Yuxarıda da xatırlatdığım kimi konstativ tərkibli cümlələr əsasən C.Ostin
tərəfindən işlənib hazırlanmışdır. O, cümlə mənasının şərhini vermək üçün danışıq aktı
nəzəriyyəsini işləyib hazırlamışdır. C.Ostin söyləmləri performativ (təsdiq, təsvir və s.)
və konstativ (vəd vermək, razılığa gəlmək, xəbərdar etmək və s.) olmaq üzrə iki yerə
bölürdü. Məsələn, performativ söyləmlər:
Üzr istəyirəm - Excusez-moi (Je vous prie de m’excuser).
Xoş gəlmişsiniz - Soyez la bienvenue. (Bienvenue)
Filologiya məsələləri – №02, 2016
204
Mən bunu sizə məsləhət görürüəm –Je vous le recommand/conseille və s.
Bu cür cümlələr nə doğru, nə yalan olur. Onlar üçün müvafiq məqam və şərtlər
olmalıdır.
“Mən hərəkata bu adı verə bilərəmmi?”
“ Buna mənim hüquqi əsasım yoxdur.”
“Üzr istəməli olmasam da söz xatirinə deyirəm.”
“Qonaqların gəlməsi ürəyimcə olmasa da “Xoş gəlmişsiniz” deməyə
məcburam” və s. Beləliklə, performativ cümlələrin işlənməsilə bağlı üç tip uğursuzluğu
fərqləndirmək olar: legitimlik, düzgün istifadə olunmaması və şəraitin pozulması.
Performativlərin ifadəsi üçün ya söyləmdəki feili 1-ci şəxsin təkində indiki
zaman xəbər şəklində başlayır (söz verirəm ki - je t’assure que/je te promets que...
yazıda məchul növdən də istifadə olunur), ya da söyləm bununla başlayır.
Xəbər keçmiş zamanda olanda sadəcə təsvir edir, ancaq hərəkatın həyata
keçməsi üçün heç bir zəmanət vermir. “Pəncərəni ört” (Fermes la fen
ê
tre) tipli
cümlələr də təsdiq xarakterli deyil. “Salam”(Bonjour) sözü də heç nə təsdiq etmir, bu
sadəcə hörmətin əlamətidir. “Mən orada olacağam”(Je serai lа) kimi cümlələrdən
məlum olur ki, mənim orada olmağım fərziyyədir və ya niyyətim haqqında
mövqeyimdir. Bir məsələyə də aydınlıq gətirmək olar ki, performativ tərkibli cümlələrin
düzgün qrammatik strukturu vardır. Bu tərkibli cümlələrdə işlədilən feillərdən asanlıqla
müəyyən etmək olar ki, danışanın niyyətilə bağlı bütün semantik çalarlıqları
müəyyənləşdirmək olar.
Faktın təsdiqi olan konstativlər də mənasız ola bilər, hətta qrammatik cəhətdən
düzgün olmaz. Burada 3 hal mümkündür:
1.Əhmədin uşaqları hamısı keçəldir; Əhmədin uşaqları keçəl deyildir
Les enfants d’Ahmad sont chauves. Les enfants d’Ahmad ne sont pas
chauves.
Halbuki Əhmədin heç uşağı yoxdur – Tandis qu’Ahmad n’a pas d’enfants;
2.Kimsə deyir ki, it həyətdə uzanıb (Ola bilsin ki, o kimsə heç belə düşünmür.)
Quelqu’un a dit que le chien dort dans le jardin. (Peut-кtre celui-ci ne pense pas
comme зa.)
3.Mehmanxana sahibi deyir: qonaqların hamısı türklərdir. Sonra isə əlavə edir:
Qonaqlardan bəzisi türk deyil.
Le directeur d’hфtel dit: tous les invitйs sont des turcs. Puis il ajoute: certains
ne sont pas des turcs.
Gördüyümüz kimi, ziddiyyət göz qabağındadır. Bu misalları izah etmək üçün
presuppozisiya, implikasiya və nəticə anlayışlarını açmaq lazımdır.
“Birinci halda Əhmədin uşaqları keçəldir” (Les enfents d’Ahmed sont chauves)
cümləsinin presuppozisiyası “Əhmədin uşaqları vardır”(Ahmed a des enfents)
fikiridir. “Uşaqların olması” (L’existance des enfens) cümlənin referensiyası olur.
C.Ostin qeyd edir ki, uğursuzluq konstativ söyləmlərə heç də performativlərdən
az xas deyildir (1,s. 289).
Mənim və ya başqasının səlahiyyəti yoxsa, necə deyə bilərik ki, /Mən əmr
edirəm...// (Je vous commande )
Deməli, performativi konstativdən fərqləndirən dil vasitəsi yoxdur, ünsiyyətdəki
uğursuzluq həm təsdiqləmədə (konstativdə), həm də performativdə (nə doğru, nə də
səhvdə) mümkündür. Konstativ təsdiqləmə olan danışıq aktının reallaşmasıdır. Bəzən
onlar arasında sərhəd qoymaq çətindir. /Mən səni xəbərdar edirəm ki...// (Je t’averti
que), /Mən təsdiqləyirəm ki...// (J’affirme que), kimi cümlələr bir-birindən az fərqlənir
və ya heç fərqlənmir. Amma performativlər uğurlu da ola bilər. Yəni onlarda həqiqətə
Filologiya məsələləri – №02, 2015
205
rast gəlmək olur. Məsələn, həkim söhbətdə /Mən sizə məsləhət görürəm// (Je vous
conseille que) deyirsə, fikrin yalan və ya gerçəkliyi deyil, sadəcə olaraq məsləhət
performativlə ifadə olunur. Ola bilər ki, həkim haqlıdır, amma nəticəsi aydın deyil.
Təbii ki, qiymətləndirməni yoxlamaq mümkü deyil.
Dil fəlsəfəsinin inkişafında böyük rolu olan alimlərdən hesab edilən C.Ostin də
əşyalar və adlar məsələsində marağı olan fiqurlardan hesab edilir. Onun “How To Do
Things with Words” (Şeylər sözlərə necə çevrilir?) (Comment faire des Choses avec les
Mots?) adlı məşhur əsəri də tam bu məsələnin araşdırılmasına həsr edilir.
C.Ostinin xüsusi talantı onda müşahidə olunur ki, o, gündəlik istifadə olunan
sözlərin və söz ailələrinin daxilində olan fərqlilikləri incəliklə müşahidə edə bilmişdir.
Məşhur essesində zərflərin qarşılaşdırma keyfiyyətlərini araşdıran müəllif onları:
1.“involuntorily” – qərəzliklə - involontairement;
2.“inadvertently” – ehtiyatsızlıqla – par mégarde;
3.“by accsident” – təsadüfən – accidentellement;
4.“by mistake” – səhvən – par erreur növlərə ayırır. Ostinin “performativ nitq”
adlandırdığı “bağ - müxtəlifliyi” cümlələri (garden – variety statements) hadisələri və
vəziyyətləri təsvir etməkdən daha çox onların ayrıca keyfiyyətləri olması anlamına
gəlir. Onlar hərəkətləri idarə edirlər. Məsələn, performativ feil olan “apologize” (üzr
üstəmək) (s'excuser) “I apologize for being late” (Gecikdiyim üçün üzr istəyirəm)
(Excusez mon retard) cümləsində istifadə etməklə danışan “üzr istəmək” hərəkətini
yerinə yetirir.
Bu yolla performativ feillərin məna keyfiyyətləri “möhkəmləndirmək”, yaxud
“xatırlatmaq” feillərindən kəskin surətdə fərqlənir. O bununla bağlı yazır:
“Sənin uzunqulağın var, mənim də. Onlar eyni tarlada otlayırlar. Gün gəlir
mənimki mənim xoşuma gəlmir. Mən onu güllə ilə vurmaq istəyirəm və atəş açıram;
heyvan yıxılır. Mən qurbanı yoxlayıram və qəfildən dəhşətə gəlirəm ki, bu mənim
deyil, sənin uzunqulağındır. Mən təəssüflə sizin qapıya gəlirəm və deyirəm nə?” Mən
deyirəm, Mən çox təəssüf edirəm və s. Mən sizin uzunqulağı səhvən (by accident)
vurdum; yaxud da “by mistake” və hadisəni ona yenidən izah edirəm və izah vaxtı
“by accident”, yoxsa “by mistake” işlətməliyəm” (2, s.25).
C. Ostinin tədqiqatının əsasını sadə dil ifadələrində məna nüanslarının təhlili
təşkil edirdi. Məsələn, aşağıda ingilis dilində yazdığımız üç ifadənin hər biri eyni
anlamda işlədilir, amma fərqli nitq hissələrindən təşkil olunur:
It looks blue – (bu mavi görünür) - Il a l'air bleu;
It looks like blue – (bu mavi görünür) - Il a l'air bleu;
It appears blue – (bu mavi görünür) - Il a l'air bleu və s.
C. Ostinin “How to Do Things with Words” (Sözlərlə əşyaları necə
əlaqələndirmək) əsərində öz tədqiqatını performativlər üzərində qurur. O, diqqəti
performativlərə yönəltməyə başlayır, məsələn, /I apologize for being late// (Excusez
mon retard), yaxud /I name this ship the Queen Elizabeth// (Je nomme ce navire La
Reine Elisabeth)”. Performativlər cümlələrin konversional qrammatikasını sərgiləyirlər.
Bu cümlələrdə istənilən idiosinkratik formal marker çatışmır. /I take the bus on Friday;
I opened the can with a screwdriver// (Je prends le bus les vendredi; J’ai ouvert la
boîte avec nu tournevis) kimi cümlələrdə performativlər doğru, yaxud yanlış kimi
qurula bilməz. Daha vacibi, onların tələffüzü (münasib şərtlər altında) təsvirdən daha
çox hərəkəti ifa edir. Ostin qeyd edir ki, onun təqdim etdiyi performativ nitq müəyyən
formal keyfiyyətlərə malikdirlər – birinci şəxs təkdə olan mübtəda indiki indikativ
məlum növdə olan feil - amma bu keyfiyyətlər sinifi müəyyən etmir: /Passengers are
warned to cross the track by the bridge only// (Sərnişinlərə yolu ancaq körpüdən
Filologiya məsələləri – №02, 2016
206
keçmək xəbərdar olundu) – Les passagers sont tenus au courant de traverser la route
seulement par le pont cümləsi performativdir, amma /I drink beer// cümləsi deyil (Mən
çaxır içirəm.) Je bois du vin.
C.Ostin
performativlərin digər xüsusiyyətlərini də araşdırmışdır. O, müəyyən
edilmiş prosedur və praktikaların xarakterik olaraq birləşməsi faktını müdafiə edir:
“marry a couple” – cütlüyü evləndirmək (marier un couple), “nominate a candidate”
- irəli sürülmüş namizəd (dйsigner un candidat/prйsenter un candidat), amma o, həm
də etiraf edirdi ki, digər performativlər “promise” - söz vermək (promettre), “warn” -
xəbərdar etmək (prйvenir, avertir), “order” -əmr etmək (commander) ənənəvi olaraq
sərhədlənmişlər (2,s.38).
Hər performativ öz işini hazırlalamaqla müxtəlif səbəblərlə uğurlu olamyan
performativləri təhlil edir. Məsələn, “promise” (söz vermək – promettre) sözünün
performativ tələffüzü əgər şərtlər onun legitimliyinin istifadəsini azaldırsa, o halda
yanlış açıla bilər. Məsələn, əgər danışanın “promise” (söz vermək – promettre) sözünü
tələffüz etməyə gücü çatmırsa, yaxud “promise” (söz vermək – promettre) sözünün
reallaşması baş verərsə, amma terminin mənasında “sui-istifadə” yaranarsa (məsələn,
danışan söz verilmiş hərəkəti daşıdığı mənanı yerinə yetirə bilmirsə və s.).
C.Ostin performativlərin təhlilini kontekstləşdirərkən “danışıq aktlarının”
üzvlənməsini və qruplaşmasını təklif edir. Həmin aktlar insan unsiyyətində 3 nitq
aspektini irəli sürür. Birirncisi, sözlərin tələffüzü aktı xüsusi məna və istinad
keyfiyyətləri ilə əlaqədardır. Bu əlaqəni Ostin “lokutiv akt” adlandırır. Lokutiv aktların
mənaları vardır. İkincisi, “illokutiv aktlar” dır ki, danışan lokutiv aktları işlətməklə
onlara nail olur. Belə ki, danışan nitqin lokutiv aktının xəbərdarlığını illokutiv akt
vasitəsilə yerinə yetirir. /I warn you that X// (Je te previens que/Je t’averti que...) Ostin
qeyd edir ki, illokutiv akt-ların mənadan daha çox gücü vardır. Üçüncüsü, “perlokutiv
aktlar” adlanır. Onlar dinləyicidə illokutiv aktların gücünə nail olur. Belə ki, xəbərdar
olunan dinləyici nəticədən çəkinmək üçün öz hərəkətlərini dəyişdirir. Bu mənada,
Ostinə görə perlokutiv aktlar illokutiv aktların təsirləridir.
Ostin bu taksonomiyadan istifadə etməyə çalışmaqla lokutiv mənaları uzaqdan
tənzimləyir. Və perlokutivlər illokutiv güclə danışığa təsir göstərir. Bu hərəkətlər
performativ feillərlə həyata keçirilir. O, illokutiv gücə görə müəyyən olunmuş
performativlərin 5 sinfini müəyyən etmişdir.
1. Verdictives (verdiktivlər), məsələn, diagnose-diaqnoz təyin etmək; convict –
ittiham etmək – condamner;
2. Exercitives (eksezkitivlər), məsələn, appoint – müəyyən etmək – désigner,
nommer;
3. Commisives (komisivlər), məsələn, vow – and içmək – prêter serment, jurer;
oppose – qarşı çıxmaq – s'opposer à;
4. Behabitives (behabitivlər), məsələn, apologize – üzr istəmək – s'excuser;
lənətləmək – maudire;
5. Expositives (ekspozitivlər), məsələn, report – məruzə etmək – rapporter; argue
– mübahisə etmək – se disputer.
Ostin perfotmativlərin hüdudlarının olmasını iddia edir. Məsələn, eyni nitq
performativ, yaxud konstativ ola bilər. Odur ki, faktiki olaraq istənilən danışıq aktı
performativ kimi yaradıla bilər və illokutiv güc performativlərinin ikskuluziv yükü
deyildir. (Belə ki, “Sən etməlisən X” (Tu dois faire) cümləsindəki sıralanmada
“etmək” (faire) performativ deyil). Səsin xüsusi tonu, yaxud çiyin çəkmək illokutiv
gücün çəkisisni daşıya bilər (2,s.40).
Filologiya məsələləri – №02, 2015
207
REFERENCES
1. Veysəlli F.Y. Dilçiliyin əsasları. Bakı, Mütərcim, 2013.
2. Austin J.L. How to Do Things with Words. Harvard University Press,
Cambridge, M.A. 1926
b.
3. Азадова Н.А. Сопостовительное исследование перформативного глагола
(на материале лезгинского, английском и русского языков). дисс. канд.
филол. наук. Махачкала 2007, 37.
АЙСЕЛЬ МАММЕДЛИ
КОНСТАТИВНЫЕ И ПЕРФОРМАТИВНЫЕ ПРЕДЛОЖЕНИИ
РЕЗЮМЕ
В статье исследуется констативные и перформативные предложения. В
истории языкознания иследование такого типа предложений началось в начале
50-60 гoдoв ХХ века. Констативные и перформативные предложения были
исследованы русскими, зарубежными и Азербайджанскими языковедами. В
речевом акте, констативные предложения противопоставляются к перфор-
мативным предложениям. Это означает что, значение предложения можно
понять тогда, когда предложение используется. Констативное подтверждение
является реализация речевого акта. В перформативных предложениях существует
слияние процедур и практики. В перформативных предложениях имеются
пределы. Одна речь может быть как перформативной так и констативной.
В исследовании описывается 3 вида перформативных предложений:
локутивные акты, иллокутивные акты и перлокутивные акты.
AYSEL MAMMEDLI
CONSTATIVE AND PERFORMATIVE SENTENCES
SUMMARY
In the article constative and performative sentences are investigated. In the
linguistic history such types of sentences began to be studied since the 50-60
th
of the XX
century. Constative and performative sentences were investigated by speech act
performative sentences are opposed to the constative sentences. This means that the
listener can understand the meaning of the sentences only after using it. The meaning of
the utterance, sentence and reference as the language expression of the speaker depends
on the link with the real truth. Constative affirmation which is a speech act lies in the
realisation. In the performative sentences unification of procedure and practice in the
performative sentences takes place.
In the research work three types of performative sentences are reflected:
locutive, illocutive, perlocutive acts.
Rəyçi: filol.e.d., prof. F.Y. Veysəlli
Filologiya məsələləri – №02, 2016
208
b/l. İLAHƏ HƏSƏNOVA
ADNSU. Azərbaycan dili kafedrası
pease.endless@mail.ru
“KİTABİ-DƏDƏ QORQUD” DASTANLARININ DİL
XÜSUSİYYƏTLƏRİ
Ключевые слова: Турки, распоряжения, эпос, книгa, героизм, хан, ашук…
Key words: Turkish, disposition, epic, books, heroic, inns, poet…
Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid
edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə
Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfin dən elçi
sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə
Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir.
Elmə XIX əsrdən məlum olan "Kitabi-Dədə Qorqud"un hələlik iki əlyazma
nüsxəsi (Drezden və Vatikan) məlumdur. Drezden nüsxəsi üzərində sonradan "Kitabi-
Dədə Qorqud əla lisani taifeyi-oğuzan" ("Oğuz tayfaları dilində Dədəm Qorqud kitabı")
yazılmışdır və yeni bir nüxsəsi (surəti) əsası 1556-cı ildə qoyulmuş Drezdendəki Kral
Kitabxanasından alınıb 1972-ci ilin avqustunda Bakıya gətirilib Azərbaycan Elmlər
Akademiyasına verilib və Əlyazmalar İnstitutunda daha təfsilatlı tədqiq olunmuşdur. Bu
nüsxə müqəddimə və 12 boydan, Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan
ibarətdir. Görünür ki, hər 2 nüsxə daha qədim naməlum bir nüsxədən
köçürülmüşdür. Azərbaycan EA Əlyazmalar İnstitutunda "Dədə Qorqud"un dünyada
üçüncü əlyazma nüsxəsi hazırlanmışdır.
2015-ci ildə ölkəmizin hər yerində Dastanın elm aləminə məlum olmasının 200
illiyi qeyd olunur. Abidə haqqında ilk dəfə 2015-ci ildə alman alimi F.Dits məlumat
vermiş
və "Təpəgöz" boyunu alman dilinə
tərcüməsi ilə
dərc
etdirmişdir. T.Nöldeke əsəri Drezden nüsxəsi
əsasında çapa hazırlamaq
istəmişdir. V.V.Bartold 1894-1904-cü illərdə əsərin 4 boyunu rus dilinə çevirərək çap
etdirmişdir. O, 1922-ci ildə dastanın tam tərcüməsini başa çatdırmışdır; həmin
tərcümə 1950-ci ildə Bakıda (H.Araslı və M.Təhmasibin redaktəsi ilə), 1962-ci ildə
isə Moskvada nəşr olunmuşdur.
Dastanların əsas süjeti on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın
boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək
boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli
Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin
boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Uşun Qoca oğlu
Səgrəyin boyu", "Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış
Oğuz asi olub Beyrək öldüyü boy".
"Kitabi-Dədə Qorqud" boylarında Dədə Qorqud şücaət göstərən igidlərə ad
qoyur, çətin zamanlarda xalqın köməyinə gəlir, müdrik məsləhətləri ilə onlara yol
göstərir. Dədə Qorqud adı, eyni zamanda, qopuzla əlaqədardır.
Qəhrəmanlıq ruhu abidənin əsas qayəsini təşkil edir. "Kitabi-Dədə Qorqud"
yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrofik
məlumatla zəngindir. "Kitabi-Dədə Qorqud" qadına yüksək münasibəti ilə seçilir.
Filologiya məsələləri – №02, 2015
209
Eposun qəhrəmanlıq ruhu qadın obrazlarının davranışlarında da aydın görünür.
Dastanda ana obrazı xüsusilə diqqəti cəlb edir. O, vətən rəmzi kimi
ümumiləşdirilir, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir. Azərbaycan xalq bədii
təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili bədii təsvir
vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və
idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunmuşdur. "Kitabi-Dədə
Qorqud" Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir.
Dastanın dilini tədqiq edən bir çox alimlər, eyni zamanda Davudoğlu "Dədə
Qorqud" dastanın dilinin Azərbaycan türkcəsinə daha yaxın olduğunu demişdir.
Biz də "Dastanın dilini izlədikcə, araşdırdıqca, onun Azərbaycan türkcəsinə daha
yaxın olduğunu görürük. "Dədə Qorqud"u oxumadan ədəbiyyatçı, dilçi olmaq olmaz.
"Dədə Qorqud" biz türklərin mədəni mirasımızın bir-birinə necə bağlı olduğunun
göstəricisidir".
Bu ölməz abidəyə İraqda da böyük maraq vardır. Əsər ərəb dilinə tərcümə edilərək
"Hekayət Dədə Qorqut" adı altında çap edilmişdir (Bağdad, 2007, 264 s.). Kitaba ön
sözü ədəbiyyatımızın böyük dostu Dr. Əbdüllətif Bəndəroğlu yazmışdır. Əsəri ərəb
dilinə İraqda və Türkiyədə tərcüməçi, tədqiqatçı, eləcə də yazıçı kimi tanınan Cəlal
Polad tərcümə etmiş, ona maraqlı və çox geniş giriş məqaləsi yazmış, indiyə qədər
aparılmış tədqiqatlardan və "Kitabi-Dədə Qorqud"un dünya şöhrətindən söz açmışdır.
"Kitabi-Dədə Qorqud" İraq türkmanları arasında geniş yayılan, sevilən və tədqiqata cəlb
edilən əsərdir. Bu da əsassız deyildir.
Əsrlərlə başqa xalqlar əhatəsində qalan, məhz buna görə də qədim leksik və fonetik
göstəricilərini daha çox saxlayan İraq türkmanlarının ləhcəsi "Kitabi-Dədə Qorqud"un
dil xüsusiyyətlərini tamamilə əks etdirir. "Kitabi-Dədə Qorqud"da yer alan onlarca
sözün indinin özündə belə Kərkük dolaylarında işlək olması, daha doğrusu, həmin
sözlərin yalnız həmin mənada işlənməsi tutarlı dəlil-sübutdur. Məsələn: kəpənək
(yapınçı), xerxız//xırxız (oğru), əkmək (çörək), ənsə (arxa), qlağuz//qlavuz (bələdçi),
qısraq (at, madyan), yayan (piyada), nəsnə (əşya, alət), səmiz (kök), sığır (buğa, çöngə),
mavlamaq (huşunu itirmək), qanara (çarmıx), borı çalmaq (şeypur çalmaq), davul
dögmək (təbil çalmaq), ismarlamaq (tapşırmaq), yarın (sabah), ög (ön), xoyrad (qaba,
kobud, nadan), yağmalamaq (talamaq), qavat (alçaq, əskik adam), oda (otaq), imdi
(indi), baş üzərinə! (baş üstə!), qaum-qardaş (qohum-qardaş), kəlisa (kilsə), eyi (gözəl),
kəndi (özü), dam (tələ), yoğurd (qatıq) və s.
Maraqlıdır ki, Dəli Domrul bu gün də Kərkük dolaylarında "dəlli dobur"
formasında, "dəli-dolu" mənasında işlənir.
Təsadüfi deyildir ki, "Koroğlu", "Arzu Qənbər" və başqa dastanlarımıza dərin təsir
göstərən, qədim ədəbiyyatımızın başlanğıc mənbəyi olan bu təkrarsız əsəri azərbaycanlı
tədqiqatçılar Azərbaycan şifahi və yazılı ədəbiyyatının babası, kərküklü tədqiqatçılar isə
İraq türkmanlarının "Ana kitabı" adlandırırlar.
Biz bu məqalədə "Kitabi-Dədə Qorqud"da bəzi dil məsələlərinə münasibət
bildirməyi qarşımıza məqsəd qoymuşuq.Dastanda işlənmiş,İraq-türkman ləhcəsində və
ədəbi dilimizdə eyni olan çoxsaylı: pəncərə, dirək, un, çuval, leş, çomaq, sapan, öpmək,
rast gəlmək, muştuluq, küsmək, kəklik, yumruq, yalaq, beşik və s.-dən söz açmağa
istəmirik. Doğmalığı təmin edən başqa məqamlara diqqət yetirək.
Azərbaycanlı alim, professor Əkrəm Cəfər Azərbaycan dilini başqa türk dillərindən
fərqləndirən xüsusiyyətlərdən danışarkən göstərir ki, "banlamaq" sözü Azərbaycan
Filologiya məsələləri – №02, 2016
210
dilindən başqa heç bir türk dilində işlənmir. Qeyd edək ki, bu söz "bannamaq //
baynamaq" formasında İraq türkman ləhcəsində və bir az başqa mənada işlənsə də,
"Kitabi-Dədə Qorqud"da da yer alır.
"Kitabi-Dədə Qorqud"da və İraq-türkman ləhcəsində elə sözlər vardır ki, onlara
ancaq bu və ya digər dialekt və şivələrimizdə rast gəlirik: məs.: baba (ata), budamaq
(vurmaq), varmaq (getmək), quçən (küçük), darılmaq (əsəbiləşmək), ənsə (arxa, dal),
yazı (çöl, səhra) və s. belə sözlərdəndir.
"Kitabi-Dədə Qorqud"da və ədəbi dilimizdə yer alan elə sözlər də var ki, İraq
türkman ləhcəsində təsadüf edilmir. Məsələn: alqış (dua), qarğış (bəddua), gögçək, daz,
mahmızlamaq, hürmək, hürkütmək, tavla (töylə), qaravaş, ulamaq (qurd kimi və s.),
gənəşmək, yaxşı//yəxşi, arıq, ayğır, böyürmək, məğmun, çapar (çaparaq xəbər aparan
atlı), qaynata, qaynana və s.
Dünya alimlərinin qənaəti budur ki, "Dədə Qorqud" dastanları Azərbaycan dilində
yazılmış və azərbaycanlılara aid bir abidədir. Bu, təkcə onunla izah olunmur ki, "Kitabi-
Dədə Qorqud"da yer alan əksər toponimlər Azərbaycanla bağlıdır: Əlincə qalası, Dəmir
qapı Dərbənd, Qazlıq tağı (Qafqaz dağları), Gəncə, Bərdə, Göyçə gölü, Dondar,
Qaradərə (Qarabağda yer adı) və s.
Söhbət ondan gedir ki, bu təkrarsız əsər Azərbaycan dilindədir. Dilin fonetik və
leksik göstəricilərinə əsasən Azərbaycan dilinin Cənub və Şərq qrupu dialekt və
şivələrinin xüsusiyyətləri ilə səsləşdiyinə görə "Kitabi-Dədə Qorqud" tədqiqatçılarından
V.Bartold, F.Köprülü, A.Dilaçar, M.Ergin onun azərbaycanlılara, V.Bartoldun təbirincə
desək, Qafqaz türkmanlarına məxsus olduğunu, O.Gökyay, M.Ergin, Y.Yakubovski,
H.Araslı, M.Təhmasib, Ə.Dəmirçizadə, Ş.Cəmşidov, X.Koroğlu və başqaları isə əsərin
Drezden nüsxəsinin, ümumiyyətlə, Azərbaycanda qələmə alındığını təsdiq edirlər.
Maraqlıdır ki, tədqiqatlarda Azərbaycan ədəbi dili tarixindən danışarkən XV-XVI
əsr ədəbi dilimizdə Cənubi Azərbaycan və Bağdad (Kərkük) şivə xüsusiyyətlərinin
üstünlük təşkil etdiyi göstərilmiş, İraq-türkman ləhcəsi Azərbaycan dilinin Cənub qrupu
dialekt və şivələri sırasına daxil edilmişdir.
Bununla yanaşı, görkəmli dilçilərdən
P.M.Melioranski, M.Ş.Şirəliyev,
N.A.Baskakov, A.M.Şerbak, H.Mirzəzadə, E.N.Nəcib, Ə.Ə.Orucov, Y.Z.Şirvani
təxminən XIII əsrin axırlarında, XIV əsrin əvvəllərində yazılmış "İbn Mühənna
lüğəti"ndən danışarkən, əsər qədim Azərbaycan dilində olduğuna görə onun ya müasir
İraq ərazisində, ya da Azərbaycanda yazıldığını qeyd edirlər. Həmin lüğətdə ağıl (mal-
qara üçün yer), ağırlamaq (hörmət etmək, əzizləmək), arşınlamaq, baldız, bacanaq,
baxışmaq, bərk, beşik, belbağı, boşamaq, buyurmaq, davar, iraq, ismarlamaq, qanalıcı,
qardaş, kərki, kirşan, quduq (qoduq), laçın, mərcimək, pusmaq, süngü və s. kimi indi də
Azərbaycan ədəbi dilində və İraq-türkman ləhcəsində müşahidə edilən onlarca sözə rast
gəlirik.
Türk epik təfəkkürünün ən nadir incilərindən olan “Kitab”ın nəsri də nəzm kimi
səslənir. “Abidənin dilində bədiilik elə yüksəkdir ki, elə bil üslubi nəzarətdən kənarda
heç bir söz, heç bir cümlə yoхdur. Sanki hər sözün, hər səsin üslubi məqsədi var”.
Şübhəsiz ki, “Kitab”ın poetik хüsusiyyətlərindən bəhs edərkən ilkin olaraq sait və samit
təkrarının – assonans və alliterasiyanın yaratdığı ahəngdarlıqdan bəhs etmək lazım gəlir.
K.Vəliyev dastanda alliterasiyadan bəhs edərkən yazmışdır ki, kitabda q samitinin
alliterasiyasına çoх rast gəlinir. Qara dərə ağzında qadır verən, qara buğra dərisindən,
beşiyinin yapuğu olan, acığı tutanda qara daşı kül eləyən qara bığın yeddi yerdə
Filologiya məsələləri – №02, 2015
211
ənsəsində düyən Qazan bəyin qardaşı Qaragünə çapar yetdi. Qarşı yatan qara dağlar,
Qarıyıbdır, otu bitməz. Qanlı-qanlı irmaqlar Quruyubdur, suyu gəlməz. Göründüyü
kimi, bu misralarda alliterasiya paralel komponentləri bir-birinə bağlamaqda böyük rol
oynayır.
K.Vəliyev “Kitab”da assonansın az olmasını da qeyd etmişdir: “Dədə
Qorqud”dakı paralelizm nümunələrində az da olsa assonansa da rast gəlirik. Məs.: Av
avlar, quş quşlar oldu”. N.Хudiyev isə incə saitlərin assonansının az olmasını qeyd edir:
“Kitabi-Dədə Qorqud”un dili üçün qalın saitlərin assonansı хarakterikdir. İncə saitlərin
assonansına isə az-az hallarda təsadüf olunur:
“Dədə Qorqud”dastanı üzrə XIX əsrdən başlayan çoxşaxəli tədqiqlər bu gün də
davam etməkdədir. Araşdırmalarda türkün mənəviyyatını əks etdirən, onun ən dəyərli
atributu olan antroponimlər də diqqət mərkəzində olmuşdur.
Dastan dili şifahi ədəbi dil nümunəsi sayılır. Lakin “Kitabi-Dədə Qorqud”dan
danışarkən bir qədər başqa cür düşünmək lazım gəlir. Madam ki boylar sonuncu dəfə
XV-XVI əsrlərdə köçürülüb, üzü köçürülərkən XI əsr nüsxəsi əsas götürülüb, həm də
güman olunur ki, XI əsr nüsxəsi də hökmən başqa - daha qədim bir nüsxəyə əsaslanıb
və müxtəlif dövrlərdə yazıya alınarkən dastanın sintaksisi ciddi zədə almayıb, onda
“Kitabi-Dədə Qorqud”u bir sıra başqa folklor nümunələri kimi hərfi mənada şifahi
ədəbiyyat və şifahi ədəbi dil nümunəsi saymaq doğru olmaz.
“Dədə Qorqud”un dili onunla bir dövrdə yarana biləcək ən kamil yazılı ədəbiyyat
nümunəsinin dilindən daha kamil yazılı ədəbiyyat dilidir.
70-ci illərdən başlayaraq KDQ Azərbaycan mənəvi düşüncəsinə hakim kəsilmiş,
təkcə ədəbiyyatşünasların deyil, filosofların, tarixçilərin, dilçilərin, tədqiqatçıların
diqqətini özünə cəlb etmişdir. Azərbaycan mənəviyyatının və tarixinin monumental
abidəsi olmaqla KDQ hazırda daha böyük aktuallıq və əhəmiyyət kəsb edir.
1990 ildə Azərbaycan SSR Nazirlər Soveti “Kitabi-Dədə Qorqud”
Ensiklopediyasının nəşri haqqında qərar qəbul etdi. 1997 ilin aprelin 20-də isə
Azərbaycan Respublikası Prezidentinin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi
haqqında” Fərmanı verildi. Fərmanda KDQ-nin 1300 illiyinin beynəlxalq səviyyədə
qeyd olunması üçün BMT-nin YUNESKO təşkilatına müraciət və tədbirlər planı
nəzərdə tutulmuşdur. Bununla əlaqədar, 1999 ildən KDQ mövzularında çox sayda elmi,
elmi-kütləvi kitab nəşr edilmişdir.
Áó “Êèòàá” áóýöíêö äöíéà ìÿäÿíèééÿòèíÿ “Êöëòèãèí” âÿ “Áèëãÿ êàüàí”
äàñòàí- äèëîýèéàëàðû èëÿ éàíàøû, éàçûëû øÿêèëäÿ ÷àòàí òöðê åïîñóäóð. “Äÿäÿ Ãîðãóä
êèòàáû” ýþâäÿñèíäÿ ìöõòÿëèô ìåéâÿ càëàãëàðû éåòèðÿí íÿùÿíý àüàcà áÿíçÿéèð —
ìöêÿììÿë ñèíêðåòèê òàðèõ ñÿíÿäèäèð- ñàëíàìÿäèð âÿ áÿäèè ÿñÿðäèð, øèôàùè éàðàäûcûëûã
íöìóíÿñèäèð âÿ éàçûëû ÿäÿáèééàòäûð.
Äÿäÿ Ãîðãóä ùàããûíäà èëê ìÿëóìàòëàðû âåðÿí òàðèõ÷èëÿð áó äàñòàíûí ùÿð àøûã
òÿðÿôèíäÿí èôà åäèëÿ áèëìÿäèéèíè ñþéëÿéèðëÿð: “Áó ìàñàëëàðû îüóçëàð è÷èíäÿ àüûëëû, åëìëè
êèìñÿëÿð ÿçáÿðëÿð âÿ ãîïóçëàðûíû ÷àëàðàã ñþéëÿðëÿð”. Äåìÿëè, Äÿäÿ Ãîðãóä äàñòàíûíûí
äà õöñóñè èôà÷ûëàðû — ãîðãóä÷óëàð îëìóøëàð. Âÿ ýþðöíöð, áèð çàìàíëàð îíëàðûí íÿñëè
êÿñèëäèéè ö÷öí äàñòàíûn õàëã àðàñûíäà ñþéëÿíìÿsi zəifləmişdir.
Òÿáèè êè, áó òèï øåèðè ÿçáÿðëÿìÿéèí þç ÷ÿòèíëèêëÿðè âàð. Äåìÿê, áó ãóðóëóø
äà øåèðëÿ éàçûëìûø äàñòàíû ÿçáÿðëÿéÿí, ÿââÿëèíäÿí àõûðûíà ãÿäÿð áèð ñþçö äÿ
äÿéèøìÿäÿí, óíóòìàäàí ñþéëÿéÿí, òàðèõ÷èíèí äåäèéè êèìè, õöñóñè “àüûëëû, åëìëè
êèìñÿëÿð”, ôþâãÿëàäÿ éàääàøëû îçàíëàð îëìóøëàð. Ùÿìèí îçàíëàð ãîðãóä÷ó
àäëàíûðìûøëàð âÿ áèð çàìàí îíëàðûí íÿñëè êÿñèëèá. Áó ñÿáÿáÿ ýþðÿ äÿ áèçèì îëàí
Filologiya məsələləri – №02, 2016
212
äàñòàíûí åë è÷èíäÿ øèôàùè èôàñû äàéàíìûø âÿ áó íàäèð ñÿíÿò àáèäÿñèíè èòèðìÿìÿê ö÷öí
ìöäðèê óëó áàáàëàðûìûç îíó ñîíóícó ãîðãóä÷ó îçàíûí äèëèíäÿí éàçûéà àëìûøëàð.
Qadın- ana “Kitabi- Dədə Qorqud” dastanının boylarında qürurla, məhəbbətlə
təsvir olunur. “Salur Qazanın evinin yağmalandığı boy”da Şöklü məlik tərəfindən əsir
götürülmüş Boyu uzun Burla xatun ailə namusunu, qadınlıq şərəfini qorumaq üçün ən
ağır işgəncələrə məruz qalır. Dastanda yazılır: Bir yanda Şöklü Məlik keyfi kök,
kafirlərlə yeyib- içib oturmuşdu. Dedi:- Bəylər, bilirsinizmi, Qazana necə heyif vurmaq
lazımdır? Boyu uzun Burla xatunu gətirdək, badə paylasın.
Boyu uzun Burla xatun bunu eşitdi,ürəyinə-canına od düşdü. Qırx incə belli qəzən
içinə girb, öyüd- nəsihət verdi, ddedi:
-Qazan bəyin xatunu hansınızdır?-deyə hansınıza sorsalar, qırx yerdən səs
verərsiniz.
Şöklü Məliyin adamı gəldi:”Qazan xanın xatunu hansınızdır? - deyə soruşdu.Qırx
yerdən səs gəldi, hansıdır, bilmədilər. Kafirə xəbər verdilər.
Bu parçada Oğuz igidləri kimi, onların qadınlarının da namuslu, qeyrətli,
sədaqətli olmaları diqqətə çatdırılır.
Dastanda qadın-ANA ilə bağlı ən təsirli səhnələrdən biri Qazan xanın evinin
yağmalanması boyunda Qazanın anasını əsir aparan düşmənlərdən anasını tələb etməsi
səhnəsidir. Qazan xan Şöklü Məliyə deyir: -Ey Şöklü Məlik! Xəzinəmi, var-dövlətimi
gətirmisən, sənin olsun. Atlarımı gətirmisən miniyin olsun. Qatar-qatar dəvələrimi
gətirmisən sənin yükünü daşısın. Oğlum Uruzu gətirmisən sənin qulun olsun. Qırx incə
belli qızla Burla xatunu gətirmisən, sənə əsir olsun. Qoca anamı gətirmisən. Anamı ver,
savaşmadan, vuruşmadan qayıdıb gedəyim.
Verilmiş parça –poetik nümunə hər şeydən əvvəl Oğuz cəmiyyətində, Oğuz
ailəsində qadının yüksək şərəfini və analıq ülviyyətini əks etdirməklə, xalqımızın uzun
əsrlərdən keçib gələn böyük əxlaqi simasını əks etdirir. Bu, ən böyük istəkdir-
insanlığın alicənablıq xasiyyətnaməsidir. Elə buna görə də “Dədə Qorqud kitabı”nda
bütün boylarda oğuzlar qadını müqəddəs hesab edir, analıq şərəfi Tanrı sevgisi ilə
bərabər tutulur. Bu səbəbdən də Oğuzlarda “Ana haqqı tanrı haqqı” kimi şərəfli olan və
bu gün də öz dəyərini qoruyub saxlayan ata sözü yaradılmışdır.
Oğuzlarda qadın müqəddəs analıq şərəfinin daşıyıcısıdır.Yəni Dirsə xanın
xatunu Ana xatun övlad hamisi, Qazan xanın xatunu Burla xatun isə analıq ismətinin,
ailə qeyrətinin daşıyıcısıdır.
Qadın- ana “Kitabi- Dədə Qorqud” dastanının boylarında qürurla, məhəbbətlə
təsvir olunur. “Salur Qazanın evinin yağmalandığı boy”da Şöklü məlik tərəfindən əsir
götürülmüş Boyu uzun Burla xatun ailə namusunu, qadınlıq şərəfini qorumaq üçün ən
ağır işgəncələrə məruz qalır. Dastanda yazılır: Bir yanda Şöklü Məlik keyfi kök,
kafirlərlə yeyib- içib oturmuşdu. Dedi:-
-Bəylər, bilirsinizmi, Qazana necə heyif vurmaq lazımdır? Boyu uzun Burla
xatunu gətirdək, badə paylasın.
Boyu uzun Burla xatun bunu eşitdi,ürəyinə-canına od düşdü. Qırx incə belli qəzən
içinə girb, öyüd- nəsihət verdi, ddedi:
-Qazan bəyin xatunu hansınızdır?-deyə hansınıza sorsalar, qırx yerdən səs
verərsiniz.
Şöklü Məliyin adamı gəldi:”Qazan xanın xatunu hansınızdır? - deyə soruşdu.Qırx
yerdən səs gəldi, hansıdır, bilmədilər. Kafirə xəbər verdilər.
Filologiya məsələləri – №02, 2015
213
Bu parçada Oğuz igidləri kimi, onların qadınlarının da namuslu, qeyrətli,
sədaqətli olmaları diqqətə çatdırılır.
Dastanda qadın-ANA ilə bağlı ən təsirli səhnələrdən biri Qazan xanın evinin
yağmalanması boyunda Qazanın anasını əsir aparan düşmənlərdən anasını tələb etməsi
səhnəsidir. Qazan xan Şöklü Məliyə deyir: -Ey Şöklü Məlik! Xəzinəmi, var-dövlətimi
gətirmisən, sənin olsun. Atlarımı gətirmisən miniyin olsun. Qatar-qatar dəvələrimi
gətirmisən sənin yükünü daşısın. Oğlum Uruzu gətirmisən sənin qulun olsun. Qırx incə
belli qızla Burla xatunu gətirmisən, sənə əsir olsun. Qoca anamı gətirmisən. Anamı ver,
savaşmadan, vuruşmadan qayıdıb gedəyim.
Verilmiş parça – poetik nümunə hər şeydən əvvəl Oğuz cəmiyyətində, Oğuz
ailəsində qadının yüksək şərəfini və analıq ülviyyətini əks etdirməklə, xalqımızın uzun
əsrlərdən keçib gələn böyük əxlaqi simasını əks etdirir. Bu, ən böyük istəkdir-
insanlığın alicənablıq xasiyyətnaməsidir. Elə buna görə də “Dədə Qorqud kitabı”nda
bütün boylarda oğuzlar qadını müqəddəs hesab edir, analıq şərəfi Tanrı sevgisi ilə
bərabər tutulur. Bu səbəbdən də Oğuzlarda “Ana haqqı tanrı haqqı” kimi şərəfli olan və
bu gün də öz dəyərini qoruyub saxlayan ata sözü yaradılmışdır.
Oğuzlarda qadın müqəddəs analıq şərəfinin daşıyıcısıdır.Yəni Dirsə xanın
xatunu Ana xatun övlad hamisi, Qazan xanın xatunu Burla xatun isə analıq ismətinin,
ailə qeyrətinin daşıyıcısıdır.
“O da ana türkcəmiz kimi qədim və müasirdir, mükəmməl və yetkindir, gözəl və
şairanədir. Dilimiz qədər heç nəyi sevmirik, ona görə “Dədə Qorqud kitabı”nı da bütün
həmcinslərindən-dastanlarımızdan və başqa bədii sənət abidələrimizdən çöx sevirik”
(11,86).
Dostları ilə paylaş: |