Fяxrяddиn mustafayev


Müəlliflər dərsliyin nəşr olunmasında çox böyük xidmətləri olan, dərsliyə rəy



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə20/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   207
N 349

Müəlliflər dərsliyin nəşr olunmasında çox böyük xidmətləri olan, dərsliyə rəy 
verən tanınmış alimlərimizə, elmi redaktora və məsləhətçilərə, redaktorlara çox 
dəyərli elmi məsləhətlər verən və müvafiq köməklik göstərən professorlar ADAU-
nun sabiq rektoru hazırda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, əməkdar 
elm xadimi Mirdaməd Sadıqova, ADAU-nun rektoru İbrahim Cəfərova, ATU-
nun «Tibbi mikrobiologiya və immunologiya» kafedrasının müdiri Zakir Qara-
yevə, «Tibbi biologiya və genetika» kafedrasının müdiri Canbaxış Nəcəfova
BDU-nun professoru Məcnun Babayevə, «Biologiya» fakültəsinin dekanı Akif 
Quliyevə, «Onurğalılar zoologiyası» kafedrasının müdiri, ƏEX Qara Musta-
fayevə, kafedranın əməkdaşı Anar Məmmədova, «Genetika və darvinizm» kafed-
rasının müdiri Rauf Quliyevə, nəşriyyat redaktoru Səbuhi Qəhrəmanova, 
komputer tərtibatçısı Ramil Əzizova dərin minnətdarlığını bildirirlər. Dərslik 
haqqında irad və təkliflərini bildirən bütün alimlərə, oxucu və tələbələrə 
müəlliflər öz dərin təşəkkürünü bildirir və gələcək nəşrlərdə onların iradlarını
nəzərə alacaqlar. 
MÜƏLLIFLƏR 


20 
Müəlliflər baytarlıq təbabəti həkimləri üçün olduqca önəmli və vacib, lakin 
yaddan çıxmış bir məsələnin-baytarlıq təbabəti həkiminin andının bu sahənin 
gənc mütəxəssislərinin öz bəşəri əhəmiyyətli sənətinə vicdanla, yüksək 
məsuliyyət hissi ilə yanaşması və öz funksiyalarını dərindən dərk etməsi üçün 
günün əsas prioriteti hesab edir. Baytarlıq təbabəti həkimi öz üzərinə düşən və 
qarşısında duran müqəddəs, çox çətin, mürəkkəb bir işi vicdanla yerinə 
yetirməli, iş prosesində gündəlik rastlaşdığı təsərrüfat işçiləri və hevanların 
sahibləri ilə yüksək etika, davranış nümayiş etdirməklə rəğbət qazanmalı və 
böyük nüfuz sahibi olmalıdır. Bu işdə həkimin yaddaşına həkk olunan və həmişə 
onu müşayət edən, həmkarı olan, məhz onun diplom alarkən müqəddəs həkimlik 
andı içməsidir. Bu təcrübə Rusiya Federasiyasında 1992-ci ildən tətbiq olunur və 
çox geniş diapozonlu səmərə verir. Aşağıda həmin andı şərh edirik. Nəticəsi isə 
bizim səlahiyyətimiz xaricindədir. Yaxşı olar ki, gec də olsa bu məsələ ilə 
səlahiyyətli təşkilatlar məşğul olsun. Çünki bu artıq günün prioriteti və vacib 
tələbidir, həm də dünya praktitkasında geniş tətbiq olunur. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin