Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə8/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   ...   4   5   6   7   8   9   10   11   ...   119
20 Fiziki tərbiyə-kurikulum

1.1 Ümumi təlim nəticələri 
 
İbtidai təhsil səviyyəsi ( I-IV siniflər) üzrə şagird: 

hərəki qabiliyyətlərini formalaşdıran oyunları və hərəkət komplekslərini 
icra edir, müəyyən edilmiş normativləri yerinə yetirir; 

hərəki vərdiş və bacarıqları formalaşdıran müxtəlif statik və dinamik 
hərəkətləri sadə üsullarla icra edir; 

idman oyunlarını, o cümlədən milli idman oyunlarını və onların növlərini 
təqdim edir; 




şəxsi gigiyena və təbii vasitələrlə orqanizmi möhkəmləndirmək 
qaydalarını izah edir; 

fiziki tərbiyə prosesində intizam və rejim qaydalarına əməl edir, 
birgəfəaliyyət bacarıqları nümayiş etdirir. 
 Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird: 

sağlamlığını möhkəmləndirmək, fiziki hazırlığın inkişaf etdirmək üçün 
tibbi-gigiyena qaydalarına əməl edir, səmərəli hərəkət komplekslərini icra 
edir; 

müxtəlif idman növlərinə aid olan hərəkətlərin icra üsullarını mənimsəyir 
və yerinə yetirir; 

ayrı-ayrı hərəki qabiliyyətləri inkişaf etdirmək üçün səmərəli və 
məqsədyönlü hərəkət komplekslərindən istifadə edir; 

fiziki tərbiyə prosesində müvafiq təhlükəsizlik, mühafizə, özünümühafizə 
qaydalarını yerinə yetirir; 

kollektiv fəaliyyət zamanı öz yerini və rolunu dəqiq müəyyən etməyi 
bacarır, zəruri anlarda aparıcı və həlledici mövqe tutur; 
 
Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird: 

fiziki tərbiyə prosesinin təşkili ilə bağlı nəzəri məlumatları izah edir və bu 
məlumatlardan praktik fəaliyyətin qurulmasında məqsədyönlü istifadə edir; 

hərəkətləri yerinə yetirərkən əlverişli icra üsulları tətbiq edir, seçdiyi 
idman növünün xüsusiyyətərinə uyğun hərəkət komplekslərini icra edir; 

ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı metodlarını mənimsəyir və fiziki 
hazırlığını artırmaq üçün tətbiq edir; 

hərəkətlərin icrası zamanı müvafiq təhlükəsizlik qaydalarına riayət edir, ilk 
tibbi yardım göstərir; 

fərdi, və ya komanda tərkibində fəaliyət zamanı təşkilatçılıq, psixoloji 
dayanıqlılıq, dözümlülük, ümumi mənafeyə xidmət etmək keyfiyyətlərini 
nümayış etdirir; 

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin