DAŞ YUXULAR 126
zәng çalacaq. Azadә xanım әri ilә palatada tәkbәtәk
qalanda istәdi onu oyatsın, ona uzun illәrdәn bәri ürәyinin
әn dәrin guşәsindә saxladığı sözlәri desin, o sözlәrlә әrini
uşaq kimi sığallasın. Amma o gecә Saday Sadıqlı nә söz
dedi, nә söz eşitdi. Artistin yalnız gözlәri danışırdı. O bir
çüt göz elәcә gah gülürdü, gah ağlayırdı. Әksәr vaxtda isә
uzaq, çox uzaq bir nöqtәyә dikilib qalırdı, elә bil bir cüt
göz әlçatmaz-ünyetmәz uzaqlarda Allahın özünü görür vә
ona baxmaqdan doymurdu.
Saday Sadıqlının xәstәxanaya düşmәyinin onuncu
günü idi, doktor Abasәliyev sübh tezdәn gözlәnilmәdәn
palatanın qapısını açıb içәri girdi. Boğazlı yun köynәyin
üstündәn gödәkcә geymiş qocaman pisixiator qapının
ağzında dayananda doktor Fәrzani xәstәlәrin sәhәr
müayinәsini yenicә birtirmişdi, palatanın lap uzaq
küncündәki kranın qarşısında әlini yuyurdu. Münәvvәr
xanım doktor üçün sәhәr yemәyi hazırlayıb dәyirmi stolun
üstünә qoymuşdu. Azadә xanım pәncәrәnin qabağında
dayanıb hәyәtә baxır, ötәn hәftә baş çәkmәyә imkan
tapmadığı atası barәdә düşünürdü. Xәstә isә әvvәlki
qaydada yatırdı vә yatdığı yerdә dörd-beş yaşlı uşaq kimi
gülümsәyirdi. Fәqәt gözlәrindәki işıq qәmli, kәdәrli işıq idi.
Bayırda bәrk külәk әsmәyinә baxmayaraq hava aydın
vә günәşli idi. Palataya daxil olan kәnar adam çox güman,
dәrhal düşünәrdi ki, pәncәrәdәn içәri süzülәn gün işığı
burada hamıdan çox simasında bir parça tәbәssüm donan
xәstәnin ürәyincәdir.
Doktor Abasәliyev gödәkcәsini soyunmadan
kürәkәninin üstünә atılıb onu öpdü. Sonra doktor
Fәrzaninin әlini möhkәm sıxdı, dinmәzcә Münәvvәr