Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə15/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   ...   11   12   13   14   15   16   17   18   ...   119
20 Fiziki tərbiyə-kurikulum

3.4. 
Çeviklik
 
– yeni hərəkəti tez, asan mənimsəmək, hərəki fəaliyyətini dəyişən 
şəraitin tələblərinə müvafiq qurmaq və həmişə optimal həll variantı tapmaq 
qabiliyyətidir.
Çevikliyin qiymətləndirilməsi üçün vahid meyar olmayan, insanın mürəkkəb 
kompleks xüsusiyyətli qabiliyyətdir. Ayrıca götürülmüş hər bir halda bu 
qabiliyyətin dəyərləndirilməsi üçün müxtəlif meyarlar seçilir. Lakin bütün 
hallarda: 
1.
 
Hərəkətin koordinasiya çətinliyi; 
2.
 
Hərəkətin icra dəqiqliyi; 
3.
 
Hərəkətin icrasına sərf olunan vaxt meyar kimi qəbul olunur. 
Çevikliyin hərəki qabiliyyət kimi formalaşdırılması və möhkəmləşdirilməsi 
onun tərkib komponentlərinin ayrı-ayrılıqda və ya qarşılıqlı inkişafı əsasında 
həyata keçirilir. 
Çevikliyin təzahürü aşağıdakı amillərdən asılıdır:
1.
Şagirdin hərəkəti təhlil etmək, dərk etmək qabiliyyətindən; 
2.
Hərəki analizatorların fəaliyyətindən; 
3.
Hərəkətin koordinasiya çətinliyindən; 
4.
Digər hərəki qabiliyyətlərin (sürət, BƏQ) inkişafı səviyyəsindən; 
5.
Şagirdin cəsarət və qətiyyətliyindən və s. 
Koordinasiya bacarığı şagirdlərdə gövdə və ətrafların fəzada yerləşməsi 
vəziyyətinə nəzarətin həyata keçirilməsi ilə formalaşdırılır. Fəza hissi şagirdlərdə 
7-12 yaş arasında sürətlə inkişaf edir. Bu hissiyat bir neçə mərhələdə inkişaf 
etdirilir. Birinci mərhələdə sadə hərəkətlərin köməyi ilə uşaqlarda öz bədəninin 
fəzada yerləşmə vəziyyətini qiymətləndirmək bacarığı inkişaf etdirilir. Məsələn, 
qolu, qıçı, gövdəni 45
o
, 90

əymək, saxlamaq (topun sinə önündən, baş üzərindən, 
baş arxasından atılması və s.). İkinci mərhələdə hərəkətin icrası bir xeyli 
çətinləşdirilir. Məsələn, düzxətli hərəkət zamanı əvvəlcədən müəyyən olunmuş 
yerdə dayanaraq dönmə, fırlanma icra edilir və yenidən düz xətli hərəkət davam 
etdirilir və s. Üçüncü mərhələdə hər hansı hərəki fəaliyyətin icrası zamanı gözləri 
bağlayırlar. Bu şəraitdə şagird bədənin müəyyən vəziyyətini almalı və ya səsə görə 
yeri müəyyən etməlidir və s.
Fəza oriyentasiyası hissinin yaradılması üçün hərəkətin icra çətinliyi getdikcə 
artırılmalıdır. Hərəkətin vaxt parametrlərinin dəqiqliyin inkişaf etdirilməsi “vaxt 
hissiyatının”, yəni hərəki fəaliyyət zamanı vaxt göstəricilərini fərqləndirilmək 
bacarığının formalaşmasına yönəlmişdir. Rəqib komanda tərəfindən oyuna daxil 
edilən topun ilkin trayektoriyasına görə enmə yerini müəyyənləşdirmək, hərəkətin 
icra vaxtını təyin etmək dəqiqliyi aşağı yaşlı məktəblilərdə çox sürətlə inkişaf edir.
İstənilən hərəki fəaliyyət zamanı bədənin dayanıqlılığının (müvazinətin) 
saxlanılması zəruridir. Müvazinət statik və dinamik formada təzahür edir. Statik 
müvazinət bədənin hər hansı bir vəziyyətinin uzun müddət saxlanılması ilə 
əlaqədar olaraq meydana çıxır. Bu müvazinət forması hərəkətin çətinləşdirilməsi 
və şagirdlərin psixofunksional vəziyyətlərinin dəyişdirilməsi (məsələn, hərəkətin 
mütəhərrik dayaqda və ya gözü bağlı icrası) ilə inkişaf etdirilir. Dinamik 


16 
müvazinət daim dəyişən şəraitdə insanın yerdəyişməsi istiqamətinin (məsələn, 
yerişdə, qaçışda və s.) saxlanması zamanı təzahür edir.
Müvazinət hissi aşağı məktəb yaşı dövründə sürətlə inkişaf edir. Statik 
müvazinət bacarığı hərəki fəaliyyətin koordinasiya çətinliyinin tədricən 
dəyişdirilməsi yolu ilə formalaşdırılır.
Dinamik müvazinət hərəki fəaliyyət zamanı bədənin fəzada yerləşmə 
vəziyyətinin saxlanması ilə xarakterizə olunur. Çevikliyin inkişafı üçün dərsdə 
istifadə olunan vasitələr bir neçə qrupa bölünür. Bunlar: 
-
idman oyun növləri (basketbol, voleybol, futbol, badminton); 
-
idman oyun növlərinin elementlərindən ibarət estafetlər; 
-
icrası koordinasiya, müvazinətin təzahürünü şərtləndirən xüsusi hərəkətlər 
kompleksi və akrobatika; 
-
yaxın məsafəli maneələri olan, icrası hərəki fəaliyyətin tez və yenidən 
qurulmasını zəruri edən, çox mərhələli estafetlərdən ibarətdir. 

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin