ƏDƏBİYYAT
1.Axundov Y. “Naxçıvanın baharı”. “Şərq qapısı” qəzeti, 1961, 25 oktyabr, № 253
2. Axundov Y. Ədəbi qüvvələr (Naxçıvan yazıçıları haqqında). “Bakı” qəzeti, 1965,
12 iyun, № 137
3. Axundov Y. Naxçıvan yazıçılarının yaradıcılığı haqqında bəzi qeydlər. “Şərq
qapısı” qəzeti, 1965, 17 iyun, № 141
4.Axundov Y. Bizim günlərin tərənnümü (Naxçıvan yazıçılarının yaradıcılığı
haqqında). “Ədəbiyyat və incəsənət” qəzeti, 1965, 19 iyun, № 25
5.Axundov Y. “Laləli dağlar” . Şərq qapısı” qəzeti, 1965, 24 sentyabr
6.Axundov Y. İstedadlı nasir. “Azərbaycan gəncləri” qəzeti, 1969, 22 may, № 58
7.Axundov Y. “İtirilən sağlıq”. “Ədəbiyyat və incəsənət” qəzeti, 1969, 27 iyul, №30
8. Cavadlı C., Əbdülov M. “Sabahın sorağında” romanı haqqında. “Azərbaycan
müəllimi” qəzeti, 1964, 3 dekabr
9. Həbibbəyli İ .Ə. Nuhçıxandan - Naxçıvana. Bakı: Elm və təhsil, 2015, 846 s.
10. Mütəllimov T. ”Sabahın sorağında”. “Ədəbiyyat və incəsənət” qəzeti, 1964,
12 dekabr
LITERARY REALISTIC ISSUSES IN THE CREATIVE ACTIVITY OF
YAVUZ AKHUNDLU
The article deals with features of creative activity of Yavuz Akhundlu, one of
the most active representatives of literary critisism of 1950-60`s nad after then. The
features of Yavuz Akhundlu`s creative activity were investigated and literary-critical
works were analyzed. The article was based on press materials of 1950-60`s and on
certain works on literature study.
ЯВУЗА АХУНДЛУ
ЛИТЕРАТУРНО-КРИТИЧЕСКИЕ ВОПРОСЫ В ТВОРЧЕСТВЕ
ПРОФЕССОРА
В статье повествуется об особеннотях творчества одного из самых
активных представителий литературной критики 1950-1960-ых годов и в
последующих годах – Явуза Ахундлу. Были исследованы особенности творчества
Явуза Ахундлу и проанализированы его литературно-критические работы. Статья
была обоснована на материалах издательства 1950-60-х годов и на определенные
работы по литературоведению.
Rəyçi: f.ü.f.d. Nurlana Sabir qızı Əliyeva
Filologiya məsələləri – №02, 2016
366
SAMİRƏ MƏMMƏDOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
samiramammadova23@gmail.com
ŞAH İSMAYIL XƏTAİ QƏRB ŞƏRQŞÜNASLARININ TƏDQİQİNDƏ
Açar sözlər: Azərbaycan ədəbiyyatı, Qərb şərqşünaslari, Səfəvi dövləti
Ключевые слова: Литература Aзербайджана, Западные востокаведы,
Сефевидскоe государствo
Key words: Azerbaijani Literature, Western Orientalists, Safavid Empire
Minillik şərəfli bir tarixi yol keçmiş klassik Azərbaycan poeziyası bu dövrlər
ərzində dünya korifeyləri ilə bir sırada duran, əsərləri ilə dünya ədəbiyyatı xəzinəsini
zənginləşdirən Q.Təbrizi, N.Gəncəvi, X.Şirvani, F.Şirvani, sonrakı dövrlərdə
Q.Bürhanəddin, İ.Nəsimi, Füzuli, Şah İsmayıl Xətai və digər kamil təfəkkürlü şairlər
yetirmişdir.
Ta qədimdən klassik Şərq öz zəngin milli dəyərləri və ideal gözəlliyi ilə Avropanı
fəth etmiş, Qərb səyyahları, alimləri, filosofları, yazarları, bu illərdən yaranmış olan
siyasi və mədəni ənənələr marağı ilə Şərqə üz tutmuş, bu sirli və füsünkarlığı ilə hər
kəsi cəlb edən diyarı daha yaxından tanımağa, öyrənməyə cəhd etmişlər. Təbii ki, bu
təmas Qərb və Şərq dünyası arasında mədəni və ədəbi əlaqələrin yaranması və inkişafı
üçün sintez yaratmış, sonrakı mərhələdə sərhədləri aşaraq dünyaya yayılmışdır. Klassik
Azərbaycan poeziyasının qərb ölkələrinə yol açması, əcnəbi ölkələrdə bu əsərlərin
tədqiq edilməsi, tərcümə edilərək yayılması klassik Şərq poeziyasına böyük marağın
olduğunu göstərir. Qərb şərqşünaslığında haqqında çox bəhs edilən görkəmli
şairlərdən biri Səvəfi dövlətinin banisi, Şah İsmayıl Xətai (1487-1524) olmuşdur.
Xətainin ömür yolu, bir hökmdar kimi fəaliyyəti və ədəbi yaradıcılığı ilə bağlı daha çox
məlumatı qərb şərqşünaslarından C.Malkolm,E.Braun,R.Seyveri, M.K.Robert,
R.Nikolson və görkəmli şərqşünas V.Minorskinin tədqiqatlarından alırıq. Bu tədqiqat
əsərlərində Şah İsmayılın yaradıcılıq xüsusiyyətləri hərtərəfli işıqlandırılır, şairin
müxtəlif mövzularda, xüsusən dini mövzularda yazdığı qəzəllər təhlil edilir.Onun
ingilisdilli qaynaqlarda öyrənilməsindən Azərbaycan
ədəbiyyatşünaslığında
H.Araslı,Ə.Məmmədov,O.Əfəndiyev,R.Azadə,S.Məmmədova,İ.Arzumanova, Ş.Xəlilli,
L.Əliyeva, L.Musəvi,M.Məmmədova və digər araşdırıcılar bəhs etmiş, qərb
şərqşünaslarının fikirləri təhlil edilərək dəyərləndirilmişdir.
Azərbaycan ədəbiyyatı tarixində Xətai yaradiciliginin orijinal dəsti xətti və üslubu
ilə üc dildə yazmaq qabilliyətinə malik oldugunu, tanınmış alim R.Azadə xüsusi
qeyd etmisdir: “bədii estetik fikir tariximizin əsas inkisaf meylləri,bir sira dini, fəlsəfi,
ədəbi problemlər klassik sairlərimizin,xususilə Səfəvi dövrü ədəbiyyatının
nümayəndələrinin yaradiciliginda daha dolğun əks olunmuşdur”[1, s.133]
Şah İsmayılın Azərbaycan dilinin rəsmi dövlət dili səviyyəsinə qalxmasında
əvəzsiz rolu olmuşdur .Qərb şərqşünaslarının tədqiq etdiyi qaynaqlarda Şah İsmayıl
əsasən qüdrətli hökmdar, Səfəvi dövlətinin «məğlubedilməz» sərkərdəsi kimi
xarakterizə olunur. Xətai irsinin ingilisdilli qaynaqlarda öyrənilməsindən görkəmli
tədqiqatçılarımızdan R.Qaibova və S.Məmmədovanın dissertasiyalarında bəhs
edilmişdir. S.Məmmədova yazirdi:”İngilis şərqşünasları Xətai irsinin öyrənilməsinə bir
Filologiya məsələləri – №02, 2015
367
çox əsərlər həsr etmişlər. R.Qaibovanın dissertasiyasında bu əsərlər təhlil edilir və
çatışmayan cəhətlər göstərilir. R.Qaibova daha çox E.Braun və V.Minorskinin Xətai ilə
bağlı fikirlərini təhlil etmiş, lakin təəssüflər olsun ki, alim bu məsələ ilə bağlı daha geniş
araşdırmalar aparmamışdır”[2,s.12].Tanınmış tədqiqatçı Ş.Xəlillinin dediyi kimi
«Azərbaycan səfəvilər dövrü ədəbiyyatı ingilis şərqşünaslığının, eləcə də ədəbiyyatının
daha çox müraciət etdiyi aktual bir mövzu kimi ədəbiyyatşünaslığımızda ayrıca tədqiqat
obyektinə çevrilməmişdir. Müxtəlif dövrlərdə bu mövzu haqqında ingilis mənbələrində
gedən hər hansı məlumat, yaxud monoqrafik nəşrlər Azərbaycan Səfəvilər
hakimiyyətinin beynəlxalq arenada, habelə İngiltərə ictimai, siyasi, mədəni həyatında
güclü rezonası və təsiri ilə əlaqədar olmuşdur”.[1,s.133]”
Təəsüf ki, Xətainin tarixi xidmətlərindən,ədəbi fəaliyyətindən bəhs edən Qərb
müəllifləri, şairin ədəbi irsini düzgün qiymətləndirilməsində bəzi yanlışlıqlara yol
vermişdilər.Bəzən Xətaini fars ədəbiyyatının nümayəndəsi, bəzən də onun yazdığı
şerləri osmanlı dilinin bir dialekti kimi qəbul edərək,bunların daha çox dini səciyyə
daşıdığından bəhs etmişlər.Onu da qeyd etmək lazımdır ki, şairin fars ədəbiyyatına aid
olması fikri alman alimi Hammer Purqştaldan gəlmişdir. Onun Xətai ilə bağlı dediyi
elmi səhv, sonralar şairin ədəbi irsini araşdıran bir çox qərb yazarları tərəfindən təkrar
edilmişdir. Bu barədə Azərbaycanın klassik və çağdaş şairlərinin və nasirlərinin qərb
tədqiqatında öyrənilməsindən danışan prof. N.Axundov əsərində «başlıca olaraq
şairlərimizin, yazıçılarımızın və ədəbiyyatşünaslarımızın xaricdə əks-sədasına, yayılma
coğrafiyasına nəzər salan» və görkəmli şərqşünas Hammer Purqştalın (1774-1856)
çoxcildli əsərlərinin böyük bir hissəsinin Şərq xalqlarının ədəbiyyat tarixinə həsr
etdiyini, bu əsərlərdə Azərbaycan klassiklərindən N. Gəncəvi, X. Şirvani və digər
şairlərlə yanaşı Şah İsmayıl Xətai haqqında da zəngin mülahizələr söyləndiyini
xatırladır. Tədqiqatçı-alim N.Axundov Hammerin əsərlərinin yalnız Qərbi Avropada
deyil, Rusiyada da Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının ədəbiyyatına dərin
maraq doğurduğunu da qeyd edir [3, s.32-34].İngilis alimi Çarlz Rionun da
kataloqlarında Xətai divanı haqqında maraqlı məlumatlara rast gəlinir. O, Britaniya
Muzeyi üçün tərtib etdiyi Türk əlyazmaları kataloqunda hökmdar-şair Xətainin
şeirlərindən bəhs edərkən, onun şeirlərinin bir qismini məhəbbət, bir qismini isə dini
mövzularda yazılmış şeirlər hesab edir.Şərqşünas «dini şeirləri Əli və başqa imamların
mədhindən və çağırışlarından ibarətdir» deyə səhv nəticəyə gəlir.
Qərb tədqiqatçılarının Xətai irsinin öyrənilməsində müstəsna rolunun olduğunu
qeyd edən alim Ə.Məmmədov şərqşünaslar arasında V.Minorskinin xidmətlərini ayrıca
qeyd edir. Onu da qeyd edək ki, tədqiqatçının əsərində «Şah İsmayıl Xətainin həyatı,
siyasi fəaliyyəti, Azərbaycan ədəbiyyatının inkişafında rolu, eyni zamanda Xətainin bir
şair kimi yetişdiyi ədəbi mühit, onun ədəbi irsinin öyrənilməsi tarixi, bədii yaradıcılığı,
Xətai yaradıcılığının dil-üslub xüsusiyyətləri, şairin ədəbi təsiri hərtərəfli
işıqlandırılır»[4,s. 33]. Ə.Məmmədov uzun illərdən bəri Yaxın Şərq xalqları
ədəbiyyatının tədqiqi ilə məşğul olan V.Minorskinin əməyini dəyərləndirsə də, onun da
digər qərb şərqşünasları kimi səhv olaraq Xətaini Azərbaycan mədəniyyəti və
ədəbiyyatından təcrid edilmiş bir şəkildə təhlil etdiyini söyləyir, lakin Minorskinin “The
Poetry of Shah Ismail I”(Şah İsmayılın poeziyası) əsəri ilə qərbi Avropa şərqşünasları
içərisində daha mühüm addım atmış olduğunu vurğulayır[5,s.54].
Xətainin ingilisdilli qaynaqlarda öyrənilməsi ilə bağlı geniş məlumatı
M.Məmmədovanın tədqiqatından alırıq.O, Xətai poeziyasının Qərbi Avropada
Filologiya məsələləri – №02, 2016
368
öyrənilməsindən danışarkən zəngin qaynaqlar əsasında şairin həyatı,yaradıcılığı ilə
bağlı yazılan əsərlərə müraciət etmiş, müqayisələr aparmış, Xətai ədəbi irsini özündə
əks edən bu əsərləri yeri gəldikcə dəyərləndirmişdir.Xronoloji üsulla Şah İsmayıl
Xətainin Qərbdə öyrənilməsini izləyən araşdırıcı, şairlə bağlı elmi yazıları, məqalə və
monoqrafiyaları təhlil etmiş, qərb şərqşünaslarının əsərlərini hərtərəfli araşdırmışdır.
M.Məmmədova da bu əsərlər içərisində seçilən ən dəyərli tədqiqatın Minorskinin Xətai
haqqında yazdığı iri həcmli elmi monoqrafiyası olduğunu söyləyir.Xətai ədəbi irsinin
Avropada öyrənilməsində böyük əhəmiyət kəsb edən bu əsər 1942-ci ildə Londonda
çap olunmuşdur. M.Məmmədova Minorskinin Xətai haqqında özünə qədər yazan
Avropa tədqiqatçılarından xeyli irəliyə gedərək şairin həyat və yaradıcılığını dərindən
öyrənməsini, Xətainin ana dilindəki on doqquz şeirini ərəb əlifbasındakı orijinal
mətnləri ilə birlikdə ingiliscəyə sətri , filoloji tərcüməsini verdiyini qeyd edir. O, qeyd
edir ki,V.Minorski Xətai poeziyasının ingilis dilinə ilk tərcüməçisi
sayılır.M.Məmmədova tədqiqatında ilk dəfə olaraq Azərbaycan klassik şairlərinin
şeirlərini ingilis dilinə tərcümə edən tanınmış mütərcim Q .Evans və V.Minorski
tərəfindən Şah İsmayıl Xətainin ingilis dilinə tərcümə edilmiş poetik inciləri üzərində
müqayisələr aparmış, fərqli və oxşar cəhətlərini göstərmişdir.[6]
Xətai haqqnıda Qərb oxucularına məlumat verən daha bir alim,ingilis şərqşünası
E.Q.Braun olmuşdur. Onun 1924-cü ildə çap edilən “A History of Persian literature in
Modern times” əsərində Səfəvi dövlətinin yaranması, bu dövrlərdə baş verən tarixi
hadisələr geniş əksini tapsa da,fars poeziyasından, onun o çağlarda geniş yayılmasından,
əsasən poeziyanın fars dilində böyük vüsət tapdığını söyləsə də, türkdilli poeziyadan,
Xətainin bu dildə yazılan bədii yaradıcılığından təəssüf ki,bəhs edilməmişdir.E.Braun
da bir çox qərb şərqşünasları kimi Xətainin hökmranlığından,siyasətindən bəhs
etmişdir. O,Şah İsmayılla bağlı geniş məlumat verməyə cəhd edərək onun sələf və
xələflərini öyrənmək üçün ilkin qaynaqlara müraciət edir.E.Braunun bu əsərinin «Şah
İsmayıl» bölməsində Kembric Universitetinin kitabxanasında saxlanılan əlyazma
nüsxəsinə əsas mənbə kimi dönə-dönə müraciət edilir.Alim bu qaynaqlarda, xüsusilə
Səfəvilərlə bağlı məsələlərin öyrənilməsində və təsvirində olan yanlışlıqları göstərir və
Avropa şərqşünaslarının, alim və səyyahlarının da axtarışlarını və yazılarını gözündən
qaçırmamağa çalışır.[7,s.195-196].E.Braun Şah İsmayıl Xətaiyə geniş yer ayırsa da,
«Xətai» təxəllüslü türk dilində şeirlər yazan, «Divan», «Nəsihətnamə», «Dəhnamə»
adlı şeirlər toplusu və kitabların müəllifi olan Şah İsmayıl Xətainin yaradıcılığı
tədqiqatdan kənarda qalmışdır.
Şah İsmayıl Xətai ədəbi irsi bütün dövrlərdə dünya şərqşünaslarının diqqətini
çəkmiş, bu böyük şəxsiyyətlə bağlı mütamadi olaraq əsərlər yazılır, məqalələr dərc
edilir.Bu barədə mərhum alim İ.Həsənlinin «Səfəvilər dövrü Kanada aliminin
tədqiqatında»yazısı maraq doğurur.Tədqiqatçı R.Seyverinin bütünlükdə İran,
Azərbaycan və eləcə də bir sıra Şərq ölkələrinin tarixini öyrənmək baxımından vacib
saydığı, on bölmədən ibarət olan iri həcmli əsərində Səfəvilər sülaləsinin hakimiyyətə
gəlməsindən, bu sülalənin tam süqutuna qədərki dövrünün(1501-1736)əhatə
olunduğunu qeyd edir. O, yazır ki, bir sıra dünya tarixçiləri və şərqşünasları Səfəvilər
sülaləsini mənşə etibarilə İrana aid edir və Şah İsmayılın mənşəcə fars olduğunu iddia
edirlər. Bu fikrə münasibətini bildirən alim artıq mütərəqqi Avropa və Şərq alimləri,
xüsusilə Azərbaycan şərqşünas və tarixçilərinin Şah İsmayılın mənşəcə azərbaycanlı
olmasını sübut etdiklərini bir daha xatırladır. Bu məsələdə R.Seyverinin mövqeyinin
Filologiya məsələləri – №02, 2015
369
obyektiv olduğunu, onun Şah İsmayılın nəslən türkdilli tayfaları ilə qan qohumluğu
barədə söylədiyi mülahizələrin doğru və inandırıcı olduğunu nəzərə çatdırır.
[8,s.181].Şərqşünas R.Seyveri Şərqin ən böyük miniatür rəssamı, Kəmaləddin
Behzadın (1455-1535) Şah İsmayıl tərəfindən Təbrizə gətirilməsini xüsusi qeyd edir:
«Şah İsmayıl Behzadı Təbrizə gətirir.O isə Təbriz miniatür məktəbinin əsasını qoyur.
Akademik H.Araslı Xətainin sarayında təsviri incəsənətin son dərəcədə yüksəldiyini
qeyd edərək yazırdı ki, «Şərqin Rafaeli adlanan Kəmaləddin Behzad bu rəssamlara
başçılıq edir. «Dünya rəssamlıq tarixində «Təbriz məktəbi» adlanan rəssamlıq məktəbi
Xətainin səyi nəticəsində yaradılmış olur» [9, s.295].
R.Seyveri Şah İsmayılın oğlu Şah Təhmasibin hakimiyyəti dövründə (1524-1578)
Azərbaycanda və İranda nəqqaşlıq, xəttatlıq və rəssamlığın daha yüksək inkişaf
mərhələsinə çatdığını və şahın özünün bu sənətin sirlərini öyrənməsini qeyd edir. O,
əsərində «Xalçaçılıq» bölməsinə də maraq doğurur.Şərqşünas yazır ki, Səfəvi
hökmdarları xalça sənətinə dərin maraq göstərmiş, onun inkişafına lazımı şərait
yaratmışlar. Şah İsmayıl, Şah Təhmasib və Şah Abbas dövründə Təbrizdə, Ərdəbildə
toxunan bir çox məşhur xalçalar hal-hazırda tanınmış Avropa muzeylərini
bəzəyir»[10,s.183]. Ədəbiyyatşünas alim İ.Həsənli haqlı olaraq Kanada aliminin «XVI-
XVIII əsrlərdə Şərqin bir sıra görkəmli ədəbiyyat xadimlərinin yaradıcılığının kölgədə
qalması,həmin dövrdə elmin və incəsəntin ayrı-ayrı sahələrindəki nailiyyətlərinin
üstündən keçilməsi ilə bağlı söylədiyi fikirlərlə razılaşmır.Bununla yanaşı İ.Həsənli
R.Seyvərinin Səfəvilər dövründə elmin bir çox mühüm sahələrini əhatə edən əsərini
dəyərləndirir, bu əsərin Səfəvilər dövrü haqqında bütün Qərb dünyasında təsəvvür
yarada biləcək bir əsər olduğunu nəzərə çarpdırır, tarixçilərin,
ədəbiyatşünasların,sənətşünasların, etnoqrafların bu əsərə müraciət etməsini tövsiyə
edir.
ƏDƏBİYYAT
1. Xəlilli Şahin. Klassik poeziya və ədəbi əlaqələr-Azərbaycan-ingilis ədəbi əlaqələri
.Azərbaycan Milli Ensiklopediyası. Nəşriyyat poliqrafiya birliyi. Bakı,2003,163 s.
2. Мамедовa С.А. “Из истории изучения азербайджанской поэзии в западно-
европейском востоковедении”. Автореферат.Дис. на соис.ученой степени
канд.филол.наук.,Баку,1972,35 стр.
3. Axundov N.“Azərbaycan sovet ədəbiyyatı xaricdə”.Baki Yazıçı ,1987,205 s
4. FeyzullayevaV.“Xətai ədəbi irsinin tədqiqi tarixindən”Şah İsmayıl Xətai
(Məqalələr toplusu )Bakı ;Elm,1988, 237s.
Məmmədov.Ə.”Şah ismayıl Xətai”,Bakı.Azərbaycan Uşaq və Gənclər ədəbiyyatı
nəşriyyatı.1961,159 s.
5. Məmmədova M. Şah İsmayıl Xətai ingilisdilli qaynaqlarda. Fil.elm. nam. dis.
Avtoref. Bakı, 2003, 32 s.
6. Musəvi L. “Şah İsmayil Xətai Eduard Braunun yaradıcılığında “Şah İsmayıl Xətai
(Məqalələr toplusu ) Bakı : Elm, 1988, 237 s.
7. Roger Savory.”İran under the Safavids” .Cambridge University Press,1982,279 p.
8. Arasli H, Şah İsmayil Xətai .tarixi və problemləri.(Seçilmiş əsərlər) Bakı : Gənclik,
1998,731s.
9. Həsənli İ.Səfəvilər dövrü Kanada aliminin tədqiqatında.Şah İsmayil Xətai
( Məqalələr toplusu) Baki :Elm, 1988, 237 s.
Filologiya məsələləri – №02, 2016
370
RESEARCHING THE WORKS OF SHAH ISMAIL
KHATAI BY WESTERN ORIENTALISTS
SUMMARY
The article reveals some facts from the works of both Eastern and Azerbaijani
orientalists regarding to the creativity of a poet and ruler. He produced a large volume
of lyric poetry in Azerbaijani, and also a number of didactic and philosophical works.
He is investigated the works of well-known orientalists like E. Browne, V.Minorsky,
R.Savory and others, and at the same time their thoughts about poet.
ИЗУЧЕНИЕ ТВОРЧЕСТВА ШАХ ИСМАИЛ
ХАТАИ ЗАПАДНЫМИ ВОСТОКОВЕДАМИ
РЕЗЮМЕ
В статье исследуется период правления шаха Исмаил Хатаи(1487-1524 ),а
именно труды западных и азербайджанских востоковедов. Указанные авторы в
первую очередь подчеркивали его политические способности, талант полководца
и конечно же, художественную эстетику творчества поэта.
Rəyçi : S.Zeynalova
ADU Üslubiyyat kafedrasının
müdiri,fil.elm.dok.
Filologiya məsələləri – №02, 2015
371
ŞƏBNƏM SALAYEVA
LDU
kanan.salaev@gmail.com
BƏXTİYAR VAHABZADƏNİN POEMALARINDA İNSANIN MƏNƏVİ
ALƏMİNİN TƏDQİQİNƏ MARAQ
Açar sözlər: poema, insan psixologiyası, vicdan, mənəviyyat, əxlaq.
Ключевые слова: поэма, психология человека, духовный мир, поведение, совесть.
Key word: poem, human psychology, conscience, spirit, morality.
Yaratdığı dəyərli əsərlərlə ədəbiyyatımızı daha da zənginləşdirən nəhəng şair
Bəxtiyar Vahabzadə yaradıcılığının mühüm bir qismini müxtəlif mövzularda yazılan
poemalar təşkil edir. İnsanın daxili dünyası, mənəvi - əxlaqi aləmi, onun gerçəklərlə
üzləşməsi və kamilləşməsi bu poemaların əsas mövzularındadır. Şair poemalarında
qəhrəmanlarının mənəvi təkamül prosesini çox dolğun və aydın təsvir edir. Məlum
olduğu kimi dünyada gedən qloballaşma prosesinin şəxsiyyətin və cəmiyyətin inkişafına
müsbət məziyyətləri ilə yanaşı, mənfi təsirləri də vardır. Belə bir şəraitdə milli
mentalitetin, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanılması və gənc nəslin bu ruhda
tərbiyə edilməsində B.Vahabzadə yaradıcılığı əvəzsizdir. Bəxtiyar Vahabzadənin
poemalarında ailə, cəmiyyət və şəxsiyyətlə bağlı məqamlara daha çox toxunulur. Yaşar
Qarayev və Ş.Salmanov "Poeziyanın kamilliyi" kitabında yazır: "Mübaliğəsiz demək
olar ki, Bəxtiyarın qüvvətli qələmindən bir sıra elə poemalar meydana çıxmışdır ki,
bunlar təkcə şairin yaradlcılığı dairəsində deyil, müasir Azərbaycan poeziyası
miqyasında görkəmli ədəbi hadisələr kimi qarşılanmışdır. Şairin belə poemaları
arasında biz "Sadə adamlar"( 1954 ), "İztirabın sonu"(1956), "Şəbi-
hicran"(1958),"Etiraf"(1961), "Yollar oğullar"(1963), "Həyat-ölüm"(1965),
"Muğam"(1974), "Atılmışlar"(1968) əsərlərini ayrıca qeyd edə və fərqləndirə bilərik.
Həmin poemalar üçün həyati hadisələrdən təşkil olunan sujet, onun dramatik- psixoloji
planda inkişafı, insanın mənəvi axtarışlar vəziyyətində təsviri daha çox
xarakterikdir."(5,99-100s).
Şairin "Atılmışlar", "Həyat və ölüm","Ləyaqət" poemalarında bu problemlər
bariz şəkildə öz əksini tapmışdır. İnsanın psixoloji vəziyyəti, mənəvi aləmi, onun özü ilə
mübarizəsi, keçirdiyi sarsıntılar, iztirablar bu poemaların aparıcı mövzularındandır.
Yuxarıda qeyd olunan poemaların əsasını xeyir və şərin, insanın ləyaqəti və onun
çirkin ehtiraslarının, pislik və yaxşılığın mübarizəsi təşkil edir. Bu baxımdan şairin
"Atılmışlar" poeması diqqəti daha çox cəlb edir. Poemada bütün zamanlar üçün aktual
olan problemlərdən biri öz əksini tapmışdır. Əsər bizə valideyn -övlad
münasibətlərindəki zidiyyətləri və əxlaq problemlərini açmaq üçün kifayət qədər
material verir. Poemanın "Körpə" başlıqlı birinci fəslində uşağından imtina etmiş
ananın düşüncələri diqqəti cəlb edir. Burada biz kənddən şəhərə təhsil almağa gələn
iyirmi yaşlı gənc qızın sevgilisi tərəfindən aldadılaraq tərk edildiyinin şahidi oluruq.
Ana olduqdan sonra isə qadının qayğıları daha da artır. Qarşılaşacağı çətinliklər gənc
ananı qorxudur. Valideynləri və cəmiyyətin bunu heç də xoş qarşılamayacağı onu
övladını tərk etməyə sövq edir.Başqalarının onun haqqında nə deyəcəyi, onun haqqında
nə düşünəcəyi ananı narahat edir.Beləcə o, öz vicdanını unudaraq körpəsini naməlum
bir evin həyətində qoyaraq qaçır. Etdiyi səhvdən nəticə çıxarmaq əvəzinə növbəti
günaha imza atır. O günaha ki, ömrü boyu onun ağırlığını çinində daşıyacaqdı.
Filologiya məsələləri – №02, 2016
372
Qaçır,
amma bilmir o, nəyə qaçır.
Ləkədən qaçarkən ləkəyə qaçır.
İnsan bir ömürdə ikidir, iki
Atlb körpəsini elə bildi ki,
Adının üstündən ləkəni atdı,
Özünə başqa bir tale yaratdı.
Təmizə çıxartdı o öz adını.(2.218)
Ana körpəsini tərk etməyə çalışarkən özüylə mübarizə aparır, gah özünü
günahlandırır, gah da haqlı çıxarmağa çalışır.İnsan psixoligiyasına dərindən bələd olan
şair gənc ananın ruhi narahatlıqlarını olduqca dolğun və təsirli təsvir edir.Nəhayət,
özgələrin gözündə günahsız görünmək üçün ana körpəsini atır, lakin sonra etdiyi
əməlinin peşmanlığını çəkir. Poemanın birinci fəsli körpəsini atmış ananın daxili
həyəcanlarının, gərgin psixoloji vəziyyətinin təsvirindən ibarətdir. O, ömrünün
sonunadək ümidlə yaşayır ki nə vaxtsa körpəsini görəcək. Yanında olarkən dəyərini
bilmədiyi körpəsininin qiymətini itirdikdən sonra anlayır. Digər əsərlərində olduğu kimi
bu poemanın da sonunda qəhrəman tutduğu əməldən peşman olur.Burada qəhrəmanın
özünəqayıdışı, özünüdərketməsi baş verir. Poemanın son fəslində ana hər gün itirdiyi
körpəsini tapmaq üçün uşaq evinə gedir. Uşaq orada olsa da ana onu tapa, tanıya bilmir,
çünki onu yeddi il öncə körpə ikən atmışdı.
Ümidlə, inamla yaşayır ana,
Günləri, ayları ötüşür belə.
Küçədə, bayırda uşaq gördümü?
Baxır diqqət ilə, baxır zənn ilə.
Axtarır özünün cizgilərini
O gah bu uşaqda, gah o uşaqda.
Kimsəyə açmayır ancaq sirrini,
Gözləri axtarıb hey aramaqda. (2. 223)
Poemanın ikinci - "Qoca" fəslində isə onu əzab- əziyyətlə böyüdən oğulun
anasına qarşı getdikcə laqeyidləşdiyinin şahidi oluruq. Ancaq poemanın birinci
fəslindən fərqli olaraq buradakı ana obrazı qayğıkeş və qəlbi övlad məhəbbəti ilə
döyünən bir qadındır. Gənc yaşlarından dul qalmış ana böyük oğlunu müharibədə
itirmişdir.Onun yeganə ümid yeri kiçik oğludur. Lakin kiçik oğul evləndikdən sonra
anasına qarşı laqeyd davranır. Bu ananı kövrək qəlbini çox incidir. Poemanın ən təsirli
hissələrindən biri oğlanın ad günü mərasimidir. Hamı şənlənib, onun şərəfinə gözəl
sözlər deyir, hətta onu dünyaya gətirən ananı da alqışlayırlar:
-Bu gözəl ölkəyə səni bəxş edən
Anaya afərin, anaya əhsən!
Dilxor oldusa da sağlıqdan yana,
Gəlin susdu...
Bu yerdə o dinə bilməz.
Şəninə təriflər söylənən ana
Qapı dalındadır,
bilmədi bir kəs. (2.231)
Ancaq ana bu məclisdə iştirak etmir, çünki gəlini belə istəmişdi. Oğul isə hətta tarını
sinəsinə sıxıb doğma anasını anlamadan, duymadan "Ana" mahnısını həvəslə çalır...Bu
ifa gəlini kövrəldir, yəqin ki o da öz anasını anır. Amma anlamır ki qapının o biri
tərəfində dayanıb onlara qulaq asıb kövrələn qadın da anadır. Ana isə oğlunun xətrinə
hər şeyə dözür, təki yeganə oğlu darıxmasın, təki oğlu üçün hər şey yaxşı olsun.
Filologiya məsələləri – №02, 2015
373
Hər şeyə dözərəm, təki tək balam,
Qəlbi qırıq balam, o kövrək balam,
Fikir eyləməsin, heç darıxmasın.(2.232)
Nəhayət, ana ona olan soyuq munasibətdən bezib boğçasını götürüb Qocalar evinə
köçür.
Atdı anasını ikinci oğul
Anası bir kəlmə dedi -çox sağ ol,
Boğdu içindəki üsyan səsini.
Dedi: neyləməli, beləymiş qədər.
Yığdı boğçasını, düyünçəsini,
Qocalar evinə köçdü bir səhər(2.233)
Burada yazıçı başqa psixoloji məqama toxunaraq övlad - valideyn məsələsinə
qabarıq münasibət bildirir. Göründüyü kimi şair burada insanın daxili aləmini, onun
yaşantılarını, düşə biləcəyi çətin vəziyyətləri və bu zaman insanın davranışını,onun
psixologiyasını çox dolğun şəkildə təsvir etmişdir. Hüseyn Xəlilov "Bəxtiyar
Vahabzadənin yaradıcılığında mənəviyyat məsələləri" adlı məqaləsində yazır:" Bütün
zamanlar üçün aktual olan problemlərdən biri bu poemada öz əksini tapır. Psixoloji
məqamlar ilə zəngin olan əsər övlad - valideyn münasibətlərindəki zidiyyətləri və əxlaq
problemlərini açmaq üçün geniş məlumat verir və bu mövzuda yazılmış əsərlərə
öncüllük edir.Əsər həcm etibarilə ilə bir o qədər geniş olmasa da, daxilində bu gün də
cəmiyyətimiz üçün ciddi problem və qüsurlar olan hadisələrə yer vermişdir."(3.434).
Ümümiyyətlə, şairin poemalarında qaldırılan məsələlər bütün dövrlər üçün aktual olan
məsələlərdir.
Poemanın üçüncü fəsli "Qocalar evi" adlanır. Burada Qocalar evi təsvir olunur. Bu
fəsildə çilingərin, rəqqasın və ananın dilindən onların həyat hekayələri verilir. Lakin
onlardan bəziləri öz həyat hekəyalərini danışarkən onu təhrif edirlər. Buradakıların
hamını bir şey birləşdirir -onlar doğmaları tərəfindən atılmış insanlardır. "Atllmışlar"
bunu özlərinə etiraf etsələr də, başqalarına etiraf etməyə çəkinirlər. Qəlbinin
dərinliyində gizlətdikləri həqiqət isə onları incidir.Çilingər oğluna yük olmamaqdan
ötrü ailəsini tərk etdiyini deyir, yaşlı qadın da övladının onu atmasını danır, sonsuz
olduğunu deyir.Sanki onların heç biri bununla razılaşmaq, barışmaq və inanmaq istəmir.
Ana qocalardan biri ilə söhbətində sonsuz olduğunu deyərək, həqiqəti danır .Çünki o da
başqaları kimi bu rəftarı özünə layiq bilmir. Kədər onu boğsa da özünü zorla saxlayır.
Sonsuzam! Meyvəsiz bir kökəm, soyam,
Əsilimin, nəslimin sonuncusuyam.
Ana yalan dedi, qəlbindəkilər
Dilinə gəlmədi.
Yox, gələ bilməz. ( 2. 243)
Bu fəslin ən təsirli hissəsi çilingərin rəqqasla söhbətindən sonra gizlicə yatağında
ağlaması epizodudur. Başqalarının qarşısında etiraf etməyə çəkindiyi həqiqət onu
incidir, qəlbini göynədir. Çilingər onun qəlbinə toxunduğu üçün üzr istədikdən sonra
onlar daha səmimi söhbət etməyə başlayırlar:
Düzünü söylədim mən sənə ancaq
Qardaş, aldatmayaq bir -birimizi,
Düzünü deyək ki, atıblar bizi.
Gerçəyi gizlədib, düzü danmayaq,
Övladlar utansın, biz utanmayaq.(2,242)
Şair "Həyat və ölüm" poemasının " Eşq-sətəlcəm" fəslində cəmiyyətin amansız
qanunları qarşısında ayrılmaqdansa ölümü üstün tutan iki gənci təsvir edir. Lakin oğlan
Filologiya məsələləri – №02, 2016
374
intihar etdikdən sonra qız tərəddüd edir, ölüm ona dəhşətli görünür və məhəbbətsiz
yaşamağı ölümdən üstün tutur. Hətta sonra sevmədiyi birinə ərə də gedir. Bütün
bunlardan sonra anlayır ki, əslində bu illər ərzində o heç də yaşamayıb. Digər
poemalarında olduğu kimi qəhrəman sonda gec də olsa səhvini anlayır. Həmişəki kmi
şair qəhrəmanlarını ağır sınaqlardan keçirir və onların mənəvi cəhətdən yüksəlişdə
təsvir edir.
O, ölümdən qorxaraq,
Həyatını, eşqini
Çox ucuz satmış, demə.
Yalnız indi bildi ki,
Məhəbbətsiz yaşamaq
Ölümdür insan üçün
O ölübmüş,
ölümdən
Həyata qayıdan gün.(1.197)
Poemanın "Şərəfsiz ölüm" fəslində Fikrətin vəzifəsindən sui - istifadə edərək
bundan yalnız mənafeyi üçün faydalanması ilə qarşılaşırıq. Poemanın əvvəlində o da
adi bir insandır. Onun da başqaları kimi arzuları var. Ancaq vəzifəsi və imkanları
artıqdca pula, mal-dövlətə tamahı daha da artır. Getdikcə mənəviyyatı ölür, cılızlaşır.
Ləyaqətini itirmiş bu obraz öz mənfi ehtiraslarının əsirinə çevrilir. Pul onun üçün hər
şeydən irəlidir. Bunu biz onu mühasib Kərəmlə söhbətində də aydın görürük:
Pul ki, var Kərəm,
Mollanı məsciddən didərgin salar,
Pulun bir himinə göylər alçalar.(1.203)
Ləyaqətini pula satmış Fikrət insanlığını da tamam unutmuşdur. Xəstə halda yataqda
can verən Kərimin halına acımır təcili yardıma belə zəng vurmur ki, o Fikrətin sirri ilə
birgə ölsün. Və beləcə Kərmin də ölümünə səbəb olmuş olur. Bu zaman biz onun daxili
aləmini bütün çılpaqlığı ilə görmüş oluruq. Ləyaqətini, vicdanını itirmiş Fikrət sanki
şərin təcəssümünə çevrilmişdir. Lakin Kərəmin gündəliynin tapılması ilə Fikrət ifşa
olunur. Y.Qarayev və Ş.Salmanov "Poeziyanın kamilliyi" kitabında yazır : " Bu
hadisədən sonra poemanın bütün sujeti Fikrətin ölüm kamerasında keçirdiyi
həyəcanların təsviri formasında inkişaf edir, ideya və psixoloji cəhətdən dərinləşir.
Ömrünün sonuna yaxın Fikrət tədricən özünü, cinayətlərini təsviri formasında inkişaf
edir, ideya və psixoloji cəhətdən dərinləşir. Ömrünün sonuna yaxın Fikrət tədricən
özünü, cinayətlərini, yanlış həyat yolunu dərk edir, vaxtı ilə harın həyat içərisində
imkan tapıb düşünə bilmədiyi, mənasına dalmadığı böyük bəşəri həqiqətləri özünə
aydınlaşdırır."(3.109). Kamerda qaldığı müddətdə sanki Fikrət özü-özünü mühakimə
edir. Onun üçün çıxarılan ölüm hökmünün haqlı olaraq çıxarılıdığına inanır.
Ax, ey hakim, ey hakim,
Yoxmudur heç vicdanın-
İnsan da qol çəkərmiə
Ölümünə insanın?..
Necə? Bəs sən?Bəs özün
Bir qatil deyilmisən,
Fikrət, axı özün de?
Özgəsindən umduğun
O insaf, o mərhəmət
Varmı sənin özündə? ( 1.216)
Filologiya məsələləri – №02, 2015
375
Nazim İbrahimov "Bəxtiyar Vahabzadə" kitabında yazır : "Həyat - ölüm poeması
ictimai- əxlaqi konfliktin sosial siqləti və daha dərindən həll edilməsi, şairin çıxardığı
mənəvi - fəlsəfi nəticələr baxımından ayrıca qeyd edilməyə layiqdir. Poemada
gəncliyində xalqının qəhrəman keçmişini, görkəmli şəxsiyyətlərinin mübarizə yolunu
öyrənmək üçün tarixçi olmaq arzusu ilə yaşayan, lakin həyata laqeyd münasibətin təsiri
altında mənəvi iflasa uğrayan, nəhayət ölüm kamerasına düşən Fikrətin bir insan kimi
faciəsinin kökləri, sosial-psixoloji səbəbləri açıqlanır. Şair həyatla ölüm arasındakı qısa
vaxt möhlətində ömür tarixini gözləri önündən keçirən qəhrəmanın özünü bir insan kimi
dərketmə, yenidən doğulma anını mənəvi zirvə kimi mənalandırır. Maraqlıdır ki, poema
elə ilk dəfə məhz "Zirvə" adı ilə dərc olunmuşdur."( 4. 16).
Beləliklə, biz əsərin sonunda baş qəhrəmanın öz günahını anlamasının, özünü
mühakimə etməsinin və bununla da mənəvi cəhətdən təmizlənməsinin şahidi oluruq.
Sonda Fikrətdə dəyişmə baş verir, özünü dərk edir, onda daxili oyanma baş verir.
Poemanın belə bir sonluqla bitməsi onun ideya konsepsiyası ilə əlaqədardır
Şairin "Ləyaqət" poemasın nəzər salaq. On üç yaşlı Saşa mağazada olarkən
anasının xəstəxanada olması xəbərini eşidir bu zaman həddən artıq məyus olan uşaq
anasının yanına getməyə tələsdiyindən ərzağın pulunu səhv ödəyir. Lakin uşağı
oğurluqda günahlandırırlar. Nə qədər etsə də ətrafdakıları inandıra bilmir. Hamı ona
şübhəylə yanaşır:
Şübhə! Hər sözə şübhə-
Qulağa, gözə şübhə,
Fikrə, kamala şübhə,
Arzuya, kama şübhə,
Eşqə, diləyə şübhə,
Şübhə, hər şeyə şübhə-
Beynimizdə sözalan
Dilimizdə söz olan
Xəyalı da, fikri də necə axtalamışdır,
Şübhə oğru gözüylə bu dünyaya baxışdır. ( 1. 328)
Baş verənlər və ətrafdakıların ona olan inamsızlığı Saşanı intihara sürükləyir. Hələ
mənəviyyatca saf olan Saşanın kövrək qəlbi buna dözmür. İnsanların ona inamsızlığı,
oğru adlandırıb ona nəsihət etmələri uşaqın qəlbini çox incidir. Evə qayıtdıqda baş
verənləri fikirləşdikcə ürəyi sıxılır. Sanki hər tərəfdən üstünə hücüm çəkən insanlar onu
oğurluqda ittiham edirdilər. Bütün bunlara dözə bilməyən uşaq özünü asır. Çünki
ləyaqəti imkan vermir ki eləmədiyi bir işə görə onu mühakimə edib alçaltsınlar.
Bununla o, sanki onu haqsız yerə mühakimə edənlərin yatmış vicdanını oyatmağa
çalışırdı. Şair göstərir ki, ləyaqətinin tapdanması Saşa üçün ölümdən betərmiş.
Sən bir uşaqdakı şəxsiyyətə bax!
Şəxsiyyət insanı böyüdər ancaq.
Ölümlə dünyaya dedi sözünü
Təmizlik önündə o həm özünü,
Həm də ətrafını tamam unutdu.
Günahsız ölümü o, uca tutdu
Ləkəylə qol - boyun yaşamasından,
Bu yerdə adından böyükdür insan. (1.338)
Poemanın " İstintaq" bölməsi daha maraqlıdır. Burada şair satıcının daxili aləmini açıb
onun mənəvi cəhətdən necə kasad olduğunu göstərir. Onu uşağın ölümü ilə bağlı
istintaq edirlər. Öz mənfəttini güdən satıcı isə uşağın ölümünə zərrə qədər də acımır, bu
Filologiya məsələləri – №02, 2016
376
işin ona töhmət verilməsinə səbəb olmasına, kəsilən mükafatlarına ağlayır. Beləcə şair
göstərmək istəyir ki əslində Saşa onlardan çox- çox yüksəkdə durur.
Poemanın epiloq hissəsində şair üzünü insanlara tutub onları düzlüyə, doğruluğa,bir -
birinə laqeyd olmamağa səsləyir.
Qorxaq başqasına biganəlikdən,
Qorxaq, əməl qala quru söz təki,
Qorxmayaq, dünyanın puç olmasından,
Qorxaq adamların öz içindəki,
Mənəvi dünyanın dağılmasından. ( 1.346).
Bəxtiyar Vahabzadə "Atılmışlar", "Həyat və ölüm", "Ləyaqət" poemalarında insanın
daxili aləminə enərək onun psixoloji yaşantılarını, daxili həyəcanlarını, mənfi
ehtiraslarını, mənəvi cəhətdən təkamülünü oxucunun düşüncələrinə təsir edəcək bir
ustalıqla təsvir etmişdir.
ШЕБНЕМ САЛАЙЕВА
Dostları ilə paylaş: |