Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


Fiziki tərbiyənin tətbiqi əhəmiyyəti



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə5/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   2   3   4   5   6   7   8   9   ...   119
20 Fiziki tərbiyə-kurikulum

 
Fiziki tərbiyənin tətbiqi əhəmiyyəti
. Hal-hazırda yüksək fiziki hazırlıq tələb 
edən peşə sahələri mövcuddur. Orduda, ölkənin müdafiəsində, güc strukturlarında , 
fövqəladə hallarda xilasetmə xidməti və s. belə fəaliyyət sahələrinə aiddir. Qeyd 
olunan fiziki hazırlığın əsası isə insanın fiziki inkişafının daha intensiv dövrünə 
təsadüf edən ümumtəhsil məktəblərində, fiziki tərbiyə prosesində qoyulur. Həyati 
əhəmiyyət kəsb edən bacarıq və vərdişlərin formalaşdırılması fiziki hazırlığın 
artırılması həyatda rast ğəlinməsi mümkün olan ekstremal şəraitlərdə insanın 
uğurlu fəaliyyətinə əsas yaradır. 
Fiziki tərbiyənin reabilitasiya əhəmiyyəti. 
Ümumtəhsil məktəblərində fiziki 
hazırlıq səviyyəsindən asılı olaraq hazırlıq və xüsusi qruplara aid olan şagirdlərdə 
və eləcə də müəyyən fiziki qüsuru olan və ya zədələnmələrə məruz qalmış 
insanlarda dayaq-hərəkət aparatındakı problemlər, müəyyən xəstəlikdən sonra 
zəruri hərəki reablitasiya fiziki tərbiyə vasitəsi ilə aradan qaldırılır. 
 
Yuxarıda qeyd olunanlar ümumtəhsil sistemində fiziki tərbiyənin rolunu 
göstərməklə yanaşı bu fənnin reabilitasiya xüsusiyyətlərini əks etdirir.
Fiziki tərbiyənin tədrisinin məqsədi və vəzifələri.
Ümumtəhsil məktəblərində şagirdlərin fiziki tərbiyəsi böyüyən nəslin 
sağlamlığını, fiziki hazırlığını özündə ehtiva etdiyi üçün strateji əhəmiyyətə malik 
sahələrdən biridir. Fiziki tərbiyənin əsas məqsədi şagirdlərin harmonik fiziki 
inkişafının, 
hərəki 
mədəniyyət 
və 
mənəvi-iradi 
xüsusiyyətlərinin 
formalaşdırılmasının təmin edilməsidir. Bu fənnin tədrisi ayrı-ayrı təhsil 
səviyyələrində şagirdin fiziki inkişafı ilə əlaqədar fərqli səciyyəvi xüsusiyyətlərə 
malikdir. Bunlar aşağıdakılardır: 
ibtidai təhsil səviyyəsi
– şagirdlərin baza fiziki hazırlığının həyata 
keçirilməsini, sadə hərəki bacarıq, vərdişlərin, mənəvi-iradi xüsusiyyətlərin 
formalaşdırılmasını nəzərdə tutur. 
Bu səviyyənin əsas fərqləndirici cəhətləri aşağıdakılardır: 

sağlamlıq, onun təminat amilləri, oyunlar, qaydalar haqqında informasiyanın 
verilməsi; 

şagird sağlamlığını möhkəmləndirməklə orqanizmin müqaviməti və ümumi iş 
qabiliyyətinin artırılması; 
- ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafına yönəlmiş, eyni istiqamətli oyunlar, 
hərəkət komplekslərdən məqsədli istifadəsi; 
- mürəkkəb hərəki qabiliyyətlərin: çeviklik, bədənin əyilməsi və sürətin 
inkişafı üçün dərslərin bu qabiliyyətlərin tərkib komponentlərinin inkişafı üzərində 
qurulması; 
- şagirdlərdə fərdi, kollektiv hərəki fəaliyyət prosesində mövcud oyun 
qaydalarına riayət hissinin formalaşdırılması; 



- şagirdlər arasında ünsiyyətin formalaşdırılaraq, birgə hərəki fəaliyyət 
prosesində əməkdaşlığa çevrilməsinin təmin edilməsi; 
- əsas sağlamlıq anlayışlarına yiyələnmə, gün rejiminə əməl olunmasının vərdiş 
kimi formalaşdırılması; 
- fiziki tərbiyə prosesinin yalnız oyun formasında təşkilinin zəruri olmasının 
qəbul edilməsi; 
- şagird şəxsiyyətinin bütün tərbiyə prosesində fərd kimi aparıcı rolunun təmin 
edilməsi. 

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin