Fяxrяddиn mustafayev


-cu ildən başlayaraq ABŞ alimləri planetimizin nəsli tamamilə kəsilən ən



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə18/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   207
N 349

2010-cu ildən başlayaraq ABŞ alimləri planetimizin nəsli tamamilə kəsilən ən 
qədim və nəhəng sürünən canlısı olan dinazavrların bərpa olunması üçün böyük 
hazırlıq işləri aparırlar. 
Onlar müəyyən etmişlər ki, dinazavrların son nəsli Saxalin 
və Kirill adalarında məhv olmuşdur. Bunu nəzərə alaraq həmin ekspedisiya qrupu 
qeyd olunan ərazilərdə dinazavrların cəsədlərinin qalıqlarını müayinə edərkən 
onların donmuş (parabioz halında olan) genlərini aşkar etmişlər. Alimlər hazırda 
əldə etdikləri həmin genlərin süni yolla çoxaldılması, sonda isə fərqli genlərin 
çarpazlaşdırılması və dinazavrların bərpa olunması məqsədilə çox geniş diapozonlu 
elmi tədqiqat işləri aparır. Həmin ekspedisiya qrupu Rusiya Federasiyası alimlərini 
də bu tədqiqatların uğurla həyata keçirilməsində iştirak etmək üçün Rusiya 
hökumətinə müraciət etmiş və ümumi razılıq əldə edilmişdir. ABŞ və RF alimləri 
müştərək elmi tədqiqat layihəsinin aparılmasına çox ciddi hazırlıq işləri aparırlar. 


18 
Ekspedisiya qrupunun fikrincə bu fundamental layihə çox uğurla nəticələnəcək və 
dinazavrların nəsli bərpa olunacaqdır, lakin layihə bir neçə il davam edəcəkdir. 
Alimlər müasir genetik müayinə üsullarının vasitəsilə başqa nəsli kəsilən heyvan 
növlərinin də nəslinin bərpa olunması üçün böyük imkanlar açılacağına çox 
israrlıdırlar. 
Göründüyü kimi, müasir svilizasiyalı cəmiyyətdə biologiya elminin, 
təbabətin və baytarlıq təbabətinin bütün problemləri və tədqiqatları yalnız genetika 
və gen səviyyəsində öyrənilməlidir.
Bu, bütün dünya alimlərinin gəldiyi son nəticə 
və qənaətdir. Biologiyanın bütün elmi istiqamətləri məhz bu yolla inkişaf edə bilər 
və mövcud problemlərin həlli yolları aşkarlanar. Azərbaycan Dövlət Aqrar 
Universitetində (ADAU) tədris edilən «Baytarlıq təbabəti genetikası və 
biotexnologiyanın əsasları» fənni müasir biologiya, tibb və baytarlıq təbabətinin 
dialektik fəlsəfi vəhdədindən yaranan, formalaşan, baytarlıq təbabətinin aparıcı, 
fundamental ixtisas prioritetidir. Yüksək ixtisaslı baytarlıq təbabəti həkimlərinin 
hazırlanması üçün həmin fənnin müstəsna əhəmiyyətə malik olması hazırda dünya 
alimlərinin diqqət mərkəzindədir. Çünki hazırda bütün xəstəliklər yalnız hüceyrə, 
onun orqanoidləri, xüsusilə xromosom və genlər səviyyəsində öyrənilir. Bu 
baxımdan həmin fənnin yüksək səviyyədə tədris edilməsi günün tələbidir. Lakin 
həmin fənn üzrə ali məktəb dərsliyinin olmaması, onun yüksək səviyyədə və müasir 
tələblərə uyğun tədris edilməsi prosesinə ciddi maneçilik törədir. Baytarlıq təbabəti 
genetikası və biotexnologiya fənləri baytarlıq təbabəti ixtisasının spesifik baza 
fənləridir. Çünki həmin ixtisas fənləri bir-biri ilə qırılmaz surətdə bağlı olmaqla, 
onların əsas məqsədi heyvanların, quşların, balıqların və arıların yoluxucu (infeksion 
və invazion) xəstəliklərinin genetik xüsusiyyətlərinin, anomaliyalarının və genetik 
xəstəliklərin, immunitetin və qan qruplarının genetik aspektlərinin öyrənilməsi, 
bioloji preparatların (vaksinlər, diaqnostikumlar, antibiotiklər, hormonlar, fermentlər 
və s.) hazırlanması üsullarını öyrənməkdən ibarətdir. Buna görə də həmin fənlər 
yalnız baytarlıq təbabəti alimləri tərəfindən sərbəst fənlər kimi tədris olunmalıdır. 
Həmin fənlər hazırda dünyanın bütün inkişaf etmiş ölkələrinin baytarlıq təbabəti 
fakültələrində yalnız «Baytarlıq təbabəti genetikası» və «Biotexnologiya» adı ilə 
baytarlıq təbabəti ixtisası olan alimlər tərəfindən tədris olunmaqla, yüksək ixtisaslı 
kadrların hazırlanmasında çox böyük pozitiv rol oynayır. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin