Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə12/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   ...   8   9   10   11   12   13   14   15   ...   119
20 Fiziki tərbiyə-kurikulum

Maksimal sürətin
inkişafı üçün ən əlverişli vasitə mailliyi olan qaçış yolunda 
sürətlə kiçik məsafələrin qət edilməsi, estafetlər və rəqibə məsafə güzəştləri ilə 
yerinə yetirilən start, qaçış hərəkətləridir. Estafetlər iştirakçı komandaların sayı 
çoxaldıqca (daha çox şagird qrupu nəticəyə maraqlıdır) dərs daha maraqlı və canlı 
alınır. Bir dərsdə ən azı 4-5 estafet keçirmək mümkündür. Lakin bu estafetlərin 
məsafələri, quruluşu əvvəlcədən planalşdırılmalıdır. Komandalar mümkün qədər 
hazırlıq səviyyələri bir-birinə yaxın olan şagirdlərdən təşkil olunmalıdır. Bir dərsdə 
verilən bütün estafetlərdə hər bir komanda eyni tərkibdə çıxış edir. Şagirdlərin 
marağını artırmaq üçün hər bir estafetdə müəyyən yerlər tutan komandalara 
müvafiq xallar verilə bilər. Məsələn, 1-ci yer – 10 bal, 2-ci yer – 8 bal, ... 5-ci yer – 
2 bal və s.
Şagirdlərdə maksimal qaçış sürətinin inkişafına sürət-güc, qüvvə hazırlığı 
səviyyəsi birbaşa təsir göstərir. Planlı şəkildə həyata keçirilən tədris prosesində 
şagirdlərin sürət-güc hazırlığı üçün ayrılmış dərslər mənimsənildikdən sonra 
maksimal sürət göstəricisi də yaxşılaşacaqdır. 
Maksimal qaçış sürətinin inkişafına yönəlmiş hərəkətlərin təkrar icrası 
arasındakı fasilələr şagird orqanizminin əvvəlki yükdən sonra bərpasına imkan 
verən vaxt intervalında olmalıdır. Məsələn, əgər şagird 25-30m maksimal sürətlə 
qaçmaqla o zaman təkrar hərəkət ən azı 4-5 dəqiqədən sonra verilməlidir. 
Sürət qabiliyyətinin inkişafı üçün əlverişli vaxt 11-14 yaş dövrü hesab olunur.
Sürət qabiliyyətinin inkişafı üçün “təkrar” , “təkrar-seriyalı”, “yarış”, nəzarət” 
metodlardan istifadə olunur.


13 
3.2.
Sürət-güc -
mümkün qədər qısa vaxt ərzində maksimum qüvvə təzahür 
etdirmək qabiliyyətidir. Ümumtəhsil müəssələrində bu qabiliyyətin təzahürü 
qaçaraq uzunluğa, hündürlüyə, yerindən uzunluğa tullanma, doldurulmuş topların 
atılmasında müşahidə etmək olar. Bütün siniflərdə bu qabiliyyət aşağı, yuxarı və 
gövdə əzələlərində sürət-gücün inkişafı hesabına həyata keçirilir. Oğlanlarda bu 
qabiliyyət 10-13 yaş, qızlarda isə 9-11 yaş arasında intensiv inkişaf edir. Lakin 
ayrı-ayrı əzələ qruplarında bu qabiliyyətin inkişafı müxtəlifdir. Sürət 
qabiliyyətində olduğu kimi sürət-gücün də inkişafı üçün ayrılmış ilkin dərslərdə 
yalnız hərəkət və hərəkət komplekslərinin icrası həyata keçirilir. Bu hərəkətlər 
mənimsənildikdən, ən sadə icra bacarıqları formalaşdıqdan sonra klassik hə-
rəkətlərin: qaçaraq uzunluğa, hündürlüyə tullanma və tenis topunun atılmasının 
tədrisinə keçmək olar. Bu tədris vahidində də dərslərin təşkili “oyun” və “yarış” 
metodlarından istifadə etməklə komandalı icranın təmin olunmasına yönəlməlidir. 
Bu bölmədə dərslər iki, yuxarı və aşağı ətraf əzələlərinin sürət-güc qabiliyyətin 
inkişafı istiqamətdə tədris olunur. 
Sürət-güc istiqamətli hərəkətlərin icrası “dairəvi”, “təkrar”, “təkrar-seriyalı” 
metodlara əsaslanır.

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin