matik kateqoriyaların ədəbi dildə gözlənilməsi ilə bağlı qaydalar
daxildir.
Qrammatik norma nitqdə sözlər və cümlələr arasındakı əlaqələrin
düzgün qurulmasını tənzimləyir. Ədəbi dilimizin qrammatik norması
ümumxalq dilinin qrammatik quruluşunu əks etdirir və onun əsasında
qurulmuşdur. Sözlər və cümlələr arasındakı
əlaqə düzgün
qurulmadıqda qrammatik səhvlər meydana çıxır ki, nitq mədəniyyəti
məhz bu tipli səhvləri aşkara çıxarır və onların aradan qaldırılmasına
xidmət göstərir.
Ədəbi dilin qrammatik normalarına aşağıdakı qaydaları daxil edə
bilərik:
1)
Azərbaycan dilində miqdar saylarmdan sonra gələn isim- lər
tək halda işlədilir:
iki top, üç kitab, dörd tələbə, yüz qoyun
və s.
Hazırda şagird və tələbələr orta ümumtəhsil və ali məktəblərdə rus,
ingilis, fransız, alman və s. dilləri (ən azı iki xarici dili)
öyrəndiklərindən onlar bilirlər ki, bu dillərdə isimlər miqdar sayları ilə
uzlaşır. Amma Azərbaycan dilində bu hal mövcud deyil, yəni
isimlərin çoxluq ifadə etməsi üçün cəm şəkilçisini qəbul etməsi lazım
gəlmir.
Dostları ilə paylaş: