Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə13/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   ...   9   10   11   12   13   14   15   16   ...   119
20 Fiziki tərbiyə-kurikulum

3.3.
Bədənin əyilmə qabiliyyəti 

hərəki fəaliyyəti zəruri amplituda ilə icra 
etmək qabiliyyətidir. Bu qabiliyyət iki amildən - oynaqların mütəhərrikliyindən və 
əzələ-bağ aparatının elastikliyindən asılıdır. Axırıncı isə əzələ və bağ liflərinin 
mexaniki xüsusiyyətləri (dartılmaya qarşı müqavimət) və hərəki fəaliyyət zamanı 
əzələ tonusunun nizamlanması ilə tənzimlənir. Bədənin əyilmə qabiliyyətinin 
kifayət qədər olmaması 
hərəkət koordinasiyasını çətinləşdirir, bədənin 
yerdəyişməsi sərbəstliyini azaldır. Bu qabiliyyət fəal və qeyri-fəal ola bilər. Qeyri-
fəal əyilmə qabiliyyəti xarici qüvvənin (müəllimin və ya yoldaşının köməyi ilə) 
təsiri altında yerinə yetirilən hərəkətlərin amplitudası ilə müəyyən olunur. Fəal 
əyilmə qabiliyyəti isə hər hansı oynağı əhatə edən əzələlərin təqəllüsünün yaratdığı 
qüvvə hesabına icra olunan hərəkətlərin amplitudası ilə müəyyənləşdirilir. Qeyri-
fəal əyilmə həmişə fəal əyilmədən böyükdür. Yorulmanın təsiri ilə fəal əyilmə 
qabiliyyəti azalır (əzələlərin təqəllüsdən sonra tam boşalma qabiliyyəti azaldığı 
üçün),qeyri-fəal əyilmə qabiliyyəti isə (əzələlərin dartılmaya müqaviməti 
azaldığına görə) artır. Fiziki tərbiyə prosesində ümumi və xüsusi əyilmə qabiliyyəti 
dayaq-hərəkət aparatının nisbətən iri oynaqlarında hərəkətin maksimal amplitudası 
ilə müəyyənləşdirilir. Xüsusi əyilmə qabiliyyəti isə hər hansı hərəki fəaliyyətin icra 
üsulunun müvafiq amplitudada yerinə yetirilməsi ilə təyin olunur.
Bədənin əyilmə qabiliyyətinin təzahürü aşağıdakı amillərdən ibarətdir: 
1.
 
Əzələnin boşalma qabiliyyətindən; 
2.
 
Qızışdırıcı hərəkətlərin kifayət qədər icra olunmasından; 
3.
 
Günün vaxtından (səhər saatlarında BƏQ xeyli aşağı olur); 
4.
 
Cinsi mənsubiyyətindən; 

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin