DAŞ YUXULAR 113
Bәlkә dә artist әvvәllәr belә bayağı, yolverilmәz,
populist sayıqlamalara tәzә-tәzә cükküldüyәn tarixçi
alimciyәzlәrin mәqalәlәrindә vә xәstә tәxәyüllü roman
yazanlarda rast gәlmişdi.
Babaşın mәqalәsindәn dәrhal bilinirdi ki, onun
fikirlәrinin mәnbәyi hәmәn uydurmalardır.
Babaş Ziyadova görә "İstazn" sözünün ilkin mәnası
"usta ozan" demәkdir vә guya ermәnilәr bu yerin qәdim
sakinlәrinin izini itirmәk mәqsәdi ilә sözü öz dillәrinә
çeviriblәr. Guya hәmәn "usta ozanlar" bizim eradan üç
min il әvvәl İkiçayarasına aid (Dәclә vә Fәrat) Әylis
dağlarında mәskunlaşan Şumerә bәnzәr bir tayfa olub,
"Şumer" dövlәtini dә bir başqası deyil, onlar yaratmışlar,
sonra da bu hesaba qәdim dünya mәdәniyyәti "Şumer"
adıyla intişar tapmışdır.
Babaxan Ziyadxanlıya görә Әylis sözünün mәnası
adamların gәlib-gәlib dayandıqları yer - "Әylәnmәk"
demәkdir. Guya Әylisdә heç vaxt ermәni yaşamayıb.
Oradakı kilsәlәr, mәzarlar "OdӘrlәrә" mәxsusdur. "OdӘr"
sözünün dә mәnası "Gur od" demәkdir. Alov saçan bu
torpaqlar nә sәbәbdәnsә "Alban" adlandırılan türklәrә
mәzsusdur. Müәllif dәridәn-qabıqdan çıxıb sübut elәyir ki,
"namәrd qonşular" tәdricәn bütün tarixi hәqiqәtlәri tәhrif
edib, Azәrbaycan әrazisindәki bütün toponimlәri dәyişәrәk
ermәnilәşdirmişlәr. Mәsәlәn, onlar "OdӘr Mәn"i Girdiman,
"Gur su"yu Gorus, "Qurbağ"ı Qarabağ, "Әlvәnd"i Erevan
elәmәklә tarixi özlәrinә sәrf edәn şәkilә salmışlar. Guya
OdӘrlәrin dilindәki "Qapıağzı" kәlmәsi nankor qonşuların
sәyi nәticәsindә "Qafqaz" olub. Vaxtı ilә yenilmәz türk