ümumi orta təhsil səviyyəsi - fiziki tərbiyənin tədrisi hərəki qabiliyyətlərin
planlı, harmonik inkişafını, mənəvi-iradi xüsusiyyətlərin, hərəki mədəniyyətin
formalaşdırılmasını nəzərdə tutur. Bu təhsil mərhələsi şagirdin idraki, fiziki,
mədəni, psixomotor inkişafının həyata keçirilməsi baxımından çox mühüm dövrü
əhatə edir. Bu mərhələdə fənnin tədrisinin səciyəvi xüsusiyyətləri aşağıdakılardır:
- sağlamlığın möhkəmləndirilməsi, hərəkətlər və onların təyinatı, idman
növləri, icra üsulları, hərəki qabiliyyətlər, metodlar haqqında biliklərin
mənimsənilməsi;
- hərəki qabiliyyətlərin planlı inkişafının təmin edilməsi;
- müxtəlif idman növlərinin elementlərindən fiziki hazırlıq vasitəsi kimi
istifadə edilməsi;
- ayrı-ayrı idman növlərinin texniki, taktiki xüsusiyyətlərinin öyrədilməsi və
əlverişli icra üsullarına yiyələnmə, bu növlərdə zəruri fiziki hazırlığın təmin
edilməsi;
- hərəki fəaliyyət mədəniyyətinin formalaşdırılması;
- mənəvi-iradi xüsusiyyətlərin formalaşdırılmasının tədris prosesinin əsas
amilinin olması;
- şəxsi sağlamlıq, orqanizmin möhkəmləndirilməsi, mütənasib bədən
quruluşunun formalaşmasında şəxsi məsuliyyət hissinin yaradılması;
- fərdi və kollektiv fəaliyyət zamanı rəqibə hörmət, öz hərəki fəaliyyətini
mövcud qaydalar çərçivəsində qurmaqla mübarizlik hissinin aşılanması.
Bu təhsil səviyyəsində
fiziki tərbiyənin hərəki bacarıq və vərdişlərin
formalaşması və hərəki qabiliyyətlərin inkişaf etdirilməsində, şəxsiyyətin
formalaşmasında mühüm amil olduğunu, ümumi mədəniyyət səviyyəsinin əsas
göstəricilərindən biri olması haqqında şagirdlərin bilikləri zənginləşdirilir, idman
növləri, oyunlar hərəkət kompleksləri vasitəsi ilə hərəki qabiliyyətlərin dinamik
inkişafını təmin etmək, ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı üçün müvafiq
hərəkətləri seçmək bacarığının formalaşdırılması, mövcud fiziki və potensial
hərəki qabiliyyətinin fiziki tərbiyə vasitəsi ilə inkişaf etdirilməsi imkanlarının
mövcudluğuna inam hissinin yaradılması, sağlamlığın möhkəmləndirilməsi
üsullarına yiyələnmək, sağlam həyat tərzinin normaya çevrilməsi, fiziki hərəkətlər
icra olunarkən təhlükəsizlik qaydalarına riayət edilməsinin təmin olunması,
mübarizə şəraitində psixoloji dayanıqlıq, komandalı fəaliyyətdə məsuliyyət hissi,
çətin anlarda fiziki imkanları səfərbər etmək və digərlərinə kömək göstərmək
8
keyfiyyətləri, tibbi-gigiyenik vərdişləri, ilk tibbi yardım, mühafizə və
özünümühafizə bacarıqları formalaşdırılır. Nümunəvi davranış, vətənə sevgi və
vətənpərvərlik hissləri aşılanır.