Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”


Sekulyarizm prinsipi və onun ictimai inkişafda əhəmiyyəti



Yüklə 359,58 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix02.12.2023
ölçüsü359,58 Kb.
#171504
1   2   3   4   5   6   7   8   9   ...   17
Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”

Sekulyarizm prinsipi və onun ictimai inkişafda əhəmiyyəti.
Dünyəvilik
və ya 
sekulyarizm
— dinin insanların düşüncə və hərəkətlərində və 
cəmiyyətdəki institutlar 
üzərində təsirinin azalması. 
Sosiologiya elmində XX əsrin ortalarından bəri qızğın şəkildə müzakirə olunan bu mövzuda 
iki təzadlı cəbhədə yerləşən sosioloqlar var. Brayan Uilson, Maks Veber,
Ziqmund Freyd 
kimi mütəfəkkirlər dünyada iqtisadi inkişaf və elmin dirçəlişi ilə dinin təsirinin 
azalacağını desə də, Peter Berger və Tomas Lukman kimi müasir dövrün sosioloqları 
sekulyarizm yox, tam əks prosesin baş verdiyini iddia edirlər. Hər iki tərəfin də olduqca tutarlı 
arqumentləri var. Məhz bu iki fərqli düşüncələrin mövcudluğu dinin cəmiyyət üzərindəki təsiri 
mövzusuna müxtəlif prizmalardan baxmağa kömək olur. 
Sekulyarizasiya, “institusional, ictimai və mədəni müstəvidə dinin əhəmiyyətini itirməsi və 
ya zəifləməsi” prosesini ifadə etmək üçün sosioloqlar tərəfindən irəli sürülən tezisdir. 
Sekulyarizasiya terminini “dünyəviləşmə” kəlməsi ilə əvəz etmək mümkündür. Dünyəviləşmə ilə 
qəsd edilən məna dini norma və dəyərlərin yerinə rasional, ağıla və təcrübəyə istinad edən, 
ümumi mənafeyi nəzərə alan dünyəvi dəyərlərin inkişaf etməsidir. Bu tezisə görə, cəmiyyətdə 
modernləşmə prosesi getdikcə dinin ictimai və mədəni rolu azalır. Nəticədə dini qurumlar çox 
məhdud sahədə fəaliyyət göstərirlər. Lakin daha sonra görəcəyimiz kimi, bu qanunauyğunluq, 
əsasən, Qərbi Avropa ölkələri üçün keçərlidir. Modernləşmə baxımından yüksək səviyyədə olan 
ABŞ-da din ictimai əhəmiyyətini və rolunu itirməmişdir. Bu səbəbdən də sekulyarizasiya tezisini 
müdafiə edənlər ABŞ-ın və müsəlman ölkələrin bir çoxunun istisna təşkil etdiyini vurğulayırlar. 
Mövzu ilə yaxından əlaqəli olan və tez-tez dünyəviləşmə prosesi ilə qarışdırılan başqa bir 
termin də sekulyarizmdir. Sekulyarizmi dilimizdə “dünyəvilik” termini tam qarşılayır və onu 
sekulyarizasiya (dünyəviləşmə) ilə qarışdırmaq doğru deyildir. Sekulyarizm dinin dövlətdən ayrı 


olduğunu və qanunvericiliyin dini doqmalara əsaslanmadığını ifadə edir. Azərbaycan 
Respublikasının Konstitusiyasında “dövlətin dünyəviliyi” və “təhsilin dünyəvi xarakter daşıması” 
maddələri sekulyarizmin mənasını dəqiq təyin etmişdir. Burada işlədilən dünyəvilik, normativ 
termin olub siyasi-
hüquqi mənaları ehtiva edir; sekulyarizasiya prosesi isə ictimai durumu təsvir 
edən deskriptiv (təsviredici anlayış) termindir. 
Sekulyarizmin nəzəri əsaslarını ilk dəfə l873-cü ildə fransız mütəfəkkiri Ferdinand Buisson (1841-
1932) irəli sürmüşdür. Həmçinin o, 1903-1905-ci illərdə Fransada kilsə və dövlət işlərinin bir-
birindən ayrılması vəzifəsini yerinə yetirən parlament komissiyasının sədri olmuş və dövlət 
məktəblərinin dünyəviləşdirilməsi prosesində mühüm xidmətlər göstərmişdir. Buissona görə din 
və 
dövlət 
işlərinin 
ayrılması 
mənasında 
işlədilən 
dünyəvilik, 
dünyəviləşmənin 
nəticəsidir. Onun fikrincə, fransız cəmiyyəti Avropanın yüksək səviyyədə dünyəviləşmiş 
cəmiyyəti olmuşdur. Buna görə də din və dövlət işlərinin ayrılması ilk dəfə 
Fransada
həyata 
keçirilmişdir. 
Dinin
ictimai
əhəmiyyətinin azalması modernləşmənin üç xüsusiyyəti ilə 
əlaqələndirilir. 

Yüklə 359,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin