14
bədənin əyilmə qabiliyyəti oğlanlara nisbətən 20-30% çoxdur.
Əyilmə
qabiliyyətinin inkişafı üçün əsas vasitə əzələlərin dartılmasına təsir göstərən geniş
amplitudalı dinamik (çoxsaylı holaylandırma hərəkətləri, yayvari hərəkətlər və s.)
və statik (müxtəlif
vəziyyətlərin
maksimal amplitudasının saxlanması)
hərəkətlərdir. Bədənin əyilmə qabiliyyəti “təkrar” və “təkrar-seriyalı” metodların
köməyi ilə inkişaf etdirilir. Bu zaman əzələlərin dartılmasına
yönəlmiş hərəkətlər
çoxsaylı təkrarlar və seriyalarla icra edilir. Şagirdlərin hazırlıq səviyyəsindən asılı
olaraq bədənin əyilmə qabiliyyətinin inkişafı üçün yerinə yetiriləcək hərəkətlər
diferensasiya olunur. Bu zaman aşağıdakı tövsiyyələrin nəzərə alınması didaktik
cəhətdən əhəmiyyətli hesab edilir.
-
əzələlərin dartılması üçün verilən hərəkətlər bədənin “qızışmasına”
yönəldilmiş hərəkətlərdən sonra icra olunur
və bu da zədələnmələrin baş
verməsinin qarşısını alır;
-
bədənin əyilmə qabiliyyətinin əsas göstəricilərindən olan oynaqların
mütəhərrikliyi birinci növbədə bədənin iri oynaqlarında (çiyin, bud-çanaq, diz,
pəncə) inkişaf etdirilir, icra amplitudası tədricən artırılır;
-
hərəkətlərin icra seriyaları arasında əzələlərin boşalmasına yönəlmiş
hərəkətlər yerinə yetirilir.
Fəal və qeyri-fəal əyilmə qabiliyyəti paralel olaraq inkişaf etdirilir.
Dinamik
hərəkətlərdən istifadə fəal əyilmə qabiliyyətini orta hesabla 19-20%, qeyri-fəal
əyilmə qabiliyyətini isə 10-11% inkişaf etdirir. Eyni zamanda statik hərəkətlərdən
istifadə fəal əyilmə qabiliyyətini 10-13%, qeyri-fəal əyilməni isə 20% artıra bilər.
Hesab olunur ki, bədənin əyilmə qabiliyyətinin inkişafı
üçün istifadə olunan
hərəkətlərin 40%-i dinamik, 20%-i isə statik hərəkətlərdən ibarət olduqda daha
səmərəli olur.
Şagirdlərdə bədənin əyilmə qabiliyyətinin səviyyəsi hər hansı hərəki
fəaliyyətin icrası üçün lazım olan maksimum amplituda
göstəricisindən yüksək
olmalıdır. Bununla da, sanki bədənin əyilmə qabiliyyətinin ehtiyatı yaranır. Əldə
olunmuş əyilmə qabiliyyəti göstəricisinin saxlanılması üçün geniş amplitudalı
hərəkətlərin sistemli təkrarlanması zəruridir. Son zamanlar aparılan tədqiqatların
nəticələri bədənin əyilmə qabiliyyətinin orqanizmin sağlamlıq göstəricilərindən
biri olduğunu müəyyənləşdirmişdir.
V-XI siniflərdə bədənin əyilmə qabiliyyətinin inkişafı məqsədi ilə ayrılmış
tədris vaxtı yuxarı siniflərə doğru azaldılmışdır.
Bu da qeyd olunan hərəki
qabiliyyətin inkişafı xüsusiyyəti ilə izah olunur. Aşağı siniflər bədənin əyilmə
qabiliyyətinin intensiv inkişafı üçün daha əlverişli yaş dövrü hesab edilir. Bu
məqsədlə dərslərin aşağıdakı istiqamətdə planlaşdırılması xüsusi əhəmiyyət
daşıyır :
-
oynaqlarda mütəhərrikliyin (aşağı, yuxarı, ətraflar, gövdə)
inkişaf
etdirilməsi;
-
əzələ və bağların elastikliyinin inkişaf etdirilməsi;
-
bədənin əyilmə qabiliyyətinin təkmilləşdirilməsi kimi planlaşdırılmışdır.
Bədənin əyilmə qabiliyyətinin inkişaf etdirilməsi üçün vasitələr çoxdur.
Yüksək nəticələrə nail olmaq üçün bu vasitələrdən yuxarıdakı tövsiyyələri nəzərə
15
almaqla istifadə etmək daha əhəmiyyətlidir.
Dostları ilə paylaş: