DAŞ YUXULAR
138
üçün zillәt çәkәn sürü-sürü çaşqın arı qanadlarından
qopan uğultuya oxşayır vә hәmin uğultu bir an öncә
açılan atәş sәsinә qarışıb qapqara bulud kimi göyün üzünә
yayılırdı.
Saday hәr şeyin bitib göz qapaqlarının әbәdi
yumulduğu, uca-uca göylәrin altındakı Әylis dağlarının әn
hündür dikindә qәrar tutduğu vaxt, qәfil Vuraqırd kilsәsini
apaydın gördü. - Yenә dә "Göyәrçin bazarı" idi ora. O, son
macalda anladı ki, daha getmәyә heç bir yeri yoxdur.
1990-cı il yanvar ayının 12-si, cümә günü
yaxınlaşırdı.
Uluruh Türkmәnmәkan...Bütün gün azadlıq,
müstәqillik, Qarabağ haqqında kiflәnmiş şüarları bağıra-
bağıra xәstә tәxәyyüllü, havalanmış kütlәni, әrindәn
yarımayan arvadları küçә-küçә gәzdirib dolandıran Uluruh
Türkmәnmәkan axşamtәrәfi mitinqini Paratetdә yerlәşәn
ermәni kilsәsinin qarşısına salmışdı. Xәlilullahın qulbeçәlәri
bir saatdan çox idi mәbәdә od vurmağa çalışırdılar. Heç
bir vәchlә kilsәni alışdırmaq mümkün olmurdu.
Elә buna görә dә dәn gәzәn dolaşa kimi şairin yan-
yörәsini bürüyәn vәtәnpәrvәr vә fәal qadınlar daha da
cinlәnirdilәr.
Azadә xanım Münәvvәr xanımla birgә Saday
Sadıqlının meyitini yudurtmaq üçün xәstәxana maşınında
mәscidә gәtirdilәr.
Xәstәni insultdan xilas etmәyә gücü çatmayan,
yorğun, peşimançılqdan üzülüәn doktor Fәrzani
kabinetindә çöküb qalmışdı. İlk dәfәydi ki, içindә yadlıq vә
gedәrginlik hiss elәyirdi. O, öz fikrindә Bakı ilә son dәfә
DAŞ YUXULAR
139
vidalaşdı vә mәxsusi bir hәyәcan, ümid, narahatlıq içindә
qızının Moskvadan zәng çalacağını gözlәyirdi.
Parapetin yaxınlığındakı kilsәdәn burum-burum
qalxan qara tüstülәr isә getdikcә hey sıxlaşır vә 1990-cı il
yanvarın on üçünün qan iyi gәlәn gecәsinin zülmәt
qaranlığına qarışırdı.
Doktor Abasәliyev Mәrdәkanda idi vә hәlә baş
verәnlәrdәn xәbәr tutmamışdı.
Әylis kilsәlәrinin damında gecәlәyәn göyәrçinlәr
sakitcә yatmışdılar vә göy üzünә bәnzәr dәrin, mavi
yuxular görürdülәr.
Әylis. İyul 2006
Bakı. İyun 2007.
Dostları ilə paylaş: |