DAŞ YUXULAR 130
qabaqlar Nehrәm deyilirdi. - Әylis mәlәyi Ovanesin başına
oyun açdılar. Eşşәyin üstünә qoyub zurna çala-çala bütün
kәndi dolandırdılar. Axırda 100 tümәnini alıb boşladılar. -
Doktor Abasәliyev bir neçә dәqiqә çantadakı kağızları
qurdaladı. - Fikir ver, cavan oğlan, tәsәvvür edirsәn,
1669-cu ildә iyulun 22-dә Әylisә qar yağıb! 1677-ci il,
iyunun 3-dәn avqustun sonuna qәdәr bir damcı da yağış
düşmәyib. 1680-ci ildә elә leysan töküb ki, yatağından
çıxan çay evlәri yuyub aparıb. Ardınca elә quraqlıq
başlayıb Әylisdәn Tәbrizәcәn әhali hәtta içmәli su da
tapmayıb. 1667-ci ildә Әylisdә 200-dәn çox uşaq
qızılcadan tәlәf olub. 1679-cu ildә Erevanda elә zәlzәlә
qopub ki, hәtta Әylisdә evlәrin vә kilsәlәrin divarları çat
verib. Zakari Aqulis Әylisin bütün kilsәlәrini qeyd edir.
Vәng kilsәsi - Müqәddәs Foma kilsәsi. Sәn onu
tanıyırsan.Vuraqırd - Vardakert sözünün tәhrif olunmuş
şәklidir. Bizim gördüyümüz Vuraqırd kilsәsi Müqәddәs
Xristofor kilsәsidi. Bizim Daş kilsә dediyimiz Müqәddәs
Osip kilsәsidi, gәrәk ki, Zakari Aqulisin yaşadığı dövrdә
tikilib. Bәlkә dә bәrpa olunub vә 1665-ci il noyabrın 5-dә
yenidәn istifadәyә verilib. Gündәlikdә belә yazılıb. -
Doktor Abasәliyev bir müddәt yenә kağızları eşәlәdi. -
"1668-ci il. 4 yanvar. Bu gün Әylisdә zәlzәlә oldu. Bu gün
Әylinin qәrb sәmasında kometa göründü. O, bizә
günahlarımıza görә cәzanın olduğunu xatırladır.
1668-ci il.21 dekabr. Müqәddәs Foma kilsәsinin
rәhbәri Arximandrat Petros kilsәni dörd tәrәfdәn hündür
hasara saldırdı. Günbәzin vә zәng qüllәsinin tikintisindә
çay daşalarından vә bişmiş kәrpicdәn istifadә edildi.
Ustalar Kürdüstandan gәlmişdilәr... - O zaman türk