DAŞ YUXULAR 116
Direktor açıq-aşkar qәrara gәldi ki, artistә öz ağlını
nümayiş etdirmәyin vә mәsәlәyә dövlәt yanaşmasının
nәdәn ibarәt olduğunu bildirmәyin münasib mәqamı
yetişib.
- Sәnin sәfehliyin, vicdan haqqı, mәni mәhv edәcәk.
Görürsәn ki, bu sehrbaz cәbhәçilәr "Qarabağ, Qarabağ"
deyib bağıra-bağıra nә әmәllәr törәdirlәr? Qarabağ onların
qozuna da deyil. Onların fikri iqtidarı yıxıb hakimiyyәti әlә
keçirmәkdi. Küçәdә ermәnini söymәyәnә qulaq asan
yoxdu. Belә vәziyyәtdә dövlәt neylәmәlidi? Onlar da öz
mәqsәdlәrinә görә ermәni kartından istifadә elәmәyә
mәcburdular. Bu siyasәtdi, ustad. Siyasәtin isә min sifәti
olur. - Mopasan gülümsәdi, görünür bu dәrәcәdә dәrin
ağıla malik olması şәxsәn özzünün dә xoşuna gәlmişdi.
- Bәli, bәli, böyük siyasәtdi. Allah haqqı dahiyanәdi.
Demәli, qaraguruhun bәxti
bu dәfә dә gәtirdi, alçaqlıq üçün geniş üfüqlәr açılıb.
İndi istәnilәn iyrәncliyi elәyib günahı ermәninin üstünә
atmaq olar. - Artist direktorun yanına gәlib düz onun
gözünün içinә baxdı. - İndi, Mopoş, kişi kimi danışaq: әgәr
sәnin bu pyesin belә "dahi siyasәtçi"yә hәsr olunubsa,
bәri başdan hesab elә ki, mәn orda oynamayacağam. O
yaşım deyil ki, sәhnәyә tullanıb büsbütün bayağı vә
cәfәng bir şeyi tәbliğ elәyim.
Pyesdәki baş qәhrәman obrazının uğur qazanacağına
böyük ümid bәslәyәn Mopassan Mirәlәmov bu rolun ifası
üçün başqa bir aktyoru tәsәvvürünә gәtirә bilsәydi, elә bu
saat müәllifin üstünә minnәtә qaçar, rәhbәrliyin icazәsini
alar vә elә indicә bu haqq-әdalәt carçısıyla hesab çәkәrdi.