10
olunan məzmun xətlərinin qarşılıqlı əlaqəsi üzərində qurulmalıdır.
1.
İnformasiya təminatı və nəzəri biliklər
– fiziki tərbiyə üzrə təlimin
məzmun xətlərindən birincisidir. Bu məzmun xətti dərs prosesində yerinə
yetiriləcək hərəkət, oyun,
hərəkət kompleksləri, qaydalar və s. haqqında düzgün
təsəvvür, hərəkətin icra modelini formalaşdırmaq məqsədi daşıyır. Bu zaman
informasiya təminatı və nəzəri
biliklərin mümkün qədər sadə, şagirdin hazırlıq
səviyyəsinə və maraqlarına uyğun şəkildə verilməsi məqsədəuyğun hesab olunur.
Müəllim daha çox “söz”, “nümayiş” metodlarından istifadə etməsi məsləhət bilinir.
Şəraiti olan məktəblərdə hərəkətlərin və oyunların icra qaydalarını əks etdirən
plakat və video materialdan istifadə olunmaqla şagirdlərdə hərəki fəaliyyət
proqramı formalaşdırılır. Bu da şagirdə dərsin gedişində hərəki fəaliyyətini uğurlu
qurmağa imkan yaradır.
Şagirdlərin
fiziki tərbiyə, idman haqqında informasiya bankı zənginləşdikcə
dərsdə verilən nəzəri biliklər daha çox peşəkar xüsusiyyət daşımaqla ayrı-ayrı
hərəki qabiliyyətlərin inkişafına aid metod, vasitə seçiminə, bərpaedici vasitələrdən
istifadəyə, qamətin korreksiya olunmasına və s. istiqamətlənməlidir. İnformasiya
təminatı mümkün qədər sadə, anlaşılan, mənaca əhatəli olmalıdır.
Fiziki tərbiyə dərslərində motivin yaradılması
olduqca mühüm əhəmiyyət
daşıyır. Bu zaman ayrı-ayrı idman növlərində Azərbaycanı müxtəlif beynəlxalq
yarışlarda uğurla təmsil etmiş idmançıların, dünyada tanınmış atletlərin idman
həyatının nümunə göstərilməsi və ya sadəcə
sağlam və mütənasib bədən
quruluşuna malik olmağa həvəsləndirmə motiv yaratmaq üçün əsas ola bilər.
Yaşadığımız cəmiyyətin layiqli üzvü olmaq, mənəvi və milli dəyərlərimizi
yaşatmaq, gündəlik fəaliyyətində
bu dəyərləri normaya çevirmək, vətəni Milli
qəhramanlarımızın
məhəbbəti
ilə
sevmək
və
mübariz olmaq şagird
psixologiyasında mənəvi-iradi xüsusiyyətlərin formalaşdırılması
üçün əsas motiv
olmalıdır.
2.
Dostları ilə paylaş: