11
istifadə
etmək olmaz, əks halda onlardan istifadə olunması düzgün olmayan
vərdişlərin yaranmasına gətirib çıxarır. Belə qüsurun isə aradan qaldırılması
sonrakı mərhələdə problemə çevrilir. Ayrı-ayrı idman növlərinə aid texniki
elementlərin icrası üzərində qurulmuş və yarış formasında
keçirilən estafetlərdən
ibarət dərslər yuxarıda qeyd etdiyimiz halların aradan qaldırılması üçün əsas vasitə
ola bilər.
3.
Hərəki
qabiliyyətlər
. Fiziki tərbiyənin
yeni
məzmununda hərəki
qabiliyyətlər xüsusi bir xətt kimi nəzərdə tutulur.
Hərəki qabiliyyətlərin
formalaşdırılması şagirdin fiziki cəhətdən hərtərəfli hazırlığının yeganə yoludur.
Ümumtəhsil məktəblərində şagirdlərin yaş dövrləri ayrı-ayrı hərəki qabiliyyətlərin
inkişafı üçün ən əlverişli vaxt hesab olunur. Bu dövrdə təyinatlı hərəkətlər vasitəsi
ilə hər hansı hərəki qabiliyyətin baza hazırlığının təmin olunmaması həmin hərəki
qabiliyyətin sonradan inkişaf etdirilməsi imkanlarını məhdudlaşdırır. Bu səbəbdən
də ayrı-ayrı siniflərdə fiziki tərbiyənin planlaşdırılması cədvəlində müxtəlif hərəki
qabiliyyətlərin inkişafına ayrılmış tədris vaxtlarından səmərəli istifadə olunması
tövsiyə olunur. Təcrübələr onu göstərir ki, hərəkətlər və hərəkət komplekslərindən
istifadə sərbəstliyi müəllimə dərsi daha canlı, dinamik qurmaq imkanı verir.
Nəzərə almaq lazımdır ki,
-
adekvat fiziki yükdən;
-
bu yükün orqanizmə uzunmüddətli təsirinin təmin olunmasından;
-
düzgün icra rejimi və intensivliyindən;
-
müvafiq icra şəraitinin təmin olunmasından;
-
səmərəli nəzarət metodlarından istifadə etmək dəyişikliklərin müsbət
dinamikası ilə nəticələnir. Bu isə hərəki qabiliyyətlərin inkişafını stimullaşdırır.
Beləliklə hər bir hərəki qabiliyyətin inkişafı
müvafiq fiziki yükdən və
metodikadan istifadəni zəruri amilə çevirir.
Buna görə də ayrı-ayrı siniflərdə fiziki tərbiyə prosesi hərəki qabiliyyətlərin
inkişafı üzərində qurulur . Müəyyən sayda dərslər hər hansı hərəki qabiliyyətin
inkişafı üçün planlaşdırılır.
Dostları ilə paylaş: