Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə11/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   ...   7   8   9   10   11   12   13   14   ...   119
20 Fiziki tərbiyə-kurikulum

3.1.
Sürət qabiliyyəti - 
kompleks hərəki qabiliyyət kimi: a) hərəkət 
reaksiyasının tezliyi (hərəkət reaksiyasının latent dövrü də adlandırılır); b) tək 
hərəkətin icra sürəti; c) hərəkət tezliyindən ibarət olub, hərəkətin mümkün qədər 
tez (qısa vaxt ərzində) icra olunmasını ifadə edir. Sürət qabiliyyətinin tərkib 
elementləri başqa hərəki qabiliyyətlərə, xüsusilə də çeviklik qabiliyyətinə daxildir. 
Hərəkət reaksiyasının tezliyi hərəkətə başlamaq üçün verilən siqnaldan hərəkətin 
icrasına başlanma anına kimi olan vaxt ölçüsü ilə təyin olunur. Hərəkət 
reaksiyasının tezliyi orqanizmin sezici, hissedici reaksiyasıdır. Bu reaksiya sadə və 
mürəkkəb ola bilər. Sadə reaksiya əvvəlcədən gözlənilən siqnala və ya komandaya 
müəyyən hərəkətin icrası ilə cavabdır. Məsələn, startdan siqnal ilə qaçış. Mürəkkəb 
reaksiya isə iki hissədən - seçməyə reaksiya və hərəkət edən obyektə reaksiyadan 
ibarətdir.
Sürət qabiliyyətinin təzahürü, ilk növbədə, hərəkətin icrasını təmin edən 
fizioloji proseslərin mürəkkəbliyindən və digər hərəki qabiliyyətlərlə bir vəhdətdə 
(sürət-güc, qüvvə, çeviklik) olmasından asılıdır. Hərəkətin hansı dərəcədə sürətlə 


12 
icrası sinir proseslərinin mütəhərrikliyi, əzələlərin mərkəzi sinir sistemi tərəfindən 
koordinasiyası, əzələ liflərinin quruluşu və təqəllüsetmə xüsusiyyətləri ilə təyin 
olunur. Təcrübi olaraq bu qabiliyyət maksimal sürət və sürət dözümlülüyü kimi 
təzahür edir. Bütün siniflərdə sürətin inkişafına onun tərkib elementlərinin 
təkmilləşdirilməsi yolu ilə nail olunması planlaşdırılır.
Hərəkətin reaksiya tezliyi
– bu xüsusiyyətin inkişafı üçün şagirdlər səs siqnalı 
ilə müxtəlif çıxış vəziyyətlərindən start hərəkətlərini dəfələrlə təkrar edirlər. 
Burada şagirdin diqqətini yalnız bir obyektə, səs siqnalına cəmləşdirmək bacarığı 
çox böyük əhəmiyyət daşıyır. Dəfələrlə təkrarlanan belə hərəkətlər start 
reaksiyasının yaxşılaşması ilə yanaşı şagirdə psixoloji prosesləri idarəetmək baca-
rığının formalaşmasına imkan verir. Hərəkət reaksiyasının yaxşılaşdırılmasına 
yönəlmiş oyunların, estafetlərin, xüsusi hərəkətlərin kiçik komanda və cütlüklərlə 
yarış formasında aparılması daha məqsədəuyğun hesab edilir.
Bu zaman hər bir ayrı-ayrı komandaya məxsus olan 4-5 şagirdin yarışı 
formasında təşkil olunur. Bunun üçün sinif hər birində eyni saylı iştirakçıları olan 
4-5 komandaya bölünür. Hər bir komandadan 1 iştirakçı hərəkəti yerinə yetirəcək 
qruplara daxil olur. Hərəkət (məsələn: kürəyi qaçış istiqamətinə olmaqla start 
vəziyyətindən qaçış) birinci qrup tərəfindən 15-20 m məsafəyə icra olunur. Hər bir 
iştirakçı finişi nəticəsinə görə (tutduğu yerə görə) xal qazanır. Sonra hər bir 
komandanın ayrı-ayrı qruplardakı bütün iştirakçılarının əldə etdiyi ballar toplanır 
və komandaların yerləri müəyyən olunur. Dərsin belə qurulması, ona şagirdlərin 
fəal iştirak marağının yaranmasına imkan verir.

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin