Aygünlü – Azərbaycan Respublikasının Şabran rayonunun Gəndob inzibati ərazi
vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Etnotoponimdir. XIX əsrdə
Filologiya məsələləri – №02, 2015
173
Aygunlu Kəngərli adı ilə qeydə alınmışdır. Həmin əsrin ortalarında Aygunlu, Burbur
(Borbor), Kəngərli, Molla Kamallı, Obey Məhəmməd Hacıbəbir və Ağamirzə obası adlı
kicik məntəqələr birləşərək Aygunlu Kəngərli, Burbur Molla Kamallı və Burbur adlı 3
böyük kənd icması əmələ gətirmışdir. Sonralar oykonimin tərkibindəki "kəngərli"
komponenti düşmüşdür [5, s. 92].
Aygünlü toponimində Ay və Günün – iki əks qüvvənin qoşa – birlikdə verilməsi
qədim türklərin dual təfəkkürü ilə bağlıdır ki, bu da özlüyündə əksliklərin vəhdətinə və
mübarizəsinə əsaslanır. Aygünlü toponimi quruluşca mürəkkəbdir, Ay və Gün
sözlərindən və -lü şəkilçisindən ibarətdir [4, s. 37].
Aydınlı – Eçmiədzin rayonunda kənd adı. 1918-1919-cu illərdə əhalisi qovulmuş
və Türkiyədən gələn ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Senuqs
adlandırılmışdır. Orta əsrlərdə Akadduda yaşamış Yeryük tayfa birləşməsinin Aydınlı
tayfasının məskunlaşması nəticəsində yaranmışdır [8, 115]. Məfhum şəxs adına keçib,
daha sonra isə etnonim və toponim istiqaməti üzrə inkişaf etmişdir. Bu toponimin
etimologiyası mifonimə gedib çıxır.
"1034-cü ildən (425-ci ildən) başlayaraq Azərbaycana Səlcuq adı ilə tanınmış bir
türk tayfası gəlməyə başlamışdır... Səlçuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan
bir çoxları monqol hücumu dövründə onlara tabe olmaq istəməyib, Kiçik Asiyaya çıxıb
getmiş və ordan sonralar müxtəlif vaxtlarda Azərbaycana gəlmişdilər, bir hissəsi isə
monqollar dövründə də Azərbaycanda qalmışdı. Səlcuq tayfaları indi də Ayrum, Şamlı,
Bəydilli, İnallı, Təklə, Qaramanlı, Əhmədli, Aydınlı, İmirli, Düxər və s. adlarla
məşhurdur" [20].
Aydoğmuş – 1728-ci ildə İrəvan əyalətinin Şirakel (Şörəyel) nahiyəsində kənd
adı [13, s. 135]. Hal-hazırda isə həmin kənd ermənilər tərəfindən dağıdılmışdır.
Aydoğmuş toponimi mürəkkəb söz olub «Ay» və «doğmuş» komponentlərindən
ibarətdir. Bu toponimin də Aya inamla bağlı olması heç kimdə şübhə doğurmur. Burada
Ayın doğmağı kosmoqoniya ilə bir başa bağlı olan məsələdir [4, s. 40].
Qaşqa - Qərbi Azərbaycanın Vedi rayonu ərazisində kənd adı 1948-ci ildə Qaşqa
adı ermənilər tərəfindən dəyişdirilərək Vardaşat qoyulmuşdur [8, s. 198; 11, s. 115].
Demək olar ki, bütün mənbələr Qaşqa toponiminin qaşqaylarla əlaqədar olduğunu
təsdiq edir. Yalnız onlardan M.Seyidovun mülahizələri həmin toponimin «Qaşqa» və
«ay» hissələrindən əmələ gəldiyini göstərir və eyni zamanda qaşqanın, «yandırmaq»,
«alovlandırmaq», «işıq vermək» mənalarında olduğunu qeyd edir [9, s. 81-83; 7, s. 74].
Bu toponim də qədim türk mifoloji dünyagörüşü ilə dolayı yolla əlaqədardır.
Qaşqa toponimi teonim-etnonim-toponim istiqamətində inkişaf xətti keçmişdir.
Dədəgünəş - Ağsu çayının sol sahilindən bir qədər aralı, dağətəyi ərazidədir.
Kənd adını oradakı Dədəgünəş pirinin adından almışdır. Yerli əhali bu piri Piri-Sultan
Dədəgünəş adlandırır. Dədəgünəş türbəsi 1602-1603-cu illərdə tikilmişdır. Türbənin
kitabəsinə görə, orada Dədəgünəş (Əfzələddin Xəqaninin əmisinin ləqəbi) nəslindən
Şeyx Dədəqulunun oğlu Şeyx Məhəmməd dəfn olunmuşdur. Rəvayətə görə, Dədəgünəş
quduzluğa tutulmuş xəstələri müalicə edirmiş. Odur ki, vəfatından sonra türbəsi
müqəddəsləşdirilmişdir. Zəngin təbiəti və müalicə suları ilə məşhur olan Dədəgünəş
orta əsrlərdə məşhur elm mərkəzlərindən biri olmuşdur və Xaqaninin əmisi Kafiəddin
Ömər Osman oğlu bu mərkəzin hörmətli alimlərindən idi [5, s. 219].
Dədəgünəş məşhur alim təbib və filosof idi. Rəvayətə görə onu "yerin və
insanların günəşi" adlandırmışdılar. Kəndin adı da onun adı ilə əlaqədardır. Dədəgünəş
həm də böyük Sufi alim hesab olunurdu. Dədəgünəş məqbərəsi şamaxılıların ocaq kimi
inanclı məqbərələrindəndir. Bu məqbərənin yerləşdiyi yerdə bir vaxtlar böyük tibb
mərkəzi olmuşdur.
Filologiya məsələləri – №02, 2016
174
Günəşli –Dəvəçi, Xaçmaz, Beyləqan, Xocavənd, Şəmkir, Bakı, Qərbi
Azərbaycanın Basar-Keçər və Noyemberyan rayonlarında kənd və qəsəbə adı [6, s. 330-
331]. Günəşli adı ilə adlanan yer-yurd adlarmız heç şübhəsiz mifologiya ilə bağlılığıda
xalqımızın Günəşi özləri üçün rəmzləşdirməsi və müqəddəsləşdirməsi ilə əlaqələnir.
Ərgünəş – Xocavənd və Füzuli rayonları ərazisində dağ. Oronimin tərkibindəki
«ər» komponentini müxtəlif şəkildə yozanlar var. Bəzilərinə görə, bu komponent türk
dillərində «gədik» mənasında işlənən ar sözü ilə bağlıdır [6, s. 213].
Qədim türklər – azərbaycanlılar Günəşi obrazlaşdıranda mifik təfəkkürə uyğun
olaraq ona ər kimi müraciət etmişlər. Ərgünəş sözündə həm də Günəşə bir ehtiram,
hörmət də ifadə olunmuşdur. Xocavənd və Füzuli rayonlarında yerləşən Ərgünəş dağı
«əzəmət», «ucalıq» rəmzi kimi yerli camaat tərəfindən mənalandırılır [4, s. 32].
Göylər – Şamaxı rayonunun Göylər inzibati ərazi vahidliyində iki kənd.
Kəndlərdən biri dağətəyi ərazidə yerləşdiyi üçün Göylərdağ, digəri isə Şirvan düzündə
yerləşdiyi üçün Göylərçöl adlanır. Hər iki kəndin adı Səlcuq oğuzlarının «göglər»
qolunun admı əks etdirir. [6, s. 325]. Türk inancları arasında Göyə – Səmaya müqəddəs
varlıq kimi baxmaq, ona tapınmaq, onu hətta tarının özü kimi mənalandırmaq geniş
yayılmışdır. Bu özünü adlarında da göstərir ki türklər Göytürklər adlanmışlar. Məhz
burdan qaynağını alaraq «göy» rəng dünya türklərinin rəmzinə çevrilmişdir. Türklər
tanrılarının adını öz övladlarında əbədiləşdirmişlər. Bildiyimiz kimi Oğuzun 6 oğlundan
birinin adı da Göy xan idi. Və bununla da ad etnonim toponim istiqamətində
irəliləmişdir.
«Oğuznamə»lərin uyğur versiyasının birində deyilir: «Yenə günlərdən bir gün
Oğuz xaqan bir yerdə Göy tanrısına tapındı. Qaranlıq düşdü. Göydən bir göy şüa düşdü.
Günəşdən işıqlı, aydan parlaq idi. Oğuz xaqan yüyürdü, gördü bu şüanın arasında bir
qız var, tək oturubdur» [14, s. 46].
Orxon-Yenisey abidələrində də Göy tanrı kimi, müqəddəs hesab olunur. Məsələn,
«Yuxarıda Göy tanrı aşağıda qonur torpaq yarandıqda, ikisi arasında insan oğlu
yaranmış [15, s. 139].
Beləliklə, Göylər toponimindəki Göy elementinin izahı onun ta qədim türklərin
tanrçılığına, qədim mistik inanclarına aparıb çıxarır ki, bu da mifoloji nəzərdən izahat
tələb edir.
Göynük - Şəki rayonunda iki kəndin adı. Aşağı Göynük və Yuxarı Göynük.
Toponim cox vaxt Koynuk variantında da işlənir. Ehtimal edilir ki, Goynuk yaşayış
məntəqəsini orta əsrlərdə Kicik Asiyada adı çəkilən Goynuk mahalından və ya eyniadlı
qaladan gəlmiş ailələr salmışlar. Goynuk/goyruk Azərbaycan toponimiyasında "yaşıl
sahə, otlu sahə" mənasını ifadə edir. Koynuk variantı isə "kənd, el, məskun yer"
mənasını bildirir [5, s. 298].
Mənbələrə [16, 46] əsaslanaraq demək olar ki, Göynük toponimi «göy» və «-lük»
komponentlərindən ibarətdir və quruluşca düzəltmədir. Həmin toponimdə «göy»
məfhumu yerin - ərazinin yaşıllığını deyil, təmizliyini, saflığını ifadə edir ki, bu da
«göy» sözünün mifoloji anlamından doğan məsələdir. -lük şəkilçisi isə adlardan ad
düzəldən leksik şəkilçidir ki, Göynük toponimində «ı» saiti «n» samiti ilə əvəz olun-
muşdur.
Mənbələrdə [17, s. 61; 10, s. 46; 18, s. 71; 12, s. 273] göy morfeminin əsasən iki
mənasını – səma, göy qübbəsinin rəngi kimi mavi və çəmənlik, otluq yerləri ifadə
etməsini qeyd etmişlər. Əksəriyyəti «göy» morfeminin birinci olaraq səma ilə
bağlılığını əsaslandırmışlar.
Göydəlləkli - Ağsu rayonunun Ərəbsarvan inzibati ərazi vahidində kənd. Şirvan
düzündədir. Kəndin adı goy/koy (kənd) və dəlləkli (ərəbŞamlı tayfasının tirələrindən
Filologiya məsələləri – №02, 2015
175
birinin adı) sözlərindən düzəlib, "kənd dəlləkli və ya dəlləkli kəndi" deməkdir. Kənd
keçmışdə Dəlləkli adlanan digər coğrafi obyektlərdən fərqləndirmək üçün belə
adlandırılmışdır [5, s. 298].
Göyərcik - Qubadlı rayonunda kənd. Bərgüşad silsiləsinin yamacındadır. Bəziləri
toponimin göylük, yaşıllıq, otluq mənası ilə bağlı olduğunu izah edirlər. Digərləri isə
onu kürd dilindəki kuvər (arxac) sözü ilə əlaqələndirib (-cik Azərbaycan dilində kiçilmə
şəkilçisidir) «kiçik arxac» kimi yozurlar. Toponimi türk dilli kürəcik etnonimi ilə
əlaqələndirənlər də var [6, s. 324]. Digər mülahizəyə görə isə ehtimal olunur ki,
Göyərcik toponimi «Göy», «ər» və «-cik» komponentlərindən ibarətdir və «Göylər
tayfasının məskunlaşdığı yer» mənasındadır. Bu da öz növbəsində qədim türklərin
kosmoqonik inamları ilə bağlıdır [4, s. 43].
ƏDƏBİYYAT
1. Əliyev O. "Kitabi-Dədə Qorqud" və Azərbaycan folkloru. Bakı, “Elm”, 1999, 72 s.
2. Qurbanov A. Azərbaycan dilinin onomologiyası. Bakı. "Maarif" nəşriyyatı, 1988,
423 s.
3. Rzasoy S. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. Bakı, ”Nurlan”, 2008,
188 s.
4. Tapdıqov A. Azərbaycan dilində mifoloji toponimlər. Bakı, "Elm və təhsil", 2013,
125 s.
5. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, “Şərq-
Qərb” , 2007. 427 s.
6. Azərbaycan toponimləri (Ensiklopedik lüğət). Bakı, 1999, 588 s.
7. Bayramov T. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı, 2002, 696 s.
8. Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin
izahlı lüğəti. Bakı, 1998, 452 s.
9. Cəlilov F. A. Azərbaycan dilində «al» köklü sözlər (tarixi-etimoloji etüd).
«Azərbaycan filologiyası məsələləri», Bakı, 1983, s. 165-173
10. Əhmədov T.M. Azərbaycan toponimikasmm əsasları. Bakı, 302 s.
11. Əliyev F.V. Qaşqa toponimi haqqında. Az.O.P. №4, Bakı, 1993, s.115.
12. Əsgərov N.Ə. «Göy» komponentli Azərbaycan hidronimləri. Az. O. P. №2, Bakı,
1988, s.272-274.
13. İrəvan əyalətinin müfəssəl dəftəri. Bakı, 1996, 184 s.
14. R.Fəzlullah.F. «Oğuznamə». Bakı, 1992, 72 s.
15. Şükürov.Ə. Qədim türk yazılı abidələrinin dili. Bakı, 1993, 336 s.
16. Еремеев Д.Е. К семантике тюркской этнонимии – Этнонимика. М., 1970,
с.133-142.
17. Койчубайев.Е. Краткий толковый словарь топонимов Казахыстана. Алма-Ата,
1974, 110 с.
18. Гейбуллаев Г.А. Топонимия Азербайджана. Баку, 1986, 182 с.
19. Britaniya adalarının xalq nağılları.“Britaniya adalarının nağıl dünyası" məqaləsi,
Bakı, 2005.
20. Vəliyev.M. (Baharlı) “Azərbaycan: Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat”
Filologiya məsələləri – №02, 2016
176
М.Ш.МУСАЕВА
МИФОЛОГИЧЕСКИЕ ТОПОНИМЫ, ОБРАЗОВАННЫЕ НА ОСНОВЕ
КОСМОГОНИЧЕСКИХ МИФОВ КАК СЛОЙ ФОЛЬКЛОРНОЙ
ОНОМАСТИКИ
.
РЕЗЮМЕ
В статье описаны мифологические топонимы, образованные на основе
космогонических мифов Азербайджанского фольклора. Азербайджанский
фольклор — устное народное творчество азербайджанского народа,
представленное трудовыми, обрядовыми и бытовыми песнями, легендарными,
любовными и историко-героическими эпическими произведеними (дастанами),
сказками, юморесками (лятифа), пословицами, поговорками, загадками.
Азербайджанская мифология является составной частью общетюркской
мифологии. Наша мифология – это творческая сфера обогащенная источниками
древнетюркской мифологии, которая, оберегая древнетюркские мифологические
модели, обогатила их новыми мифами, поверьями, культами, традициями и
обрядами. Азербайджанская мифология богата древними верами, поклонениями,
антропоморфическими и зооморфическими взглядами.
Азербайджана в качестве
ведущего мотива выступает мифологическое мышление древних тюрков. Это
можно наглядно усмотреть в космогонических мифах, связанных с созданием
мира, этногенетических мифах, связанных с источниками этноса, а также
календарных мифах, связанных с сезонными процессами.
По отдельности
описаны топонимы, образованные на основе таких мифологических образов, как
луна, солнце, небо. Среди них обяснено значение таких мифологических
топонимов, как "Aygünlü", "Aydınlı", "Dədəgünəş", "Günəşli", "Göylər", "Göynük".
M.SH.MUSAEVA
MYTHOLOGICAL PLACE NAMES FORMED ON THE BASIS OF
COSMOLOGICAL MYTHS AS A LAYER OF FOLK ONOMASTICS.
SUMMARY
The article dealt with the mythological places where was registered as cosmo-
logical myths on the basis of Azerbaijan folklore. Azerbaijani folklore - folklore of the
Azerbaijani people, represented by labor, ceremonial and domestic songs, legends, love,
historical and heroic epic works (dastans), tales, proverbs, sayings, riddles.
Azerbaijani
mythology is part of Turkic mythology. Our mythology - is the creative sphere of
enriched sources of ancient Turkic mythology, which, preserving ancient Turkic
mythological model, enriched by new myths, beliefs, faiths, traditions and customs.
Azerbaijan is rich in mythology of ancient faiths, worship, anthropomorphic and
zoomorphic views. Azerbaijan as a leading motive appears mythological thinking of the
ancient Turks. This can be clearly seen in the cosmogonic myths associated with the
creation of the world, ethnogenetic myths associated with sources of ethnicity, as well
as calendar myths associated with the seasonal processes. The explanation of places was
given separately which is based on mythological character of the created images such as
the moon, the sun, and the sky. 'Aygunlu', 'Aydinli', "Dədəgünəş", "Günəşli", "Göylər",
"Göynük" and etc. was explained as the mythological places.
Rəyçi: T.M.Əsgərova
Filologiya elmlər namizədi
Filologiya məsələləri – №02, 2015
177
f.ü.f.d. NAHİDƏ HƏSƏNOVA
Bakı Dövlət Universiteti
hnahide@mail.ru
MÜASİR AZƏRBAYCAN DİLİNDƏ -ÇILIQ ŞƏKİLÇİSİNİN
İŞLƏNMƏSİNİN QANUNAUYĞUNLUĞU
Açar sözlər: -çı
4
, -lıq
4
, -çılıq
4
, qovuşuq şəkilçi, sözyaratma.
Ключевые слова: -çı
4
(-чы
4
), -lıq
4
(-лыг
4
), çılıq
4
(-чылыг
4
), слитный суффикс,
словообразование.
Keywords: -çı
4
(-chi
4
), -lıq
4
(-lig
4
), -çılıq
4
(-chilig
4
), solid suffix, word – formation.
Dilçilik ədəbiyyatında artıq mürəkkəb quruluşlu şəkilçi kimi, daha dəqiq desək,
bu tip şəkilçilər sırasında özünə yer qazanmış sözyaratma üsullarından biri də -çılıq
4
şəkilçisidir. Bu şəkilçinin yaranma etibarilə -çı
4
və -lıq
4
sayəsində formalaşması
inkaredilməzdir. Məhz buna görə də “bu sözdüzəldici vasitə -çı + -lıq, yoxsa elə -çılıq
birləşməsindən ibarətdirmi?” və həmin düşüncələrdən doğaraq -çılıq tərkibli sözlərin
yaranmasında “–çı və -lıq şəkilçisinin ayrı –ayrılıqda rolu nədən ibarətdir?”, “mövcud
oppozisiyada üstünlük daha çox hansı leksik göstəricinin üzərinə düşür?” kimi suallara
cavab axtarışına təşəbbüs göstərdik.
İstər söz yaradıcılığından, istərsə də ismin yaranma yollarından bəhs edilən elmi
ədəbiyyatlarda -çı və -lıq şəkilçilərinin hər biri müxtəlif leksik məna çalarlıqları ilə xa-
rakterizə olunmuşdur. Sözyaratma qaydalarına əsasən, şəkilçilərin sıralanması baxı-
mından əvvəlcə -çı, sonra isə -lıq ilə bağlı fikirləri ümumiləşdirərək vermək istərdik.
-çı
4
şəkilçisindən bəhs edilərkən sənət, peşə, ixtisas sahibliyi və mücərrəd mənəvi
xüsusiyyətləri [1,s.156], əlavə olaraq adət, xasiyyət, əqidə, hal-vəziyyət, keyfiyyət və s.
[3,s.160], və ya ümumən şəxs anlayışı ifadə edən isimlər düzəltməsi [5, s.49] kimi
xüsusiyyətləri göstərilir. Hətta –çı nın iş görəni, sənət və ya peşə sahibini, subyekti
bildirməsinin daha qədim dövrlərdən mövcud olması, əqidə, məslək və s. bu sıradan
məzmunları ifadə etməsi isə nisbətən müasir dövrlərə təsadüf etməsi [7,s.55-56] kimi
ayrıntılar tarixi qrammatikamızda da öz əksini tapmışdır.
Verilənlərdən belə aydın olur ki, -çı şəkilçisi “fəaliyyət göstərənin adını əmələ
gətirməklə” [6, s.62] , əsasən, iki istiqamətə ayrılır:
-müxtəlif sahələri əhatə edən İŞ GÖRƏN (şəxs, subyekt, müəyyən peşə və ixtisas
sahibi), məsələn, dəmirçi,təbliğatçı, pambıqçı, arabaçı, arançı, çərçi və s.
-əsasən, mənfi mənaları ehtiva edən mücərrəd mənəvi xüsusiyyətlərin (adət,
xasiyyət, əqidə, hal-vəziyyət) DAŞIYICIsı, məsələn, küyçü, çürükçü, süründürməçi,
işğalçı, şikayətçi; əlaçı, milyonçu və s.
-lıq
4
şəkilçisinin də leksik-semantik funksiyası göstərilən ədəbiyyatlar da daxil
olmaqla, təxmini, eyni mənalar üzrə bu və ya digər şəkildə qruplaşdırılmışdır. Bunların
içərisində məkan və ya topluluğu, çoxluğu: ağaclıq, dağlıq, qumluq; cisimlərə məxsus
əlaməti: bərklik, sarılıq; müəyyən və ya qeyri-müəyyən kəmiyyəti: yüzlük, azlıq;
Filologiya məsələləri – №02, 2016
178
konkret bir əşyanı: dizlik, gözlük, arxalıq; mücərrəd mənanı: dostluq, yaxşılıq və s.
göstərmək olar.
Çoxsaylı nümunələrdən də aydın olur ki, əsasən, “bu şəkilçi mücərrəd və konkret
hər hansı bir şeyin birləşməsi və təmərküzləşməsini bildirir” [2, s.77]. Lakin –lıq
şəkilçisinin yaratdığı təmərküzləşmə prosesi sadaladığımız məna qrupları ilə kifayət-
lənmir. Buraya müəyyən sənət, peşə və ixtisas sahibliyini: dülgərlik, həkimlik, müəllim-
lik və mənsubiyyət və adətkarlığı, vəziyyəti: dağlılıq, üstünlük bildirən isimlər də
daxildir. Bu sırada –lıq şəkilçisinin sözyaratmada maraqlı tərəfi həm də -çı şəkilçisi ilə
birləşməsidir. Belə ki, -çılıq
4
şəkilçisinin yaranmasında və işlədilməsində ixtiyari
şəkildə düşünülən -çı + -lıq formatının bir-birinə bağlılığında həmin məna qruplarının
rolu böyükdür:
-müəyyən peşə, sənət və ixtisas sahibliyini bildirən konkret isimlər, məsələn,
ovçuluq, kömürçülük, toyuqçuluq, pambıqçılıq və s.
-mənsubiyyət və adətkarlığı, mənəvi keyfiyyətləri bildirən mücərrəd isimlər,
məsələn, yalançılıq, uzunçuluq və.s.
Bu münasibətdə maraqlı cəhətlərdən biri budur ki, -çı
4
və lıq
4
üzrə yuxarıda
göstərdiyimiz istiqamətlər (bax: s.1 və s.2) məna bağlılığı etibarilə biri digərini
tamamlayır. Lakin daha diqqətçəkən məsələ budur ki, eyni məna qrupundan çıxış edən
çı
4
+ lıq
4
birləşməsi hansı hallarda özünü döğruldur və hansı səbəblərdən?
Birincisi, baxaq, ümumiyyətlə, peşə, sənət və ixtisas sahibliyini bildirən
isimlərin –çı şəkliçisi ilə məna inkişafına:
İsimlər -çı
4
-lıq
4
müəllim
həkim
bağban
zərgər
dərzi
alim və s.
-
-
-
-
-
-
lik
lik
lıq
lik
lik
lik
dəmir
pambıq
araba
ov
kömür
lüğət və s.
çi
çı
çı
çu
çü
çi
lik
lıq
lıq
luq
lük
lik
Birinci cədvəldə verilən isimlər özlüyündə insan anlayışı ifadə edərək artıq
konkret bir sənət və ya peşə sahibliyinin adı olduğu üçün birbaşa – lıq
4
şəkilçisinin
qəbulu özünü doğruldur. İkinci cədvəldə isə cansız əşyaları ifadə edən isimlər işlən-
diyindən bu tip sözlərdə şəxs anlayışı ifadə edən leksik vasitəyə ehtiyac duyulur ki, bu
da –çı
4
şəkilçisidir.
Filologiya məsələləri – №02, 2015
179
Mənsubiyyət və adətkarlığı, mənəvi keyfiyyətləri bildirən mücərrəd isimlərdə də
fərqli hallar görünməkdədir:
İsimlər -çı
4
-lıq
4
küy
süründürmə
uzun
çürük
yalan
çü
çi
çu
çü
çı
lük
lik
luq
lük
lıq
şikayət
əla
milyon
çi
çı
çu
-
-
-
Burada isə fərq –lıq
4
şəkilçisinin işlənməsi ilə bağlıdır. Ikinci cədvəldən
göründüyü kimi, bəzi adlara qoşulan –çı
4
şərti olaraq insan anlayışı ifadə etdiyi üçün
onlara –lıq
4
artırmaq olmur. Həmin və o sıradan olan sözlər “müvəqqəti” bir prosesin
ifadəsidir. Burada –çı
4
nın yaratdığı məna “şəxsin özü” anlayışından çox, bu işi, sadəcə,
icra edən mənasında dərk olunur. Ikinci cədvəldəki sözlərlə müqayisədə daha aydın olur
ki, birincilər hər hansı bir mənəvi keyfiyyəti, xasiyyəti ozündə daimiləşdirmiş, özünə
peşə etmiş şəxsi bildirdiyi üçün həmin anlayışın məcmusu olaraq –lıq
4
la işlənməsi də
labüddür, lakin digər tərəfin göstərilən səbəblərdən dolayı “təmərküzləşmə” si
formalaşmayıb.
Beləliklə, -çı
4
və -lıq
4
şəkilçisinin işlənməsi ilə gəldiyimiz nəticələr sayəsində
diğər isim düzəldən şəkilçilərlə müqayisədə daha cavan bir qrammatik vahid olan –
çılıq
4
şəkilçisinin leksik-semantik funksiyası ilə bağlı müəyyən suallarımıza da qismən
aydınlıq gətirmiş olarıq.
Azərbaycan dilçiliyində -çılıq
4
şəkilçisinin ayrılmaz hissəciklər olaraq vahid
sözyaratma vasitəsi kimi mövcudluğu müvafiq elmi ədəbiyyatlarda öz əksini tapmışdır.
[1,3,4,5,7] Qovuşuq şəkilçilər adı altında bəhs edərək bu qrammatik vahidlə bağlı ən
konkret faktlar Ş.Hüseynovun tədqiqatındadır. “İki sözdüzəldici şəkilçinin qovuşması
məna sintezinə əsaslanır və onlarda məna sintezi əsasında vahid məna mərkəzi yaranır,
məsələn, -çılıq (düzçülük, əyriçilik) həm isimlərə, həm də sifətlərə artırılan bu şəkilçinin
qovuşmasını təsdiq edən fakt odur ki, Azərbaycan dilində düzçü, əyriçi sözləri
işlədilmir” [4, s.176-177]. Sonra isə əkinçilik, tərəvəzçilik
sözləri ilə müqayisə edərək
birincilərin qovuşma faktoru olduğunu əsaslandırır.
Ümumiyyətlə, müəllif -çılıq
4
şəkilçisini də aid edərək qovuşma faktorunu tərkib hissələrinə ayırmamaqla vahid bir
formant hesab edir. Həmin formantın vahidliyini isə bir məna atmosferi yaratmasında
görür. Bunu “vahid morfosemantik mərkəzin yaranması ilə bağlı” izah edir. [4, s.194]
Deyək ki, -çı
4
+ -lıq
4
→ vahid bir format → vahid məna atmosferi → vahid
morfosemantik mərkəz modeli bütün bu qəbildən olan sözlər üçün keçərli deyildir. Belə
ki, bu şəkilçi isimlərə və sifətlərə artırılaraq fərqli məna çalarlıqları yaratmaqla bərabər,
qoşulma dərəcəsinə görə də eyni söz əsasından çıxış etmirlər. Beləliklə də, isimə və
sifətə qoşulması səbəbindən “vahid”lik prinsipi öz gücünü saxlaya bilmir.
Filologiya məsələləri – №02, 2016
180
Dostları ilə paylaş: |