DAŞ YUXULAR 123
gülümsündü. - Mәncә, onun torpaq payı bir az çox olacaq
çünki çәnәsi çox iridi.
Doktor, belәcә xoş әhvalla xәstәyә yaxınlaşdı.
- Hәlә ki, tәyinat qüvvәdә qalır, - o dedi, - adamları
tanıyıb danışana qәdәr gözlәyәk. Nә yolla olur, olsun
insultun qarşısını almalıyıq. Әgәr insult olmasa Allahın
kömәyi ilә digәr fәsadlardan salamat çıxacaq. Bu barәdә
danışmaq hәlә tezdi. Bizi görmәk istәsә özünә gәlәcәk.
Әgәr istәmәsә... - doktor köks ötürüb gülümsündü, - Allah
qoysa istәyәr.
Saday Sadıqlı hәqiqәtәn uzaqlardaydı. Palatada
onların hamısından - doktordan, arvadından, hәtta
başındakı zәdәdәn, bәdәnindәki yaralardan çox uzaqda
idi. Әylisdә... Bәli, sözsüz ki, Әylisdә idi. Amma bu, gerçәk
hәyatda olan Әylis deyildi. Sadayın beş-altı yaşı olanda,
yazda, bax o Әylisdә bir gözәl qara tülkü balası hardansa
tәzib gәlmişdi. Saday onu cәmi bircә dәfә hәyәt hasarının
dibindә görmüşdü. O qara tülkü balası hasarın üstündәn
ağaca tullanıb, onu budaq-budaq gәzmiş, yaşıl yarpaqların
arasnda gizlәnmәk istәmişdi. Aradan bir neçә gün
keçәndәn sonra Cingöz Şabanın hәmәn o tülkünü bulağın
yanında, Daş kilsәnin divarı dibindә necә güllәlәdiyini dә
görmüşdü Saday. O hadisә indiyәcәn demәk olar hәr gecә
Sadayın yuxusuna girir.
Budur, o tülkü hәlә dә sağdır. Hasardan ağaca,
ağacdan hasara tullanır, Әylisin bu başından vurub o
başından çıxır. Vә bir Allah bilir ki, dörd-beş yaşında bir
oğlan uşağı nә zamandan bәri o gözәl qara tülkü balasının
dalınca addımbaaddım gedir. O heç vaxt belә gözәl
heyvan görmәmişdi. Heç vaxt Әylisdә heylә gözәl yaz da