DAŞ YUXULAR 110
- Dayan, dayan! Sözündәn belә çıxır, Sumqayıt
hadisәlәrini dә o törәdib ki, Kremldәn qisas alsın...
- Yox, mәn bu fikirdә deyilәm, - Saday tәrәddüd
elәmәdәn bildirdi. - Әslindә tam әminәm, başıboş adamlar
sarsaq başçıların tәhriki ilә Sumqayıt faciyәsini törәdәndә,
o, bağda televizorun qarşısında oturub acı göz yaşları
tökürdü. Sovet Sosialist Respublikalarının heç birindә baş
vermәyәn bu hadisәyә görә dәhşәtә gәlirdi ki, gör nadan
siyasәtçilәr mәsәlәni nә yerә çatdırdılar.
- Bәsdi sәn Allah! Onun necә әlçatmaz olduğu, guya,
yadından çıxıb. Әslindә öz yerlilәrinin әlindәn
qәzәblәnmisәn, indi hamısı, dil boğaza qoymadan
ermәnilәri söyürlәr. Axı sәn bilirsәn ki, ermәnilәr onun
hiylәgәr vә qanlı siyasәti nәticәsindә bizdәn üz
döndәriblәr. Özünü elә aparırsan, guya bu boyda
hәngamә baş verib, sәn dә bütün bunlardan xәbәrsizsәn.
Tәriflәyirsәn onu, nәdi-nәdi vәzifә borcu vә qaydalar belә
tәlәb edirmiş. Axı onun sәni görmәyә gözü yox idi, bunu
hamı bilir.
Artist Mopassanın saxta vә gecikmiş cәsarәtindәn
tәngә gәldi.
- Özün kömәk ol, Allah, özün kömәk ol! - Demәk olar
bağırdı. - Yenә dә yalan deyirsәn, Mopoş , o, hәrdәn
mәnә rәğbәt göstәrirdi. Etiraf edirәm, amma hәr zaman
öz maraqlarını güdüb. O da var ki, xalqın dәyәr verdiyi
adamları bir kәnara tullamayıb. Bu mәnada keçmiş
Rәhbәr mәnә diqqәt yetirib, işin belә alınmağında isә
bizim tәqsirimiz eyni dәrәcәdәdir. Kiflәnmiş sistemә nifrәt
hissi mәnim canımdadır. İndi ağlıma gәlir, o hansısa bir
hissiyatla donkixotluğumu duyubmuş. Çünki o, istedadlı