17
komanda üzvlərinin yerinə yetirdiyi təkrar hərəkətlərin cəmi ilə müəyyən
olunacaqdır.
Qüvvənin inkişafı üçün ümumtəhsil məktəblərində istifadə olunan hərəkətlər
aşağıdakı qruplara bölünür:
-
öz çəkisini icra etməklə icra olunan hərəkətlər;
-
kiçik ağırlıqlar və rezin amartizatorlardan istifadə
etməklə yerinə yetirilən
hərəkətlər;
-
yoldaşının bədən çəkisi və müqavimətindən istifadə etməklə icra olunan
oyunlar;
-
kiçik və orta ağırlıqların daşınması ilə təşkil olunan oyunlar, estafetlər;
-
müxtəlif əzələ qruplarının gərginləşdirilməsini təmin edən statik hərəkətlər.
Qüvvə qabiliyyətinin inkişafına yönəlmiş hərəkətlərin şagird orqanizminə
davamlı təsirini təmin etmək məqsədi ilə qüvvə
istiqamətli hərəkətlərin
dərsdənkənar
icrası ev tapşırıqları formasında hər bir şagirdə fərdi
müəyyənləşdirməklə müəllim tərəfindən planlaşdırılmalıdır. Bu zaman qüvvə
göstəricilərində dəyişiklik çox tez hiss olunacaqdır.
Dostları ilə paylaş: