DAŞ YUXULAR 112
- Qardaş, sәn dahisәn, Allah haqqı, dahisәn! Necә
möhtәşәm monoloq söylәdin. Bәs axı mәn nә deyirәm?
Mәn dә sәn dediyini deyirәm dә...
- Yox, sәn ölkәdә yeni bir, Xozeyin yaratmağımı
istәyirsәn. elә bir Xozeyin ki, işi-gücü qurtaranda gәlib
burda bizimlә mәzәlәnsin. Axı keçmiş Xozeyinin yerinin
boş qalmağı gözümün qabağındadır. Bu gün xalq o boş
qalan yerdәn gözünü çәkmir vә şeytan xislәti ilә xәlvәtcә
o yerin yiyәsinin - keçmiş xozeyinin xiffәtini elәyir. Onun
qüdrәti bax bundadır. Ölәndәn sonra elә bir boşluq qoyub
ki, hәmәn boşluğu özündәn sonra heç kim doldura bilmәz.
- Bu dәfә özü titrәyәn әllәri ilә qәdәhinә konyak
süzdü, dәrhal içdi. Başının hansı hissәsindәsә әmәlә gәlәn
dәyişikliyin nәdәn ibarәt olduğunu anlamağa çalışdı.
- Nәsә soruşmaq istәyirәm, yadımdan çıxır. Dedin ki,
Babaş Ziyadov mәqalә yazıb. Nә yazıb? Yoxsa o şeytan da
Köhnәnin bostanına daş atır? - istehza ilә soruşdu.
- Yox, mәn bilәn orda Köhnәdәn söhbәt getmir.
Hәmyerlin әsasәn ermәnilәrdәn danışır. - Mopassan
gülümsümәyә çalışdı. - İndi taparam, harasa qoymuşam.
- Ayağa qalxıb qalın qovluğun arasındakı qәzeti çıxartdı.
Mәqalә "Kommunist" qәzetinin tam bir sәhifәsini
tuturdu. Tәn ortada qara hәriflәrlә başlıq yazılmışdı:
"Ermәnilәrin alçaq hәrәkәtlәri" sonda müәllifin imzası
qoyulmuşdu: "Babaxan Ziyadxanlı".
Saday Sadıqlı mәtnin içindә qara şiriflәrlә verilmiş
"nankor", "hiylәgәr", "qatı düşmәn" sözlәrini eynәksiz dә
seçirdi. Qәzeti kәnara qoymaq anında gözünә "İstazn"
sözü sataşdı vә bundan sonra eynәyi çıxarıb yazını
başdan-ayağa oxudu.