Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə17/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   ...   13   14   15   16   17   18   19   20   ...   119
20 Fiziki tərbiyə-kurikulum

3.6.
Dözümlülük qabiliyyəti
– müxtəlif intensivlik zonalarına aid olan fiziki 
yükü icra etmək qabiliyyətidir. Bu qabiliyyət daha çox yorulmaya qarşı dayanmaq 
xüsusiyyəti kimi xarakterizə olunur. Ümumi və xüsusi dözümlülük anlayışları 
mövcüddur. Ümumi dözümlülük nisbətən aşağı intensivlikli fiziki yükün davamlı 
icrası zamanı təzahür etdirilən qabiliyyətdir. Xüsusi dözümlülük hər hansı 
ixtisaslaşma növündə əsas hərəkətin maksimal (yarış şəraitinin tələblərinə 
müvafiq) rejimdə icra qabiliyyətidir.
Dözümlülüyün təzahürü aşağıdakı amillərlə şərtləndirilir: 
1.
Şagirdin ağciyərinin həyat tutumundan; 
2.
Əzələ liflərinin xüsusiyyətindən ( “qırmızı”, əzələ lifləri dözümlü, “ağ” əzələ 
lifləri isə
sürətli, lakin dözümsüz hesab edilir); 
3.
Hərəkətin (məsafəni qət etməyin yaratdığı) oksigen tələbatı və orqanizmin 
enerji imkanlarından; 
4.
Orqanizmin qüvvə və sürət imkanlarından; 
5.
Yorulma zamanı əzələ işini davam etdirərkən orqanizmin fizioloji 
funksiyalarının dayanıqlığından və s. 
Ümumtəhsil məktəblərində ümumi dözümlülüyün və sürət dözümlülüyünün 
inkişaf etdirilməsi nəzərdə tutulur. Ümumi dözümlülüyə ayrılmış dərslərin ənənəvi 
təşkili adətən müəyyən məsafələrə kross qaçışı formasında həyata keçirildiyi üçün 
dərs maraqsız alınır. Ən əsası isə şagirdlərdə belə dərslərdə fəal iştirak arzusu aşağı 
səviyyədə olur. Vəsaitdə dözümlülük dərslərinin planlaşdırılmasında yuxarıda 
qeyd olunan amil nəzərə alınaraq ilk növbədə bu dərslərində istifadə olunacaq 
vasitələr dörd qrupa bölünmüşdür: 
-
çoxmərhələləri estafetlər; 
-
enişli-yoxuşlu yerlərdə komandalar arası kross qaçışları; 
-
süni və təbii maneələri dəf etməklə qaçışlar; 
-
uzun mərhələli estafetlər.


18 

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin