ƏDƏBİYYAT
1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı, 2005.
2. Cabbarov F. H. Z. A. Tağıyevin qız məktəbinin tarixindən. Bakı, 2011.
3. Fərhadov Ə. “Aləmi-nisvan”da doğan bir şəfəq”//Nəsib bəy Yusifbəyli – milli
istiqlal və dövlətçilik mücahidi. Bakı, 2013.
4. Mirzə Bala. Kadınlara hürriyet / Azərbaycan, Yıl 3, sayı 12(34), Ankara, 1954,
mart.
5. Mehmetzade M. Milli Azerbaycan hareketi. Ankara, 1991.
6. Rəsulzadə M. Ə. Əsrimizin Səyavuşu. Bakı, 1991.
7. Veliyev A. Azerbaycan Siyasi Düşüncü Tarihi ve Mirza Bala Mehmetzade.
İstanbul, 2006.
8. Yaqublu N. Azərbaycan mühacirət irsi. Bakı, 2011.
ILAHA KHANTAMIROVA
LIBERTY FOR WOMEN
SUMMARY
The life and activity of Mirza Bala Mahammadzada, the representative of
emigration period have significance for learning Azerbaijan history. Nowdays, his
works written in various subjects can be accepted as a valuable source. The article has
been written on the basis of scientific research named “Liberty for women”, some
issues as the freedom, education, struggle of women were noted in this article. Also,
modern period scientific literature were used in this article.
ХАНТАМИРОВА ИЛАХА
СВОБОДА ЖЕНЩИНАМ
РЕЗЮМЕ
Изучение жизни и творчества известного мыслителья и журналиста
Азербайджана периода эмиграции Мирза Бала Мамедзаде представляет собой
большую ценность в изучении истории страны. Его труды, написанные на
различные темы, считаются достаточно ценными источниками. Статья,
написанная на основе труда М.Б Мамедзаде "Свобода женщинам", затрагивает
такие темы как свобода женщин, образование, их борьбу. В написании статьи
также использована современная литература.
Rəyçi: Nəsiman Yaqublu
Tarix üzrə elmlər doktoru
Filologiya məsələləri – №02, 2015
335
S.R.SƏMƏDOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
senuber_samedova@mail.ru
MÜSTƏQİLLİK İLLƏRİ ROMAN JANRINDA TARİXİ
ŞƏXSİYYƏTLƏRİN BƏDİİ TƏSVİRİ
Açar sözlər: Hüseynbala Mirələmov, Elçin Hüseynbəyli, Şah Abbas, Nadir Şah, tarixi
roman
Ключевые слова:
Гусейнбала Миралемов, Эльчин Гусейнбайли, Надир
Шах, исторический роман
Key words: Huseynbala Miralamov, Elchin Husseinbayli Shah Abbas, Nadir shah,
historical
Tarixi hadisələrə, şəxsiyyətlərə, onların həyat və fəaliyyətlərinə müraciət
edərkən hər bi ryazıçı qarşısına müəyyən məqsəd qoyur. Bir qism yazıçılar bu mövzuya
müraciət etməklə, tarixin müəyyən qaranlıq səhifələrini açmaq, tarixi hadisələrin
iştirakçısı olmuş görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətlərində öyrənilməmiş faktları
üzə çıxarmaq məqsədi güdürlər. Digər bir qism yazıçılar isə, xalqın etnoqrafik yaddaşını
bərpa etmək, özünə qaytarmaq məqsədi ilə bu janra önəm verirlər. İlk dəfə bu janra
müraciət romantik yazıçıların yaradıcılıqlarında təsadüf edilir. Sonralar isə tarixi janrda
yazan yazıçıların sayı artmışdır. Hərbir yazıçının özünün bu mövzuya yanaşma tərzi
vardır. Fikrimizcə, əsəri yazmazdan əvvəl yazıçılar mənbələrlə tanış olmalı, hadisə və
şəxsiyyətlə bağlı tarixdə araşdırmalar aparmalı, yetərincə tarixi faktları nəzərdən
keçirməlidirlər. Belə əsərlər yazılarkən bəzi romanlarda sənədlilik bəzilərində isə
bədiilik üstünlük təşkil edir. Filologiya elmlər doktoru , professor Vilayət Quliyev yazır:
“Bizə belə gəlir ki, bədii əsərdə tarixi tematikanı müəyyənləşdirən əsas amil
sənədlilikdir. Süjet xəttinin əsasında konkret tarixi hadisələr və real tarixi şəxsiyyətlər
dayanan, təsvir və təhlillərdə artıq elm tərəfindən təsbit edilmiş fakt və məlumatlara
istinad edən roman və povestlər tarixi əsər anlayışının tələblərinə daha çox cavab verir.
Aydın məsələdir ki, biz sənədliliyi tarixi janrın başlıca tələbi kimi irəli sürərkən
yazıçının tarixi vəsiqələrin ehtirassız qeydiyyatçısı, tarixi mənbələrin səlahiyyətsiz
təsvirçisi simasında görmürük. Sadəcə olaraq romanın , yaxud povestin ümumi
konfiqurasiyasını, karkasını sənədlər, real tarixi faktlar təşkil etməlidir, bütün qalan
“tamamlama” işlərində yazıçı tam sərbəstdir və yaradıcılıq fataziyasını istənilən
istiqamətdə inkişaf elətdirə bilər.” [1,s.164-165] . Göründüyü kimi professor Vilayət
Quliyev belə qənaətə gəlmişdir ki, roman yazan hər bir müəlif hansı dövrü təsvir edirsə
etsin, sərbəst olmalıdır. Onun fikrincə əsərdə tarixilik yalnız əsərin zahiri əlamətini
daşımalıdır. Lakin burada sərbəstlik deyərkən tarixin təhrif olunması nəzərdə tutulmur.
Yazıçı, əsərin oxunaqlı olması yalnız üçün quru sənədlər arxasınca qaçmamalı, bədii
təxəyyülün gücünüdə işə salmalıdır. Filologiya elmlər doktoru, professor Yavuz
Axundov “Tarixi roman və müasirlik” adlı kitabında tarixilik və müasirlik məsələsindən
söz açaraq yazır: “Tarixi dövrün düzgün verilməsi üçün tarixi sənədlərdən, faktlardan
istifadə etmək zəruridir . Lakin bununla bərabər, yazıçı uydurmasının, yazıçı
təxəyyülünün əhəmiyyətini inkar mütləq səhv nəticələrə aparar, sənətkarı tarixi
hadisələrin təsvirçisinə çevirə bilər... Yazıçı keçmişi daha dolğun, hərtərəfli təsvir
Filologiya məsələləri – №02, 2016
336
etmək, tarixi koloriti və ruhu düzgün vermək üçün müəyyən hadisələr, epizodlar
düşünür, tarixdən bizə məlum olmayan insan surətləri tapır ki, buna bədii uydurma
deyilir. Başqa ədəbi janrlar kimi tarixi roman da bədii uydurmasız keçinə bilməz.
Uydurma təkcə həqiqəti açmır, həm də onu dərinləşdirib tamamlayır. Bədii uydurma
başqa bədii vasitələrlə yanaşı, tarixi həqiqəti bütün mürəkkəbliyi, konkretliyi, dəqiqliyi
ilə verməyə kömək edir” [2,s.17] Həqiqətəndə tarixilik dedikdə yalnız tarixi
hadisələrdən ibarət bir əsər düşünülməməlidir. Çünki, bədii təxəyülsüz hər hansı əsər
lazımi faydanı vermir. Peşəkar yazıçılar bədii təxəyyüllə tarixi həqiqətləri vəhdət
halında verməyi bacarır. Bir sıra əsərlərdə tarix təhrif olunduğu üçün həmin dövr və
şəxsiyyətlər haqqında yalnış rəylər formalaşır. Yavuz Axundovun fikrincə: “Müasir
tarixi romanda daha çox xalqın keçmişinin əlamətdar hadisələri, dönüm dövrləri, xalqın
taleyində mühüm rol oynamış görkəmli şəxsiyyətlərin fəaliyyəti təsvir olunur. Yazıçı
çalışmalıdır ki, tarixi romanda qələmə aldığı dövrün ruhu saxlanılsın, tarixi inkişafın
qanunauyğunluqları gözlənilsin, mahiyyəti təhrif olunmasın... Tarixi romanın əsas
keyfiyyətləindən biri də müasirlikdir. Burada vacib bir cəhəti xüsusilə qeyd etməyə
ehtiyac var. Keçmişə müasir dövrün tələbi ilə yanaşmaq prinsipi ilə onun
“müasirləşdimək” cəhdi bir-birinə əks anlayışlardır. Tarixi şəxsiyyət yazıçının müasir
görüşlərinin ruporuna çevrilməlidir.” [3,s.17]
Çağdaş roman janrınıın inkişafında Hüseynbala Mirələmovunda xidmətləri
danılmazdır. Akademik Bəkir Nəbiyevin ön söz yazdığı “Sonuncu fateh” trilogiyası
yazıçının qələmə aldığı ilk irihəcmli tarixi romanıdır. Akademikin ön sözündən sonra
bu əsər üzərində yenidən 2il işləyən yazıçının “Sonuncu fateh” romanı Nadir şah
Əfşarın keşməkeşli ömür yoluna, hərbi – siyasi fəaliyyətinə, vahid dövlət yaratmaq
uğrunda mübarizələrdə keçən ömrünün bədii əksinə həsr olunub. Romanda Nadir Şah
vətəninin birliyi yolunda mübarizə aparan, xalqın böyük məhəbbətini qazanan bir
hökmdar kimi səciyyələndirilmişdir. Roman haqqında yazıçı - jurnalist Nurəddin
Ədiloğlunun belə bir fikri maraq doğurur: “Əgər maraqlı epizodlarla zəngin bu tarixi
romanın motivləri əsasında Azərbaycan kinemotoqrafçıları teleserial çəksələr, öz
möhtəşəm məzmunu ilə dünyanın bir çox ölkəsində maraqla izlənən “Möhtəşəm yüz il”
tele-eposundan geri qalmaz!” [4] N.Ədiloğlu fikrini davam etdirərək yazır: “Fitri
hökmüdarlıq qabiliyyətinə malik olan Nadir şah kimi tarixi şəxsiyyətlərin həyatı həmişə
bir neçə parlaq və həlledici məqamlarla diqqəti cəlb edir. Bu həyatın, zamanın əzəli və
əbədi bir qanundur. Nadir şahın da taleyinə yazılan, onun hərbi yürüşlərində, şöhrət və
qüdrət pillələrində bir neçə belə həlledici məqam var ki, müəllif məhz həmin o parlaq
məqamlırı - ilk baxışdan adi görünən, əslində isə tarixi şəxsiyyətin həyatında və
taleyində önəmli rol oynayan böyük anları romanda əks etdirə bilib. Çünki tarixçilərin
dili ilə desək, qəhrəmanın təkcə adi çobanlıqdan böyük şahlıq taxtına qalxması dahiyanə
nailiyyət idi. H. Mirələmovun yaratdığı Nadir şah obrazı Qoca Şərqin tarixində öz
qılıncıyla möhtəşəm imperiya quran vətənpərvər bir şəxsiyyətin (əsərin məziunundan
belə aydın olur ki, hətta Nadir şahın özünün də ömrünün qürub çağında xatırladığı),
məhz həmin tariixi hadisələrin – böyük anların fövqündə gözlərimizin qabağında bütün
əzəməti ilə dayanır.” [4]
Əsərdə göstərilir ki, Nadir şah hələ kiçik yaşlarından idarəetmə qabiliyyətinə
malik olmuşdur. Gəncliyində əsir həyatı ilə qarşılaşması, zamanın amansızlıqları onun
təbiətinin formalaşmasına, mətin və mübariz bir şəxsiyyət kimi yetişməsinə təkan
vermişdir. Onun iti ağlı, dərin zəkası başına gələn hadisələr, qarşılaşdığı çətinliklər,
Filologiya məsələləri – №02, 2015
337
dövrün mühüm hadisələri onun xarakterinin formalaşmasına təsir göstərmişdir. Əsərdə
xronoloji ardıcıllığı gözləyən yazıçı tarixdə olduğu kimi əsərdə də Nadir şah Əfşar
1732-ci ilin avqustunda II Təhmasib şahı devirərək onun azyaşlı oğlu III Abbası şah
elan etməklə real hakimiyyəti ələ keçmişdir. O, 1733-cü ildə Bağdad yaxınlığında
osmanlıları məğlub etmiş, 1735-ci ilin martında Gəncə yaxınlığındakı düşərgədə Rusiya
səfiri Sergey Qolitsınla müqavilə imzalamışdı. Bu müqaviləyə əsasən Bakı və
Dərbənddən rus qoşunları çıxarılmışdı. Nadir şah mərkəzləşdirmə siyasəti yeritmiş,
Əfqanıstana, Şimali Hindistana və s. yerlərə yürüşlər etmiş (1737-39), Dehlini tutmuş
(1739), fəth etdiyi ərazilər hesabına böyük dövlət yaratmışdı. O, Şirvan, Qarabağ,
Çuxur-Səd və Təbriz bəylərbəyiklərini ləğv edərək ilk dəfə olaraq Azərbaycan adı
altında vahid inzibati bölgü yaratmışdı.
Öz oğluna ədalətli, səxavətli olmağı öyüd verən Nadir şah onun israfçılıq
etdiyinivə xüsusi qvardiya yaratdığını bildikdə deyir: “Bu xalq əzəldən iki saray
tanınmağa adət etməyib. Biz də buna əməl etməliyik. Tac başa yaraşıq versə də, ağıl
vermir. Başın tacı ağıldır. Belə görürəm ki, sən bu cah-calala, bu hökümətə, taxt-taca
layiq deyilsən..” [5,s.567]
Müəllif əsərdə Nadir şahı həmişə ideal şəxsiyyət kimi təsvir etmir, onun mənəvi-
əxlaqi keyfiyyətləri, ləyaqəti, mənəvi zənginliyi ilə yanaşı, onun bəzi nöqsanlarınıda
açıq şəkildə göstərir.
Hüseynbala Mirələmovun “Sonuncu fateh” romanı da bu mənəvi tələbatdan
doğan qiymətli əsərlərdən biridir.Müəllifin belə tarixi mövzuya müraciət etməsi müasir
dövr üçün çox aktualdır. Bu gün erməni işğalçılarının tapdağı altında qalan
torpaqlarımızı azad etmək üçün güclü vətənpərvəlik tərbiyəsinə ehtiyac duyulur.
Qarabağ mövzusunda bir-birindən təsirli əsərlər yaradan Hüseynbala Mirələmov öz
ənənəsinə sadiq qalaraq “Sonuncu fateh” romanı ilə xalqımızın qürur qaynağı olan
qəhrəmanlıq səlnaməmizi önə çəkərək Nadir şah kimi oğullar yetirən türk-müsəlman
millətinin övladalarını vətənpərvərliyə səsləyir.
Yuxarıda qeyd etdiyimiz kimi tarixi janra müraciət etmənin səbəblərindən biri
təhrif olunmuş tarixə aydınlıq gətirməkdir. Bu üslub istedadlı nasir Elçin
Hüseynbəylinin yaradıcılığında bu hiss olunmaqdadır. Vaqif Yusifli yazıçı haqqında
yazır: “Roman get-gedə öz klassik ölçülərindən uzaqlaşmağa başlayır, janr hüdudlarını
genişləndirir (elə Azərbaycan romanında qismən də olsa, bunu müşahidə etmək
mümkündür), romanlarda psixologizm aparıcı istiqamətə çevrilir, simvollara, metaforik
düşüncə tərzinə meyil artır və s. Əvvəllər birmənalı şəkildə romanda bir üslubun hakim
mövqe tutduğunu iddia etmək mümkün idisə, indi bəzi romanlar müxtəlif üslubi
istiqamətləri özündə birləşdirir. Bunu səkkiz ildə yeddi roman yazmış Elçin
Hüseynbəylinin yaradıcılığında da izləyə bilərik.” [6]
Elçin Hüseynbəylinin “Şah Abbas”romanı bəzi tarixi hadisələrə aydınlıq gətirən
romanlar siyahısına aiddir. “”Şah Abbas” romanı doğrudan da tarixi xronikadır və bi-
zim bu tipli tarixi romanlar içərisində növbəti bir cəhddir ki, tarixi mənbələr və
qaynaqlara istinad edib daha bir şəxsiyyətin ömür yolunu gözlərimiz qarşısında can-
landırır. Burada ənənədən gələn bədii priyom və üsullarla qarşılaşsaq da, Elçin Hüseyn-
bəylinin özünəməxsus bədii təsvir ustalığı, obrazları məhz canlı, koloritli boyalarla, həm
də bütün mürəkkəbliyi ilə əks etdirmək məharəti diqqətdən yayınmır”. [6]
Roman-xronika üslubunda yazılan Şah Abbas romanı Səfəvilər dövlətinin üçüncü
ən görkəmli hökmdarı I Şah Abbasın həyat və fəaliyyətindən bəhs edir. Bildiyimiz kimi
Filologiya məsələləri – №02, 2016
338
Şah Abbasa qarşı fikirlər o qədərdə müsbət olmamışdır. İlk növbədə ona görə ki, o
qəddar bir hökmdar idi. Taixdən bizə məlumdur ki, Şah Abbas bir sıra fars əyanlarını
hakim vəzifələrinə təyin etməklə Səfəvi dövlətini farslaşdırmışdı. Yeqzar Cəfərli qeyd
edir ki, “Tarixə nəzər salsaq görərik ki, bu proses hələ kor Məhəmməd Xudabəndənin
dövründə başlanmışdı. Onun fars qızı olan arvadı Məhdi Ülya şahın acizliyindən
istifadə edib hətta dövlətdə şahdan sonra ikinci vəzifə sayılan vəkil vəzifəsinə
yüksəlmişdi. Şah Abbas hakimiyyətə gələnə qədər bu qadın bir neçə yüksək dövlət
vəzifəsini artıq farslaşdırmışdı. Bir yandan şah nəinki yüksək dövlət vəzifələrini, hətta
şəxsi mühafizəsini belə qızılbaşlara etibar edə bilmir, bu işdə xristian gənclərdən ibarət
qulamlardan istifadə edirdi.” [7]
Tarixi faktlardan məharətlə istifadə edilərək, arxiv sənədləri əsasında yazılan bu
roman 47 fəsildən ibarətdir. Fəsillərin hər birində hökmdarın həyat və fəaliyyətinin ayrı-
ayrı dövrlərindən bəhs olunur. Romanın əvvəlində müəllif tərəfindən yazılmış belə bir
yazıya rast gəlirik : “...Siz elə bilirdiniz ki, Azərbaycan xalqı arasında “cənnətməkan”
kimi yadda qalmış, onun nağıllarını, dastanlarını bəzəmiş Şah Abbas fars
qafalıymış? Haradan biləydiniz ki, orta əsrlərin “qızıl dövründə” cahanın yarısına sahib
olan Şah Abbası bir Səfəvi məmləkətinin şərəfi, bir də hökmranlıq
düşündürürdü. Haradan biləydiniz ki, həmin vaxt bir qızılbaş məmləkəti, bir şiə
məzhəbi, bir sufi təqirəti, bir də müqəddəs Ərdəbil şəhəri vardı. Haradan biləydiniz ki,
qızılbaşlar “müridin əlində qılınc, altında at, qarşısında düşmən olmalıdır” anlamı ilə
yaşayırdılar. Ona görə də mirzəliyi özlərinə yaraşdırmır, onu qara iş sayır, yazı-pozunu
farslara, gürcülərə, ermənilərə, çərkəzlərə buyururdular.
Bunları bilmirdiniz, heç məndə bilmirdim. Çünki tariximizi başqa millətlər yazıb,
sovetlərin şinelindən çıxan öz tarixçilərimizin çoxu da o yalanları təkrar eləyib. Yalnız
müstəqillik dövründə sular durulmağa başlayıb.
Siziçaşdırıblar, eymənimbiçarəhəmvətənlərim!
Böyük bir sərkərdənizi, böyük Azərbaycan Səfəvi dövlətini farslaşdırıblar. Mən
indi əsl həqiqəti deməkdən, böyük bir sərkərdənizi, cənnətməkan hökmdarınızı
özümüzə qaytarmaqdan qürur duyuram” [8,s.7-8).
Bu sətirlərlə tanış olan oxucu inanır ki, indiyə qədər Şah Abbas şəxsiyyəti
haqqında bir sıra ciddi təhriflər olunmuş, və bu təhriflər romanda, olduğu kimi təqdim
olunmuşdur.
Müəllif romanda Şah Abbasın portret cizgilərini dəqiqliklə təsvir edir. Şah Abbas
gənc olsa da, başa düşürdü ki, ölkəni idarə etmək üçün ilk növbədə mükəmməl təhsil
almaq lazımdır.O, hətta səfərlərə gedəndə də özü ilə çoxlu kitab aparardı. Digər tərəfdən
gənc vəliəhd şəxsi şücaəti ilə seçilirdi. Ox atmaq, qılınc oynatmaq onun gündəlik
məşğuliyyəti idi. Şah olmamışdan əvvəl iştirak etdiyi müxtəlif döyüşlərdə şəxsi şücaəti
ilə fərqlənmiş, qoşun içərisində böyük nüfuz qazanmışdı.
Şah Abbas ona xəyanət edən, həddini aşan, xalqa zülm edən vəzifə sahiblərini yeri
gələndə ən ağır cəzaya məhkum edirdi. Onun kəsdirdiyi başların sayı minlərlədir. Lakin
Şah Abbas haqqındakı rəvayətlərin heç birində onun kiməsə haqsız cəza verməsi
haqqında söhbət getmir. Çünki xalq onu ədalətli hökmdar kimi tanıyır. Yazıçı diqqəti
ona yönəldir ki, Şah Abbas bir hökmdar kimi xalqa işləməyi, çörək qazanmağı
öyrətdi. Torpağa bağlılıq, Vətəni sevmək, onun uğrunda vuruşmaq və yeri gələrsə
ölməyi şərəf bilmək Şah Abbasın fəaliyyətinin başlıca keyfiyyətləridir. Onun haqqında
Filologiya məsələləri – №02, 2015
339
yaranmış rəvayətlər, əfsanələr, nağıllar şahın şəxsiyyətinə olan məhəbbətin əsas
göstəricisidir. Şah Abbas oxucuların qəlbində məhz bu keyfiyyətlərilə yaşayır.
Xalq şairi Zəlimxan Yaqubun roman haqqında söylədiyi fikirlər əsərin bu gün
üçün olduqca aktual olduğunu sübuta yetirir: “Mənim düşüncəmə görə bu əsər bizə və
bizdən sonra gələnlərə belə deyir: Tarixini yaxşı öyrən, şəxsiyyətlərini dürüst tanı, keç-
mişinə sahib ol, öz qılıncınla özünü kəsmə, dilinə, dininə, əqidənə, etiqadına sadiqlik
hissini itirmə, milliliklə millətçiliyi qarışdırma, gələcəyini düzgün qurmaq üçün tarixin
acı həqiqətlərindən, böyük dərslərindən ibrət al. Özün ol, özgələşmə. “Mən kimdən” de-
mə, “kim məndən” de. Gücü kökünə ver ki, budaqların tufanlara yem olmasın.” .[9,s.6]
ƏDƏBİYYAT
1. Quliyev.V. Nəsrimiz və tariximiz. “Azərbaycan” jurnalı, 1984 ,№4.
2. Axundov Yavuz. Tarixi roman və müasirlik, Bakı “Elm” nəşriyyatı, 1975, 40 səh.
3. Yavuz Axundlu, Azərbaycan Tarixi Romanı: Mərhələlər problemlər(1930-200)
Bakı “Adiloğlu”, 2005 ,550 səh. 19.
4. http://www.qafqazinfo.az/gundem-12/sonuncu-fateh-23768
5. Hüseynbala Mirələmov.Sonucu Fateh. Bakı, Nurlan, 2012
6. anl.az/down/meqale/adalet/2011/dekabr/220298.htm
7. www.olaylar.az/news/culture/78980
8. Elçin Hüseynbəyli. Şah Abbas. Bakı-2008. “Adiloğlu”.
9. www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_may2009/79599.htm
С.Р.САМАДОВА
OПИСАНИЕ ИСТОРИЧЕСКИХ ДЕЯТЕЛЕЙ,ЛИТЕРАТУРНЫЙ ЖАНР
ГОДЫ НЕЗАВИСИМОСТИ
РЕЗЮМЕ
В статье Надир Шах Афшар тяжелая жизнь среди граждан и военно -
политической деятельности, а скорее создание единого государства искусства
посвятил свою жизнь борьбе за ' Последний завоевателя', Эльчин Гусейнбейли
отражающие жизнь и деятельность шаха Аббаса, 'Шах Аббас' романы
говорят.Оба романа анализируются отделно
S.R.SAMADOVA
A DESCRIPTION OF HISTORICAL FIGURES, LITERARY GENRE OF THE
NOVEL THE YEARS OF INDEPENDENCE
SUMMARY
The article are mentioned Huseynbala Miralamovs “Last Fateh” romance which
demonstrates Nadir Shah Afshars hard timeline, military-political acts, his lifetime
struggles on aim to create uniqe government and Elchin Husseinbayli”s “Shah Abbas”
romance which demonstrates ShahAbbas”s lifetime and actions. Both novels are
analyzed separately.
Rəyçi: Razim Məmmədov,
filologiya elmləri üzrə fəlsəfə doktoru
Filologiya məsələləri – №02, 2016
340
A.R.ƏLİYEVA
Azərbaycan Pedaqoji Universiteti
aynur.eliyeva.1992@gmail.con
YUSİF BALASAQUNLUNUN “QUTADĞU-BİLİG” POEMASI BİR
SİYASƏTNAMƏ KİMİ
Açar sözlər: “Qutadğu-bilig”, siyasət, siyasətnamə, dövlət fəlsəfəsi
Ключеые слова: “Кутадгу-билик”, политика, siyasetname, состояние философии
Key words: “Kutadgu-bilig”, politics, politicbooks, state philosophy
Yusif Xas Hacibin yazdığı “Qutadğu-bilig” XI əsrdən günümüzə qədər İslam
türk ədəbiyyatının ilk nümunələrindən biridir. Bu qiymətli əsər yalnız türk ədəbiyyatı
tarixi baxımından deyil, eyni zamanda türk mədəniyyət tarixi və türk dövlət fəlsəfəsi
baxımından da araşdırılması vacib olan bir qaynaqdır. İndiyə qədər “Qutadğu-bilig”
üzərində ədəbi, dini, siyasi və fəlsəfi yöndən dəyərli araşdırmalar aparılmışdır.
“Qutadğu-bilig” poemasının əvvəlinə sonradan əlavə olunan mənzur və mənsur
mətinlərdən də anlaşılacağı üzrə bir dövlət və siyasət kitabıdır. Yusif Xas Hacib bu
əsərdə çeşidli mövzu və məsələlər haqqında fəlsəfi və sosiologik fikir və düşüncələri
irəli sürüb, öyüd-nəsihətlər verməkdir. Bundan başqa, cəmiyyəti yaradan müxtəlif sinif
və zümrələrin dəyərini, onlara qarşı hökmdar tərəfindən izlənməsi gərəkən davranış və
tutumları bildirir. Belə olmaqla bərabər, “Qutadğu-bilig”in köhnə vaxtlarda Şərqdə
oxşarlarına sıx rastlanan formadan, dövrün idarəçilərinə və dövlət adamlarına asan
tövsiyyələr vermək və ədalətli bir idarəçilik yaratmalarını istəmək məqsədilə əxlaqi
nəsihətlər verən, dövlət içindəki sosial qruplaşmaları göz önünə gətirən, tarixin tanınmış
siyasətnamələrindən fərqli və özünəməxsus bir forması vardır.
İslam dünyasında “Qutadğu-bilig”dən əvvəl və ya sonra yazılan bir çox
siyasətnamənin qaynaqlarına baxdığımızda əcnəbi mədəniyyətlərin təsirini görürük.
Abbasilərin hakimiyyətə gəlişindən etibarən farsca, hindcə və yunanca kitabların
tərcümə edildiyini və bu yolla iran, hind və yunan fəlsəfə, tibb, riyaziyyat, astronomiya
və qrammatika kimi elmi fənnlərlə bərabər, dövlət və siyasət ənənəsinə aid bilik və
təcrübələrin də İslam dünyasına daxil edildiyini bilirik.
Çox
türkoloqların siyasətnamə kimi qəbul etdikləri “Qutadğu-bilig” özündən
əvvəl və sonra yazılmış siyasətnamələrin ümumi özəlliklərini də özündə ehtiva edir.
“Qutadğu-bilig” tarixi müddət içərisində ilk onu oxuyandan, əsəri araşdırıb ön hissəsinə
mənsur və ya mənzum girişlər yazan katiblərə qədər, hətta günümüzdə əsər üzərində
araşdırma aparanların əksəriyyətinin ortaq qənaəti əsərin bir siyasətnamə olduğu
həqiqətidir. Keçmişdə kitaba çinlilərin “Ədəbül-mülük”, “Hökmdarlığın ədəbi”, Maçin
hökmdarlarının “Ayinül-məmləkt” (“Məmləkətin aynasi”), Zinatül-üməra “İdarəçilərin
bəzəyi”, “Hökmdarlara nəsihətlər” kimi adlar vermələri əsərin bir siyasətnamə olaraq
anlaşıldığını göstərməkdədir. Beləliklə, günümüzdə də tədqiqatçıların böyük əksəriyyəti
bu əsərin bir siyasətnamə olduğunu və digər siyasətnamələr ilə ortaq cəhətlərinin olduğu
qənaətinə gəlmişlər. Məsələn, Yusif Xas Hacibin “Qutadğu-bilig”i,“Nizamül-mülk”ün
“Siyasətnamə”sini qarşılaşdıran bir tədqiqatçı, iki əsərdə təəccübləniləcək dərəcədə
oxşarlıqlar olduğunu bildirmişdir.
Filologiya məsələləri – №02, 2015
341
Bəs siyasətnamə nədir? Siyasətnamələrin ümumi xüsusiyyətləri nələrdir? İslam
ədəbiyyatında dövrün idarəçilərinə və dövlət adamlarına asan tövsiyyələr vermək və
ədalətli bir idarəçilik yaratmaqlarını istəmək məqsədilə yazılan siyasi və əxlaqi tərkibli
əsərlərə siyasətnamə deyilir. Bu tip əsərlər bilinən özəlliklərinə görə qruplaşdırıldıqda,
fərqli tərzlərlə rastlaşmaq mümkündür. Bunlardan birincisi Fərabinin “Əl-Mədinətül
fadıla”sı ilə “Füsulul-mədəni” adlı əsərlərdə olduğu kimi siyasət və dövlət idarəsini
fəlsəfi baxımdan ələ alan əsərlərdir. İkincisi, siyasət və dövlət idarəçiliyi mövzularını
nəzəri olaraq bilib, mövzu üzərində İslam düşüncələrinin nə ola biləcəyini araşdırmağa
yönələn əsərlərdir ki, bunlar Məverdinin “Əl-Ahkəmus-sultaniyyə”si, İbn Təymiyyənin
“Siyəsətüş-şeriyyə”si kimi cəmiyyət hüququnu qoruyan kitablardır. Üçüncü dövrün
sultan, vəzir və dövlət adamlarına siyasət sənəti haqqında yol göstərən, idarəçilikdə
özbaşınalıqları aradan qaldırmaq üçün siyasi və əxlaqi nəsihətlər verən əsərlərdir. Bu
ənənənin ilk nümunələrini biz hind və iran mədəniyyətindəki pəndnamə və siyasətnamə
kim əsərlərdə görürük. Nizamül-mülkün “Siyasətnamə”si, Keykavusun “Qabusnamə”si
və Qazzalinin “Nəsihətül-mülük” kimi əsərləri buna misal ola bilər. Bu cür əsərlərin
yazılmasında əsas məqsəd siyasi məsələlərdə ideal olan, əmredilənlərlə, tədbiq
olunanlar arasında elmli bir yol tapmaqdır. Sıx rastlanılan bu cür örnəkləri hər nə qədər
İran əsəbiyyatı olsa da, mövzular İslama tam olaraq uyğunlaşdırılmışdır. Dördüncü
olaraq, Osmanlı dövlətinin zəifləmə və geriləmə vaxtlarında ümumilikdə padşahın və ya
vəzirlərin istəklərinə uyğun qələmə alınan İslahatnamələri və ya Layihələri göstərə
bilərik.
“Qutadğu-bilig” sultan, vəzir və dövlət adamlarına siyasət mövzusunda yol
göstərən, idarəetmədə özbaşınalıqları yox etmək üçün siyasi və əxlaqi nəsihətlər verən
əsərlər ilə siyasət və dövlət idarəsini, fəlsəfi və idealist baxımdan ələ alan əsərlər
qrupuna daxil edə bilərik.
Siyasətnamələr əsas mövzu olaraq, dövlət idarəçiliyini ələ alan əsərlər
olduğundan xüsusilə də idarəçilikdə hakimiyyəti əldə saxlayan hökmdarlar üçün
yazılmışdır. Siyasətnamələrdə hökmdarda olması vacib bilinən xüsusiyyətlər və
səltənətin əsasları göstərilir. “Qutadğu-bilig”in əsasını hökmdar və onun ətrafında
toplaşan şəxslərlə dövləti idarəsi, yəni ideal dövlətin, ideal hökmdarın, dövlət başçısının
necə olması mövzusunda söhbətlərdən ibarətdir. Əsərdə danışdırılan dörd xarakterdən
biri olan Gündoğdu (bəy) hökmdar obrazını təmsil edir və əsərin əvvəlindən sonuna
qədər başda vəzir olmaqla digər vacib dövlət adamları ilə əxlaq, siyasət və dövlət
problemlərini mübahisə etməkdədir. Bu yöndən baxıldığında “Qutadğu-bilig” ilə digər
siyasətnamələr arasında paralellik olduğunu deyə bilərik.
Siyasətnamələrin təsir aldığı klassik qaynaqlar arasında hind, iran, yunan və çin
mədəniyyətlərinə aid bilgi və təcrübələr yer almaqdadır. Bəzi siyasətnamə yazarları bu
mədəniyyətlərdən iqtibas etdiklərini şəxsən bildirmişlər. Yəni, siyasətnamələr, İslam
mədəniyyətinin erkən vaxtlarda əlaqədə olduğu əcnəbi mədəniyyətlərin bilik və
təcrübələrindən yararlanmışlar və bu mədəniyyətləri qaynaq olaraq qeyd etmişlər.
“Qutadğu-bilig” adı keçən bu mədəniyyətlərdən hər hansı birini göstərmir. Ancaq əsər
üzərində tədqiqat işi aparanlar onda başda İslam mədəniyyəti olmaqla, hind, yunan,
iran, çin təsirləri olduğu qənaətinə gəlirlər. Qismən də olsa “Qutadğu-bilig” poemasında
xarici təsirlər də mövcuddur. Ancaq İslam və onun daxilində inkişaf edən İran
mədəniyyətinin xaricindəki digər mədəniyyətlərin təsirini ortaya çıxarmaq çox asan
görünməkdədir.
Filologiya məsələləri – №02, 2016
342
Ümumi olaraq, siyasətnamələr mövzuları qəribə hala gətirmək üçün hekayələr,
sözü gözəlləşdirmək və mənanı qüvvətləndirmək üçün tanınmış şairlərdən misralar nəql
etmişdir. Tarixdə öz sözünü demiş hökmdar, həkim, filosof və ya şair kimi önəmli
şəxsiyyətlərin söz-söhbətlərindən nümunələr göstərirlər. Məsələn, Qərb dünyasından
Makedoniyalı İsgəndər həyatından və siyasi işlərindən, məşhur təbiblər Galen,
Hippokrat və antik dövr yunan filosofları Sokrat, Platon, Aristotelin hikmətli
sözlərindən məsəllər gətirirlər. Bunlarla bərabər, hind həkimlərindən, çin filosoflarından
və ya krallarından hikmətli sözlər söyləyirlər. Bəzilərində İran krallarının davranışları,
saray və idarə həyatları model olaraq götürülmüşdür. Bununla bağlı, “Qutadğu-bilig”də
yalnız İran kralları Ənuşirəvan, Dahhak, Fridunun adları ilə Qərb dünyasına aid Böyük
İsgəndərin adı verilmişdir. Bu arada digər bəzi siyasətnamələrdə də zikr edildiyi kimi
türklərin əfsanəvi atası sayılan iranlıların Əfrasiyab dedikləri Alp Ər Tonqanın da adı
“Qutadğu-bilig”də keçir.
Siyasətnamələr, mövzuları sağlam təməl üzərində ucaltmaq düşüncəsi ilə
mövzuya uyğun ayə və hədisləri seçirlər. Daha sonra səhabə və alimlərin, filosofların,
həkimlərin hikmətli sözlərindən nümunələr gətirirlər. “Qutadğu-bilig”də ayə və hədislər
mətin olaraq zikr edilmirlər, lakin bəzi mənzum beytlərin mənalarının Quran
ayələrindən və ya Hz. Peyğəmbərin sözlərindən ilhamlanmış olduğu tədqiqatçılar
tərəfindən üzə çıxarılmışdır. “Qutadğu-bilig”də yalnız bir yerdə “Dinlə, Tanrıdan
insanlara xəbər gətirən nəbi nə deyər” ifadəsi ilə açıqca Hz. Peyğəmbərin bir sözü nəql
edilir. Bu misaldan başqa Qurandan ayə və hədislərin əlavəsi açıq şəkildə
bildirilməmişdir.Ancaq məfhum olaraq bəzi beytlərin Qurandan və hədislərdən ilham
alınaraq yazıldığı söylənilə bilər.
Siyasətnamələr də bütün klassik İslami əsərlərdə olduğu kimi Allahı həmd,
Peyğəmbərə salam-salavatdan sonra təqdim ediləcək hökmdara tərif edilir. “Qutadğu-
bilig” tamamən bu klassik ənənəyə uyğundur. Əsərin əvvəlində yer alan və sonradan
əlavə edildiyi təxmin edilən müqəddimədən sonra “Tanrı Azze və Cəllənin mədhini
söylər”, “Peyğəmbər Əleyhi-səlamın mədhini söylər”, “Dörd səhabənin mədhini
söylər”, “Parlaq bahar mövsümünü və Buğra xanın mədhini söylər” başlığı altında giriş
edilmişdir. Bu baxımdan da “Qutadğu-bilig” poeması ilə ümumi siyasətnamələrlə ortaq
bənzərlik və paralellik mövcuddur.
Ümumiyyətlə, siyasətnamələr dövlət idarəetməsini ələ alan öyrədici, nəsihətedici və yol
göstərici olan əsərlərdir. Hökmdarlara, bəylərə və digər idarəçilərə klassik Şərq tərzində
bəzi təklif və önərilərdə bulunmuşdur. Əsas xarakter baxımından əxlaqi əsərlər sırasına
daxildir. Hökmdarlar, vəzirlər və dövlət adamlarına nəsihətlər verdiyi üçün isə
nəsihətnamədir. “Qutadğu-bilig”də özəlliklə “Bəyliyə layiq bəy necə olmalıdır”
bölümündə nəsihətlər söyləyir, ancaq bu nəsihətverici üslub digər bölümlərdə də davam
etdirilir. Bundan sonra vəzir necə olmalıdır bölümündə vəzir olan şəxsin necəliyi qeyd
olunur. Bəyin yəni hökmdarın hansı əxlaqi məziyyətlərə sahib olmasını, vəzirdə olması
gərəkən məziyyətlərin nələr olduğunu açıqca izah edir. Bəyliyin doğuşdan Allahın
vergisi olduğunu, buna görə də müqəddəs sayıldığını, bəylərin ağıllı, bilikli, özü-sözü
bir olan pəndnamə həssaslığını göstərir. Vəzir də ziyalı bir ailədən, təqva sahibi, dürüst,
ağıllı, həya sahibi, yaxşı görünüşlü və vəfakar olmalıdır.
“Qutadğu-bilig”də siyasətlə yanaşı dövlət fəlsəfəsi və siyasi anlayış da ortaya
qoyulur. Məsələn, siyasətnamələrdə ədalət anlayışı İran dövlət ənənəsinin təsirilə
anılmaqdadır. Günahkarın cəzasını vermək ədalətdir, lakin onu əfv etmək fəzilətdir. Bu
Filologiya məsələləri – №02, 2015
343
baxımdan əfvedivi olmaq daha fəzilətli və üstündür. “Qutadğu-bilig” poemasında, yəni
türk dövlət ənənəsində ədalət, hökmdarın bağışlama missiyası deyil, qanunun doğru və
tərəfsiz şəkildə aparılmasıdır. Dolayısı ilə hüququn üstünlük prinsipi əsas
götürülmüşdür. Əsərin özünəməxsus tərəflərindən biri digər siyasətnamələrdən fərqli bir
dövlət fəlsəfəsi və siyasi anlayış ortaya qoymasıdır.
Siyasətnamələrin ümumi özəlliyi əxlaqi xarakterdə olduğundan və əxlaqın
qaynağı da din olduğundan,dini temalar sanballıdır. Allahın sifətləri, inanc əsasları və
axirət həyatı, cənnətə həvəsləndirmə, cəhənnəmdən uzaqlaşdırma kimi mövzular yer
alır. Dünya həyatının keçiciliyi, axirətin əbədi olduğu inancı, o biri dünyaya hazırlıq
məsələlər öz əksini tapır. “Qutadğu-bilig”də Allahın adları və sifətləri o dövrdə olduğu
kimi elə Yusif Xas Hacibin dövründə də eyni şəkildə istifadə olunmaqdadır. Hökmdar
ilə ağlı təmsil edən Öydülmüş və aqibəti təmsil edən Odqurmuş arasında keçən
mükalimələrdə Öydülmüş yəni ağıl, Odqurmuşu yəni aqibəti hökmdara xidmət
mənasında yola gətirməyə çalışmışlar.
Siyasətnamələr, dövləti idarədə hökmdara köməkçi olan vəzir və digər dövlət
adamlarının vəzifələri haqqında məsləhətlər verilir. “Qutadğu-bilig” Öydülmüş
“Bəylərə vəzir olacaq insan necə olmalıdır” bölümündə vəzirin vacibliyi, vəzirdə lazım
olması gərəkən əxlaqi məziyyətlərdən söz açır. Daha sonra hacib komandir, qapıçı, elçi,
katib və xəzinədar kimi dövlət adamlarında olması vacib olan əxlaqi məziyyətləri
göstərir ki, bütün siyasətnamələr dövlətin rifahı və gələcəyi üçün bu mövzulara önəm
verirlər.
Siyasətnamələrdə dövlət xəzinəsinin qorunması, vergi toplama, əsgəri mövzular
daha çox əhəmiyyət kəsb edir. Eyni zamanda cəmiyyətdəki çeşidli sənət sahibləri
mövzusunda da bir çox məsləhətlər verilir. Məsələn, “Qutadğu-bilig”də 58-ci babda elm
adamlarına, təbiblərə, yuxu yozanlara, münəccimlərə, şairlərə, cadugarlara, baytarlara,
ustalara və kasıblara necə davranmaq lazım olduğu əks olunmuşdur.
“Qutadğu-bilig”in ən özünəməxsus tərəfi, dövrünün idarəetmə anlayışını
göstərən bir kitab olmasıdır. Keçmiş dövrdə türklərdə hakimiyyət anlayışı hökmdarda
Tanrı vergisi olan bəzi vəzifələrin varlığını qəbul edən bir anlayışdır. Buna görə
idarəetmə hüququ hökmdara Tanrı tərəfindən ilahi bir lütf olaraq bağışlanmışdır. Bu
anlayış daha sonra İslam xəlifəsini və ya ona tabe hökmdarları “Allahin yer üzündəki
kölgəsi” olaraq bilinən anlayışla birləşərək siyasətnamələrin ana xətdindən birini təşkil
edir. Bu türk anlayışının zamanımıza qədər inkişafında yeganə qaynaq “Qutadğu-bilig”
poemasıdır.
Siyasətnamələr yaxşı idarəçiliyin olması, dövlətin ayaqda durması üçün olmazsa
olmaz prinsiplərini dörd ana başlıq altında birləşdirmişdir. Bunlar ədalət, məşvərət,
ləyaqət və öz peşəsində ustalıqdır. Bu prinsiplərlə əlaqəli “Qutadğu-bilig” poemasında
onlarca beytə rast gəlmək mümkündür. “Qutadğu-bilig”də məsləhət bilinən dövlət
modelinin ən bariz nümunəsi bunlardır.
Son olaraq onu qeyd edə bilərik ki, siyasətnamələrin əsas məqsədi dünyanın hər
yerində ədalətli bir idarəçilik, qayda-qanun yaratmaq və əsas olaraq dünya, axirət
xoşbəxtliyinə nail olmaqdır. Həmçinin, “Qutadğu-bilig”də də başlıca amal dünya və
axirət səadətinə qovuşmaq üçün siyasi əxlaqa uyğun ədalətli dövlət idarəçiliyi
yaratmaqdır.
Dostları ilə paylaş: |