DAŞ YUXULAR
63
gәzdirdi. - Göz dәymәsin, hәyәt-bacan gülür. Deyәsәn,
sudan korluğun yoxdur.
- Allah hәr kәsә ürәyincә versin, Zülfü qardaş. Hәlә
ki, qapı-bacaya baxmağa taqәtim var. Mudaramız sudur,
şükür bu il kәsildiyi olmayıb, irәlikindәn dә bol gәlib. Bu
saat samavarı alışdırım, bir qәsәng çay verim sizә.
- Zәhmәt çәkmә, indi gedirik. İki-üç dәqiqәliyә
gәldik, görәk necәsәn. Olmaya hәlә dә tәk qalırsan.
- Tәk qalıram, doktor, tәk, - Nubar arvad göynәdi.
Qızın biri körpә-körpә qәhr oldu, alçağın birinә vuruldu,
sonra da başına nöyüt әmdәrib cavan canını yandırdı. İki
qızı yetim qaldı. Oğlum da gedib bir rusla evlәndi, bir әlcә
әppәyә döndü, onu da it apardı, odu -budu buralara
üzükmәyib.
- Bu evdә yaşayan ermәnilәr yadına gәlir, ay Nubar?
- Arakel idi dә, sәn mәnnәn dә yaxşı bilirsәn. Arvadı
Esxinin qayadan atılmağı elә bil dünәn olub. Mәn
ömrümdә heylә qәsәng qadın görmәmişәm. Nә tәhәr
yanıqlı oxuyurdu, ay Allah?! Hәm öz dilindә, hәm dә
müsәlmanca. Sәbәbkar Allah lәnәt elәmiş Әdif bәy idi.
Onun dәstәsi Әylisә girәn kimi, bәdbәxt ağlını itirdi.
Yadındadır dә gün işaracaq çıxırdı Xişkeşenin ortasına,
qayaların başına qalxıb oxuyurdu:
Allaha bax, qızışıb baş aparma,
Dәymә bizә, döymә bizi, Әdif bәy.
Biz Әylisin güllәriyik, qoparma,
Әymә bizi, qıyma bizә, Әdif bәy.
- Bәs bu hәyәtdә Arakeli kim öldürdü? - doktor
Abasәliyev inamsız-inamsız soruşdu.
|