Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə20/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   ...   16   17   18   19   20   21   22   23   ...   119
20 Fiziki tərbiyə-kurikulum

inam hissinin 
formalaşdırılması olduqca əhəmiyyətli amildir. Ancaq burada daha mühüm məsələ 
şagirdin yaş, psixoloji, əqli, fiziki hazırlığına müvafiq 
motivin
yaradılmasıdır. 
Şagird hansı məqsədlə güclü, sürətli, çevik və s. olmaq istəyir? Öz bacarığını, 
vətənin və dövlətin inkişafına, ədalət və humanizmə, tərəqqiyə həsr etmək istəyən 
vətəndaşmı? İşğal altında olan torpaqların azad olması uğrunda döyüşərək öz 
canını vətən uğrunda Mübariz İbrahimov kimi qurban verməyə hazır olan bir 
əsgərmi? Mötəbər yarışlarda ölkəsinin bayrağını qaldırmaq istəyən idmançımı, və 
yaxud özünün fiziki hazırlığı ilə öyünən, mənəviyyatı qüsürlu, yaşadığı cəmiyyətin 
ictimai, hüquqi, etik qaydalarına riayyət etməyən eqoist bir fərdmi? 
Əslində fiziki tərbiyə dərsi təşkil və müəllimin istifadə etdiyi metod və 
üsulların tətbiqi səviyyəsindən asılı olaraq birinci sadalananların da, sonuncu 
bəndin də həyata keçirilməsi prosesinə çevrilə bilər. Beləliklə, fiziki tərbiyə 
qarşısında şagirdlərin yalnız fiziki hazırlığının artırılması deyil, cəmiyyət üçün 
bundan daha mühüm olan, şagirdin tərbiyəsi məsələsi dayanır.
Fiziki tərbiyə prosesi iradi xüsusiyyətlərin formalaşdırılması üçün əlverişli 
mühitdir. Bu mühitin yaradılması bir neçə məsələnin həllindən asılıdır. Bunlar 
aşağıdakılardır: 
-
tədris prosesində məcburi metodlardan imtina edilməsi; 
-
şagirdi könüllü olaraq tədrisə cəlb edən, dərs və məşğələlərdən məmnunluq, 
sevinc duymağa şərait yaradan metodlardan istifadə olunması; 
-
icrası cəsarət, iradə tələb edən hərəkətlərdən tədris prosesində məqsədli 
istifadə olunması və onların struktur çətinliyinin tədricən artırılması. 
Qeyd olunan hərəkətlərin icrası zamanı təhlükəsizlik qaydalarına tam riayət 
olunması olduqca mühüm vəzifədir. Bu məqsədlə dərs əvvəlcədən planlaşdırılmış 
təlim nəticələrinin həllinə istiqamətləndirilməlidir.

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin