F.Engels yazmışdır: «Nəzəri təfəkkür yalnız qabiliyyət şəklində olan anadangəlmə bir xassədir. Bu qabiliyyət inkişaf etdirilməlidir, bundan ötrü isə hələ indiyədək bütün əvvəlki fəlsəfəni öyrənməkdən başqa heç bir vasitə yoxdur». Tanınmış Azərbaycan filossofu professor Ağayar Şükürov da analoji fikirlər söyləmişdir: «Elmin yüksəkliyində durmaq istəyən bir millət fəlsəfi təfəkkürsüz keçinə, inkişaf edə bilməz». Bütün islam dünyasının dini
lideri və onun banisi, tarixi şəxsiyyət
Həzrəti (s.ə.s) Məhəmməd Peyğəmbərin elmə, alimə verdiyi böyük və qiymətli kəlamlar gənclərimiz üçün örnək
olmalıdır:
«60 il ibadəti dinləməkdənsə, 2 saat alimə qulaq asmaq yaxşıdır», «Alimin qələminin mürəkkəbi, şəhidin qanından qiymətlidir». «Alimdir gözümdə ən əziz insan!
Elmlə hünərlə! – başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Rütbələr içində seçilir biri,
Hamıdan ucadır alimin yeri!»
(Nizami Gəncəvi) Azərbaycanda materialist təbiətşünaslığın əsasını qoymuş tarixi şəxsiyyət və
bütün elmlərin mahir bilicisi H.Zərdabinin ən başlıca arzusu ölkəmizdə bütün
elmləri hərtərəfli və sürətlə inkişaf etdirmək olmuş və çox böyük bir müdrik
kəlam söyləmişdir: «
Damcı-damcı ilə yaramız sağalası yara deyil, sel vaxtıdır, elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin. Bizim zəmanəmizdə elmsiz qalan millətin mürur ilə puç olmağı məlumdur və aşkardır ».
Fəlsəfə (yunanca «filosofiya»-hikməti sevirəm) elminin əsas
məğzini, qayəsini məhz biliyi, elmi idrakı, təfəkkürü, intellektuallığı, qlobal,
bəşəri əhəmiyyətli axtarışları aparmaq və s. təşkil edir.
17
«Loğman eyləməkçün dərdlərə çarə
İstədi hər güldən bir şəfa dərə.
Çiçəklər ağladı loğman öləndə
Şehdir qurumayıb göz yaşı hələ».