Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə7/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   2   3   4   5   6   7   8   9   10   ...   119
20 Fiziki tərbiyə-kurikulum

tam orta təhsil səviyyəsində - 
şağirdlərin idman növlərində texniki, taktiki 
fəaliyyətlərinin və hərəki qabiliyyətlərin yaş qrupunun tələblərinə müvafiq 
təkmilləşdirilməsi nəzərdə tutulur. 
 
Bu mərhələdə fənnin tədrisinin səciyyəvi xüsusiyyətləri aşağıdakılardır: 
-
sağlamlığın möhkəmləndirilməsi, hərəki qabiliyyətlər, onların inkişafı 
metodları, müstəqil məşğələlərin təşkili haqqında biliklərin təkmilləşdirilməsi;
 
-
fiziki hazırlığın təkmilləşdirilməsi və düzgün qamətin formalaşdırılması 
metodikasından istifadə bacarığına yiyələnməsi;
 
-
fiziki yükün icrası zamanı orqanizmin funksional vəziyyətinə nəzarət və 
sadə bərpa vasitələrindən istifadə etmək bacarığının formalaşdırılması;
 
-
ilk tibbi yardım üsullarından istifadənin təkmilləşdirilməsi;
 
-
komandalı fəaliyyət zamanı səmərəli əməkdaşlıq formasından istifadə 
bacarığına yiyələnməsi;
 
-
hərəki mədəniyyət fəaliyyətinin təkmilləşdirilməsi;
 
-
ekstremal şəraitlərdə fiziki və mənəvi-iradi potensialını reallaşdırmaq 
bacarığının formalaşdırılması.
 
Bu təhsil səviyyəsində hərəki bacarıq və vərdişlər təkmilləşdirilir, hərəki 
qabiliyyətlərin dinamik inkişafı təmin edilir, hərəkətlərin təyinatı və məqsədyönlü 
istifadəsi haqqında biliklər mənimsənilir, bu və ya digər idman növünə uyğunluq, 
meyl 
və 
maraq müəyyənləşdirilir, şagirdlərin potensial imkanlarının 
reallaşdırılması üçün lazımi şərait yaradılır, seçmə və idman orientasiyası təmin 
edilir, mübarizlik ruhu, mənəvi-iradi keyfiyyətlər, şəraiti təhlil etmək və çevik 
qərar qəbul etmək bacarığı, kollektiv fəaliyyət zamanı məsuliyyət hissi, rəqibə 
hörmət, vətənə sevgi və məhəbbət hissləri tərbiyə olunur.
 
I. Fiziki tərbiyə təliminin məzmunu 

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin